Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə27/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

Türkün dastanı
157
Məyus olmadılar bu izdivacdan,
İki qohum dövlət nə əvvəl, nə son.
Bizansın gələcək imperatoru
Çiçəyin oğluydu   VI  Leon !
Ərəblər Qafqazı aşammadılar,
Xəzərlər onlara bir sipər oldu.
Əlli il sürsə də bu toqquşmalar,
Yenə də qazanan Xəzərlər oldu!
Bölgədə ən zəngin bir dövlət idi,
İyirmi beş krallıq tabeliyində.
Bura çox ölkələr mal göndərirdi,
Skandinaviya da, Bizans da, Çin də...
Doğudan batıya hər ölkə üçün
Xəzər ticarətin mərkəzi oldu.
Çevrildi bu diyar ortaq bazara,
Gəlir mənbəyinin lap gözü oldu.
Alınan vergidən, düşən qazancdan,
Götürdü Xəzərlər pul bəhrəsini.
Dəyişdi durmadan başkənd Xan-Balık
1
 ,
Digər şəhərlər də öz çöhrəsini.
Tacirlər, tüccarlar gəlib qalırdı,                                               
Xəzərlər seçmirdi sakinlərini.
Burda yaşayaraq azad və sərbəst
Onlar saxlayırdı öz dinlərini.
1.  Xan-Balık tarixdə İtil kimi də adlanmışdır.


Munis
158
 
Xaçpərəst də vardı, musəvilər də,                                             
İslam inancını daşıyanlar da.
Xəzər xaqanı tək ulu göylərə,
Hələ Göy Tanrıya inananlar da.
Tez-tez dəyişirdi burda inanclar,
Xəzər qəbul etdi yeni bir dini.
Musəvidən dönüb ”Karay“
1
 oldular,
Tamam dəyişdilər məzhəblərini.
Karaim dedilər xəzərlərə də,
Elə o zamandan, o vaxtdan bəri.
Karaim adıyla yaşayır bu gün
Qədim xəzərlərin törəmələri!
Qarışıq-qarışıq dinlər, məzhəblər
Xəzər dövlətini yıxır, əyirdi.
Ərazi cəhətdən genişlənsə də,
Əsgəri cəhətdən zəifləyirdi.
Şimaldan slavyan qoşunları da
Xəzər dövlətinə hücumlar etdi.
Həm gizli, həm açıq bu basqınlardan,
Əvvəlki Xəzərin qüdrəti getdi.
Belə bir durumda Xəzər dövləti
Göstərə bilmədi nə duruş, nə tab.
____________
1. Musəvilikdən doğan yeni məzhəbə ”Karay“, onun daşıyıcılarına isə 
”karaim“ deyilirdi.


Türkün dastanı
159
Yıxdı xaqanlığı Kiyev knyazı,
Rusların başçısı Svyatoslav.
Sarsılan, dağılan Xəzər milləti
Yayıldı Kırıma, Qafqaza sarı.
Qaraçaylar,- deyə adlandırırlar,
Qafqaz bölgəsində indi onları.
Xəzərlər tarixin təkərlərinə
Vermişdi başqa güc, başqa hərəkət;
Onların qurduğu təməlin üstə                                                  
Ruslarla macarlar qurdular dövlət.
Xəzər dövlətinə gəlib sığınan
Çox idi tayfalar və qəbilələr.
Slavyanlar, finlər, vareqlər idi
Skandinaviyadan bəri gələnlər.
 
Bunların içində biri də vardı,                                                    
Gəmiçi deyilən ros
1
 qəbiləsi.
Slavyan mənşəli qəbilələri
Ətrafına yığan rus qəbiləsi.
Knyazları Rurik körpü yaratdı,
Xəzərlə rusların aralarında.
Xəzərlərə bağlı knyazlıq qurdu,
Laqoda gölünün civarlarında.
1. Ros(rus) - İsveç mənşəli söz olub, mənası gəmiçi deməkdir. 


Munis
160
Ruslar, Xəzərlərin qalası olan
Sambataya doğru axıb gəlirdi.
1
Sərbəst ticarətə icazə alıb,
Dövlət büdcəsinə pul ödəyirdi.
Türklərin qurduğu Kiyev şəhəri
Yeni knyazlığın oldu mərkəzi.
Rurikdən sonrasa bütün rusların
İndi Oleq idi yeni knyazı.
Xəzər dövlətinin çöküb enməyi
Başqa dövlətlərin əvvəli oldu.
Kiyevdə yaranan Rus knyazlığı
Gələcək dövlətin təməli oldu.
Bəli, doğrudan da bəzi millətlər
Türklərdən öyrənib, qurmuşlar dövlət.
Tarixə saxtalıq yapışan deyil,
Nə qədər fırlatsan budur həqiqət!
Türklər tək rəhbərə ”xaqan“ deyirdi,
Ruslar öyrənmişdi bunları iyi.
Bu adı, deyimi saxlamışdılar,
Qəbul edənədək xaçpərəstliyi.
2
  
1.862-ci ilə təsadüf edir.  
2.X , XI əsrlər.    


Türkün dastanı
161
Macar dövləti də belə yarandı,                                                
Türkün dövlətçilik örnəklərindən.
Əsli Fin-Oğurdur, Türkdür onların
Axtarıb tarixi bilsək dərindən.
Uraldan cənuba enmişdi onlar,
Oğur türkləriylə birləşmişdilər.
Dörd yüz il bərabər verib baş-başa,                                          
Bir yerdə dərdləşib, sirləşmişdilər.
Elə o zamandan qədim macarlar
Rast gəlmiş zoruna peçeneklərin.
O vaxtdan üz tutmuş batıya doğru,
Çəkmiş həsrətini ötən illərin.
Türk Üge soyundan olan Arpadı
1
,
Başbuğ təyin etmiş Xəzər xaqanı.
Qoşulmuş onlara Türk kabarlar da,
Belə yaratmışlar Macarıstanı!

1 Almış oğlu Arpad - Arpacıq da deyirdilər. 
2.Dunay-Tizsa bölgəsinə gələn macarlar digər Türk qəbilələri ilə  bir-
likdə 896-cı ildə indiki Macarıstan dövlətinin əsasını qoydular.


Munis
162
      A V A R L A R                                                           
(Avar Xaqanlığı-İmperatorluğu)
Juan-Juanları yıxanda Göytürk,

Bir qismi yurdunu eyləmişdi tərk.
Üz tutub getmişlər Batıya onlar,
Hun, Uar soyundan olan tayfalar.
Gələn qəbiləyə avropalılar
Elə ilk zamandan dedilər: ”Avar“.
Türk boyları ilə Avarlar burda
Sahib olmuşdular yeni bir yurda.
Birləşə-birləşə artmış sayları,
Götürmüş bölgəni hay-harayları.
Doğu Avropada yenə Türk dili
Gəzmiş ağız-ağız obanı, eli.
Sanki cücərmişdi Hunların yeri,
Atilla zamanı qayıtmış geri.
Avarlar quraraq güclü bir dövlət,
İran üzərinə etmiş hərəkət.
Avarlar İranı və Alanları,
2
Tabe eyləmişdi Türkə onları!
3
                                                 
Bizansın boynuna qoymuşdular haqq,
Bir az illik vergi, bir az da torpaq.
Bu tələblər ilə sıxmışdı onu,
Bilərək Bizansın pərt olduğunu.
Bizanssa düşünüb vəziyyətini,
Ödəməli olmuş illik vergini.
Slavyanları da salmış oyuna,
1. 552-ci ilə təsadüf edir.  
2. Alanlar - Şərqi Avropa bölgələri nəzərdə tutulur.   
3. 558-ci ilə təsadüf edir. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə