Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

Türkün dastanı
223
Döyüş uzun çəkmədi, düşmən səfi pozuldu,
Qələbə Səlcuqların ünvanına yazıldı.
1
      
Qəznəli üzərində qazanılan ilk zəfər,
Səlcuqlu ordusuna verdi qüvvət və təpər!
Artıq burda bir dövlət qurmaq imkanları var,
Səlcuqlu Sultanlığı burda tutacaq qərar.
Məsud qalib tərəfə buraxdı üç vilayət,
Üstəlik də göndərdi bayraq, fərman və xələt.
Kifayət eləmədi ayrılmış ərazilər,
Səlcuqlular daha üç əyalət istədilər.
İstəyi almaq üçün yenə hazırlaşdılar,
Şirazın ətrafına gəlib yaxınlaşdılar.                                               
Məsudunsa varıydı Hindistana səfəri,
Hacibiyə tapşırdı qoşunu və şəhəri.
Bu dəfə əmr elədi, Səlcuq təhlükəsini
Götürüb tam aradan, qırsın iradəsini.
Məsud atası kimi uzaqgörən deyildi,
Həqiqəti dərk edib yolgöstərən deyildi.
Ona görə görmürdü acı məğlubiyyəti,
İndi nəyə qadirdir Səlcuqlu qətiyyəti?
Şiraz yaxınlığında böyük bir savaş oldu,
Xeyli itkilər oldu, qandan torpaq yaş oldu.
Çağrı bəyin qeyrəti, təpəri, gücü, məni,
Yenə məğlub elədi bu inadkar düşməni.
2
Artıq Səlcuqlunundu Mərv, Fərabə, Dehistan,
Nəsa, Şiraz, Nişapur – demək bütün Xorasan.
1. 1035-ci il. 
2. 1038-ci il. 


Munis
224
Toğrul bəy Nişapura üç min atlıyla girdi,
Şəhərdəki sarayı, taxtı ələ keçirdi.
Oturan kimi taxta başladı islahata,                                             
Yeni dövlət çələngi bəxş etməyə həyata.
Xəlifə tərəfindən göndərildi elçilər,
Bu gəliş Toğrul bəyin hökmündən verdi xəbər.
Toğrulu hakim kimi tanıdı Abbasilər,
Bu xəbər rəqiblərə oldu ölümdən betər.
                                         *  *  *
  
Sultan Məsud geri döndü səfərdən,
Yel tək dayanmadan, quş tək qanadlı.
Başında çox güclü, mükəmməl ordu,
Üç yüz savaş fili, əlli min atlı.
O qədər gücü yox Səlcuqluların,
Cəmi iyirmi min süvari vardı.
Amma Toğrul ilə Çağrı bəylərin,
Döyüşü udmağa təpəri vardı.
Burda fənd gərəkdi, ağıl gərəkdi,
Həm xalqı qoruya, həm də ordunu.
Burda qalib gələn oğul gərəkdi,
Rəqibin gözünün ala odunu.


Türkün dastanı
225
Qardaşlar əl atdı ağıllı fəndə,
Çəkdilər rəqibi çöl savaşına.
Ordu Səlcuqluya tərəf gələndə,
Çağrı hiylə qurdu düşmən başına.
O öz qoşununu geriyə çəkdi,                                                     
Bildi düşmən tərəf edəcək təqib.
Çöllərdə düşmənin qüvvəsi çökdü,
Susuz səhralarda dəng oldu rəqib.
Qəznəli ordusu gəlib çatanda
Qoşunu yorulub lap əldən düşdü.
Mərvin yaxınında, Dandanakanda,
Ordular üz-üzə burda görüşdü.
Üç gün davam etdi şiddətli döyüş,
Burda qalib gəldi zəka insanı.
Qüvvələr olsa da qeyri-bərabər,
Düşmənin daha çox töküldü qanı.
Nizamı pozuldu səf qoşunların,
Səlcuqlu önündə yaman çaşdılar.
Sultan Məsud özü yüz atlı ilə                                                  
Savaş meydanından çıxıb qaçdılar!
Burdan qurtardısa o öz canını,
Ancaq olanmadı ölümdən xilas.
Özününkü tökdü onun qanını,
Kimsə saxlamadı sultanına yas.


Munis
226
Səlcuqluya qaldı bütün xəzinə,
Xeyli silah-sursat, xeyli qənimət.
Sanki yeni doğdu dünya üzünə,
Tam bağımsız olan azad bir dövlət
1

Birinin ölümüydü,
Birinin gəlimiydi,
Demək, qismət beliydi –
Dandanakan zəfəri!
Hünər, cəsarət oldu,
Rəhbərə hörmət oldu,
Xalqa sədaqət oldu,
Dandanakan zəfəri!
Doğdu qəlbin başından,
Səlcuqlu təlaşından,
Qurtuluş savaşından,
Dandanakan zəfəri!
Sədası el dolaşdı,                                                               
Rumeliyə yol açdı,
Ağ dənizə qol açdı,
Dandanakan zəfəri!
Gecədən sonra gündüz,
Nə çox asan, nə qəliz,
Xaqanlığa qalxan iz,
Dandanakan zəfəri!
1
.
23 may 1040-cı il.
   
 


Türkün dastanı
227
Zəfərin ertəsi quruldu meydan,
Sanki nur çiləndi günəşdən, aydan!
Meydanın önündə bir taxt çadırı,
Ətrafda Səlcuqlu komandanları.
Ortada zərli taxt qoyulub durur,
Hər bir səlcuqluya verirdi qürur.
Zəfər çalmış ordu atlı, piyadə,                                                
Mərasimə gələn həddən ziyadə.
Oğuz türklərinin yüksəlir səsi,
Qalib əsgərlərin qalxır nərəsi.
Əllərdə bayraqlar dalğalanırdı,
Nizələr, qalxanlar par-par yanırdı.
Hər kəsin üzündə sevinc, həyəcan,
Mərasim sükuta qərq oldu bir an.
Bir bəy addımladı çadıra sarı,
Bu idi toplumun son arzuları.
Toğrul bəy xaqan tək taxta oturdu,
Ətrafı sürəkli alqış götürdü.
Tərpəndi, çalxandı, coşdu izdiham,
Göstərdi Sultana belə ehtiram.
Qalib gəlmişdisə Çağrı bəy, ancaq
Böyük qardaş taxta salmadı maraq.
Qəbul eləmədi o, sultanlığı,
Daha üstün saydı komandanlığı.
Toğrul bəyə verdi xaqan taxtını,
Orduda görürdü qalan vaxtını.


Munis
228
Toğrul bəy xalqına tutub üzünü,
Söylədi rəhbər tək ürək sözünü:-
”Ey Səlcuq bəyləri, qəhrəmanları!
Ordumuzun qalib komandanları!
Əziz qardaşlarım, doğma millətim,
Bu gün sizlərədir sözüm-söhbətim.
Şükür Tanrımızın kəramətinə!
Salmadı bizləri çox da çətinə.
Bizlərə bu yurdu, məkanı verdi,
Burda dövlət qurmaq imkanı verdi.
Səlcuq dövlətim var, qoy bilsin cahan,                                     
İndi Sultan kimi edirəm bəyan.
Yenicə qurulan bizim bu dövlət,
Hər Oğuz türkünə verəcək qüvvət!
Doğudan batıya qalib gələcək,
Güneydən quzeyə genişlənəcək.
Qoy düşərli olsun hər yeni məkan,
Tanrı köməyimiz olsun hər zaman!“
Toğrul bəy nitqini elədi tamam,
Alqışa qərq etdi onu izdiham.
Sonra göndərildi hər yana əsgər,
Qonşu ölkələrə fətihnamələr.
Çox da vaxt keçmədi, elə həmin ay
Mərvdə toplandı böyük qurultay.
Toğrulun nitqiylə açıldı məclis,
Bu məclis çox uzun çəkmədi sözsüz.
Önəmli qərarlar qəbul edildi,                                                 
Məclis haqq yolunu gərəkli bildi.
Artıq Səlcuqlunun sərhəddi bəlli,


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə