Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

Türkün dastanı
185
P E Ç E N E K L Ə R                                                    
Səlcuqlardan qabaq batıya doğru
Türkün tayfaları axıb gəlmişdi.
Peçeneklər, uzlar, kuman-qıpçaqlar,
Orta Asiyadan çıxıb gəlmişdi.
Əvvəl peçeneklər, sonra oğuzlar,                                           
Macarları yenib, qalib gəldilər.
Bunun arxasınca kuman-qıpçaqlar,
Həmin bölgələri silkələdilər.
Oğuzəsilliydi peçeneklər də,
Göytürk birliyinin tabeliyində.
Başqa Türk boyunun hücumlarından
Qorunub cəm olmuş Sibir elində.
1
Ordan yayıldılar batıya tərəf,
Macar torpağına, Kubana sarı.
Məskənləri oldu Don sahilləri,
Bir də Dinepirin şimal civarı.
Səkkiz boy halında yaşayırdılar,
Hər boyun ayrıca başbuğu vardı.
Çətin məqamlarda biri-birinə
Kömək göstərərdi, arxa durardı.
Yaxın qonşuları Kiyev Rusunun
Knyazlığı ilə vuruşurdular.
1. VIII əsrin ikinci yarısı. 


Munis
186
Göz açmağa qoymur Svyatoslavı,
Saysız hücumlara baş vururdular.
1
Bizans da ruslardan doymuşdu cana,
Gəlmədi türklərlə onlar üz-üzə.
Yaxın dostluqları Kiyev Rusunu
Enməyə qoymadı Qara dənizə.
Ancaq peçeneklər doğu tərəfdən
Tez-tez basqınlara məruz qalırdı.
Böyük Oğuzların bir qolu olan
Uzlar da batıya hey yayılırdı.
      
Uzlardan, bir də ki, Kiyev Rusundan                                       
Peçeneklər güclü zərbələr aldı.
Knyaz Yaroslavın hücumlarından
Şimala çəkilmək zorunda qaldı.
Peçenek dəyişdi axın yolunu,                                                   
Balkana çevirdi istiqaməti.
İndi də məskəni oldu onların,
Bolqar, Makedoniya, Trakya dövləti.
Peçenek boyları dinc oturmadı,
Yekəlik satdılar biri-birinə.
İqtidar qovğası yıxdı dövləti,
Bir acılıq qatdı olan şirinə.
1. Peçeneklərlə Kiyev Rus Knyazlığı arasında uzun müddət - 121 il 
(915-1036)  mücadilələr baş vermiş, ən böyük hücum 968-ci ildə  ol-
muş, ruslar ağır məğlubiyyətə uğramışlar. 


Türkün dastanı
187
Bir boyun başbuğu adı Turak bəy
Cəhd etdi hökmünə qatsın boyları.
Başqa bir boyunsa başbuğu Kegen
Qəbul eyləmədi bu olayları.
Arada baş verən mücadilədən
Udanlar olmadı, oldu uduzan.
Boyların hamısı çəkdi əziyyət
Çətinliyə düşdü yolundan azan.
Kegen öz başının dəstələriylə
Gedib sığınmışdı bizanslılara.
Turaksa yenilmiş Trakya tərəfdə,
Əsir də düşmüşdü o bəxti qara.
Belə vəziyyətdə peçeneklərin
Bir qismi yerləşdi Bolqarıstana.
Başqa bir bölümü muzdlu ordu tək
Bizans tərkibində çıxdı meydana.
Doğudan Səlcuqlu basqınlarının
Altında qalmışdı Bizans bu zaman.
Onlarla vuruşa elə onlar tək
Əsgərlər gərəkdi igid, qəhrəman.
Elə buna görə peçeneklərin
Atlı heyətinə Bizans güvəndi.
On beş min peçenek süvarisiylə
Boğaz sahilinə, dənizə endi.


Munis
188
Sallar, gəmilərlə peçenekləri                                                    
Üsküdar tərəfə keçirdi onlar.
Ancaq peçeneklər Anadoluda
Kimlə vuruşacaq? - Olub xəbərdar,
Biləndə Səlcuqlu soydaşlarını,
Etiraz etdilər o dəm döyüşə.
Geri Rumeliyə qayıtmaq üçün,                                               
Çəkdilər atları dərhal enişə.
Ancaq nə sal vardı, nə də ki, gəmi,
Atları sürdülər onlar dənizə.
Sahildən-sahilə Boğaziçindən
At üstə keçdilər hey üzə-üzə.
Tarix görəmmədi bu yaşantını,
Atbeli Boğazı keçən olmadı.
Dənizdə at sürmək qrafasına
Yazıldı yeganə türklərin adı!
Oğuzun bir qolu uzlarsa artıq
Dağılmış Rusyaya, Macarıstana.
Qoruya bilməyib sərbəstliyini,
Vahid birliyini yetirmiş sona.
Qalanlar da gedib qatılmışdılar
Bizans ordusuna - yad ordusuna.
Bu vaxt peçenekin əsas kütləsi
Toplaşmış Trakiya əyalətində.


Türkün dastanı
189
Başları üstündə öz başbuğları,
Zillət çəkmirdilər darda, çətində.
Başbuğları Çəlgü, Macar türkünün
Kraliylə birlikdə tez dirçəldilər.
Bizans üzərinə yürüş eyləyib,
Lüləburqazadək qalib gəldilər.
Çəlgü bu savaşda yaralanaraq
Torpağın qoynunda əbədi qaldı.
Yeni başbuğ olan Tatuş durmadan
Kuman türkündən də bir dəstək aldı,
Bizans ordusuna vəlvələ saldı.
Edirnə, Kəşana, Filibəyədək
Bütün əraziyə hakim sayıldı.
  Peçenek ordusu bir müddət keçmiş                                         
Çəkməçiyə qədər gəlib durdular.
1
Anadoludakı səlcuqlularla - 
Doğma soydaşlarla birlik qurdular.
Bu birlik Bizansa təhlükəliydi,                                                
Türkün dənizdə də qüvvəsi vardı.
Oğuzun bir boyu çavuldurların
İzmirdə öz hökmü, öz səsi vardı.
İzmirin hakimi başbuğ Çaka bəy
Egey dənizində donanma yapmış.
1.1090-cı ildə.  


Munis
190
Ordan İstanbulu zəbt etmək üçün
Peçeneklərlə də anlaşma tapmış.
Bizans üç tərəfdən sıxışdırıldı,
Bunun Türklər üçün vardı qiyməti.
Ancaq əks tərəfi çox sarsıdırdı,
Peçenek, Səlcuqlu, Oğuz vəhdəti.
Bu çətin durumdan qurtarmaq üçün
İmperatorun da artmışdı dərdi.
Xaçlı dünyasını qaldırmaq üçün
Avropa tərəfə heyət göndərdi.
Ancaq düşünürdü, avropalılar
Saxlaya bilərmi görən türkləri?
Türkü yenmək olar türkün əliylə,
Tapılmış müttəfiq - Kuman türkləri.
Aldanıb Bizansın fitnə-felinə,
Özünə yurd yeri alacağına.
Doğma soydaşına qılınc qaldırmış,
Girərək düşmənin yad qucağına.
Qəfil hücum çəkmiş peçeneklərə,
Qırx minlik süvari Kuman qoşunu.
Səlcuqdan, Oğuzdan xəbərsiz basqın,
Peçenek türkünün olmuşdur sonu
1
.
1. 1091-ci ildə olan basqından sonra peçenek birliyi dağılmış, bir qismi  
Macarıstana yerləşmiş, digər qismi isə uzlar və kumanlarla birləşmiş-
dir. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə