Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə16/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

Türkün dastanı
91
”Ey əziz oğullar, arzu, muradım,
Mən gözəl dünyada xeyli yaşadım.
Çox döyüşlər keçdim, vuruşlar gördüm,
Qənimətlər alıb, bəxşişlər verdim.
Alaca ayğırı dörd yana çapdım,                                             
Çox obalar gəzdim, çox yürdlar tapdım.
Qılınclar, qalxanlar, oxlar oynatdım,
Yaxını güldürdüm, yadı ağlatdım.
Sanıram Tanrıma verdim borcumu,
Bölürəm sizlərə taxtü-tacımı!
Qoruyun, saxlayın mənim yurdumu,
Qurub yaratdığım böyük ordumu.
Uğrunuz xoş gəlsin görüm Göylərdən,
Xoşbəxt gələcəyə inanıram mən!
Ey Türküm! Göy Tanrı sizə yar olsun,
Yurdumla millətim bəxtiyar olsun!“


Munis
92
 BATI  HUNLARI                                                                             
(Avropa Hun Xaqanlığı - İmperatorluğu)
Metenin yaradıb, qurduğu dövlət
İkiyə bölündü, demişdik əvvəl. 
Onların birindən açaraq söhbət,
Söyləyək fikrimiz olsun mükəmməl.
Quzeyə üz tutan Hun tayfaları,
Adlandı o vaxtdan Batı Hunları.
Dəyişdi tarixin hökmü, qərarı,
Çökməyə qoymadı Tanrı onları!
Qəbilə-qəbilə köç eylədilər,
1
Xəzərin şərqinə, Qazağıstana.
Tez artıb, çoxalıb, tez dirçəldilər,
Səsləri yayıldı yenə hər yana.
Çox güclü, qüdrətli bir dövlət kimi,
Alan ölkəsini
2
 təslim etdilər.
İtil boylarının olub hakimi,
Sonra da batıya doğru getdilər.
Ancaq quzeyində Qara dənizin,
German tayfaları oturmuşdular.
Bütün keçidini dərənin, düzün,
Onlar nəzarətə götürmüşdülər.
1 I əsrin sonlarından II əsrin ortalarına qədər olan dövrlərdə. 
2 Aral gölü ilə Xəzər dənizi arasında yerləşirdi. 


Türkün dastanı
93
Qotlar - ostroqotlar
1
 və viziqotlar
2
,                                        
Gepidlər
3
, vandallar
4
, iranlı, islav.
Bütün bu yerlərdə tutmuşlar qərar,
Keçilməz olmuşdur burda dörd tərəf.
İndisə türklərə bu sipərləri,
Aşıb keçə bilən başbuğ gərəkdi.
Naümid qoymayıb igid ərləri,
Tanrı bir qəhrəman göndərəcəkdi!
Hunlar qalmadılar çox da amanda,                                           
Başbuğu qəhrəman Balamir oldu!
5
Ərənlər nəvəsi qısa zamanda,
Dünyada yenilməz cahangir oldu!
Balamir Metenin, Tanhu Çiçinin,
Nəsildən-nəsilə nəvəsi idi.
Qədim xan nəslinin, nəsil içində,
Layiqli, dəyərli varisi idi.
Geyib babaların qiyafəsini,
Balamir üz tutdu batıya tərəf.
Yıxdı doğudakı Qot ölkəsini,
6
Qələbə başbuğa gətirdi şərəf!
1 Doğu qotları. 
2 Batı qotları. 
3 Transilvanyada yaşayanlar. 
4 İndiki Macarıstan ərazisində yaşayanlar. 
5 374-cü ilə təsadüf edir. 
6 Ostroqotlar nəzərdə tutulur. 


Munis
94
Qotların kralı intihar etdi,
1
Dözmədi bu ağır məğlubiyyətə.
Torpaq əldən getdi, var əldən getdi,
Necə dözməliydi bu əziyyətə?!
Suvarilər çapdı yenə atları,
Qılınc əllərində, ox əllərində.
Yendilər indi də viziqotları,
2
Dinepir çayının sahillərində.
Viziqot kralı
3
 təəbələriylə                                                          
Qaçdı Avropanın ortalarına.
Ağıllı, tədbirli əməlləriylə
Hunlar sahib oldu onun varına.
Hun atlılarının ayaq səsləri,
Üsyanlar yaratdı, qaça-qaç saldı.
Barbarlar, vandallar, german elləri
Boşala - boşala sahibsiz qaldı.
Hunlar ayaqladı bu torpaqları,
Yerdə qalanları aldı orduya.
Böyük bir qoşunla bahar çağları,
Dunayı keçərək gəldi Trakyaya.
4
1. Ostroqotların kralı Ermanarikh idi. Balamir onun yerinə Hunimun-
du kral qoymuşdu. 
2 375-ci ilə təsadüf edir. 
3 Viziqot kralı Atanarikh idi. 
4 378-ci ildə Hun qoşunları Roma imperatorluğunun ərazisi olan   
Trakyaya(indiki Yunanıstan ərazisi) daxil olmuşdular. 


Türkün dastanı
95
Roma dediyimiz imperatorluq,                                                 
Qoruya bilmədi sərhədlərini.
1
Hunların əlindən çox çəkdi korluq,
Kimə deyəydilər bu dərdlərini?!
Başqa bir tərəfdən Hun atlıları,
Keçdilər Qafqazdan Anadoluya.
Quş kimi yararaq sıx buludları,
Nə qara baxdılar, nə də doluya.
Tutub bu yerlərdə yad torpaqları,
Qış vaxtı endilər onlar arana.
Aşdılar keçilməz qarlı dağları
Gəldilər Türk yurdu Azərbaycana!
Ordan da döndülər mərkəzlərinə,
Yolüstü tutaraq çox şəhərləri.
Bax, belə olmuşdur, düşsək izinə,
Hunların batıya ilk səfərləri.
Rumeli fəthinin istək, murazı,
Bu səfərdən sonra xeyli çəkəcək.
Yeddi yüz il sonra həmin bu arzu,
Səlcuq türkləriylə gerçəkləşəcək!
Balamir həyatdan köçdüyü zaman,
2
                                        
Yerini tutmuşdu oğlu Ulduz Xan.
1 395-ci ildə isə Qafqazın üzərindən Anadolu ərazisinə keçmiş-
dilər. 
2 400-cü ilə təsadüf edir.


Munis
96
Ulduz atasının yoluyla getdi,
Bizans üzərinə hücumlar etdi.
Bizans ölkəsinin imperatoru
Elçilər göndərdi barışıq üçün.
Elçi qarşısını ala bilmədi,
İldırım sürətli hücumun, köçün!
Trakya valisi, gör, nələr çəkir?
Onun elçiliyi getmişdi hədər.
Ulduz Xan söylədi, zəbt etməlidir
Günəşin batdığı yerlərə qədər!
                                                                                                                           
Heyif, bu arzuyla Ulduz Xan öldü,
1   
Oğlu başbuğ kimi yola düzəldi.
Ölkəni qaldırmaq
2
, qorumaq üçün,
Qaraton
3
 qayıdıb mərkəzə gəldi.
Bir neçə il ötdü həmin zamandan,
Qaraton dəyişdi öz dünyasını.
3
Oğlu Muncuk taxta çıxdığı andan,
Uğurlar bürüdü Hun tayfasını!
Muncuk ulu nəsli, nəcabətiylə,
Məğrur Atillanın
4
 atası idi.
1.  410-cu il. 
2. Yəni gücləndirmək, o vaxtdan 422-ci ilə qədər bu işlə məşğul oldu-
lar, böyük səfərlər etmədilər. 
3. Qara libaslı mənasını verir. Ulduz Xanın oğlu idi .415-də öldü. 
4. Böyük Hun imperatorunun adı mənbələrdə Attila kimi də göstəril-


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə