Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə28/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

Türkün dastanı
163
Yığaraq onları Dunay boyuna,
Cəhd etmiş yaratsın keçilməz bir sədd,
Olsun Avarlara bu bölgə sərhəd.
Ancaq Avarları saxlayammadı,
Nə Bizans, nə də ki, islav inadı.
Avarlar aşaraq bu sərhədləri,
Dunay bölgəsində bütün yerləri
İşğal eylədilər qısa zamanda,
1
Bizans Avarlara qonşu olanda.
O vaxt bizanslılar vəd etdikləri
Çox qənimətləri, çox vergiləri,
Ödəmək borcundan etdi imtina.
Avarlar sakitcə dözmədi buna!
      
Yeridi Bizansın torpaqlarına,                                                    
Türklər qılıncları qoymadı qına.
Əvvəlcə Karpatlar olan məkanı,
Sonra da indiki Macarıstanı,
Zəbt edib artırdı sərhədlərini,
Belə göstərdilər qüdrətlərini!
Böyüyüb oldular imperatorluq,
Avardan çəkirdi çoxları korluq.
Batıda franklar yenildi, sındı,
Güneydə Belqrad tamam alındı.
Avar hökümdarı o Bayan Xaqan
Verirdi çox böyük yerlərə fərman;
2
Don çayından tutmuş Qalyaya qədər,
Quzey Slavlardan İtalyaya qədər.
1 562-ci ildə. 
2.597-ci illər.  


Munis
164
Burda germanları, slavyanları,
İllərlə yaşayıb daş qoyanları,
Tabe etdirmişdi özünə onlar,
Əsli Türk, özü Türk qədim Avarlar!
                       *  *  *
İki dəfə hücum çəkdi,                                                          
İstanbulu alsın deyə.
1
 
Anadolu bölgəsində
Yeni məskən salsın deyə.
Sasani də qoşulmuşdu
Bu hücumda Avarlara.
İstanbulu almaq üçün
Tapa bilmədilər çara.
Səfərlərdə keçirmişdi
İranlılar bütün yayı.
Üstəlik zəbt etmişdilər
Fələstini, Suriyayı.
Avarlarsa aşmışdılar
Trakyayı, Balkanları.
Önlərində dayanmışdı,
İstanbulun divarları.
İstanbulun dörd tərəfi
Qala hasar, sular idi.
1. Bu hücumlar 619 və 626-cı illərdə Sasanilərlə ortaq yapılmışdı. 


Türkün dastanı
165
Bu şəhəri işğal etmək                                                       
Avarlardan kənar idi.
Cəhd olsa da alınmadı
İstanbulun sərt qalası.
Avarlara gərək idi
Güclü dəniz donanması.
Avar geri çəkilsə də,
İllər, əsrlər keçəcək,
Osmanlı Sultan Məhəmməd
İstanbulu fəth edəcək!
Anadolu, İstanbul da
Sınacaq Türk qüdrətinə.
Tanrı özü yazacaqdı
Bunu Türkün qismətinə!
Bu olaylar çox sarsıtdı,
Haldan saldı Avarları.
Yavaş-yavaş çat verirdi,
Xaqanlığın divarları.
Avara bağlı bölgələr                                                                
Orda-burda baş qaldırdı.
Ayrı-ayrı ərazilər
Əlaqəni kəsdi, qırdı.


Munis
166
Dağılmanı gücləndirdi
Xaqanın ölüm xəbəri.
1
Hər il bir-bir itirdilər
Bir bölgəni, bir şəhəri.
Yüz yetmiş il bundan belə
Qalsa da Avar varlığı,
Frankların bir hücumu
Tamam yıxdı xaqanlığı.
2
Köçgün düşən Türk avarlar
Yayıldılar Avropaya.
Macarıstanın şərqinə,
Balkanlardan da o taya.
       
Dini, dili ata-ata,                                                                  
Məkan-məkan yeridilər.
Xaçpərəstlər arasında
Yoxa çıxıb əridilər.
                  ***
Qoy oxusun aram-aram,
Hər Türk gərək bilsin bunu.
Belə olub Avarların
Həm əvvəli, həm də sonu!
1. 630-cu il.
2. 805-ci ildə Avar imperatorluğu süquta uğradı. 


Türkün dastanı
167
 U Y Ğ U R L A R                                                        
                     (Uyğur Xaqanlığı-İmperatorluğu)
Hunların ”Töləs“ qolu -
Budur Uyğurun
1
 yolu. 
Adıyla Hun türkünə
Hər vaxt yaraşan olub.
Uruklar bir-birinə
Tamam uyuşan olub. 
Əvvəlcə doqquz uruk                                                       
Birləşib bəylik qurub.
Oğuzlardan biri də
Bu birliyə qoşulub.
Doqquz Oğuzla birgə
Ona çatdı sayları.
”On Uyğur“ çağırdılar
Bu müttəfiq boyları.
Uyğurlar birlik qurdu
2
Selenga irmağında.
”Erkin“ adlanan bəylər
Erkin çay qırağında
Göytürk Xaqanlığına
Bağlı yaşayırdılar.
1. Uyğur sözünün mənası müttəfiq, uyuşan deməkdir,
    Uyğur birliyi VI əsrin ortalarında qurulmuşdur. 
2. V əsrin ortalarından sonra. 


Munis
168
Göytürklər çökdüyü an
1
Bağımsız oldu onlar.
Adlandı ”İl-Təbər“lər.
Artıq bir dövlət kimi
Dirçəlib gücləndilər.
Belə idi xəbərlər.
Uyğur İl-Təbərləri
Verdilər yeni qərar;
İndi də Çinə doğru
Axınlar başladılar.
Bir yandan torpağının
Sərhəddini artırır.
Bir yandan da rəqibin
İradəsini qırır.
          
Yavaş-yavaş dünyaya                                                        
Tanıdırdı özünü,
Çox yaxın gələcəkdə
Deyəcəkdi sözünü.
Çinlilər Uyğurları
Dövlət kimi tanıdı.
”Kağan“,- deyə çağrıldı
Artıq İl-Təbər adı.
Göytürklərin yerini                                                          
Tutdu Uyğur dövləti.
1. 630-cu ildən sonra. 


Türkün dastanı
169
Bu böyük xaqanlığın
Hər an artdı şöhrəti.
Uyğurun ilk xaqanı
Oldu Kutluq Bilgə Kül.
Bu rəhbərin əliylə
Tapdı dövlət təşəkkül.
Orxon sahillərində
Çiçəkləndi xaqanlıq.
Uyğurların başkəndi
Tikildi Ordu-Balıq.
Xaqan öldüsə, ancaq
1
Varis olmadı nankor.
Ləyaqətlə taxtına
Çıxdı oğul Moyen Çor.
Doqquz-tatar, karluklar,
Türkeşlərlə qırğızlar,
Bir bayrağın altında
Birləşdilər basmillər,
Çiklər, səkkiz-oğuzlar!
Çox qısa bir zamanda
Çor göstərdi özünü.
Gücləndirib ordunu -
Çinə tutdu üzünü.
1. Kutluq Bilgə Kül 745-ci ildə vəfat etmişdir. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə