Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

Türkün dastanı
229
Hər məchul sualın tapıldı həlli.
Nişapur başkəndi yeni dövlətin,
Toğrul bəy Sultanı bu məmləkətin.
Çağrı, Musa Yabqu bəyi ölkənin,
Hərə bir məliyi böyük bölgənin.
Bir-neçə il sonra Toğrulla Çağrı
Səfərə çıxdılar Xarəzmə doğru.
Bir cəhdlə Xarəzmin taxt-tacı uçdu,
Xarəzm də onların əlinə keçdi.
                         *  *  *
Zəfərlər kralı Çağrı qocalmış,
Oğlu Alparslan yerini almış.
Atanın yerində bu cavan igid,
Doğu bölgəsinə verirdi ümid.
Toplanan təcrübə, böyük səriştə,
Bir dəstək olurdu ona hər işdə.
Qəznə, Qaraxanlı, İran bölgəsi,
Artıq sayılırdı onun ölkəsi.
Çağrı bəy təpərdən düşmüşdü daha,
Ümid bağlamışdı bircə Allaha!
Sağalmaz dərd oldu Çağrının dərdi,
Onu son mənzilə əcəl göndərdi.
1
Belə sona çatdı yetmiş il ömrü,
Mərvdə qazıldı türbəli qəbri.
Çağrının dörd oğlu, dörd qızı qaldı,                                          
Yerini böyüyü Alparslan aldı.
Rəhbərlik edirdi Kuvart Kirmana,
Yakuti valiydi Azərbaycana.
1. Çağrı bəy 1060-cı ilin mart ayında vəfat etmişdir. 


Munis
230
Çox gənc olduğundan kiçik Süleyman,
Ona düşməmişdi ayrıca məkan.
Toğrul bəy bölgünü belə saxladı,
Alparslana böyük ümid bağladı.
Xəlifə əl-Kaaim biəmirullah,
Çağrının qızıyla yapmışdı nigah.
Toğrul gücləndirdi hakimiyyəti,
Batıda fəth etdi çox əyaləti.
Gürcan, Təbəristan, Hilvan, Karmisin,
İsfahan, Dehistan, Təbərək, Qəzvin,
Daha neçə-neçə şəhər, vilayət,                                                 
Səlcuqlu hökmünə düşdü nəhayət.
                          *  *  *
Öncədən İraqa köçüb gələnlər,
Burda məskunlaşmış Oğuz-türkmənlər,
Əməl eləyərək qəlbin səsinə,
Girdilər Bizansın Van bölgəsinə.
Gecə də, gündüz də hücum çəkərək,
Tutdular bölgəni Ərzurumadək.
Digər Oğuzlar da dönərək şirə,
Yönəlib Mardinə, Diyarbəkirə,
Bir dəstə üz tutub keçdi Hilvana,
Başqa bir dəstəsə Azərbaycana.
Ordunun Qafqaza artdı marağı,
Tutuldu erməni, gürcü torpağı.
Bizansın bu yurdda qalmışdı gözü,
Türklərin üstünə yeridi özü.
Toğrul Kutalmışı mərdi-mərdana,


Türkün dastanı
231
Göndərdi orduyla Azərbaycana.
Türklərin ordusu Gəncə önündə,
Bizans ordusunu saldı kəməndə.
Darmadağın oldu düşmən dəstəsi,
Yenildi erməni, gürcü qüvvəsi.
Vali göndərilən İbrahim Yınal,
Bizansa hücuma başladı dərhal.
Düşməni çıxartdı Azərbaycandan,
Qurtardı torpağı hələlik qandan.
Bir yandan Kutalmış, bir yandan Yınal,
Azğın rəqiblərə vermədi macal.
Ərzurum ovası, Karaz alındı,                                                    
Həsənqalada da zəfər çalındı.
Bizans ordusunda gürcü və abxaz
Acı yenilgidən olmadı xilas.
Alınan əsirlər, düşən qənimət,
Gürcünün kralı Liparit xəlvət
Göndərildi Reyə Sultan Toğrula,
Zəfərdən hədiyyə Sultan Toğrula!
Bizans hökümdarı Monomak həmən,
Elçilər göndərdi fikirləşmədən.
İstədi arada barış yapılsın,
Bütün sorğulara cavab tapılsın.
Gətirmiş özüylə gələn elçilər
Dəyərli bəxşişlər, nələr və nələr.
Bir xeyli hədiyyə, bir xeyli fidyə,
Gürcü kralını qurtarsın deyə.                                                 
Toğrul bəy tökməyib yersiz, nahaq qan,
Verdi Lipariti fidyə almadan.


Munis
232
Göndərdi onunla öz elçisini,
Bizans başkəndinə Türk kəlməsini.
Şərtlərin bir qismi qəbul edildi,
Bizans bu şərtləri münasib bildi:
- İstanbul məscidi təmir olunsun,
Toğrul bəy adına xütbə oxunsun.
Qılınsın burada beş rükət namaz,
Gəlsə əzan səsi heç də pis olmaz! -
Uzaqgörən idi Toğrul əzəldən,
Belə bir fürsəti vermədi əldən.
Bizans başkəndində Sultanın adı
Açdı İslam üçün qolu-qanadı!
Bu yerdə yaşayan müsəlman əhli,
Olacaqdı hər vaxt Türkün sağ əli!
Bizansla anlaşma tapıldı artıq,
Cənubda vəziyyət xeyli qaranlıq.
Xilafət ətrafı qara qüvvələr,
Vermirdi Bağdaddan yaxşı bir xəbər.
Toğrul bəy bu zaman yaşlı olsa da,
Sultan ordusuyla girdi Bağdada.
Aldı xilafəti himayəsinə,
Biryolluq son qoydu düşmən səsinə.
Büveyhi dövləti beləcə söndü,
Toğrul bəy oradan İraqa döndü.
Aldı bu ölkəni itaətinə,
Bir də ərəblərin hər dövlətinə,
Hökümdar sayıldı Sultan o gündən,
Məğrurluq yağırdı görünüşündən.
Doğunun, Batının oldu xaqanı,                                                 
İslam dünyasının cahan Sultanı!


Türkün dastanı
233
Xəlifə qızıyla evləndi o vaxt,
Ancaq bu nikahdan olmadı rahat.
Toğrulun yanında Səyyidə Xatun,
Beynindəsə mərhum əvvəlki qadın.
Didib parçaladı onu təzadlar,
Daha açılmadı qollar, qanadlar.
Bir il də çəkmədi bu evliliyi,
Üstələdi onu can xəstəliyi.
Qardaşı Çağrı tək yetmiş yaşında,
Elə taxt üstündə, dövlət başında,
Köçdü bu dünyadan cahan Sultanı,
1
 
Yas, matəm bürüdü, yaxdı hər yanı.                                             
Dəfn layiq idi sultana, bəyə,
Cəsədi gömüldü Reydə türbəyə.
Səlcuq dövlətinin ilk Sultanıydı,
Ədalət şahıydı, zəka xanıydı.
Qoymuşdu dövləti, o son nəfəsdə,
Qüdrətlə qurulmuş təməllər üstə!
                      *  *  *
            
Toğrul bəyin yoxuydu
Öz yerinə varisi,
Tapıldı bu taxt-taca
Bir iqtidar hərisi.
Oldu Alparslanın
Ögey qardaşı Sultan.
1. 1063-cü il. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə