Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə25/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

Munis
144
                       *  *  *
         Dövlətə dayaq oldu
         Hər üçünün birliyi.
         Bu vəhdətdən yarandı
Elin, xalqın dirliyi.
Yox oldu məmləkətin
Bütün kəm-kəsirliyi.
Qoymadılar heç zaman
Milləti başıpozuq,
Bilgə Kağan, Kültəkin,
Bir də vəzir Tonyukuk!
Birləşdi Türk elləri,
Olmadı umu-küsü.
Bir-birinə qarışdı
Hər ocağın tüstüsü.
İsitdi günəş kimi
Saf qəlblərin istisi.  
Qoymadılar üşütsün                                                           
Bir türkü şaxta, soyuq,
Bilgə Kağan, Kültəkin,
Bir də vəzir Tonyukuk!
Artırdılar durmadan
Xaqanlığın gücünü.
Uzatdılar hər yana
Sərhədlərin ucunu.
Çinə də yedirtdilər
Günahını, suçunu.


Türkün dastanı
145
Sınırları qorudu,
Necə qorunur qoruq.
Bilgə Kağan, Kültəkin,
Bir də vəzir Tonyukuk!
Göytürklər özləriylə                                                           
Mədəniyyət gətirdi.
Əbədi həkk olunan
Bilgi, sənət gətirdi.
Orxon abidəsi
1
 tək
Sönməz şöhrət gətirdi.
Pozulmaz iz saldılar,
Bu dünyaya biryolluq
Bilgə Kağan, Kültəkin,
Bir də vəzir Tonyukuk!
Bilgə Kağan dediyi
Bilgini, bilmələri.
Bəngüdaşa yazdılar
Ağıllı kəlmələri.
Yollıq Tekin toxudu
Daş üstə ilmələri.
Həkk etdirdi tarixi
1.Orxon Abidələri 725 - 735-ci illər arasında dikələn, Bilgə Kağan 
dövründən    qalma bəngüdaşlardır. 13 dikili daşdan ibarətdir. Daş 
üzərinə həkk olunmuş    türkcə mətnlər Türk yazılı ədəbiyyatının ilk 
şah əsəri  hesab olunur. Burada  əsasən Bilgə Kağanın Türk millətinə 
müraciətlə dediyi sözlər-vəsiyyətlər öz   əksini tapmışdır. Bu bəngü-
daşlar Monqolustanda, Baykal gölünün cənubunda Orxon(Yenisey) 
vadisində və Koço Saydam gölü yaxınlığındadır.


Munis
146
Daşlara oyuq-oyuq.
Bilgə Kağan, Kültəkin,
Bir də vəzir Tonyukuk!
Onların zamanında                                                            
     Sabitlik pozulmadı.
Göytürkün ünvanına
Bir nöqsan yazılmadı.
Orxon abidələri
Dikəldi, qazılmadı.
Oldu nəsillər üçün
And yeri, sübut yeri!
Zülmətə işıq tutan
Parlaq bir ümid yeri.
Əməlləri, adları
Yaşayır bəngüdaşda.
O vaxtdan indiyədək
Çox mətin dayanıblar
Sərt qayada, sal daşda.
Nə sökükdür, nə uçuq,
Bilgə Kağan, Kültəkin,
Bir də vəzir Tonyukuk!
       
Bircə-bircə quş kimi                                                          
Köçdülər bu həyatdan.
1
O şirinlik qalmadı
1. 46 il Türk millətinə xidmət göstərən, ”Türklərin Bismarkı“ sayılan, 
zəkalı     və qabiliyyətli dövlət adamı olan Tonyukuk 725 - 731-ci illər 
arası vəfat etmiş, Kültəkin 731-ci ildə 47 yaşında ölmüş, Bilgə Kağan 
isə 734-cü ildə 50   yaşında zəhərlənərək öldürülmüşdür. Kağanlıq 
müddəti 19 il çəkmişdir.


Türkün dastanı
147
Göytürk adlı büsatdan.
Hakimiyyət, taxt üstə
Yaman qopdu qiyamət.
Tayfalar arasında
Mücadilə, rəqabət.
Xanədan da bölündü
Bağımsız dövlətlərə.
Dağınıqlıq, pozuqluq
Kök atmışdı hər yerə.
Gah Uyğur güclənirdi,
Gah Basmil, gah da Karluk.
Axı, hardan biləydi,
Belə olacaq sonluq...
Bilgə Kağan, Kültəkin,
Bir də vəzir Tonyukuk!


Munis
148
  BOZ QURD HAQQINDA                                                 
Boz qurd Göytürklərin
Rəmzi, simvolu olmuş.
Çeviklik, döyüşkənlik -
Boz qurdun yolu olmuş.
Qurd kimi cəld tərpənib,
Çeviklik göstəriblər.
Düşmənin kürəyini
Daim yerə səriblər.
Bənzədiblər xəyalda
Atalarını qurda.
”Qurd ana“dan törəyib
Sahib olublar yurda.
Yaradıblar bu haqda
Əfsanə və rəvayət,
Dastan və nağıllar da.
Belə də hopub qalıb
İllərlə ağıllarda.
Bu inanc yol tapıbdır
Təfəkkürə, ürəyə.
Zaman-zaman çevrilib
İstəklərə, diləyə.
Qurdun başının şəkli
Ruh verirdi onlara.


Türkün dastanı
149
Onunçün çəkmişdilər
Göy səmanı andıran
Göy rəngli bayraqlara.
Totem kimi boz qurddan
Danışır Göytürklər!
Nağıllarda söyləyir,
Dastanlarda deyirlər.
Əfsanə, rəvayətdə
Belə nəql eyləyirlər:
Hun soyundan gəlibdir
Göytürk nəsli binadan.
Mərd kimi, igid kimi
Doğulubdur anadan.
Güclənən bu Türk boyu                                                     
O boya hücum edib.
Tayfasını dağıdıb,
Evlərini şum edib.
Qurtulan tək cocuğu
Dişi qurd qoruyubdu.
Doğulan yeni nəsil
Bunlardan törəyibdi.
Sonra çoxalıb, artıb,
Düşməndən öc alıblar.
Böyük xanədan qurub,
Göylərə ucalıblar.


Munis
150
Qurddan törəyən oğul
”Aşına“
1
 adı almış.
Xalqına xaqan olub,
Bəlalardan qurtarmış.
Göytürklər nağıllarda
Dağları çapıb gəlib.
2
Bu Aşına soyundan
Pərvəriş tapıb gəlib.
”Boz qurd“ əfsanəsinin
Çəkisi, yükü birdir.
Bütün rəvayətlərin
Qayəsi, kökü birdir!
1 ”Dişi qurd“ mənasını verən ”Aşına“(Asena) adlı uşaq xaqan olmuş-
dur. Əfsanəyə görə Göytürklər həmin bu ”Aşına“ soyundan gəlir-
lər. 
2. Gözdən, könüldən uzaq, məhdud bir ərazidə artıb çoxalan Göy-
türklər qayaları, dağları yararaq genişliyə - Altay dağlarının ətəklərinə 
çıxmışlar. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə