Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

Munis
260
Ayrıldılar İznikdən.
Gecələr yol gəldilər,
                  gündüzlər dincəldilər.
On iki gün ərzində
                  Antakyaya çatdılar,
Antakya qalasına
                  uclu kəndir atdılar.
O dönəmdə Antakya
                  Bizansdan ayrılmışdı,
                  bir az bağımsız idi.
Bölgəyə sahib olan
                  erməni Fleratos da
                  bir az ağılsız idi.
Pozulmuşdu ədalət,
                  qorunmurdu dəyərlər.
Amma haqqı dananı
                  haqlılar tez əyərlər.
Fleratos bu zaman
                  səfər etmiş Urfaya,
Bununla da çəkdiyi      
                  zəhməti getmiş zaya.
Qalanı tapşırmışdı                                                                
                  müsəlman İsmayıla,
Bu səhvin zərbəsindən
                  çətin qalxa, ayıla.
İsmayıl yol vermişdi
                  Səlcuqlu əsgərlərə,


Türkün dastanı
261
Kəndirlə dırmaşanlar
                  daxil olmuş şəhərə,
Gecə ikən açmışlar
                  nəhəng, iri qapını,
İçəriyə almışlar
                  gələnlərdən hamını.
Oyananlar görən tək
                  hər yerdə Türk əsgəri,
Bir qismi düşünmədən
                  tərk etmişdi şəhəri.
Bir qismi mağaraya,
                  bir qismi iç qalaya
Sığınaraq gizlənmiş,
                  Haqdan kömək gözləmiş.
Səfərdən qayıdanlar                                                            
                  əl atsa da qılınca,
Türklərə məğlub olub 
                       çəkilmişlər bir küncə. 
                   
Süleymanşah bu yerdə 
                   hər kəsə verdi aman,
Onun mərhəmətindən
                   olmadı darda qalan.
Əsirlər azad oldu,
                   ədalət də bərqərar.
Gördülər hər qərarın
                   xalqa ancaq xeyri var.
Nəfs salıb əl atmadı 
                   Türklər xalqın malına,


Munis
262
Bir az sevinc qatdılar 
                   hər kəsin əhvalına.
Deməyin, ağaların 
                   hökmü, niyyəti birdi,
Mərdliklə namərdliyin 
                   hər kəs fərqini gördü;
Biri erməni – nankor, 
                   çox hiyləgər bir şeytan,
O biri Türk – xeyirxah,                                                         
                   ləyaqətli bir insan. 
Biri qəddar, zülümkar, 
                   biri adil, xilaskar.
Zülümkarı məhv edər 
                   ədalətli hökümdar!  
Qoy bilsin hər bir insan, 
                   qoy bilsin hər məmləkət,  
Qədim Türk obasıdır, 
                   Türklər yaşayan dövlət!
Qoruyub yer üzünü 
                   hər vaxt Türk ədaləti, 
Dost kimi yaxın bilib 
                   hər xalqı, hər milləti.
Harda Türkün səsi var,


Türkün dastanı
263
Orda Haqq kəlməsi var!
Bu haqqı-ədaləti 
                   əyalətlər görəndə,
Özünü həlak edib, 
                   qapılmadılar dərdə.
Tezliklə təslim oldu 
                   Ayıntap, İskəndərun,
Süveydiyə, Elbistan,                                                             
                   bir də Maraşla Göksun. 
Bizans doğuya doğru 
                   əl uzadammır daha,
Xoş müjdələr bəxş etdi                                                         
                   bu xəbər Məlikşaha!
                         ***
Süleymanşahın nüfuzu
Yayılırdı hər yana,
Qısqanclıq da artırdı
Bu qüdrətli insana!
Hər zəfərdə düşmənlər 
Onu yenilməz bildi.
Heyif, özününkülər
Ona qənim kəsildi.
Suriya məliyi Tutuş –                                                        
Məlikşahın qardaşı,


Munis
264
Hələb bəyi Müslümün
Yaxın dostu, sirdaşı.
Hər ikisi əməldə
Bir oldular bu dəfə,
Qısqanıb, götürdülər
Süleymanşahı hədəfə.
Başqa Türk bəyləri də,
Dəstək verdi Tutuşa.
Türklər türklərə qarşı
Başladılar vuruşa.
Birləşmiş qüvvələrin
Sayı həddən çoxuydu.
Süleymanşah tərəfdə
Belə qüvvə yoxuydu.
Azlıqda qalan ordu
Parçalandı, dağıldı.
Bu hala Süleymanşah
Yaman yandı, yaxıldı.
Təslim ola bilməzdi,
Məğlubiyyət bilməyən.
İndi məğlub qul kimi                                                       
Dayanmalıydı nədən?!


Türkün dastanı
265
Dözməyib xəyanətə,
Verdi qəti bir qərar;
Onun igidliyinə
Yaraşırdı intihar!
O özünə qəsd etdi,
Başqa yolu qalmadı.
Bu məğrur ölümüylə
Ucaldı, alçalmadı!
Türk Türkə qənim olub,
Yenə günaha batdı.
Qardaş qardaş qanını
Leysan kimi axıtdı.
Sonradan nə faydası,                                                         
Bitdi ömür, getdi can.
Bu müdhiş əməlindən
Tutuş olsa da peşman.
Dərindən düşünməli,
Qərar verəndə hər kəs.
Sonrakı peşmançılıq
Bizə xeyir gətirməz!
Eşitcək bu xəbəri
Ulu Xaqan Məlikşah,
Acıdı bu olaya,
Dərindən çəkdi bir ah!


Munis
266
Cəzalandırsın, deyə,
O, qardaşı Tutuşu,
Bu niyyətlə başladı
Bu dəfəki yürüşü.
Sultanın qəzəbindən
Günü döndü axşama.
Döyüşdən qaçmaq üçün
Tutuş çəkildi Şama.
Bu yolla cəzasından
Xilas olsa da Tutuş,
Bilirdi sağ qalmağı                                                           
Nə qazancdı, nə uduş.
Məlikşah ordusuyla
Ağ dənizə yönəldi.
Dağlar, dərələr keçib,
Enib sahilə gəldi.
Sərhədlər dənizlərə
Çatıbdır, razı qaldı.
Şükr edib Tanrısına,
Burda namaz da qıldı!
Doyunca seyr eyləyib
Dalğaların qatını,
Sürdü dənizə doğru
Yel qanadlı atını.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə