Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

Türkün dastanı
75
Sienpilər yenə keçdi hücuma,
Doğu Hunlarının girdi içinə.
Tanhu arxalanıb yaxın qohuma,
Dedi, təslim olaq biryolluq Çinə.
          
Eşitcək qərarı Hun igidləri,                                                      
Tanhunu qanına qəltan etdilər.
Çin təyin etdiyi tanhuya qarşı,
Bir çox qəbilələr üsyan etdilər.
1
On doqquz qəbilə yenə birləşdi,
Bağımsız yeni bir dövlət qurdular.
Quzey Çin onların əlinə keçdi,
Bu dəfə mövqedə möhkəm durdular.
Bunlardan ikisi ən güclüsüydü;
Tuku
2
 qəbiləsi, bir də ki, Tabğac!
Tukunun başbuğu
3
 tapacaq əlac,
Getdikcə güclənən dövlət quracaq.
Böyük xaqanlığa yol açacaqdır,
Türkün dövlətini yaşadacaqdır!
                        ***
Böyük Hunlar dövründə olmayıbdır cəhalət,
Hunlar yaratmışdılar ədəbiyyat və sənət!
4
1. Bu hadisə216-cı ilə təsadüf edir.  
2 Böyük Tanhu Metenin qəbiləsi idi. 
3 Başçı, rəhbər deməkdir. 
4.Tapılan nümunələr Sankt-Peterburqdakı  Ermitaj muzeyində sax-


Munis
76
OĞUZ  KAĞAN  DASTANI
1
                                                  
Hunlar dastan yaradıb,
”Oğuz Kağan“ dastanı!
Bəlkə nağıllaşdırıb,
Mete kimi aslanı!
Mete bütün türklərin
Atası sayılıbdır!
Dillərdə dastan olub,
Ellərə yayılıbdır!
O zamandan güclənib,
Hun-Oğuz nəvələri!
Milləti yaşadıbdır,
Türkün öz nəvələri!
Bir kökdən, bir ağacdan
Ayrılan qol-budaqlar,
Hun, Oğuz, Türk adını
Daim özündə saxlar.
Bu dastan bu birliyin,
Qədimi, əzəlidir.
Dastanların içində,
Bəlkə ən gözəlidir!
                            *  *  *
lanılır.
1 Dastan XIII əsrdə uyğur türkcəsi ilə yazıya köçürülmüşdür. 


Türkün dastanı
77
     Günlərin bir günü gözəl Ay Kağan,
Doğuşdan dünyaya gətirdi oğlan.
Körpə qığıldayır, gözü gülürdü,
Səma tək üzündə nur görünürdü. 
Gözləri alaydı, saçları qara,
Tanrı güc vermişdi totuq qollara!
Anadan süd əmdi cəmi bir dəfə,
Baxmadı ananın köksü tərəfə.
Ət yedi, aş yedi, şərab istədi,
Dil açıb danışdı, fikir söylədi.
Qırx günün içində qalxdı, böyüdü,
Aldı nəsihəti, aldı öyüdü.
Qolunda, dizində fil gücü vardı,
Çevik tərpənişi qurda oxşardı.
Ayı pəncəliydi, vücudu tüklü,                                                  
Geniş sinəliydi, iri sümüklü.
İlxılar qovardı, atlar minərdi,
Uşaqkən at üstə ər görünərdi.
Gün keçdi, ay ötdü, o yaşa doldu,
Lap erkən böyüyüb bir igid oldu.
Vardı o yerlərdə zəngin meşələr,
Ruhu məst edirdi dilbər guşələr.
Saysızdı dırnaqlı, saysızdı quşlar,
Dumana sarmaşır eniş-yoxuşlar.
Tanrı yaratdığı bu gözəl cənnət,
Bir insan üzünə qalmışdı həsrət.
Ormanda dolaşan iri canavar,
Əlinə düşəni didib, parçalar.
Yeyər heyvan əti, insan ətini,


Munis
78
Qırmışdı hər kəsin cəsarətini.
Oğuz Kağan kimi cəsur qəhrəman,
Qurdu ovlamağı düşündü hər an.
Bir gecə səfərə tədarük gördü,
Qılınc, qalxan, nizə, yay, ox götürdü.
Dan yeri ağarıb açılcaq hava,
Atlanıb atına yollandı ova.
Canavar dolanan ormana gəldi,
Yaşıl bir çəməndə bir az dincəldi.
Tutdu bir cüyürü, qoymadı qaça,
Söyüd çubuğuyla sardı ağaca.
Cüyürü beləcə buraxıb getdi,
Səhər tezdən yenə geri qayıtdı.
Gördü ki, canavar cüyürü tutmuş,
Didib-parçalamış, şikarı udmuş.
Bu dəfə bir ayı tutub saxladı,
Altun kəməriylə yenə bağladı.
Tərk edib şikarı geri qayıtdı,
O, bütün gecəni evində yatdı.
Ertəsi gün gəldi ora dan yeri,
Boş gördü boz ayı bağlanan yeri.
Nəhayət, rəqibi özü səslədi,
Ağacın altında durub gözlədi.
Qurd gəlib Oğuzun önündə durdu,
Onun qalxanına başıyla vurdu.
Oğuzsa hədəfi düzgün götürdü,
Başına qarğıyla zərbə endirdi.
Canavar zərbədən yerə sərildi,
Dəmirin gücündən başı əzildi.
Oğuz yırtıcının verdi aşını,


Türkün dastanı
79
Ölmüş canavarın kəsdi başını.
İgidin diləyi yerinə yetdi,                                                          
Başı da götürüb oradan getdi.
Təkrar eyni yerə gəldiyi zaman,
Gördü qurdu yeyir bir aladoğan
1
.
Onu da yay ilə, ox ilə vurdu,
Qılıncla bədəndən başı ayırdı.
Sonra şikarına baxaraq dedi:
”Qurd cüyürü yedi, ayını yedi,
Qarğım
2
 onu öldürdü,
Çünki qarğım dəmirdəndi.
Canavarı sunqur
3
 yedi,
Yay, oxum onu öldürdü,
Çünki oxum bakırdandı

!“
Bir gecə gənc Oğuz baxaraq Aya,
Durub yalvarırdı Ulu Tanrıya!
Bu zülmət gecədə, bax, elə bu dəm,
İşığa qərq oldu elə bil aləm.
Parlaq, mavi işıq düşdü göylərdən,
Sanki nur çiləndi düşdüyü yerdən.
Oğuz Kağan qaçdı işığa sarı,
Düşündü çin olur öz arzuları.
Gördü işıq altda bir qız oturur,
Şüadan yanağı yanır, bərq vurur.
Qəşəngdən qəşəngdi, göyçəkdən göyçək,
Tanrı göndərdiyi bu gözəl mələk!
1 Aladoğan – leş yeyən yırtıcı quş. 
2 Qarğı – nizə mənasındadır. 
3 Sunqur – aladoğan, yırtıcı quş növü. 
4 Bakır – mis. 


Munis
80
Gülsə səma gülər, göy sevinərdi,
Ağlasa göy ağlar, səma göynərdi.
Oğuz Kağan görcək ağlın itirdi,
Qıza sevgisini dilə gətirdi.
O gecə gözəlin qoynunda yatdı,
Hələ görmədiyi kamına çatdı.
Gün keçdi, ay ötdü, vaxt tamam oldu,
Bu gözəl mələyin üç oğlu oldu.
Birincisinə Gün, ikinciyə Ay,
Üçüncüyə Ulduz adı qoyuldu.
Bir gün yenə Oğuz ova yollandı,
Önündə göl görüb durdu, dayandı.
Gölün ortasında vardı bir ağac,
Başına qonurdu, qalxırdı turac.
Şikar cəlb etmədi onu bu dəfə,
Gözləri zilləndi başqa hədəfə.
Ağacın altında oturmuş bir qız,
Ətrafda kimsə yox, bu qızdı yalnız.                                         
O qədər gözəldi hüsnü, camalı,
Görəndə Oğuzun dəyişdi halı.
Göy kimi tər-təmiz, mavi gözləri,
Nura qərq edirdi göy dənizləri.
Saçı dalğalıydı ləpələr kimi,
Meşələr, dərələr, təpələr kimi.
İnci tək dişləri dürr danəsiydi,
Sanki gözəlliyin bir danəsiydi.
İnsan görməmişdi belə gözəli,
Onu yetirmişdi Tanrının əli!
Çıxdı Oğuz bəyin huşu başından,
Silindi bir anlıq söz yaddaşından.
Qəlbi alovlandı, cana od düşdü,


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə