Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə20/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

Türkün dastanı
115
Ayetüs məğlub kimi
Romada gözdən düşdü.
Əvvəl sahib olduğu
Hüquqdan, sözdən düşdü.
                         *  *  *
Yazın gözəl vaxtı, bahar çağında,                                             
Atilla qoşunu çəkdi Romaya.
1
 
Eşitdi xəbəri imperatorluq,
Bir vəlvələ düşdü bütün saraya:
-Axı, güc qalmamış qarşılaşmağa,
Bəs hansı yol qalıb xilas olmağa?
Ya gərək şəhəri buraxıb getmək,
Ya ölüb gömülmək qara torpağa,
Ya da təslim olub itaət etmək.
Qalan bu yollardan hansını seçmək?-
Yol axtarsalar da fayda yoxuydu,                                             
Bir çarə qalmamış baxıb gördülər.
Atilla əmrinə tabe olmağa,
İtaət etməyə qərar verdilər.
Atilla yenilməz ordularıyla
Çatmışdı Romanın qapılarına.
Abidələr dolu bu qədim şəhər,
Keçəcək Xaqanın ixtiyarına!
1 452-ci il. 


Munis
116
Odur xiristian dünyasının da
Döyünən ürəyi, işığı, gözü.
Atilla hökmüylə çökə bilərdi,
Papalıq adlanan dini mərkəzi.
Təhlükə hiss edir, əziyyət çəkir,
Roma sarayının başbilənləri.
Bütün Avropanın sənət incisi,
Ən böyük, ən qədim, gözəl şəhəri!
Kitabxanaların, abidələrin,
Şəhərin dağılmaq qorxusu vardı.
Kilsənin başçısı Papa Leonun,
Nə dincliyi, nə də yuxusu vardı.
Başda Papa Leo böyük bir heyət,
Gəldilər Xaqanın qərərgahına.
Atillaya xeyli etdilər minnət,
Dəyməsin onların səcdəgahına.
 
Hətta Atillanı hökümdar bilib,                                                 
Qəbul eyləyirlər bütün şərtləri.
Təki dağılmasın bu gözəl şəhər,
Üst-üstə artmasın acı dərdləri.
Artıq bu, Romanın təslimi idi,
Atilla çatmışdı bu böyük günə.
Şəhəri dağıdıb işğal eyləmək,
Yaraşmazdı onun böyüklüyünə!


Türkün dastanı
117
Necə İstanbula əli gəlmədi,
Elə də Romaya qıymadı Xaqan.
İşğalçı, talançı, qəddar adını,
Tarixdə üstünə qoymadı Xaqan!
Düşündü, Romalı Yuli Sezarın,                                               
Misiri yandırıb, dağıtdığını.
Xaqan dağıtmadı, insan əliylə
Tanrının dünyada yaratdığını!
Qorudu sənətin incilərini,
Talanı, yanğını qəbahət saydı.
Gözəlliyi sevən hökümdar kimi,
O, öz qüdrətini dünyaya yaydı!
Göstərdi Atilla, rəhbərliyində
Nə bir yaxını var, nə bir yadı var.
Millətin, dövlətin qorunmasında
Böyük səriştəsi, istedadı var!
Bizansa, Romaya hakim olandan,
Məqsədi deyildi oturub qalmaq.
Bir arzusu vardı onun qəlbində,
Dünyanı hökmünün altına almaq.
Artıq almalıydı itaətinə,
İranda hökm edən Sasaniləri.
Bu səfərdən sonra Böyük Atilla,
Tabe etməliydi bütün bəşəri.


Munis
118
Əcəl tez yetirdi, kəsdi üstünü,
İran səfərinə çıxa bilmədi.
Bəxt imkan vermədi son istəyinə,
Sasani şahını yıxa bilmədi.
Ömrü sona yetdi öz sarayında,                                                 
Yumuldu gözləri zifaf gecəsi.
1
İldiko adında gənc bir gözələ,
O, toy çaldırırdı səfər öncəsi.
Uğur gətirmədi son izdivacı,
Sinəsi də yandı, qəlbi də yandı.
Qalmadı bir kəlmə sözə əlacı,
Nəfəsi tükəndi, qəlbi dayandı.
Əcəlmi apardı onu dünyadan?                                                  
Yoxsa sui-qəsdmi, deyə bilmirik.
Tanrının seçdiyi taleydi bəlkə,
Nə ona, nə buna şəkk gətirmirik.
Çoxdu Atillanın tarixcəsində,
Həqiqət, rəvayət dolu məqamlar.
Onu bilirəm ki, dünya hakimi
Atilla adında bir həqiqət var!
1 Böyük Hun imperatoru Atilla 453-cü ildə 58 yaşında vəfat etmişdir. 
Sonuncu arvadı olan   18     yaşlı İldiko ilə toy gecəsi onun ağzından, 
burnundan  qan açılmışdı. Ölüm səbəbi (sui-qəsd   nəticəsində, yoxsa 
öz əcəli ilə) müəmmalı qalmışdır. Qardaşı  Buda da, deyilənə görə
eyni xəstəlikdən ölmüşdür. 


Türkün dastanı
119
Hunlar çox üzüldü bu matəm üçün,
Onların ən parlaq günəşi söndü!
Ölmüylə qovuşdu ölümsüzlüyə,
Atilla əbədi məşələ döndü!
Böyük Türk xalqının böyük övladı,
Tarixin əbədi yaddaşındadır!
Qüdrəti, qeyrəti, şöhrəti, adı,
Qaya zirvəsində, dağ başındadır!
İç-içə üç tabut hazırladılar,
Qızıldan, gümüşdən, bir də dəmirdən.
Bu bir həqiqətdir, yoxsa rəvayət?
Tanrı xəbərdardır ancaq bu sirdən!
Cəsədi qoyuldu qızıl tabuta,
Altun günəş kimi parıldayırdı.
Bunun bir həyati mənası vardı,
Atilla Hunların günəşi idi.
Gümüşsə ulduzu xatırladırdı,                                                   
O, nadir görünən bir ulduz idi.
Polad cüssəliydi yaranışından,
Dəmir tək qüvvətli, yenilməz idi.
Məzarı qazıldı Ulu Xaqanın,
Kiçik adasında Tisza nəhrinin
1
.
1 Tisza çayı Macarıstanın ərazisindən axır. 


Munis
120
Sonra dəyişdilər su yatağını,
Üstündən çay axdı onun qəbrinin.
Qəbrə gömülmüşdü, Xaqana məxsus
Silahlar, qiymətli bütün əşyalar.
Kimsə tapammadı, soya bilmədi,
Bu gün də gizlidir o zəngin məzar.
Atilladan sonra varis oğullar
1                                                                                  
Çəkə bilmədilər dövlət yükünü.
Atilla nəslinə yaraşmadılar,
Qoruyammadılar onun kökünü.
Zəif oğulların təpərsizliyi,
Böyük xaqanlığı dağıtdı, yıxdı.
Burdakı Hunların bölümlərindən
Macarlar, Bolqarlar ortaya çıxdı!
    *  *  *
Atilla zəkası bütün dünyada
Misilsiz yenilik tərzi yaratdı!
O öz sarayında, öz ordusunda,
Zəngin mədəniyyət hissi oyatdı!
   *  *  *
11. Mənbələrdə göstərilir ki, Atillanın Arıkan adlı xatunundan   İlək, 
Dəngizlik və İrnək adlı üç oğlu, digər xatunundan isə Csaba adlı oğlu 
olmuşdur. Özündən sonra xaqan olan böyük  oğlu İlək Germanlarla 
savaşda ölmüşdür.
 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə