Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə32/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   28   29   30   31   32   33   34   35   ...   49

Türkün dastanı
191
KUMAN - QIPÇAQ  TÜRKLƏRİ                                          
Kumanlar, Qıpçaqlar gəldi doğudan,
Batıya yayıla-yayıla gəldi. 
Balxaş irmağına, Talas boyuna,
Dunay ətrafına, sahilə gəldi.
1
Aldanıb Bizansın boş vədlərinə                                               
Kuman, doğmalara qılınc qaldırdı.
Peçenek türkünü yendisə, ancaq
Bildi mükafatı otdu, çayırdı.
Anlayıb möhkəmcə aldandığını,
Bir qismi doluşdu Macarıstana.
Xiristianlığı qəbul eyləyib,
Qovruldu qəlbində hey yana-yana.
Qalan kumanların bu xəyanətdən,
İnan, işləmədi behi-bazarı.
Ağır zərbələrə qərq eylədilər,
Onları, birləşən rus knyazları.
Arxadan köç edən Qıpçaq türkləri
Burda Kumanların dadına çatdı.
Digər türkləri də birləşdirərək
Bu yerdə qüvvətli dövlət yaratdı.
1. 1080-ci illərdə. 


Munis
192
Götürdü indiki Ukraynanı da,
Bu yer ”Dəşti-Qıpçaq“ adlandı o vaxt.
Həmin bölgələrdə olan türklər də
Onun ətrafında birləşdi rahat.
Kuman-Qıpçaq oldu birliyin adı,
İllərlə onlara belə dedilər.
Qaliçyaya qədər çox bölgələri,
Kiyev şəhərini zəbt elədilər.
1
Ancaq o dövrdə böyük Çingiz Xan,
Şərqi Avropanı, bütün rusları,
Götürdü hökmünə Qıpçaqları da
2
,
Dağıldı birliyin cüt dayaqları.
Kuman-Qıpçaqların elə o vaxtdan
Belə sona yetdi iqtidarları.
      
1 1203-cü il. 
2. 1223-cü il. Qıpçaqlar Rumıniya dövlətinin əsasını qoyanlardan-
dır. 


Türkün dastanı
193
 OQURLAR (BULQARLAR)                                                
Kökü eyni olan söz -
Həm Oqur, həm də Oğuz
Qardaşların adıdır.
Sanki eyni bir quşun                                                         
Hərə bir qanadıdır.
Türksoylu bu qardaşlar
Miladdan da o yana, 
Ayrılıb bir-birindən
Hər kəs getmiş bir yana.
Özünə Oqur demiş
Batıya yayılanlar.
Adını dəyişməmiş
Öz yerində qalanlar.
Batıda olanlara
Deyildi Doqquz Oqur,
On Oqur, Otuz Oqur.
Doğuda qalanların
Öz adı dəyişməyib
Qalmışdır Doqquz Oğuz,
On Oğuz, Otuz Oğuz!
Böyük Hun sərkərdəsi
Atilla öldüyü vaxt,
Kiçik oğlu İrnəkin
Əlinə keçmişdi taxt.


Munis
194
İrnək o dəm özünə
Bağlı olan türkləri,
On Oqur boyundan da
Orda qalan türkləri
Topladı ətrafına.
Bütün hakimiyyəti
Götürüb üzərinə,
Gəldi Qara dənizin
Şimal sahillərinə.
Burda Türk boylarıyla
Qaynayıb qarışdılar.
Bu yeni topluluğun
Adı qoyuldu - ”Bulqar“.
1
       
Bir xeyli müddət keçdi,                                                   
Həmin Bulqar türkləri
Başqa yerlərə köçdü.
Bir hissə Dunay boyu
Səpələnib yayıldı.                                                              
Dəyişib dinlərini
Xiristian sayıldı.
Slavyan təsirləri
Qanlarına yeridi.
İtirib türklüyünü
Millət kimi əridi.
1. Türkcə ”bulqamaq“- qarışmaq mənasını verir. Oqur bulqarlarının 
qarışıb birləşməsi anlamındadır.   


Türkün dastanı
195
İtil - Volqa boyuna
Gələn bulqarlarınsa
Kökü möhkəm Türk idi.
Bütün yad təsirlərə
Sinə gərib bərkidi.
Sonralar bu Türklərin
Adları olmuş ”Tatar“!
İnamı Haqqdan gələn,
Arzu, kamına çatar!
Biri itirmişdisə
Dinini, imanını,
O biri qorumuşdu
Ümidlə inamını.
Xiristian bulqarın,
Müsəlman tatarların,
Kökü bir, soyu birdir -
İlk yurdları Sibirdir!
Bir idi dili, yurdu,
Boyları On Oqurdu!
İrnəkin dəstəsinə
Birləşən bu Oqurlar,
Bulqar dövlətini də
Bax, beləcə qurdular!
1
______________
 
1.Bulqar dövlətinin qurulmasında İrnəklə gələn Hunların  Beş, Altı, 
Doqquz, On və Otuz Oqurların birləşməsi əsas rol oynamışdır.
       


Munis
196
Gücləndi gündən-günə,                                                   
Bulqar adlı bu dövlət.
Doqquz Oqur Bizansa
Göstərərək güc, qüvvət,
Basqını artırırdı.
Öz hökmüylə düşmənin
İnadını qırırdı,
Əzmini sındırırdı!
Bizans işlədib hiylə,
Cəhd eylədi rəqibi
Əzsin qardaş əliylə.
Baş tutdu bu siyasət,
Qardaşlar arasına                                                             
Sala bildi rəqabət,
Eylədilər qəbahət!
Doqquz Oqur kəsildi
Otuz Oqura düşmən.
Öz qılıncları oldu,
Öz başlarını kəsən.
Olmasaydı xəyanət,
Bir də gərəksiz şöhrət.
Ancaq düşmən olardı
Türklərin qarşısında
Sınan, titrəyən, əsən!
Oqurlar savaşında
Oqurun özü yandı.


Türkün dastanı
197
Başbuğ Kurt ölən kimi
1
Dövlət də parçalandı.
Bir qismi Trakyaya,
Bir qismi İtalyaya
Üz tutub Balkanlara,
Bir də Macarıstana,
Həsrətdən yana-yana
Ayrılıb, dağıldılar.
Elə həmin zamandan
O yerlərdə qaldılar.
Nə vaxt ki, Böyük Bulqar
Dövlət kimi söküldü,
Otuz Oqur birliyi                                                               
Quzeylərə çəkildi.
İtil-Volqa çayının
Yerləşdilər günbəgün
Sağ və sol qanadına.
Gah İtil bulqarları,
Gah Volqa bulqarları
Deyirdilər adına.
Kurtun oğullarından
Başçıları Bat-Bayat,
Yaratmışdı xalqına
Burda rahat bir həyat.
1. 665-ci ildə.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə