Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə30/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

Türkün dastanı
177
O yandan da Çin dövləti gizlicə,
Türkeşlərə qarşı qurdu bir hiylə.
Bəhanəsiz öldürüldü Sulu Çor,
Kül Çor adlı komandanın əliylə.
O zamandan parçalandı Türkeşlər,
”Qara“, ”Sarı“ adlı iki bölümə.
Bir-birinə düşmənçilik, nəhayət,
Hər birini məhkum etdi ölümə.
1
1 766-cı ildə Karluk Türkləri bütün On-Okları(Türkeşləri)  məğlub 
edib öz hakimiyyətləri altına aldılar. 


Munis
178
K  A  R  L  U  K  L  A  R     
                                              
Bir dövlət də vardı o vaxt,
Əsli Göytürk, qolu On-Ok. 
Adına da deyirdilər -
Qar yığını, yəni Karluk.
Qərbi Altay, Qara İrtış,                                                      
Tarbaqatay civarları,
Yaşatmışdı əzəl gündən,
Öz qoynunda Karlukları.
Üç qəbilə tamamlamış,
Karlukların vəhdətini.
”Kül Erkin“ adlanan bəylər
Almışdılar qiymətini,
Göytürklərin kağanından.
İstemi yabqu olanda.
Bir cəbhədən bir hədəfi
Bir yerdə nişan alanda.
Göytürk yıxıldığı zaman,
Karluklar da olmuş azad.
Sonra yenə dirçələndə
Göytürklərə tabe olub
Qazanmışdılar etimad.


Türkün dastanı
179
Göytürkü əvəz edəndə
Böyük Uyğur Xaqanlığı,
Karluklar da tabe olmuş
Başı üstə öz başbuğu.
Ərəblərsə Karluklarla
Yaxınlıq qurandan bəri,
Talas boyu Çinə qarşı
Qazanmışdılar zəfəri.
1
Zəfərdən sonra ərəblər
Yön almışdı Çinə sarı.
Yenə Türkə məxsus olmuş
Orta Asya və civarı.
      
Yaranışdan Türk xalqının                                                    
Tanrıya olan inamı,
Sövq etmişdir sevə-sevə
Qəbul etsinlər İslamı!
Bu inancı, etiqadı
Türklər hər vaxt yayan olub.
Bütün kənar təsirlərdən
Hifs edib qoruyan olub.
Uyğurların tərkibində                                                         
Karluklar da şən idilər.
O zamandan adlarına
Karluk yox, ”Türkmən“,- dedilər.
Yəni ki, “Türk - mən!“- dedilər!
1. 751-ci ildə. 


Munis
180
Qırğızlarkı Ötükəndə
Devirdilər Uyğurları,
Bağımsızlıq elan etdi
Türkmənlərin yabquları.
1
 
Götürmüşdür üzərinə
Rəhbər ”Qara Xan“ adını.
Bu ünvanla uzun müddət
Səyirtmişdi öz atını.
Mərkəz seçmişdi özünə
Yurdun ən gözəl yerini,
Balasaqun yaxınında
Qara Ordu şəhərini.
Xandan sonra Türkmənlərin
İradəsi, qətiyyəti,
Yaratdı yeni tarixə
”Qaraxanlılar dövləti“!
Bu ad ilə uzun müddət
Dövlət kimi görünmüşdü.
Ancaq sonra türkəsilli
Moğollara yenilmişdi.
2
 
          
1. 840-cı ildə. 
2. 1215-ci ildə Karluk Bəyliyi Moğol hakimiyyətinə tabe etdirildi. 


Türkün dastanı
181
  Q I R Ğ I Z L A R   
                                                       
Qırğız, Karluk türkləri
Oxşar tale yaşamış.
Ancaq bütün zamanda
Türk adını daşımış.
Qırğızlara tac olmuş
Böyük Hun Xaqanlığı.
Qırğız bağımsız olmuş
Çökəndə Hun varlığı.
Güclü bir dövlət qurdu                                                    
Hökmünü göstərərək.
Uzandı sərhədləri
Baykaldan Tibetədək.
1
Qırğız da Karluk kimi
Göytürklərə bağlandı.
Yıxılanda xaqanlıq
Bağımsızlıq qazandı.
Onlar da Uyğurlara
Tabe olası oldu.
Ancaq çox çəkmədi ki,
Qisas alası oldu.
1. IV əsrə təsadüf edir, Baykal gölü və Tibet dağları nəzərdə tutulur.


Munis
182
Üsyan edən qırğızlar
Uyğurları yıxdılar.
Yavaş-yavaş mərkəzə -
Ötükənə çıxdılar.
Mərkəzi alıb ələ,
Qurdular yeni dövlət.
Bağımsız dövlət kimi
Yaşadılar bir müddət.
Xeyli sonra kitanlar
Moğolustana girdi.
Qırğızlar da mərkəzi -
Ötükəni itirdi.
1
Dönəndə yurd yerinə,
Gücsüz qalmışdı qırğız.
Məqsədləri İslamı                                                              
Qəbul etməkdi yalnız.
Qırğıza hakim oldu
Qaraxanlı dövləti.
Burda qəbul etdilər
Onlar İslamiyyəti!
1 920-ci ildə. 


Türkün dastanı
183
Müddət keçdi Asyada
Quruldu Moğolustan.
Yaranmış bu dövlətə                                                        
Başçı oldu Çingiz Xan!
Ölkələr Çingiz Xanın
Təsirinə düşdülər.
Qırğızlar da bu hökmün
Altında birləşdilər.
1
Bağımsız olmasa da,
Uzun illərdən bəri.
Qorudu birliyini,
Başında öz rəhbəri.
Onlar ruslara qarşı
Zaman-zaman vuruşdu.
2
Fəqət azad olmayıb,
Hökmü altına düşdü.
3
Millətlər taleyini 
Özü seçdiyi zaman,
Qırğızlara bəxş etdi
Azadlığı Yaradan!
4
1 1207-ci ildə. 
2. 1606-dan 1642-yə qədər. 
3. 1860 - 1881-ci illərdə Çar Rusiyası bütün Qırğızıstanı işğal etmiş    
dir. 
4. 1991-ci ildə SSRİ dağıldıqdan sonra digər respublikalar kimi Qırğı-
zıstan da müstəqilliyini elan etmişdir. 


Munis
184
İndi azadlığına
Təhlükə yoxdur qəti.
Yaşayır azad, xoşbəxt,
Türkəsilli milləti.
Ölkələr arasında
Göstərir qətiyyəti.
Qırğızıstan adında
Müstəqil Türk dövləti!


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə