Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   41   42   43   44   45   46   47   48   49

Munis
294
Səlcuqlu tərəfə yaşatdı təlaş.
Bu dəfə yenilən Türk ölkəsiydi,                                                                      
Bu da qovğaların nəticəsiydi.
Yenilmək, bir də ki, övladlar dərdi,
İxtiyar Sultanın ömrünu dərdi.
Gözləri qanlara bələndi onun,
Üstünə od-alov ələndi onun.
Səksən yaşda getdi gedər-gəlməzə,
1
 
Səlcuqdan qalmadı artıq möcüzə.
İndi nə Toğrul var, nə Alparslan,
Ayağı altında bütöv bir cahan.
Nə də ki, Məlikşah kəhərin üstə,
Yanında ordusu dəstəbədəstə.
Fərsiz varislərə qaldı iqtidar,
Tənəzzülə getdi ər Səlcuqlular.
Əldən-ələ keçdi sultanlıq taxtı,
Biri o birini yandırdı yaxdı.
Dördüncü səfərə çıxdı xaçlılar,
Ordunun başında başı taclılar.
Yenib, yenildi də hər iki tərəf,
Döyüşlər heç kəsə vermədi şərəf.
Yalnız aralıqda əsgər qırıldı,
Bu boş vuruşlardan hər kəs yoruldu.
Türk adı daşıyan dövlətlər belə,
Bir-birinə qarşı edirdi həmlə.
Son ünlü rəhbəri Səlcuqluların,
Şənini qorudu bu iqtidarın.
Ələddin Keyqubad addımlar atdı,
1. 1192-ci il. 


Türkün dastanı
295
Parlaq bir həyatı xalqa yaşatdı.
1
Tutdu çox yerləri, yatmadı hədər, 
Van gölündən tutmuş Tiflisə qədər.
Yendi Xarəzmşahı, Eyyubiləri,
Ərzurum, Ağ dəniz əraziləri,
Aldı itaəti altına Sultan,
Ona tabe oldu Urfa və Harran.
Cahanı titrədən Böyük Çingiz Xan
Bir təhlükə idi elə bu zaman.
Doğudan Batıya moğol axını
Qorxuya salmışdı yadı-yaxını.
Birlik istəsə də qonşu xaçlılar,
Xəlifə, ətrafda neçə hökümdar,
Türklərlə yanaşı moğola sarı,
Bir yerdə yapsınlar vuruşmaları.
Sultanın ölümü pozdu niyyəti,
Çaxnaşma bürüdü yenə dövləti.
Moğol istilası qapını kəsdi,
Ölkənin üstündən rüzgarlar əsdi.
Kösədağ civarı moğol döyüşü,
2
                                  
Səlcuq dövlətinin oldu çöküşü.
Moğol basqınları zəifləyəndə,
Bəyliklər yarandı bu torpaq üstə.
3
 
Onlar az deyildi, sayları çoxdu,
Birinin tarixdə bənzəri yoxdu.
Osmanlı bəyliyi bunun biriydi,
1. 1220-1237-ci illər. 
2. 1243-cü il . 
3. 1256-cı il 


Munis
296
Batı sınırında ən kiçiyiydi.
Davamı olacaq Səlcuqluların,
Yerini tutacaq bu iqtidarın.
Quracaq möhtəşəm böyük xanədan,
Çox uzun müddətdə sürəcək dövran!
Yeni bir dönəmə girəcək zaman,
Bizans qalxacaqdır tamam aradan!
                 *  *  *
Qızıl dövr yaşandı
Səlcuqlu dönəmində.
Uzun yol qət olundu
Üç yüz ilin içində.
Türklər sahib oldular
Geniş bir məmləkətə.
Böyük önəm verildi
Elmə, şeirə, sənətə.
Dünyada ilk mədrəsə
“Nizamiyə” , – bu adda,
Alparslanın əmriylə
Yaradıldı Bağdadda.
1
   
           
Məlikşah zamanında
Quruldu rəsədxana.
Yeni günəş təqvimi
Təqdim oldu cahana.
1. 1066-cı ildə


Türkün dastanı
297
Bundan beş yüz il bəri,
“Dünya fırlanır” , – dedi.
Dahi Qaliley, guya,
Yeni fikir söylədi.
Boya, kağız emalı
Artıq oldu bərqərar.
Bu dövrdə tikildi
Bir çox xəstəxanalar.
Elmə töhfə verdilər,                                                            
Təbiblər və dilçilər.
Yeni-yeni əsərlər
Yazdılar tarixçilər.
Xalqın dili yüksəldi,
Dövlət dilinə qədər.
Türk dilində yazıldı,
Neçə-neçə şah əsər.
Dövrün dahiləriydi,
Mövlana Cəlaləddin!
Bektaş Vəli və Yunus,
Bir də Xoca Nəsrəddin!
   ***


Munis
298
Oğuzların şöhrəti, yağıların möhnəti,
Türklərin qeyrətiydi, ər idi Səlcuqlular!
Günəş tək işıq oldu, Ay tək yaraşıq oldu,
Şam tək xalqın yolunda əridi Səlcuqlular!
Gündoğandan başladı səfərini, yolunu,
Öz milləti bürüdü sağını və solunu,
Batıyadək uzatdı Ulu Türkün qolunu,
Gah piyadə, gah atlı yeridi Səlcuqlular!
Sahibiydi hər zaman dövlətinin, varının,
Yolunda can qoyardı övladının, yarının,
Döyüş məkanlarının, savaş meydanlarının,
Aslanı, pələngidi, şiridi Səlcuqlular!
Düşmənlə vuruşları yenərək bitirdilər
Türkün gələcəyinə çox yerlər götürdülər.
Sənət dünyasına da yenilik gətirdilər,
Tarix yaradanların biridi Səlcuqlular!
Gərəksiz ağac kimi səhralarda bitmədi,
Dağların zirvəsində yersiz dinib ötmədi,
Həyatın səhnəsindən pərdələnib getmədi,
Yaşayır Türk adında diridi Səlcuqlular!


Türkün dastanı
299
E P İ L O Q  
                                                                
Səlcuqludan bu yana
Hələlik bu dastana
Son qoymaq istəyirəm.
Qismət olsa davamı
Yazılacaq deyirəm.
Yazılmalı olanlar
Yazılandan çoxdu-çox!
Nə qədər yazılsa da,
İnan, sonu yoxdu-yox!
Türk yaratdığı tarix
Kitablara sığışmaz.
Bütövlükdə yazmağa
Zaman çoxdu, ömür az.
Türk söyləyib deyəndə,
Türk soyundan törəyib,
Olanları deyirəm!
Türkəsilli doğulub,
Qalanları deyirəm!
Doğudan Batıyadək,
Güneydən Quzeyədək,
Geniş, böyük məmləkət
Türklərə məxsus olmuş.
Nə qədər xaqanlıqlar,
Nə qədər dövlətlər var.
Nə qədər bəylik, xanlıq,
Gör nə qədər sultanlıq,
qədər atabəylik


Munis
300
Artıb, olmuş bərqərar.
Bundan bir qismi haqda,
Yazılıb bu kitabda.
Hələ qarşıda durur
Xarəzmşahlar dövləti.
Çoxlu sayda bəyliklər,
Bir də atabəyliklər.
Eyyubilər dövləti.
Qüdsü azad eyləyən
Səlahəddin Eyyubi,
Mərhəmətli hökümdar.
Onun Türk tarixində
Öz ismi, öz adı var.
Misirdə Türk dövləti,
Orda Qaraqoyunlu,
Burda Ağqoyunlular.                                                          
Birində Qara Yusif,
Birində Uzun Həsən.
Hər ikisi at üstə
Döyüşlərə tələsən.
Hər ikisi həm rəhbər,
Həm də böyük cəngavər!
Neçə-neçə igid, ər,
Bu ərənlər haqqında
Yazılmalıdı əsər.
Səfəvi dövlətinin
Qurucusu, banisi,
Səfiyəddin nəvəsi.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə