Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə46/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   41   42   43   44   45   46   47   48   49

Türkün dastanı
281
Bu ayrıseçkilik, bu xam xəyallar
Türkü gündən-günə zəiflədirdi.
Bax belə fikirlər, bax belə hallar,
Türkün birliyinə xələl gətirdi.
Niyyəti zəhərli, qəlbi qaralar
Zərbələr vururlar bizə bu gün də.
Türkün dostu qədər düşmənləri var,
Ən böyük düşmənsə Türkün içində!
Çox fürsət veririk bəzən yadlara,
Mərhəmət göstərib lap inanırıq.
Elə bu inamın gur ocağına,
Çox zaman özümüz düşüb yanırıq!..
İndisə qayıdaq Anadoluya,
Görək kim özünü üstün sanırdı.
Bizans hücüm çəkir bəzən İznikə,
Belə vəziyyətdən yararlanırdı.
Səliqə-səhmanı qorusun deyə,                                                  
Yönəldi İzmirə Qılıc Arslan.
Burda Çaka bəyi tərksilah etdi,
Nə qanlar axıtdı, nə də aldı can!
Ordan Malatyaya gedirdi, ancaq
Hücumu saxladı o, yarı yolda.
Xaçlı ordusunun gəlişi haqda
Xəbər yayılmışdı Anadoluda.


Munis
282
Elə o zamandan, elə o vaxtdan,
Səlib yürüşləri başlayacaqdır.
Yüzillər sürəcək qanlı-qadalı
Döyüşlər nə qədər can alacaqdır?!
Hər dava, hər vuruş, hər müharibə,
Tanrı övladını kəsir, doğrayır.
Məhv edir yaranmış gözəllikləri,
Təbiət özü də buna ağlayır.
Gərək bəd əməllər, bəd hərəkətlər,
İnsan xəyalında məskən salmasın.
Təfəkkür o qədər güclü olsun ki,
Şeytanın əlində aciz qalmasın!
                   *  *  *
Bizansa baş əydirən, Rumelini yurd seçən,
Türklər bərk qorxudurdu bütün Qərb aləmini.
Kilsə ehtiyatlanır gələcək taleyindən,
İstəmirdi yayılsın Batıya İslam dini!
Bütün xaçlı dünyası müqəddəs saydıqları
Qüdsü geriyə almaq, qaytarmaq istəyirdi.
“Dinimiz əldən gedir, varlığımız sarsılır!”
Bunu Papa Urbanus toplumlarda deyirdi.
Döyüşə səsləyirdi o, din qardaşlarını,
Türklərin üzərinə hücuma keçsin, deyə.
Fransızlar, almanlar, macarlar, balkanlılar,
Böyük bir ordu ilə soxuldular bölgəyə.


Türkün dastanı
283
Sayca həddən çox olan düşmən keçir hücuma,
Olduqları məkandan Türkü sıxışdırırdı.
Tutduqları yerləri oda çatıb yandırır,
Ələ keçən hər şeyi sındırırdı, qırırdı.
(Xislətidir rəqibin, tarixi gerçəkliyi                                                
Saxta üsullar ilə yox eləyib “basdırmaq”.
Keçmişə kölgə salıb, yanıltmaq insanları,
Tarixi araşdırıb yazanları çaşdırmaq.)
Türklər geri çəkildi, məqam gözləmək üçün,
Bir çox ərazilərdən əl üzməli oldular.
İtirildi İznik də, Eskişehir, Akşehir,
Bu sırada Konya da, Urfa da, Qüds də var.
1
       
İtirilən yerlərə sahib olana qədər
Türk oğlu gecə-gündüz, illərlə vuruşacaq.
Nə canına qıyacaq, nə də tökülən qana,
İtəni qaytaracaq, sərhədləri aşacaq!
Fikrini cəm edərkən xaçlılarla döyüşə,
Qoruyarkən yağıdan obaları, elləri,
Qılıc Arslana qarşı gizli bir hiylə qurdu,
Arxadan zərbə vurdu ona müttəfiqləri.
Bu bölgənin bəyləri Çavlı, Artuklu, Rıdvan
Xayincə əl atdılar min oyuna, üsula.
Suriya məliyinin başına yığışanlar,
Belə sahib oldular Diyarbəkrə, Mosula.
1. 1099-cu il. 


Munis
284
Hətta hücüm da çəkdi onlar soydaşlarına,
Belə çətin məqamda, belə çətin ayaqda.
Bir tərəf məğlub oldu, qalib kimdi görəsən? 
Nə deyib, nə yazasan bu acı xəbər haqda!
                       
                        *  *  *
İndi dövran dəyişdi,
Qılıc Arslanın oğlu
Şahinşah taxta keçdi.
Kiçik qardaş Məsudla
Elə səltənət üstə
Araya nifaq düşdü.
Məsud öz dəstəsiylə
Taxtı ələ keçirdi.
Başkəndi gecikmədən
Bizansdan qaytarılmış
Konyaya tez köçürdü.
Gücünü birləşdirib
Bizansı əldən saldı.
Burda birlik yaradıb,
Xalqın qeydinə qaldı.                                                          
Bölgə döyüşlərində
Vacib qələbə çaldı.
Hətta Kastamonunu
Bizansdan geri aldı.
Artıq Anadoluda
Ən güclü dövlət oldu.
Ankaranı, Çankırı
Torpaqlarına qatdı.


Türkün dastanı
285
Rəqiblərlə döyüşə
Güclü dəstə yaratdı.
Elbistanı zəbt etdi.
Öz oğlu – vəliəhdi
İkinci Qılıc Arslan
Şəhərə rəhbər oldu.
Gözlər sevincdən doldu!
Burdan başladı dönüş,
Bizansa doğru yürüş!
                         *  *  *
Addım-addım xaçlılardan alındı,
Ərazilər, əyalətlər, obalar.
Hər döyüşdə qələbələr çalındı,
Hər çadırda alovlandı sobalar.
Dağıdıldı Urfada Frank Kontluğu,
1
  
Xalq sevinclə qarşıladı zəfəri.
Düşmən tərəf düşünmədən sonluğu,
Düzənlədi yeni xaçlı səfəri.
2
Bu səfərdə fransızlar, almanlar,
Ordu sayı yüz-yüz mindən yuxarı.
3
 
Gecə-gündüz yol gəlib, at çapanlar,
Yön aldılar birbaş İznikə sarı.
4
1. 1144-cü il. 
2. II Səlib yürüşü. 
3.225 min.  
4.1147-ci il.  


Munis
286
Yetmiş beş min Roma-German ordusu,
Öz yerində hər silahı, sursatı.
Hazır idi Türkün də öz ordusu,
Vuruşmağa, qorumağa elatı.
Qabaqladı, qarşıladı rəqibi,
                 Sultan Məsud Ceyhun adlı məkanda.
Məğlub etdi Konrad adlı hərifi,
1
 
Qorxunc savaş bitdi qısa zamanda.
Bu savaşda sağ qalanlar beş mindi,                                            
Düşmən tərəf bir araya yığıldı.
İndi Konrad dəstəsiylə peşmandı,
Güc-bəlayla o, İznikə sığındı.
Fransızlar yüz əlli min əsgəri
Gətirmişdi türklər ilə savaşa.
Keçənməyib Türk qurduğu sipəri,
İlişdilər sərt qayaya, sal daşa.
Məğlub oldu, dağıdıldı yağılar,
Yalvaçlarda möhürləndi bu zəfər.
Qərb dünyası bildi acı xəbər var,
Bu döyüşdə həddən çoxdu itkilər.
Canlarını qurtarmağa çalışan,
Düşmənlərə yol vermədi dik qaya.
Sağ qalanlar tapanmayıb bir məkan,
Su yoluyla çıxmışdılar Akkaya.
1. Roma-German imperatoru III Konrad. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə