Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

Munis
198
Kiçik qardaş Asparux,
Başında bir topluluq,
Yönəldilər Dunaya.
Bölgələri zəbt edib,
Əmrini yaya-yaya.
          
Balkan torpaqlarında                                                       
Ayaq saxlayıb durdu.
Bu yerlərdə yeni bir
Bulqar dövləti qurdu.
1
Bizansın yaratdığı
Əngəlləri də aşdı,
Dobruca adlı yerin
Güneyinə yerləşdi.
Qısa zaman içində
Gücləndi hər cəhətdən.
Həm siyasi cəhətdən,
Həm əsgəri cəhətdən...
Dunay bulqarlarının
Əlləriylə yaranan
Dövlətin davamıdır
Bu günkü Bolqarıstan!
1668-679-cu illəri əhatə edir. Buradakı bulqarlar ”Dunay bulqarları“ 
adlanırdı. Asparuxdan sonra Bulqar dövlətinə ayrı-ayrı dövrlərdə Tər-
vəl, Kurumuş, Krum,  Omurtaq, Malamir (Balamir), Persiyan, Boqo-
ris(Boris) Xan rəhbərlik etmişlər. Ancaq tabeliklərində olan ərazilərdə 
slavyanların çoxluğu və qeyri millətlərlə qurulan izdivaclar getdikcə 
Türklərin slavyanlaşmasına gətirib çıxarmışdır. Demək olar ki, indiki 
Bolqarıstan dövlətini bir dövlət kimi Türklər qurmuş və orada yaşa-
yan millətin əksəriyyəti Türk kökənlidir.   


Türkün dastanı
199
İTİL  BULQARLARI    
                                              
Böyük Bulqarya Dövləti hissə-hissə bölündü,
Bir bölümü İtil-Kama hövzəsində göründü.
Bura gələn Otuz Oqur türklərindən qalanlar,
Türk boyundan olan Uzlar, Sabarlar, bir də Hunlar,
Birləşdilər, bölgəni də türkləşdirdilər onlar,
Bu birliyin adınasa deyirdilər Tatarlar.
İlkin qəbul edənlərdir onlar İslamiyyəti,
Uzun müddət qorumuşlar qurduqları dövləti.
Bürüməmiş bu birliyi nə qəm, nə qüssə, kədər,
Moğol istilasınadək, düz altı əsrə qədər.
                      *  *  *
Oturaq bir həyat yaşadı onlar,
Torpağı şumladı, məhsul becərdi.
Ötən günlərini vermədi hədər,
Əkdiyi ağacdan nübar da dərdi.
Meşələr, ormanlar bir xəzinəydi,                                            
Mal-qoyun bəslənir, hey çoxalırdı.
Əkin torpaqları çox olan kimi,
Ətrafda hüdudsuz otlaqlar vardı.
Dəri istehsalı artdı durmadan,
Tikilən kürklər yeni bir sənət.
Bulqar meşinləri gəzdikcə əl-əl,
Çoxaldı ixracat, artdı ticarət.


Munis
200
Uzandı hər yana karvan yolları,
Şimal dənizinə, Xəzərə qədər.
Arala, Xarəzmə, İrana kimi,
Bir də Türküstana, Misirə qədər.
Önəmli yer tutdu bu bazarlarda,
Çeşidli, naxışlı bulqar malları.
Kazan türklərinə dəriçiliyi,
Bir miras qoymuşdur öz əcdadları.
Xəzər Xaqanlığı zəiflədikcə,
Bulqar Xaqanlığı gücləndi burda.
Yeni-yeni böyük şəhərlər qurdu,
Bulqarlar bəxş etdi həmin bu yurda.
Tikdilər Osalı, Tetiş, Züyeni,                                                  
Cüke-Tav, Kermencüm, Kazan, Suvarı.
O vaxt Avropada üstün sayılan
Ticarət mərkəzi, başkənd ”Bulqar“.
1
                             *  *  *
Əzəl gündən toplum-toplum yaşayırdı bulqarlar,  
Hər toplumun iltəbəri, yəni öz xanı vardı. 
Bir xanın rəhbərliyində birləşən bu türklər,
Vahid vəhdətin altında necə də bəxtiyardı.
1. ”Bulqar“ şəhəri IX-XII əsrlərdə Şərqi Avropanın    ən önəmli ticarət 
mərkəzi idi. 


Türkün dastanı
201
Bulqar türkü özü qəlbən mənimsədi İslamı,
Zorla kimsə yeritməmiş bunu türkün canına.
Bulqar xanı Almış o vaxt göndərmişdi Baştonu,
Abbasilər xəlifəsi Əl-Müktədir yanına.
1
                   
Bildirmişdi müsəlmanlıq dininə marağını,                                  
İslamı dərindən bilmək arzu və istəyini.
Dindarlardan, məscid yapan memarlardan bir heyət
Göndərməklə Əl-Müktədir vermişdi öz rəyini.
                                 *  *  *
Almış Xan nə vaxt ki, oldu müsəlman,
Dəyişdi adını, eylədi Cəfər.
Qəbul eyləmişdi həmin dövrdə
Müsəlman dinini Qaraxanlılar.
Almış Xan öz oğlu Əhməd Xanı da
Bir müsəlman kimi göndərdi Hacca!
2
Yenə də xəlifə Əl-Müktədirə
Yolladı ərmağan, bir də ki, sancaq.
3
Vaxt gəlmiş bu İtil türklərinin də
Yazılmış tarixdə bəxtinə qara.
Bircə dəfə deyil, bir neçə dəfə
Məruz qalmışdılar istilalara.
_______________________________
1. 921-ci ildə. Başto Xəzər türkü idi. 
2. 944-cü ildə. 
3. Sancaq - bayraq. 


Munis
202
       
Moğol istilası bulqarların da                                               
Son qoymuş firəvan güzəranına.
1
Taxtında qalsa da Bulqar xaqanı,
Ancaq tabe olmuş Moğol xanına.
Moğollardan sonra sonuncu işğal
Baş vermiş Teymurləng hücumlarından.
2
Dağılıb köç edən bu Oqurların
Son məskəni olmuş indiki Kazan!
3
1 1236 və 1361-ci ildə. 
2. 1391-ci ildə. 
3. Tatarıstan Respublikasının paytaxtı Kazan şəhəri. 


Türkün dastanı
203
Q A R A X A N L I L A R   
                                            
Qəbul etdi İslamı rəsmi dövlət dini tək,
Türk dövlət tarixində Qaraxanlı dövləti!
İtil bulqarlarından Qaraxanlılaradək,
İki kiçik dövlət də islamlaşmışdı qəti;
Xəlifəlik içində, daha dəqiq – Misirdə,
Türk Müsəlman dövləti olmuş burda bərqərar.
Əhməd bəyin qurduğu bu dövlətin tərkibi
Oğuz türkləriydi, adıydı Tolunlular.
          
Lakin bağımsız olan türklərin bu dövləti                                  
Yaşaya bilmiş ancaq otuz bahar, otuz qış.
Axır xəlifəliyin bir əyaləti olmuş,
Bağımsızlığı bitmiş, müstəqilliyi itmiş.
Digər İslam dövləti türk bəylərindən olan
Məhəmməd Əbu Bəkrin Akşidlər dövlətidir.
Misir valisi ikən bağımsızlıq qurmağı
Türk oğlunun türklərə hədsiz məhəbbətidir.
Ancaq Əbu Bəkrin də yaratdığı bu dövlət
Qısa ömür yaşadı, gərək uzun olaydı.
Qaraxanlılarınsa İslamı yaşatması,
Türk-İslam tarixində çox önəmli olaydı!
Karluklu türklərindən Qara Xan adlı bir ər,
Öz adıyla adlanan dövlətə oldu rəhbər.
1
1. Qara Xanın əsl adı Bilgə Kül Qədir Xan idi. Qaraxanlılar dövləti  840 – 
1212-ci  illər  arası  mövcud  olmuşdur. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə