Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   41   42   43   44   45   46   47   48   49

Türkün dastanı
267
Üç dəfə dalğalara                                                              
Çırıpdı qılıncını.
Unudub yorğunluğu,
Sanki aldı dincini.
Dedi: - ”Rəhmətlik babam,
Rahat uyu məzarda.
Dövlətin sınırları
Artıq sonsuz sularda!“
Doğma, əziz atası
Alparslanın qəbrinə
Ağ dəniz sahilindən
Bir ovuc qum götürdü.
Anadolu adlanan 
Bu yerə rəhbərliyi
Davud bəyə ötürdü.
Süleymanşahın oğlunu
Sultan alıb yanına,
Qılıc Arslanla birgə
Döndü öz mərkəzinə,
Döndü öz meydanına!
                    *  *  *


Munis
268
Məlikşah bitirdi səyahətini,                                                     
Göstərdi ellərə ədalətini.
Hər kəsə qəlbinin odunu verdi,
Xeyli yüngülləşdi, azaldı dərdi.
Tutuş tək qısqancı, xəyanətkarı,
Tanrının qəzəbi tutacaq, barı!
Xudam yetirəcək, açıb yolları
Süleymanşah kimi mərd oğulları.
Bilin, bədxahların bəd əməlləri
Cavabsız qalmayır illərdən bəri.
Yerinə qayıdır hər atılan daş,
Elə et, sonradan keçirmə təlaş!
Belədir Tanrının tələbi bizdən,
Hoqqalar qurmayaq biz özümüzdən...
Allahlıq deyildir düşən hər fürsət,
Bəd əməl günahdır, həm də cinayət!
Məlikşah göz dikib Göyün üzünə,
Başladı səfərə Bağdad düzünə.
Elə bil Tanrıdan yol istəyirdi,                                                   
O, ədəb-ərkanı çox gözləyirdi.
İslamın mərkəzi Bağdad şəhəri,
Xilafət meydanı, bir də rəhbəri
Həmin bu şəhərdə tutmuşdu qərar,
Şəhər bayram donu geydi bu səhər.
Xəlifə sarayda yol gözləyirdi,
Onun görüşünə Xaqan gəlirdi.
Məlikşah, vəziri Nizamülmülk,
Başında qırx bəyi, qırxı da Türk!


Türkün dastanı
269
Möhtəşəm törənlə qarşılandılar,
1
Gördülər Xaqana çox ehtiram var.
Xaqana layiqdir bu şan, bu şöhrət,
Qiymətli ipəkdən çeşidli xələt
Gətirib Sultana təqdim etdilər.
Xəlifə əmriylə, gör, başqa nələr
Sultan Məlikşaha bəxşeyiş oldu:
Başına almazdan bir tac qoyuldu.
Belinə bağlandı bəzəkli kəmər,
Üstə həkk olunmuş şəms ilə qəmər.
Boynuna gərdanlıq çox yaraşırdı,
Türklərin sevinci aşıb daşırdı.
Hər qola taxıldı altun bilərzik.
Üstəlik möhürlü, naxışlı üzük,
Xəlifə çıxarıb öz barmağından,
Sultana uzatdı həmən bu zaman.
Sonra iki qılınc parladı par-par,
Üstü qızıl, gümüş, qiymətli daşlar,                                         
Hörmətlə verildi bunlar Sultana,
Çünki əmr edirdi Xaqan cahana.
Bunların başqa bir mənası vardı,
Doğuya, Batıya o, hökümdardı!
Sonra Xəlifənin vəziri dedi,
Sultana xitabən belə söylədi:
“Ey Ulu Tanrının əziz bəndəsi!
Səninlə fəxr edir İslam ölkəsi.
Qoru kafirlərdən İslamiyyəti,
Qoy əzab çəkməsin İslam ümməti.
1.25.04.1087-ci il.
 


Munis
270
Bu ali mənsəbə, etibara sən
Allah tərəfindən tək seçilmisən!
Əmanət olunmuş sənə, gör, nələr,
Sonsuz ərazilər, böyük şəhərlər.
Düşmənlərə qarşı güclü ol hər an,
İki qılınc sənə oldu ərməğan.
Sənin ətrafında hər igid, hər ər,
Yağı düşmənlərə boyun əydirər.
Yoluna uğurlar, qoluna qüvvət,                                                
Yağsın ayağına ruzi-bərəkət!”
Xəlifə yekunda verdi üç bayraq,
Bayrağı hörmətlə təhvil alaraq
Məğrur komandanlar götürdü onu,
Belə yekunlaşdı görüşün sonu.
                              *  *  *
Alparslanın dönəmindən üzü bəri,
Səlcuqlular Qafqazlara etmiş səfər.
Yeri-göyü silkələyən Böyük Türkə
Bu səfərlər gətirmişdir şanlı zəfər!
Gəncə kimi qədim yurda vali olan
Sav-Təkin tək yenilməyən ünlü başbuğ,
Gecə-gündüz yorulmadan əsgər kimi
Göstərirdi öz xalqına, Türkə qulluq.
Bir tərəfdən Türkmənlər də axın-axın
Yerləşirdi böyük Arran bölgəsinə,
Bu ətrafda bütün hər yer; uzaq-yaxın
Birləşirdi Səlcuqlular ölkəsinə.


Türkün dastanı
271
                       *  *  *
Fəqət gürcü kralı
                       Georgi İkinci
Baş qaldırdı,
                       fikrindən ağalıq keçdi.                                      
Keçmiş Ani kralı
                       Qadik də qonşusu tək
Yenidən krallıq eşqinə düşdü.
Buna görə Məlikşah
                       Araz yolu boyunca,
Gürcüstana at sürdü,
                       dincəlmədi doyunca.
Bu gəlişlə Ulu Xaqan
Ram eylədi Gürcüstanı və Rumu,
Qüvvətləndi Sav-Təkinin durumu.
Təkrar Qafqazlara dönən Məlikşah,
Böyük izdihamla bölgəyə girdi.
Bütün sipərləri dağıdıb, qırıb,
Dəniz sahilini ələ keçirdi. 
Artıq Türkün oldu, elə o vaxtdan                                              
Cənub sahilləri Qara dənizin.
Atının nalını döyəcləyirdi,
Dəniz dalğaları hey həzin-həzin.
Çırpdı qılıncını Qara dənizin
Üç dəfə kükrəyən ləpələrinə.
“Bu yerlər əbədi Türkün olacaq! ” –
Deyərək, qılıncı atdı dərinə.


Munis
272
Bir qılıncı Ağ dənizdə Sultanın,
Bir qılıncı Qara dəniz dibində.
Nələr gəlib, nələr keçib o vaxtdan,
Həmin yerlər Türklərindi bu gün də!
Bax, beləcə yaradıbdı tarixi,
Yazmasa da olub-keçən hər anı.
İllər boyu möhür kimi qalıbdı,
Hər qayada, hər daşda Türk nişanı.
Təzə yurddan Alparslanın qəbrinə
Əyilib bir ovuc torpaq götürdü.
Ata minib uzaqlaşdı sahildən,
Bu yerlərə səfərini bitirdi.
                         *  *  *
Səmərqənddən şikayət var;
Hökümdar Əhməd Xanın
Yaratdığı iqtidar                                                              
Artıq həddini aşıb.
Hər amansız məmurun
Xalqa zülmü, zilləti,
Susdurduqca milləti,
Sarsıtdı Məlikşahı.
Söylədi bəylərinə:
- Əhməd yolunu çaşıb,
Nədir onun niyyəti?


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə