Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə21/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

Türkün dastanı
121
Tarixini bilən yoxdur lap dəqiq,
Yerin, yurdun olub hara, Atilla?!
Gündoğandan Günbatana sərasər
Hakim oldun hər diyara, Atilla!
Qədim Hunlar - igidim var,- dedilər,                                       
Qılınc tutar, at da çapar,- dedilər,
Ulu Kağan, imperator,- dedilər,
Tapdın bütün dərdə çara, Atilla!
Məmləkətlər qüdrətinə baş əyib,
Böyük Türküm qeyrətinə baş əyib.
Çox gözəllər qamətinə baş əyib,
Tac olmusan çox nigara, Atilla! 
Bizans, Roma dizə çöküb önündə,
Saysız insan qan-yaş töküb önündə,
Yolçusuydun Allahın da, dinin də,
Toxunmadın bir zəvvara, Atilla!
                
Bəlkə gəlib bu güc, qüvvət Tanrıdan!                                      
Yazılıbdır bəxtə şöhrət Tanrıdan!
Razı qalıb bütün millət Tanrıdan!
Könül verib etibara, Atilla!
Yaxşı bildin gözəlliyin qədrini,
Dağıtmadın abidələr şəhrini.
Əziz tutub zəhmətini, xətrini,
Qiymət qoydun sənətkara, Atilla!


Munis
122
Hər səfərdən ərməğanlar götürdün,
Nə gətirsən millətinə gətirdin!
At belində keçdi ömür, keçdi gün,
Mehman oldun bu yollara, Atilla!
Huna xələf, bütün Türkə sələfsən,
Bir tarixsən, nəsillərə şərəfsən!
Yön çevirdin daim haqqa tərəf sən,
Ağ olmadın düz ilqara, Atilla!
Məğlub olub sınmamısan heç zaman,
Baş əyənə göstərmisən sən aman.
Son izdivac, İldikomu aldı can?
Ya əcəlmi, bəxti qara Atilla?!
Düşmənlərin çox axtardı qəbrini,
Tapammadı, tamam qırdı səbrini.
Tisza adlı çay apardı qəbrini,
Sığışmazdı dar məzara Atilla!
Mən yazdığım dənizindən damladı,                                         
Çox alimlər çox axtarıb bu adı.
Əməllərin dünya boyda dünyadı,
Sığışarmı kitablara, Atilla?!


Türkün dastanı
123
           A Ğ    H U N L A R                              
(Ağ Hun  Xaqanlığı - İmperatorluğu)
Cənuba üz tutan Hun tayfaları,
Gəlib Türküstanda kök atmışdılar.
Artırıb sərhəddi Güneyə sarı,
Ağ Hun dövlətini yaratmışdılar!
Sahib olmuşdular Seyhun boyuna,
Əfqan əyaləti Toxaristana,
Bir də Səmərqəndin dolaylarına.
Ağ Hunlar dönmüşdü dildə dastana!
Burda iki tayfa ən böyük idi;
Uar qəbiləsi, Hun qəbiləsi.
Hər iki tayfanın kökü Türk idi,
Bir idi onların sözü, kəlməsi.
Ağ Hunlar döyüşdə sarsıtmışdılar,
İranda hökm edən Sasaniləri.
Təkrar hücumlara əl atmışdılar,
Bəhram Gur hökümdar olandan bəri.
1
Ağ Hunun taxtına gəldi Ağsuvar,
İran şahlığına İkinci Yəzgird.
Hər biri olsa da güclü hökümdar,
Birinci müəllimdi, ikinci şagird!
1.358-430-cu illər ərzində.


Munis
124
Ağsuvar öz ağlı, siyasətiylə,
İncə mətləblərə, fəndə əl atdı.
İran vəlyəhdini, qətiyyətiylə,
Himayəsi altda taxta çıxartdı.
Sasani taxtına oturan Firuz,
Ağ Hun dövlətinə vergi ödədi.
“Seyhun bölgəsində Vəsgird və Tirmiz,
Ağ Hunun hökmünə verilsin”,- dedi.
Üstəlik sevimli, gözəl qızını,                                                      
Vəd etmişdi versin Türk Xaqanına.
Sonra dəyişərək o öz sözünü,
Cariyə göndərdi onun yanına.
Ağır qarşıladı Ağsuvar bunu,                                                   
“Şaha yaraşmazdı hiylə oyunu”,-
Deyib qəti verdi yekun qərarı;
Öldürtdü İranlı komandanları.
Firuz düşündü ki, alsın intiqam,
Ağ Hun təsirindən qurtarsın tamam.
Elə bu məqsədlə çıxdı səfərə,
Ordan da Ağsuvar vaxt itirmədən
Əl atdı ağıllı, gizli tədbirə.
Ensiz bir keçiddə, dağ ətəyində,
Saldı rəqibini mühasirəyə.
Firuz çaş-baş qalıb, əlacsız qalıb
Düşündü, qınadı özü-özünü,
Bu fikrə düşmüşdür çox nahaq yerə,


Türkün dastanı
125
Çatdırdı Xaqana ürək sözünü.
Hazırdır ən ağır vergi şərtinə,
Dərdlər gətirməsin onun dərdinə,
Qılınclar oynayıb, qan tökülməsin,
Onun təklifinə Xaqan gülməsin.
Belə zənn etmirdi, belə bilmirdi,
Zəkalı, tədbirli, igid Xaqanı!
İndi Ağsuvarın əllərindədir,
Özünün nəfəsi, ordunun canı.
Bir arzu, xahiş var xəyallarında;
Onun qəbahəti bağışlanılsın,
Mərhəmətli Xaqan təki barışsın!
Xaqan cavabında belə söylədi:
”Səhvini etiraf edirsən indi,
Əgər əsgərlərin gördüyü yerdə
Baş əyib Xaqana təzim eyləsən,
Ayağıma düşüb üzr istəsən,
Sənin günahını bağışlayaram.
Qovğaya döyüşsüz mən son qoyaram!“
Bu tələb nə qədər ağır olsa da,
Özünü, ordunu salmadı oda.
Firuz itirsə də padşah adını,
Qorudu qırğından məzlum ordunu...
Ancaq əsəbindən çat-çat yanırdı,
İntiqam eşqiylə alovlanırdı.
Odur ki, başladı təkrar savaşa,
Son qoysun çəkdiyi hədsiz təlaşa.                                             
Düşündü, başqa bir yol seçəcəkdi,
Daha görməyəcək nə dağ , nə dərə,
Daha girməyəcək dar keçidlərə,


Munis
126
Ancaq düzənlikdə cəng edəcəkdi.                                             
Fəqət unutmuşdu yenə Xaqanı,
Döyüş meydanının şiri, aslanı
Bilmirdi quracaq yeni bir tələ,
Firuz görməmişdi bunları hələ.
Savaş təcrübəsi çox kasad idi,
Fikri düzənlikdə, qəlbi şad idi.
Ağsuvar rəqibin gəldiyi düzə
Keçidli, döngəli xəndək qazdırdı.
Üstünü örtdürdü, dəyməsin gözə,
Quyulardan önə əsgər düzdürdü,
Düşmən hücumundan çəkinir kimi,
Məlum keçidlərdən geriyə döndü.
Tez itdi Firuzun qalib görkəmi,
Gözündə dünyanın işığı söndü.
Firuz ordusuyla düşdü xəndəyə,
Ağ Hun cəbhəsini o yarammadı.
Nə ağlı, nə gücü gəldi köməyə,
Ölümdən canını qurtarammadı.
Sasani dövləti qəbul eylədi,
Ağ Hunlar qoyduğu ağır şərtləri.
Bir müddət beləcə qonşu oldular,
Nə barış pozuldu, nə sərhədləri.
                        *  *  *


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə