Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

Türkün dastanı
241
Necə qət etmişlər qısa zamanda?!
İndi yüksəkliklər Səlcuqlularda,
Bizans əsgərləri təşvişdə, darda.                                             
Sayı çox olsa da dörd dəfə artıq,
Əlli dörd min türkə vermədi darlıq.
Artıq iki ordu durub üz-üzə,
İki yüz min düşmən yayılıb düzə.
Cəngə hazırlaşır hər iki tərəf,
Hər iki tərəfin qoşunu səf-səf.
Alparslan savaşa başlamamışdan,
Tökülməsin, deyə, nahaq damla qan,
Göndərdi qarşıya elçi heyəti,
Barış istəyiydi onun niyyəti.
İmperator isə düşünüb bir az,
Gəlişi səhv yozdu ağıldan dayaz;
”Sultan axtarırsa bizlərdən kömək,
Bizans ordusundan çəkinir demək!“
Odur ki, keyfini etmədən xarab,
Verdi elçilərə belə bir cavab:
”Başqa sərəncamım var nəzərimdə,
Barış bağlanacaq Rey şəhərində.
Səlcuqluya məxsus bütün yerləri
Rum eli etməsəm dönmərəm geri!“
Belə düşünürdü Romenin başı,
Artıq qaçılmazdı meydan savaşı.
Alparslan, yanında komandanları,
Türkün qeyrətini qoruyanları,
Yığıb ətrafına təpəyə qalxdı,
Savaş meydanına diqqətlə baxdı.


Munis
242
Gördü həddən çoxdu düşmənin sayı,
Kimə veriləcək Tanrının payı?!
Bilirdi cümədi günün ertəsi,
Qalxacaq göylərə Allah kəlməsi.
Tanrı məscidlərdə anılacaqdır,
Zəfər duaları oxunacaqdır.
Türklər öz gücünü Göydən alacaq,
İslamın uğrunda qılınc çalacaq.
Düşünüb, söylədi: - Gecikməyərək,
Sübhdən döyüşə başlayaq gərək! –
Gecə uyumadı bir Türk əsgəri,
Səsləri titrətdi uca göyləri.
Nərələr çəkdilər, davul çaldılar,
Döyüş anınadək oyaq qaldılar.
Pozdular düşmənin rahatlığını,
Təşvişə saldılar öncə yağını.
Gözləyir hər kəsi hər addımbaşı
Yüz ilin ən böyük meydan savaşı.
Sübhdən bütün qoşun namaza durdu,
Ürəklər Tanrının eşqiylə vurdu,                                             
Məscidlər oxudu dualarını;
Yaradan qorusun Türk diyarını!
Orduya qələbə arzuladılar,
İslama ürəkdən heyran olanlar!
Alparslan görmədi əhvalı xarab,
Etdi ordusuna belə bir xitab:
”İgid əsgərlərim, komandanlarım!
Bu gün sizlərsiniz dövlətim, varım.
Düşməndən nə qədər biz olsaq da az,


Türkün dastanı
243
Birlik qarşısında çoxluq dayanmaz.
Daha gözləməyə yoxdur ehtiyac,
Hücuma keçməyə qalıbdır əlac.
Bizlərçün dualar oxunan bu an,
Gərəkdir çevrilsin savaşa meydan.
Ya gərək döyüşü udaq, qazanaq,
Ya da el yolunda bir şəhid olaq.
Bu gün əmr eləyən nə bir sultan var,
Nə də əmr edilən muzdlu bir əsgər.
Sizin tək vuruşan bir qaziyəm mən,
Sizinlə olmaqdan çox razıyam mən.
Mənimlə savaşa hazır olanlar,
Arxamca gəlməyə versinlər qərar.
Döyüşmək əzmində bulunmayanlar
Getsinlər, onlara açıqdı yollar!“
Sultanın səsinə səs verdi ordu,
Süvari, piyadə tərpənməz durdu.
Sənin peşindəyik, söylədi hər kəs,
Bir Türk bu döyüşdən geri çəkilməz!
Sultan məğrur görüb komandanları,
Çevirdi atını düşmənə sarı.
Bir döyüşçü kimi o hayqırırdı,
Əlində qılıncı öndə çapırdı.
Sanki dəyişirdi dünyanın halı,
Yeri titrədirdi atların nalı.
Meydan qərq olmuşdu toza, dumana,                                       
Ordular əl atdı oxa, kamana,
Qılınca, qalxana, bir də şeşpərə,
Əks-səda verirdi hər dağ, hər dərə.


Munis
244
Hər qılınc səsindən nalə qopurdu,
Axan insan qanı yerə hopurdu.
Mərkəzdə Sultanın özü,
Yəhərdə şəhid kəfəni.
Zərbəsiylə pərən-pərən
Salırdı yağı düşməni.
O, vəsiyyət eləmişdi;                                                            
Meydanda ölərsə əgər,
Şəhid olmuş əsgər kimi
Həmin bu kəfənə bükər,
         Bu yerdə də dəfn edərlər!
Sağ tərəfdə vuruşurdu
Kutalmış oğlu Süleyman.
Solda isə Əmir Saltuk,
Hər biri şanlı komandan.
Digər qüvvələr bölünüb
Dayanmışdılar pusquda.
Fənd işlədib, tələ qurub,
Düşməni salsınlar oda.
Səlcuqlular əngəl oldu
Bizanslıların başına,
Türklər tutdu hər tərəfdən
Düşməni ox yağışına.
Sonra çəkildilər geri,
Zəiflik göstərir kimi.


Türkün dastanı
245
Elə bu an düşmən tərəf
Zənn etdi qırır tilsimi.
Böyük qüvvəylə düşdülər
Səlcuqluların peşinə.
Bununla da Türk Sultanı
Düşməni vurdu dişinə.
Gördükü çox piyadədi
Həm döyüşə, həm savaşa.
Bizans indi biləcək ki,
Oxları toxunub daşa.
Ağıllı, tədbirli Sultan                                                            
Əmr etdi orduya – ”Geri!“
Pusqudakı dəstələr də,
Nişan aldı həmin yeri.
Tələyə düşdüklərini
Düşmən dərk etdi bir anlıq.
Özlərinə gələnədək 
İş-işdən keçmişdi artıq.
Bizans tərəfdə vuruşan                                                       
Muzdlu uzlar, peçeneklər
Duyanda ki,
Qarşı tərəf Oğuzlardır,
Dostu, yadı seçdi onlar,
Soydaşların tərəfinə
Keçdi onlar!


Munis
246
Bizanslılar baxıb gördü
Hər bir tərəf mühasirə.
Cəng eləyən hər səlcuqlu,
Dönübdür pələngə, şirə.
Çox şiddətli oldu savaş,
Qəltan-qəltan qanlar axdı.
Kəsilən başlar, bədənlər
Cəsədlər qalax-qalaxdı.
Qalib gələn inam, qüdrət,
Bir də Türkün təpəriydi.
Sökülüb dağılan isə,
Ancaq düşmən çəpəriydi.
Günorta başlanan döyüş
Axşamüstü sona yetdi.
1
Bizanslılar indi bildi,
Türklər doğrudan igiddi.
Bitdi artıq neçə günlük
Təşviş, təlaş və həyəcan.
Türkün qılıncı altında
Bizanslılar verirdi can.
          
Qaçmaq istəyən hər kəsi                                                      
Səlcuqlu qılıncı kəsir.
Aman diləyən əsgəri,
Sözsüz, alırdılar əsir.
1.  27 avqust 1071-ci il Malazgird döyüşü 
    Səlcuqluların şanlı qələbəsi ilə sona çatdı. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə