Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə42/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

Munis
254
Başlanan qiyamı yatırmaq üçün,
Qalxan üsyanları batırmaq üçün,
Belə bir qərara gəlmişdi Sultan,
O, öz mövqeyini etmişdi bəyan.
Qaraxanlı ilə Xarəzm dövləti
Savaşa qaldırmış burda milləti.
Barzam qalasını Xarəzmi Yusif
Ələ keçirmişdi, tutmuşdu hərif.
Əsir götürülmüş o, göz açmadan,
Sultanın önündə o böyük nadan,
Düşmüş ayağına Alparslanın.
Fikrində sui-qəsd olan insanın,
Canilik, qatillik örtmüş gözünü,
Fağır tək göstərmiş cahil özünü.
Cangüdəndən gizli, demə, sərsəri,
Çıxarmış çəkmədən gümüş xəncəri,
Zərbə vura bilmiş öz Sultanına,                                              
Türk bais olmuşdur Türkün qanına!
Türklərin özünə öz xəyanəti,
Sarsıtmış daima ulu milləti.
Bu səhvlər düşmənə vermişdi ayaq,
Türkə dərd gətirmiş hey qalaq-qalaq.
Dünyanı titrədən bir Türk Sultanı,
Alçaq xəyanətin olmuş qurbanı.
Can üstə söyləmiş o, son sözünü,
Dünyaya əbədi yummuş gözünü.
1
 
                         
***
1.1072-ci il. 


Türkün dastanı
255
            
Dünyaya sığmayan onun adıydı,                                             
Milləti, qoşunu qol-qanadıydı,
Vətənə köklənən bir bayatıydı,
Türküsü, oxusu Alparslanın!
Türk sözü çıxmadı heç vaxt başından,
Keçmədi Vətənin bircə daşından,
Elə igid idi yaranışından,
Yoxuydu qorxusu Alparslanın!
At sürdü baharda, payızda, qışda,
At sürdü günəşdə, qarda, yağışda,
At sürdü enişdə, düzdə, yoxuşda,
Gəlmədi yuxusu Alparslanın!
Belə bir sərkərdə yoxdu dünyada,
Yersiz bir əsgər də vermədi bada,
Düşməndən dörd dəfə az olanda da,
Sınmadı ordusu Alparslanın!
Amacıydı Türkü xoşbəxt yaşatmaq,
Qüdrətli, möhtəşəm dövlət yaratmaq,
Adil Sultan kimi zirvəyə çatmaq,
Beləydi arzusu Alparslanın!
Vaxt ötdü, qalmadı o əvvəlki ər,
Sözünə baxmadı altında kəhər,
Qolundan güc getdi, dizindən təpər,
Gözündən ziyası Alparslanın!


Munis
256
Bütövləşsin,- deyə, Böyük Turanı,
Xalqının yolunda çürütdü canı!
Qəfil sui-qəsdin oldu qurbanı,                                                   
Qapandı dünyası Alparslanın!
                    *  *  *
Alparslanın vəsiyyəti yaşadı,
Məlikşahı Sultan elan etdilər.
On səkkizcə yaşı olan varisin,
Səlcuqlular arxasınca getdilər!
Bacarıqlı vəzir Nizamülmülk
Sultan Məlikşahın oldu hamisi.
Zəngin təcrübəsi, dərin biliyi,
Qaldırdı göylərə cavan varisi.
Sultan ölkəsinə nəzər yetirib                                                   
Üsyan edənlərin kəsdi dilini.
Bir də sərhədləri möhkəmlətməyə
Sərf etdi ömrünün iki ilini.
Üstəlik də verdi belə bir fərman:
”Xaqanlıq mərkəzi olsun İsfahan!“
İndi Oğuzların, Səlcuqluların
Açılıb üzünə gülürdü dövran.
Böyük fəthlərin vaxtı yetişmiş,
Batıya yönəlmiş Türk sərkərdələr.


Türkün dastanı
257
Düşmən torpağıyla irəllədikcə
Qalxırdı yolları kəsən pərdələr.
Yenilməz komandan Süleymanşahın
Yolunu kəsməmiş bir dağ, bir dərə.
Başının üstündə sonsuz üfüqlər,
Ayağı altında Egey, Mərmərə.
Üsküdara qədər gəlmişdi əmir,
Türkə məxsus etmiş bu məmləkəti.
Gerçəkdən-gerçəyə artıq qurulmuş,
”Anadolu Səlcuqlu Türk dövləti!“
Böyük Xaqan Məlikşah,
Açsın, deyə, qol-qanad
Süleymanşaha verdi ad:
                           ”Anadolu Sultanı ! “
     Məlikşaha tabe idi
                  bu yerlərin hər yanı.
Əvvəl Konya olmuşdu                                                         
                  Sultanlığın mərkəzi,
Bu torpaq məftun etmiş
                  Türk adlanan hər kəsi.
Daha sonra alındı 
                  İznik adlı bir şəhər,
Buraya bağlı oldu
                  Sultanlıqda hər şəhər.
Süleymanşah köçürdü
                  İznikə əmirliyi,


Munis
258
Burdan qidalanırdı
                  Anadolu birliyi.
Nəzarətdə saxladı
                  İstanbulun şərqini,
Uğurlu keçməlidir,
                       düşünürdü hər günü.                                        
 Odur ki, Çaka bəyi
                  o, İzmirə göndərdi,
İndi də öz yönünü
                  dənizlərə döndərdi.
İzmir körfəzində igid Çaka bəy
İlk donanmanı qurdu.
Bununla da tarixə
                  o, öz möhrünü vurdu!
İlk donanma rəisi
                  dəniz qüvvətləriylə
baş vurub, sinə gərmiş
                  göy sulara, dəryaya,
Dəryaya sahibliyi
                  bəyan etmiş dünyaya!
                 *  *  *
Süleymanşah hədəfə
                  almışdı İstanbulu,
Üsküdara gəlmişdi
                  qət edib uzun yolu. 


Türkün dastanı
259
Boğazın bu tayından
                  seyr eləyib hasarı,
Həmin səmtə qaldırıb
                  qılınc tutan qolları,
Göstərmiş əsgərlərə
                  qarşıdakı dağları.
Söyləmişdi ürəkdən:                                                            
”Niyə dalğalanmasın
                  orda Türk bayraqları?!“
Ancaq Süleymanşahın
                  ömrü buna yetmədi,
Səlcuqlular dövründə
Bu möhtəşəm şəhərə
                  heç kəs hücum etmədi.
Süleymanşah qayıdıb
                  öz doğma şəhərinə,
Fikirləri yönəltdi
                  gələcək günlərinə.
Batıda nail olmuş
                  xeyli qalibiyyətə,
Nə doğu, nə də güney
                  hələlik tabe deyil
                  o qurduğu dövlətə.                                                    
Bu fikirlə götürüb                                                               
                       özüylə üç yüz atlı,               
                                atları quş qanadlı,


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə