Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə23/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

Türkün dastanı
133
G Ö Y T Ü R K L Ə R                                                         
(Göytürk Xaqanlığı-İmperatorluğu)
Türkün səngiməyən kəhkəşanında
Ulduz tək parlayıb, yanardı Göytürk!
Səmanı əzəldən müqəddəs bilib,
Özünü saf, təmiz sanardı Göytürk!
Göy tək sonsuzuydu arzu, diləyi,
Göylərdən alardı gücü, köməyi,
Cana ruh verdikcə göyün mələyi,
Tanrını düşünüb, anardı Göytürk!
Tanrıya bağlılıq inamı idi!
Göy, səma səhəri, axşamı idi,
At minib səyirtmək ilhamı idi,
Atını dördnala çapardı Göytürk!
Gözləri göylərdə Haqq sorağında!
Ayaq büdrəməzdi döyüş çağında,
Əsarət - azadlıq aralığında,
Axtarıb səadət tapardı Göytürk!
Qanına hopmuşdu göyün qüdrəti,
”Türk!“- deyə səslədi doğma milləti!
Haqq, güc vəhdətindən doğan dövləti,
Sevib, yaşatmağı bacardı Göytürk!


Munis
134
                             
***
Böyük Hunlardan bəri,
Birləşmiş bölgələri,
Qüdrətli ölkələri
Göytürklər yaratdı!
Göy-Tanrıya inancı,                                                           
Günə, Aya inancı,
Göy səmaya inancı
Göytürklər yaratdı!
Millətə Türk adını,
Dövlətə Türk adını,
Elə Göytürk adını
Göytürklər yaratdı!
Qaya abidələri,                                                                   
Danışan daş dilləri.
Qəhrəmanlar yonulmuş,
Dikili heykəlləri.
Daşı kitab eyləyən
Barmaqları, əlləri
Göytürklər yaratdı!
Dəyərli dastanları,
Dastan qoşan başları.
Türk dilində mətnlər
Həkk olunmuş daşları.
Əlifbalı, yazılı,


Türkün dastanı
135
Nəhəng bəngüdaşları

Göytürklər yaratdı!
İllərdən nəsillərə
İşıq tutan dövranı.
Tarixin yaddaşında
Sütunlaşan insanı.
Hüdudsuz xaqanlığı,
Böyük bir xanədanı
Göytürklər yaratdı!
Göytürklər yaratdı!!! 
                       *  *  *
Altay dağlarının ətəklərində
Beş yüz ailəlik Türk toplumları
Juan-Juanlara sığınmışdılar.
Hunlardan yadigar Türk ellərində
Onlara birləşən başqa boylarla
Eyni bir məkanda yığışmışdılar. 
Dəmirçilik edir, silah düzəldir,                                                 
Günbəgün çoxalır, güclənirdilər.
Başbuğun sorağı qədimdən gəlir,
Aşına
2
 soyundan verirdi xəbər.
Qaynayıb qarışan, artan tayfalar
Bağımsız bir dövlət halına gəldi.
1 Bəngüdaş - Türk ulularının sözlərini əbədiləşdirən dikili daş.       
2.Aşına - Qurd mənasını verir. Göytürklər dastanlarında qurdu  to-
temləri kimi təqdim etmişlər.


Munis
136
Quzey Tabğaçlarla ittifaq qurub,
Siyasi cəhətdən qalxdı, yüksəldi.
         
Göytürkün başbuğu Bumin Kağana                                          
Juan hökümdarı sındı, yenildi.
İntihar eylədi, dözməyib buna,
Ölkəsi dağıldı, işğal edildi.
Elə bu zəfərdən Göytürklərin
Düzəldi əhvalı, xeyli şən oldu.
İl Kağan
1
 adlandı o Bumin Kağan,
Dövlətin başkəndi Ötükən oldu.
Türk
2
 adını daşıyan
İlk Türk dövləti oldu!
Tanrıya bağlılıqdan
Göytürk dövləti oldu!
Bumin Kağan ölkənin batı bölgələrinə
Qardaşı İstemini yabqu əzəm eylədi.
Tabe əyalətlərə, qonşu ölkələrinə
Nəzarəti artırdı, diqqəti cəm eylədi.
Ancaq çox yaşamadı, Kağan öldüyü zaman
Hakimiyyəti keçdi Kolo adlı oğluna.
Onun da bəxti yoxmuş, tale vermədi aman,
İqtidar nəsib oldu varis Mukan Kağana.
3
1 İl Kağan - ölkənin kağanı deməkdir. 552-ci ilə təsadüf edir. 
2 Türk sözünün mənası güclü, qüvvətli deməkdir. 
3.Mukan Kağan 553-cü ildə hakimiyyətə gəlmişdi.  Atası Bumin Ka-
ğan 552-ci ildə ölmüşdü. 


Türkün dastanı
137
Mukan Kağan doğuda, əmisi də batıda,
Ərazini artırıb, fəthləri çoxaltdı.
İstemi İsık gölü, Tanrı dağlarını da,
Ağ Hun dövlətini də torpaqlarına qatdı.
Üz tutub İç Asyaya, karvan yolunu tutdu,
Sonra da dostluq üçün o, Bizansa əl atdı.                                     
İpək yolu üstündə nəzarəti naminə
Bizans İran arası nifaq, savaş yaratdı.
Ticarət təhlükəsi sovuşdu Göytürkdən,
Beləcə Göytürklər istəklərinə çatdı.
Bir yandan İstemi Xan Xarəzmi və Daşkəndi,
Ona qədər bölgəni yendi, ələ keçirdi.
Yenilməz orduları tutub bərəni, bəndi,
Xəzərin cənubundan Azərbaycana girdi.
1
 
          
Heyif, Mukan Kağanın ağacı tez dərildi,                                        
Göytürkləri sarsıtdı onun ölüm xəbəri.
2
Cənazə törəninə elçilər göndərildi,
Xatirəsi yad oldu uzun illərdən bəri.
Ancaq başsız qalmadı o böyük Türk milləti,
Mukandan sonra oldu qardaşı Tapo rəhbər.
Təbrik üçün Çindəki Çu ilə Çi dövləti
Özəl heyət göndərdi, dəyərli hədiyyələr!
Taponun çinlilərə yaxınlıq göstərməsi,
Göytürk xanədanında böyük xəta yaratdı.
1.571-ci ilə təsadüf edir.
2.Mukan Kağan 572-ci ildə vəfat etmişdir.


Munis
138
Buddistləri qoruyub, himayə eyləməsi,
İqtidarı sarsıdıb, dayaqları oynatdı.
Batı Kağanı olan İstemi də yox artıq,
Əcəliylə getmişdi axirət dünyasına.
Dövlət ağsaqqalsızdı, ortalıqsa qarışıq,
Taxt gəmisi batırdı qovğalar dəryasına!
İstemi əvəz edən Tardu xan küskün idi,
Onu narazı salan taxta iddiasıydı.
Özünü iqtidarda böyük xaqan görməsi,
Yaranmış şəraitə, vaxta iddiasıydı.
Çinlilər bu durumdan yararlanmaq istədi,
Bu arada Tapo da dünyasını dəyişdi.
Qurultay başqasına böyük ümid bəslədi,
İşbara adlı şəxsi Göytürk taxtına seçdi.
Göytürkdə taxt qovğası, bax, beləcə başladı,
Güclü rəqabət oldu nəsillər arasında.
Doğu xaqanlığına tabe olmadı Batı,                                             
Sıldırımlar yarandı könüllər arasında.
Çinlilərin fitnəsi baş tutmuşdu nəhayət,
İkiyə parçaladı bütöv Göytürkləri.
Doğu xaqanlığını bürümüşdü fəlakət,
İşbara çinlilərə təslim etdi türkləri.
Sonrakı xaqanlar da, nə Yehu, nə də Tülan,
Nə Kimin, nə də Şipi, nə Çuluk, nə Kieli


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə