Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə47/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   41   42   43   44   45   46   47   48   49

Türkün dastanı
287
Budur Türkün gücü, zoru, təpəri,
Ordu sayı əsas deyil, şərt deyil.
Kömək olsa bir də Tanrı əlləri,
Heç bir qüvvə zərbə deyil, dərd deyil.
Daha sonra Maraş, Urfa alındı, 
Xeyli artdı, genişləndi iqtidar.
Övladları arasında bölündü,
Sultan Məsud sahib olan torpaqlar.
*  *  *
Sultan Məsud əl üzüb
Dünyadan köçdüyü an, 
Yerinə sultan oldu
İkinci Qılıc Arslan.
O biri qardaşlar da,
Ona bağlı oldular.
Ata vəsiyyətinə
Hər vaxt sadiq qaldılar.
Ancaq Anadoluda
Üsyanlar baş qaldırır.
Bəzən də bizanslılar
Hücum çəkir, saldırır.
Arslanın ilk illəri                                                                 
Təlatümlü keçirdi;
Üsyanları yatırdıb,
Hücumu dəf edirdi. 


Munis
288
Bir fikir düşündürür,
Onu hər axşam-sabah;
İstədiyi birliyi
   
Görən, necə qorumaq,
Görən, necə saxlamaq?!
Buna bir yol görürdü – 
Bizansla sülh bağlamaq!
Bu amac, bu niyyətlə
Bizansa yola düşdü.
Həmkarı Manuellə
İstanbulda görüşdü.
Siyasi hədəflərə
Yeni yollar tapıldı,
Hücum etməmək haqda
Bir anlaşma yapıldı.
Dostluq və yardım üçün
İmzalar da atıldı.
Yazılan sənədlərin
Etibarı azıydı.
Tərəflər arasında
Çoxları narazıydı.
Hər tərəf bir-birinə
Şübhəylə yanaşırdı.
Gərginlik, narahatlıq
Səbirləri aşırdı.


Türkün dastanı
289
Türkmənlər yığışdıqca
Batı sınırlarına,
Bizansın əsəbləri
Çəkilirdi tarıma.
Hər tərəf təhlükəni
Hiss edir, tədbir görür.
Kəşfiyyatçı dəstələr
Gizli xəbər ötürür.
Həm Bizans, həm Səlcuqlu,                                                
Nə yatdı, nə dincəldi.
Bizansla Türk savaşı
Qaçılmaz hala gəldi. 
*  *  *
Yenə Bizans, Səlcuq gəldi üz-üzə,
Ordular dayandı qarşı-qarşıya. 
Ölüm səpələndi dərəyə-düzə,
Əsgərlər baxmadı gecə-gündüzə.
Üç gün, üç də gecə vuruşdu onlar,
Eğridir gölünün sahillərində.
Düzbel savaşında çox axdı qanlar,
Bu məkana qurban verildi canlar.
Bizans bir addım da ata bilmədi,
Türklər sipər kimi dayandı, durdu.
Heç kəs arzusuna çata bilmədi,
Qərq olub sevincə bata bilmədi.


Munis
290
Şahidlik edəcək başqa region,
Türklərlə Bizansın haqq-hesabına.
Səhnə olacaqdır Miryakefalon,
Burda qoyulacaq döyüşlərə son!
Bilib niyyətini qarşı tərəfin,
Tədbirlər görmüşdü Qılıc Arslan.
Batı sınırına Anadolunun
Manueldən qabaq gəlmişdi Sultan.
Gücü az deyildi bizanslıların,
Süvari orduydu əsas pənahı.
Onun əlindəydi yeni qurduğu
Zamanın ən güclü hücum silahı.
Ancaq bacarmırdı, hünər göstərib
Meydan savaşını yenib udmağı.
Türklər tək öyrənə bilməmişdilər
At üstə ox atıb, qılınc tutmağı.
Türklər kəsmişdilər əksər yolları,
Bizans özünə yol seçməli idi.
Bircə yol qalmışdı ensiz, darısqal,
Həmin bu keçiddən keçməli idi.
Bizans ordusunun komandanları                                                 
Görürdü keçidin təhlükəsini.
Qoşuna güvənci olan Manuel
Eşitmir kimsənin bir kəlməsini.


Türkün dastanı
291
Əvvəl, güvənilən canlı qüvvələr
Tərəddüd etmədən keçidə girdi.
Sonra imperator böyük heyəti
Əmr edib həvəslə ora göndərdi.
Keçidə soxulan birinci dəstə
Maneə görməyib məmnun oldular.
Bunun arxasınca bütün dəstələr
Bu ensiz keçidə gəlib doldular.
Yükləri daşıyan arabalar da,
Qoşunun dalınca gəlib haqladı.
Hücum araçları və mancanaqlar
Keçidi arxadan sıxıb bağladı.
Puskuda gözləyən türk süvarilər
Hücuma keçdilər elə bu anda.
Bizans atlıları tələyə düşdü,
Qaldılar əlacsız ahda-amanda. 
Çaxır şimşək kimi, ildırım kimi,
Düşmən bu hücumdan göz aça bilmir.
Arxadan özləri yolu bağlayıb,
Nə yana, nə önə heç qaça bilmir.
Çəkdi bütün günü bu müdhiş savaş,
Bizans cəsədləri keçidlə birdi.
Səlcuqlu dəstələr sağ qalanları,
Hətta Manueli əsir götürdü.


Munis
292
Ərzaq, silah dolu beş min araba
Rəqibdən türklərə qənimət qaldı.
Manuel çox ağır fidyə ödəyib,
Canını qurtarıb salamat qaldı. 
Bir barış yapıldı döyüş sonrası,
Bizans götürməli istehkamları,
Ağır təzminat da ödəməliydi.
Yaman incidirdi bu şərt onları.
Türkiyə söylədi batılılar da,                                                        
Türklərin tutduğu Anadoluya.
Egey dənizinə gəlib çatdılar, 
Çəkilən əziyyət getmədi zaya.
İkinci Arslanın dönəmlərində
Tikildi memarlıq abidələri.
Yapıldı hər yerdə karvansaraylar,
Çəkdi yeni yollar türkün əlləri.
Ticarət işinə önəm verdilər,
Xalqın bacarıqlı başbilənləri.
Ölkədə altundan para basıldı,
Şairlər yaratdı şah əsərləri.
Yetişdi dahilər, elm adamları,
Artdı insanların ərzi-halları.
                      *  *  *


Türkün dastanı
293
İxtiyar yaşında Qılıc Arslan,
Qocalıbdı artıq, üzülübdü can.
Elə ölkəni də o vaxtdan bəri,
İdarə edirdi onun vəziri.
Ancaq bölgələrə, kəndə, şəhərə,
Səltənətdaxili əyalətlərə,
Məlik təyin etmiş on bir oğlunu,
Onlara tapşırmış Batı, Doğunu. 
Hələ sağlığında qoca atanın,
Gərginlik bürümüş onun dörd yanın.
Oğullar taxt üstə qovğa yaratmış,
Bu olaydan hər kəs qüssəyə batmış.
Bir xəstəlik idi Türk tarixində,
Rəhbər gözlərini yumduğu gündə,
Varislik üstündə qarşıdurmalar,
Bu yolda qan töküb, can almaq da var.
Bu da düşmənlərə verirdi fürsət,
Türkü yenmək üçün hədsiz cəsarət.
Qarğaşa başlamış Sultan ölmədən,
Sanki asi olmuş baş ilə bədən.
Bu vaxt Səlahəddin Eyyubi, demək,
Böyük bir orduyla hücum çəkərək,
Qüdsü xaçlılardan almışdı geri,
Bu xəbər titrətmiş göy ilə yeri,
Bütün Avropanın səbrini sıxmış,
Xaçlılar üçüncü səfərə çıxmış.
1
Akşehir ətrafı yapılan savaş,
1. 1189-cu il. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə