Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə24/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

Türkün dastanı
139
Qaldıra bilmədilər sındırılmış qüruru.
Türklərin sarayında çinli gəlinin əli    
Xəyanət edirdisə,                       
                                   Qəbahət edirdisə,
Türkün belə məqamda yeriyərdimi suru?!
Doğu Göytürklərinin baharı da qış oldu,
Böyük xaqanlıqları belə yıxılmış oldu.
1
                                  ***
Doğu Göytürkləri sarsılıb əziləndə,
Batı Xaqanlığında iqtidar qorunurdu.
Çindən Türkün başına müsibətlər gələndə,
Kağanlığın başında Tardu Kağan dururdu!
Tardu Sasanilərlə bir anlaşma yaradıb,
Batı sınırlarını - sərhədləri bərkitdi.
Doğunu xilas üçün nə oturub, nə yatıb,
Düşməni dağıtmağa Çinin üstünə getdi.
Bir çox Türk torpaqları, Ötükən oldu azad,
Yeni səfərlərə də Tardu göstərdi maraq.
Doğuda çıxarmışdı kağan qüdrətli bir ad,
Batıda da Bizansla yaradırdı ittifaq.
Kağanda Türk birliyi qurmaq məqsədi vardı,
Ancaq Çin hücumları kəsilmir, vermir ara.
1. 621-ci ilə təsadüf edir. 


Munis
140
Heyif, öz niyyətinə yetə bilmədi Tardu,
Döyüşlərin birində aldı ölümcül yara.
1
Ondan sonra gələnlər qoruya bilmədilər,
Dövləti çinlilərin azğın hücumlarından. 
Çinlilər hücumlardan doyub, dincəlmədilər,                               
Əsarətə dözməyib çoxları keçdi candan.
Süquta məruz qalıb, Çinə təslim oldular,
Doğu Xaqanlığı da, Batı Xaqanlığı da.
2
Əlli il əsarətdə yaşadılar, qaldılar,
Nə insaf, nə mərhəmət görmədilər yağıda.
Hüriyyət qiyamları əlli il hökm eylədi,
Qiyamlardan biri də Kür-Şadın qiyamıdı.
”Çinləşdirmə“ Türkləri daha möhkəm eylədi,
Qorundu, saxlanıldı dili, adəti, adı!
         
                                ***
                                                        
Çin Səddinə köçürülən Türklər
Gecə-gündüz azadlığı düşündü!
Zaman-zaman baş qaldıran igidlər
Doğma, əziz od-ocağı düşündü!
Əsarətdə çürümədi canları,
Haqq yolunda axıdıldı qanları!
1.Tardu Kağanın ölümü 603-cü ilə təsadüf edir.
2. Doğu və Batı Xaqanlığı 630-cu ildə süqut etmiş,   50 il Çin əsarətində 
qalmışlar.


Türkün dastanı
141
Mərd igidlər ölüm-dirim anları
Bir bağımsız göy bayrağı düşündü!
Yenildisə Çuluk oğlu o Kür-Şad,
Zaman-zaman Türklər oldu tam azad.
     Hüriyyətdən doğan yeni təşkilat
     Həm yaxını, həm uzağı düşündü!
                          *  *  *
Quzey Çində yarandı inqilabi təşkilat,
1
Kutluq adlı bir igid oldu onun rəhbəri.
Qısa zaman içində artıb açdı qol-qanad,
Ətrafına cəm etdi o, qəhrəman Türkləri!
Bu cəsur igidlərdən biri Tonyukuk idi,
Hər ikisi birləşib ciddi tədbir gördülər.
Nə gecə, nə də gündüz yuxuları yox idi,
Düşmənə zərbə vurub qənimət götürdülər.
Artırdılar sayını döyüşən igidlərin,                                               
Eşidib gəlirdilər dəstələr yığın-yığın.
Artıq Qaraquruma
2
 sahiblik edirdilər,
Ordu, sursat sarıdan olmuşdular arxayın.
İndi Ötükən adlı mərkəz alınmalıydı,
Hamı yığışmalıydı çoxluğun ətrafına.
1. 680-ci ilə təsadüf edir.  
2.Qaraqurum qışlıq mərkəz hesab olunurdu.


Munis
142
Oğuz tayfaları da bu mətləbdən halıydı,
Onlar da birləşdilər Kutluğun ətrafına.
Bu vəhdəti sarsıda bilərdimi yağılar?
Ötükən də olmuşdur yenə Türkün başkəndi.
Səhlənkarlıq olarsa, birlik sınar, dağılar,
Möhkəm qoruyurdular hər şəhəri, hər kəndi.
                                       
Dalbadal hücum edir Çinin birliklərinə,
Azad eyləyirdilər Türkün əsirlərini.
Bol-bol qənimətlərlə dönür öz ellərinə,
Tamamlayırdı onlar qalmış kəsirlərini.
”İlteriş“
1
 deyilirdi Kutluğun ünvanına,
Düşməni qova-qova eyləmişdi tarimar.
”Ayqucu“
2
 Tonyukuku çəkmişdi öz yanına,
Azad olmuş dövləti gücləndirirdi onlar.
Göytürk dirçəlmiş artıq, zəhmət getməmiş hədər,
Kutluq nahaq almamış İlteriş ünvanını.
Ləyaqətlə qorumuş ömrün sonuna qədər,
Bu adla da xalqına bağışlamış canını.
3
İlteriş Kutluq Kağan dünyadan köçdüyü gün,
Oğlu Bilgə çatmışdı hələ səkkiz yaşına.
Yeddi yaşında idi kiçik oğlu Kültəkin,
Ona görə xaqanlıq verildi qardaşına.
1. İlteriş - eli qurtaran, bir yerə yığan. 
2 Ayqucu - baş vəzir. 
3 Kutluq Kağan 692-ci ildə öz əcəliylə ölmüş,  yerinə 27 yaşlı qardaşı 
Kapqan keçmişdi. 


Türkün dastanı
143
Qardaşı Kapqan Kağan getdi qardaş yolunu,
Bir türk ola bilməzdi artıq Çinin əsiri.
Birləşdirdi Türkləri, sağını və solunu,
Tonyukuk da yanında yenə də baş vəziri.
Ana Vətən Ötkənə verdi əsas gücünü,                                           
Artırdı ölkəsinin əsgəri qüdrətini.
Təşəkkül tapa-tapa keçirdi hər gününü,
İqtisadi güc üstə qurdu siyasətini.
Türkə düşmən sayılan Kitanları da yendi,
Çin də azad olmuşdu artıq bu təhlükədən.
Çin özü oturduğu yüksək zirvədən endi,
Çinə diqtə edirdi Göytürk adlı o Vətən!
Heyif, Kapqan səfərdə oldu qisas qurbanı,
1
Kağan qurtarammadı Çin qurduğu tələdən.
Onun da belə bitdi keçirdiyi dövranı,
Bu həyat xali deyil tufandan, zəlzələdən.
  
Bu ara böyümüşdü Bilgə də, Kültəkin də,                                      
Dövlət, ordu yanında hörmətləri varıydı.
Mərdlik göstərirdilər bərk ayaqda, çətində,
Nizamlı, intizamlı, igid qardaşlarıydı.
Bəylər məclisi xalqın fikrinə dəstək verib;
Bilgəni kağan seçdi, Kültəkini komandan!
Baş vəzir Tonyukuka yenə diqqət göstərib,
Hər üçünə ölkədə verildi böyük meydan.
1Kapqan Kağan 716-cı ildə öldürülmüşdür.     


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə