Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə45/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   41   42   43   44   45   46   47   48   49

Türkün dastanı
273
Mən imkan vermərəm ki,
Nahaqdan Türk övladı
Qul halına salınsın,
Sındırılsın qanadı.
Türklər azad quş kimi
Uçmalıdı göylərə
Mənim bu qərarımı                                                           
Tez yetirin hər yerə! –
Bununla soyumadı
Məlikşahın ürəyi,
Fikrindən gəlib keçdi 
Dövlətin gələcəyi:
“Parçalanıb dağılmaq
Xeyir gətirməz Türkə.
Gərək bir bütöv olsun
Səlcuqlu adlı ölkə!”
 
Bu durum Məlikşahın
Heç gəlmədi xoşuna.
Maveraünnəhr, deyə,
Əmr verdi qoşuna. 
Yolunun üstündəki
Qalaları götürdü,
Yenilməz ordusunu
Buxaraya yetirdi.


Munis
274
Buxara zəbt olundu,
Səmərqənd qabaqdadı.
Sərkərdə at belində,
Əsgərlər ayaqdadı.
Əhməd Xan əsir düşdü.
Sinəsi yandı, bişdi,
Kimsə gəlmədi haya.
Artıq Qaraxanlının
Batı qolu dinmədən
Birləşdi Səlcuqluya.
Məlikşah Özkəndə gəldiyi zaman, 
Kaşğar hökümdarı Harun Buğra Xan
Çıxdı hüzuruna təzim edərək,                                                 
Bağlılıq haqqında əlində fərman.
Qaraxanlıların doğu qolu da,                                                         
Beləcə bağlandı Səlcuqlulara.
Doğu – Çin səddindən başlanan sərhəd,
Batıda çatmışdır sonsuz sulara.
Bizim bildiyimiz Boğaziçinə!
Çox keçmədi, Adən, Hicaz və Yəmən,                                     
Böyük Xaqanlığa birləşdi həmən.
İndi həm Məkkədə, həm Mədinədə,
Böyük sayğı vardı Xaqan adına.
Oxunan xütbələr tapşırılırdı,
Həm Xəlifə, həm də Sultan adına!


Türkün dastanı
275
                 
                  *  *  *
Dənizdən-dənizə sürdü atını,
Durna bulaqların gözündən içdi.
Sayılan, seçilən bir rəhbər kimi,
Dünyada doğrunu, düzgünü seçdi.
Əsdikcə küləklər hey həzin-həzin,
Toz qopdu yerindən cığırın, izin,
Qumlu sahilindən Qara dənizin
Sultan Məlikşahın qoşunu keçdi.
Məlikşah göstərdi hər an dəyanət,
Qalxdı, bütövləşdi ulu səltənət.
Başının üstünü aldı xəyanət,
Sultan cavan ikən dünyadan köçdü.
1
 
Sultanın ölümü üzdü cahanı,
Dostlar da göynədi, düşmən də yandı.
“Böyük, ədalətli bir Xaqan idi!” –
Xaçlılar , Sultanı, bax, belə andı.
               ***
1 1092-ci il, 38 yaşında. 


Munis
276
Məlikşahın ölümü
Çox bəlalar gətirdi.
Taxt-tac üstə qovğalar
Bölgələri götürdü.
O zamandan başladı
Səlcuqlunun bölümü,
Bölüm-bölüm bölünmək
Xaqanlığı bitirdi.
Nə İraq, nə Xorasan,                                                        
Nə Suriya, nə Kirman,
Əyalətə bölünən
Səlcuqlu dövlətləri
Uzun yaşayammadı.
Yalnız Anadoluda                                                             
Yaranan yeni dövlət,
Səlcuqlunun adını
Uzun müddət yaşatdı.
Türkün adına layiq
Ömür sürdü, yaş atdı,
Tarixə imza atdı!


Türkün dastanı
277
                      ANADOLU SƏLCUQLU DÖVLƏTİ                                            
Süleymanşah yaratdı
Anadolu adlanan
Səlcuqlu dövlətini!
Bu ad ilə dirçəltdi
Türkün səltənətini.
İznik başkəndi oldu 
Qurulan bu dövlətin,
Çevrildi mərkəzinə
Böyük bir məmləkətin.
Süleymanşah çıxanda
Antakya səfərinə,
Komandan Əbül Qasım
Qaldı onun yerinə.
Elə bu səfər oldu
Süleymanşahın sonu.
Əvvəlki fəsillərdə
Söyləmişəm mən bunu.
Süleymanşahdan sonra
Döndü altı üstünə,
Sanki Səlcuqluların
Hər kəs durdu qəsdinə.
Bir yandan bizanslılar,
Bir yandan da xəyanət,


Munis
278
Gətirirdi durmadan
Kədər, nisgil və möhnət.
Əbül Qasım uymuşdu                                                        
Felinə Aleksinin.
1
Yönəldi əleyhinə
Həm millətin, həm dinin.
Qaldı başlı-başına
İzmitin qorunması.
Təslim edib şəhəri,
Şad etdilər Bizansı.
Bizansla işbirliyi
Belə keçdi həyata.
Əbül Qasımdan gəldi                                                        
Əfvedilməz bir xəta.
Məlikşah öyrənincə
Bu yaramaz oyunu,
Qanı möhkəm qaraldı:
“Hər kim satsa yadlara
Öz kökünü, soyunu,
Əfv etməyəcəm onu!”-
Deyib qəbul etmədi
Sarayında satqını
Söylədi: “Tükə məxsus
Bəs qeyrət, hünər hanı?!”
1.Aleksios.
 


Türkün dastanı
279
Əbül Qasım pərişan
Geri döndüyü zaman,
Onu qətlə yetirdi,
Bozan adlı komandan. 
                *  *  *
Türk başkəndi İsfahan,
Başında Ulu Xaqan!
Burda Süleymanşahın,
Oğlu Qılıc Arslan.
Ona hörmət, ehtiram,
Göstərirdi xanədan.
Əvvəl sarayda qaldı,
O, bir müddət, bir zaman.
Sonra sərəncamına
Verilmişdi Xorasan.
Məlikşah qovuşanda
Axirət dünyasına.
Gənc Arslan üzüldü,                                                                    
Yandı onun yasına.
Baxmadı nə yağışa,                                                                        
Nə də yağan doluya.
Ordan atını sürdü,
Döndü Anadoluya.


Munis
280
İznikdə atasına
Xalqın hörməti vardı.
Elə ona görə də,
Birinci ora vardı.
Sevinclə, məhəbbətlə                                                        
Qarşıladı xalq onu.
Bununla bitəcəkdi,
Qarışıqlığın sonu.
Xalqın seçimi ilə
Dəyişdi burda dövran,
İznikə rəhbər oldu
Cavan Qılıc Arslan!
Artıq sahib çıxmışdı,
Xalqına, millətinə,
Anadolu adlanan
Səlcuqlu dövlətinə!
               *  *  *
Öldü Süleymanşah, pozuldu ara,
Birlik də yoxuydu Anadoluda.
Böyük Xaqanlığa tabe olanlar
Düzgün getmirdilər doğru yolu da.
Verilən qərardan boyun qaçırır,
Müstəqil olmağa can atırdılar.
Ayrıca bəyliklər qurulsun deyə,
Aranı-bərəni çox qatırdılar.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə