Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

Türkün dastanı
151
                                    S A B A R L A R                                                      
zaman ki, Böyük Hunlar dağıldı,
Bəzi boylar başbuğunun ətrafına yığıldı.
Çəkildilər batıya,
Düşündülər,  bir daha düşməsinlər xatıya.
Yeni bir Türk dövləti qurdu onlar,
Adlarına deyirdilər ”Sabarlar“.
Sabar - bir Türk kəlməsi,
”Sapan, sərbəst dolaşan,
Nəzarətdən kənar“ kimi anlaşılır mənası. 
Sabarlara çox zaman ”Sabir“, ”Savir“,- dedilər,                    
Bəzən ”Sibir“,- dedilər.
Geniş bir əraziyə,
Böyük bir məmləkətə,
Ad oldu ”Sibir“ adı!
Bu gün də bu tayfanın
Adı var, özü yoxdur.
Nə qəribə dünyadı!
Yüz illər ondan bəri
Bax, həmin bu bölgədə,
İndiki yad ölkədə,
Qurulan xanlığın da
Öz adı Sibir olmuş,
Paytaxtı Sibir olmuş.
Tarixə bir nişandır Sabarların bu adı,
Türklərə məxsus olan ”Sibir“ adı!


Munis
152
Doğuda gücləndikcə Avarlar
1
,
Batıya yönəldilər Sabarlar.
Altay, Ural dağlarının arası,
Qazağıstan çöllərinin səhrası,
Məskən oldu Sabarlara bir zaman.
2
 
Çoxaldılar, gücləndilər anbaan.
Burda olan başqa bir boy - Oqur Türk,
Məcbur olub öz yurdunu etdi tərk.
Tobel, İşım
3
 ətrafına Sabarlar
Yerləşib oturdular.
Bu məkanda yeni dövlət qurdular!
Yayıldılar oradan Avropanın şərqinə,
Baxmadılar çətinliyin fərqinə.
       
Bulqar adlı türkləri öz hökmünə bağladı,
4                                                 
Qafqazın quzeyinə at sürüb ayaqladı.
İdillə Don
5
 arası yaxşıca yerləşdilər,
5
 
Bu yerdə türklərlə qaynayıb birləşdilər.
Bir yandan xaqan Balak,
Bütün çətinliklərə axtarıb yol taparaq
Sasani dövlətiylə bir anlaşma yapdılar,
Bizans torpaqlarına atlarını çapdılar.
6
Ankaraya, Konyaya,                                                                  
Bir də ki, Kayseriyə.                                                                        
Qənimətlər götürüb qayıtdılar geriyə.
1 Avarlar - Juan-Juanlar. 
2. 461 - 465-ci illəri əhatə edir. 
3. Çay adlarıdır. 
4 503-cü ildə. 
5 Çay adlarıdır. 
6. 515-516-cı illərdə. 


Türkün dastanı
153
Sabarların savaşı,
İşlətdiyi silahlar
Dərs olmuşdu Bizansa!
Bütün ölkə mat qalıb, tamam batmışdı yasa!
Balak öldü, taxta çıxdı
Xaqanın dul qadını.
O zamandan qorudu
Həm dövlətin adını,
Həm də ki, öz adını.
Gözəllikdə məşhur olan Buğ-Arık Xatun,
Çox iyi savaşçıydı,
Çox dəqiq idarəçi.
Dünyaya da səs salmışdı bu məğrur qadın.
Yenilməz xaqan idi, zərif Türk kraliçəsi,
Yüz minlik bir orduya
Bəs edirdi bircə kəlməsi.
Bizans imperatoru
Yustinianın vəlvələ düşmüş canına,
Dərhal elçilər göndərmiş
Xatun Buğ-Arık yanına.

Çox dəyərli altun, gümüş,
Qırçın-qırçın, top-top qumaş.
Türlü-türlü, zər-zər nələr,
Çox dəyərli hədiyyələr.
Məqsədliydi bu göndəriş,
Xanımdan barış istəmiş!
Bax, belə igid, qəhrəman
Türk qızı qeyrət göstərib.
1 528-ci ildə olmuşdur. 


Munis
154
Bizans kimi bir dövlətə
Önündə boyun əydirib!                                                             
Xatundan sonra Sabarlar
Sasaniyə yenildilər,
1
Güclərini itirdilər.
Avardan da zərbə alıb,
Göytürklərə sığınıb,
Hökmü altına girdilər. 
  
Dövlət kimi dağıldılar,                                                               
Qəbilə kimi qaldılar!
Yeni qurulan dövlətin
Tərkibinə qoşuldular.
Xəzər kimi bir dövlətə
Sabarlar şərik oldular!
1.545-ci ilə təsadüf edur.


Türkün dastanı
155
X Ə Z Ə R L Ə R                                                         
(Xəzər Xaqanlığı-İmperatorluğu)                              
Avropanın doğusuna cəm olmuşdu nəzərlər,
Bu məkanda yeni dövlət qururdular Xəzərlər!
Davamıydı Sabarların bu yeni Türk dövləti,
İqtidarın ətrafında birləşdi Türk milləti.
Mənası, məzmunu kimi sərbəst, azad gəzərlər,
Sabarlar tək azadlığı çox sevərdi Xəzərlər.
Göytürk Xaqanlığının batıda bir qoluydu,
Tutduqları yol-ərkan da Göytürklərin yoluydu.
Göytürklərin istəyinə daim əməl edirdi,
Bu minvalla öz uğurlu yollarını gedirdi.
Bizansla da hər cəhətdən edirdilər yaxınlıq,
Sasanilər bu dostluğa göstərirdi paxıllıq.
Göytürklər heç istəməzdi Sasani güclü olsun,
Fars elinə baş endirib, İrana borclu olsun.
Bu səbəbdən xəzərləri Gürcüstana göndərdi,
Xəzər ordusu Tiflisə güclü zərbə endirdi.
Digər Xəzər qoşununa verildi başqa qərar,
Azərbaycana hücumlar, axınlar başladılar.
1
Elə bu vaxt Göytürklərdə xaqan Tonq Yabqu idi,
Xaqanın kiçik qardaşı Xəzərin başbuğu idi.
Bir tərəfdən Sasaninin qüdrəti əldən getdi,
Bir tərəfdən də xəzərlər Tiflisi işğal etdi.
2
Göytürklər də zəifləyib Çinə məğlub oldular.
Əlli illik bir zamanda əsarətdə qaldılar.
1. Bu axınlar 626-cı ildə olmuşdur. 
2 629-cu ilə təsadüf edir.


Munis
156
Elə o vaxtdan Xəzərlər oldu bağımsız dövlət
Göstərdi öz qüdrətini üç yüz illik bir müddət.
                          *  *  *
Ərəblər İslamı yaymağa gəldi
Gəldilər İranın üstünə sarı.
1
Artıq gücdən düşmüş sasanilərsə
Açdılar onlara bütün yolları.
İran Ərəblərin keçdi əlinə,                                                       
İslamın ruhunu duydu hər tərəf.
Xəlifə qoşunu çəkmək istədi
İndi də Bizansa, Qafqaza tərəf.
       
Bu durum Xəzəri, bir də Bizansı                                              
Sövq etdi qursunlar güclü ittifaq.
Daha da dostlaşıb qohumlaşdılar,
Hər dövlət sözünə sadiq qalaraq.
Xəzərin xaqanı qızı Çiçəyi
Bizans sarayına gəlin köçürdü.
Şahzadə gözəlin davranışından
Bizansla Avropa ibrət götürdü.
Bir nümunə oldu çox saraylara,
Şux qiyafətiylə bu göyçək xatun.
Doğrultdu xalqının yüksək adını,
Əsl Türk balası o Çiçək Xatun.
1. 634 - 637-ci illərdə olmuşdur.  


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə