Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

Türkün dastanı
217
Hələ qonşuluqda vardı,                                                        
Qəznəlilər, Samanilər.
Bir də Qaraxanlılardı
Səlcuqlu önündə sipər.
Səlcuqlular keçməliydi
Hər sipəri, hər hasarı.
Bu minvalla seçməliydi
Uğur gətirən yolları.
Arayıb Səlcuq dövləti
Tapdı düyünün ucunu.
Heyran qoyub çox dövləti,
Göstərdi Oğuz gücünü.
Yavaş-yavaş addım atdı
Rəqiblərin üzərinə.
Şan-şöhrəti gedib çatdı
Hər bir kəsin nəzərinə.
Səlcuq yüz il ömür sürdü,
Bükülmədi şux qaməti.
Bu dünyadan əl götürdü
1
 
                                        
Qaldı nəsli-nəcabəti.
*  *  *
1.1009-cu il.
  
         


Munis
218
Səlcuğu əvəz elədi,
Səlcuğun cüt nəvələri.
Qəmi sevincə bələdi,
Səlcuğun cüt nəvələri.
Biri Toğrul, biri Çağrı,
Xalqa vermədilər ağrı,
Düşmənin yarıldı bağrı
Onlar bəy olandan bəri.
Gecəni gündüz etdilər,
Nə etsələr düz etdilər.
Yaxşıca təchiz etdilər
Həm ordunu, həm əsgəri.
Rəqib beli bükülmüşdü,
Düşmən səfi sökülmüşdü,
Qardaşlara dikilmişdi
Bütün ölkənin nəzəri.
Harda ayaq saxladılar,                                                          
Orda ocaq dağladılar,
Özlərinə bağladılar
Yaxın, qonşu ölkələri.
Hər işləri gün kimiydi,
Göytürklərə tən kimiydi,
Çağrı Kültəkin kimiydi,
Toğrul Bilgənin bənzəri.


Türkün dastanı
219
Tutulan torpaq, yer indi
Səlcuqluya dar gəlirdi.
Qardaşları gözləyirdi,
Qarşıda Bizans səfəri.
                                                *  *  *
Böyük qardaş Çağrı bəy igid bir əsgər idi,
Kiçik qardaş Toğrul bəy siyasi rəhbər idi.
Onlar diqqət yetirir orduların sayına,                                         
Başçılıq edirdilər Oğuz -Türkmən boyuna.
Qərara almışdılar batıya ilk səfəri,
Onları cəlb edirdi Bizans əraziləri.
O yerləri arayıb, axtarmaq həvəsləri,
Onları dinc qoymurdu uzun zamandan bəri.
Toğrul bəy öz xalqının yanında qalmalıydı,
Gələn hər təhlükənin qarşısın almalıydı.
Çağrı bəysə götürüb üç min süvari ordu,
Batıya getməliydi artırmaq üçün yurdu.
Anadoluya tərəf tərpəndi süvarilər,
Hər kəhər atın üstə zirehlənmiş bir əsgər.
Xeyli yol qət eləyib keçdilər Xorasandan,
Bir də odlar diyarı bizim Azərbaycandan.
Bu yerlərə Qəznəli rəhbər idi o zaman,
Keçdilər Səlcuqlular əylənib dayanmadan.
Onların marağında ancaq Anadoluydu,
Yollar ağır olsa da, məqsəd Bizans yoluydu.
Çıxıb Bizans yoluna gəldilər Van gölünə,
Bu yerlər keçəcəkdi Çağrı bəyin əlinə.


Munis
220
Bizansın doğusunda məskən salmışdı yağı,
Erməniəsillilər – Vaspurağan krallığı.
Səlcuqlu qüvvələri yendi düşməni dərhal,
Krallığı dağıdıb, torpağı etdi işğal.
Keçdi ixtiyarına Van gölü dolayları,
Ordan da yönəldilər üzü Quzeyə sarı.
Burda üz-üzə gələn gürcülərdən ibarət                                          
Dəstələr vuruşmağa etmədilər cəsarət.
Çəkildilər kənara Səlcuqların yolundan,
Sanki Tanrı tutmuşdu Çağrı bəyin qolundan!
Gürcülərdən quzeydə Ani krallığıydı,
Onlar da erməniydi, o da Türkə yağıydı.
Sayları az olsa da, rüzgar qanadlı ordu
Bu döyüşdə düşmənə ağır zərbələr vurdu.
Rəqibin komandanı Vasaq da öldürüldü,
Başqa olaylar üçün yeni tədbir görüldü.
Erməni qorxaqları yaman düşdülər haya,
Qaçdılar dayanmadan Orta Anadoluya.
Çağrı bəy məmləkətdə bir vaxt qalası oldu,
Bu yer Səlcuqluların ilkin qalası oldu.
Təzə yurd yerlərini onlar kəşf elədilər,
”Bütöv Anadoludur hədəfimiz“, - dedilər.
Ancaq fikirləşdilər, ordu yurdda qışlasın,
Yazbaşı bu yerlərə yeni səfər başlasın.
Xeyli qənimət düşdü hər əsgərin payına,
Qayıdarkən geriyə Toğrul bəyin yanına.
Həm Toğrul, həm də Çağrı bölgədə adlı-sanlı,                           
Təhlükə hiss edirdi Qəznəli, Qaraxanlı.
Ancaq Qaraxanlıda daxili çəkişmələr


Türkün dastanı
221
Dövləti zəiflədib, xalqa verirdi zərər.
Xaqanın üsyan edən qardaşı Əli Tigin,
Yusif Qədir xan üçün tələ qururdu hər gün.
Taxta oturmaq idi onun əsas niyyəti,
Pərən-pərən salmışdı həm xalqı, həm dövləti.
Qəznəli dövləti də tədbir düşünür bu an:
”Necə qurtarmaq olar, görən, Səlcuqlulardan?!“
Bu minvalla görüşdü Qəznəli, Qaraxanlı,
Sultan Mahmud, Qədir xan bir-birinə gümanlı.
”Çıxarılsa yaxşıdır Səlcuqlular aradan“, - 
Qədir xan kömək ummuş Qəznəli sultanından.
Başqa niyyəti vardı Sultan Mahmudun bu vaxt,
O çıxmaq istəyirdi Hind səfərinə rahat.
Qorxurdu Səlcuqlular səfərə olsun əngəl,
Onunçün bu təklifə sultan qoymadı məhəl.
Bir hiyləyə əl atdı, yaraşmaz ad-sanına,
”Dost“ kimi dəvət etdi Arslan bəyi yanına.
Səlcuqlu Yabqusunu tutub saldı zindana,
Ordan sürgün etdirdi gizlicə Hindistana.
Yeddi il bir qalada saxlanıldı Arslan,
Ömrünə balta vurdu, öldürdü onu zindan.
Arslan bəy Yabqununsa müəmmalı ölümü,
Türkmənlər arasında yaman saldı bölümü.
Ona bağlı olanlar yayıldılar dörd yana;                                          
Kimi Anadoluya, kimi Azərbaycana,
Kimi İraq tərəfə, kimi də Xorasana.
Toğrul, Çağrı, sultandan alacaqdır intiqam,
Ancaq bu savaş üçün hələ deyildir məqam.
Hələ Qaraxanlını sındırmaq gərək idi,


Munis
222
Hələ çox təsirləri tam qırmaq gərək idi.
Qarşıdurma, savaşlar çəkdi bir neçə müddət,
Səlcuqlular kimsədən görmədilər mərhəmət.
İndi Sultan Mahmudun yerində oğlu Məsud,
İndi çox ölkələrin üstünü almış bulud.
Bu qarışıq durumdan agah olan qardaşlar,
Xorasana keçməyə artıq verdilər qərar.
Xorasana sahiblik niyyətləri varıydı,
İran, bir də Yaxın Şərq əsas arzularıydı.
Bu yerlərə hakimlik gücdən xəbər verirdi,
Bağımsız bir dövlətdən, tacdan xəbər verirdi.
Bütün Türklər, Türkmənlər birləşdilər bölgədə,
Bir Səlcuqlu, Oğuz da qalmamışdı kölgədə.
Hamı ətrafındaydı Toğrulun və Çağrının,
Hər kəs tərəfindəydi düzgünün və doğrunun!                                 
Artıq intiqamın da yetişmişdi zamanı,
Əldən vermək olmazdı yaranmış bu imkanı.
Tərpəndi Səlcuqlular Mərvə, Nesaya tərəf,
Bu yürüş gətirəcək onlara ancaq şərəf.
Sultan Məsud xəbərdən düşdü dərdə, təlaşa,
Bir ordu düzənlədi gələnlərlə savaşa.
Özünün Nişapura səfəri olduğundan,
Bəydoğdunu qoşuna təyin etdi komandan.
Bu ordu çox güclüydü, hətta filləri vardı,
Ancaq Səlcuqlular da deməyin ki, naçardı.
Ehtimal etmişdilər düşmənin mövqeyini,
Savaşa köklədilər həm gücü, həm beyini.
Qarşıladı Səlcuqlu yayın qızmar çağında
Qəznəli ordusunu Nesa ovalığında.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə