Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə35/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

Munis_212___O_Ğ_U_Z_L_A_R'>Munis
210
Bir rəvayət kimi həmin əhvalat
Gəzmişdi dillərdə o vaxtdan bəri!
İbni Sina olmuş, bir də Biruni,
Sarayın ən məşhur elm adamları!
Dünyanın sevdiyi bu iki türkün
Bəzəkdir aləmə məğrur adları!
İbni Sina o vaxt bütün cahanda
Təbabət elminin bilicisiydi!
Günəşli varlığın, bu kainatın
Biruni ən güclü görücüsüydü!
                     *  *  *
Ölümündən sonra əvəz eylədi
Mahmudu öz oğlu – varisi Məsud.
Elə o zamandan günəşi söndü,
Qəznənin üstünü götürdü bulud.
Məsud qazansa da bəzi zəfərlər,
Mahmudun yerini doldurammadı.
Ata qaldırdığı Türk bayrağını
Oğlu sona qədər qaldırammadı.
Dövlətin içində baş qaldırdılar,
Ara qarışdıran, ara vuranlar.
Qayda pozanların artdı sayları,
Artıq qalmamışdı dövlət quranlar.


Türkün dastanı
211
Artırdı nüfuzu bu vaxt bölgədə,
Türk dövləti olan ”Səlcuqlu“ların.
Yerini tutmağa hazırlaşırdı,
Qəznəli adlanan bu iqtidarın.
İki Türk ordusu gəldi üz-üzə,
Mərvin yaxınında – Dandanakanda.
Elə bir şiddətli döyüş oldu ki,
Misli olmamışdı hələ cahanda!
Səlcuqlu türkləri qalib gəldilər,                                             
Belədir tarixin həqiqətləri!
Uzun illər boyu türk qardaşların,
Çoxdu çəkilməli xəcalətləri!
Qəznənin sonuncu hökümdarını                                               
Gorlular
1
 məhv etdi Xosrov Məliyi.
Bax, belə yıxıldı Qəznə dövləti,
Belə itirdilər Qəznəliliyi.
Arxa-kömək durub dirçəlməkdənsə,
Ancaq bir-birinin qəddin əydilər.
Gərək olmayaydı yersiz qırğınlar,
Savaş əvəzinə birləşəydilər!
Qənim kəsildikcə türklər özünə,
Düşmən ayaq açdı üzərimizə.
Özümüz tökdükcə öz qanımızı,
Yadlar sahib oldu ellərimizə!
1.  Gor bölgəsində yaşayan türklər. 
 


Munis
212
       
           O Ğ U Z L A R  
                                                          
Doldu bulud kimi, əsdi yel kimi,
Bürüdü cahanı igid Oğuzlar!
Çaxdı şimşək kimi, axdı sel kimi,
Oyatdı zamanı igid Oğuzlar!
Kökü çox qədimdən – Hunlardan gəlir,
Dünya yarandığı günlərdən gəlir.
Səsi əsrlərdən, illərdən gəlir,
Görüb çox dövranı igid Oğuzlar!
Ululardan biri Mete Xan idi,
Oğuz Xan adlanan dədə xan idi,
Babamız sayılan ötə xan idi,
Başında öz canı – igid Oğuzlar!
Adı tək özləri güclü, qüvvətli,
Sənələr boyunca şanlı-şöhrətli,
Olubdur əzəldən varlı-dövlətli,
Görməyib talanı igid Oğuzlar!
Oğuz kəlməsini bəngüdaş üstə
Həkk etdi Göytürklər böyük həvəslə.
Artıb çoxaldıqca dəstəbədəstə                                                 
Titrətdi hər yanı igid Oğuzlar!


Türkün dastanı
213
Boylar birləşərək oldular Ok-Uz;
Yəni çoxlu oxlar – Üç, Altı, Doqquz.
Ən böyük birliyin adıydı Otuz.
Qorudu ad-sanı igid Oğuzlar! 
İç Oğuz, Dış Oğuz güc eylədilər,
Dostu dost, düşməni puç eylədilər,
Doğudan batıya köç eylədilər,
Tutdu çox məkanı igid Oğuzlar!
Karacukdan tutmuş Xəzərə kimi,
Oldular bölgənin mütləq hakimi.
Oğuz dövlətinin qoyuldu himi,
Artırdı olanı igid Oğuzlar!
Yaydı Türk adını, Türkmən adını,                                           
İyirmi dörd boyda qol-qanadını.
Dənizdən-dənizə sürdü atını,
Türklərin sultanı igid Oğuzlar!
Əslim bir tarixdir, nəslim uludur,
Getdiyimiz bu yol Haqqın yoludur.
Oğuz oğlu, möhkəm dayan, möhkəm dur,
Deməsinlər, hanı igid Oğuzlar?! 


Munis
214
S Ə L C U Q L U L A R                                                    
    (Böyük Səlcuqlu Xaqanlığı - İmperatorluğu)
Böyük bir tarixi, böyük bir dövrü
Yaradan, yaşadan Səlcuqlulardır!
Böyük Türküstandan Ağ dənizədək
At sürən, at çapan Səlcuqlulardır!
Torpağın qoynuna igidlik əkən,
Şir kimi vuruşan, quş kimi səkən,
Minarələr qurub, məscidlər tikən,
Abidələr yapan Səlcuqlulardır!
Sönməz bir dastandır dodaqda, dildə,
Önündə diz çökdü dəniz də, göl də,
Düşdüyü obada, düşdüyü eldə,
Bir səadət tapan Səlcuqlulardır!
                      *  *  *
Oğuzların Kınık boyu                                                         
Yetirmişdi Dokak bəyi.
Ləqəbiydi Dəmir Yaylı,
Boylar içrə hay-haraylı!
Oğuz adlıydı dövləti,
Ətrafında öz milləti.
Möhkəmlətmişdi yerini,
Xəzərin sahillərini.
Yurd etmişdi özlərinə,
Heyran olub düzlərinə.


Türkün dastanı
215
Tutmuşdular bu yerləri,
Qədim zamanlardan bəri.
Dokak bəy öldüyü zaman,
Çox gənc idi oğlu bu an.
On səkkiz yaşlı Səlcuğun,
Əcdadıydı Oğuz və Hun!
Mərdlik varıydı qanında,
Yetişdi Yabqu yanında.
Oldu ordu komandanı,
Doldu igidlərlə yanı.
Artan nüfuz, artan şöhrət,
Açdı Yabquyla rəqabət.
Səlcuq yığıb ətrafına
Doğma, yaxın tayfaları,                                                       
Köçdü burdan başqa yana –
Maveraünnəhrə sarı.
Köçərkən aparmışdılar
Özləriylə dəvə və at.
Çoxlu sayda qoyun, davar,
Bir də tükənməz varidat.
Coşdu burda yeni həyat!
Təzə məkan heç etmədi,
Sürülərə yer darlığı.
Otlaqlar, biçənək idi,
Bu yerlərin solu, sağı.


Munis
216
Sırdəryanın sahilində
Yeni Türk şəhəri vardı.
Səlcuq səfər etdi Cəndə,
Onu ora bəxt apardı.
Cənd şəhəri sərhəd idi,
İslam ölkələri ilə,
Səlcuq düşünüb gəlmişdi,                                                   
Bu yerlərə bilə-bilə.
Ona bağlı Oğuzlarla
Birgə müsəlman oldular!
Digər yerli tayfalarla
Birləşib bir can oldular!
Elə o vaxtdan qoyuldu,
Yeni bir dövrün təməli.
Oğuzlar üstün sayıldı,
Səlcuq bölgəyə gələli!
Başladılar el-obaya
İslam dinini yaymağa.
Dinlərini yaya-yaya,
Ürəklər dönürdü dağa.
Oğuz dövlətini yenib
Oldular tamam müstəqil.
Səlcuqlu adlanan dövlət,
Qüvvətlənirdi ilbəil.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə