Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə11/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

Türkün dastanı
63
QƏDİM  HUNLAR                                                                              
(Böyük Hun Xaqanlığı - İmperatorluğu)
Tunqadan, Şudan sonra,
Saklardan üzü bəri.
Bir bayrağın altında
Birləşdirən türkləri!
Böyük bir dövlət qurub
Coşduran ürəkləri,
Dünyanı silkələyən
Cəngavər qəhrəmanlar –
Qədim Hunlar!
Qədim Hunlar!
Ərazisi hüdudsuz,
Torpağı bərəkətli.
Oğulları, qızları
Quş kimi hərəkətli.
Sərhəd boyu uzanan
Möhtəşəm, əzəmətli,
İllərlə, dönə-dönə
Çin səddini aşanlar –
Qədim Hunlar!
Qədim Hunlar!
Okeandan Xəzərə,
Sibirdən Himalaya.
Bu yerlərdən baxıblar
Həm günəşə, həm aya.
Şöhrətini ellərə


Munis
64
Yel kimi yaya-yaya,
Tarixə özü boyda
Əbədi ad qoyanlar –
Qədim Hunlar!
Qədim Hunlar!
Güc alıbdır torpaqdan,
Xalqdan, eldən-obadan.
Möhkəmlənib, sərtləşib,
Sudan, oddan, havadan.
Xaqanlığın yolları
Keçib qızğın davadan.
Dolanıb at belində
Şir kimi savaşanlar –
Qədim Hunlar!
Qədim Hunlar!
Əl açıb, qail olub,                                                               
Tanrı verdiyi baxta!
Qırmayıb ümidini
Nə isti, nə də şaxta.
Yaşayıbdır, yaşayır
O zamandan bu vaxta.
Kökdən budağa qədər
Unudulmayıb onlar –
Qədim Hunlar!
Qədim Hunlar!!!
             *  *  *


Türkün dastanı
65
Duman
1
- qədim Hunların o böyük hökümdarı,
Onunla yaranıbdır Böyük Hun Xaqanlığı!
Birləşdirib Türkləri, olubdur bayraqdarı,
Yolunu nə Çin kəsib, nə də bir başqa yağı!
Hunların yaxınında bir çox qonşu ölkələr,
Hökümdarın önündə əyibdir öz qəddini.
Xaqanlığa qatıldı Çindən bəzi bölgələr,
O vaxtdan başladılar çəkməyə Çin səddini!
2
Çin səddi çəkilsə də, axı, nə faydası var,
Bu sədd də sarsıtmadı aşıb keçən hunları!
Üç min kilometrədək uzanan qala-hasar,
Dayandıra bilmədi aramsız axınları!
Ömür keçdi, gün keçdi, Duman Tanhu
3
 qocaldı,
Cox sevdiyi eşinin
4
 gəlib yanında qaldı.
Bu arvadı Tanhunun əziz sonası idi,
Böyük oğlu Metenin
5
 ögey anası idi.
Bir fitnə, hiyləgərlik bürümüşdü qadını,
Varis eşitsin deyə öz oğlunun adını,
Əsil varis Meteni ləkələmək istədi,
1 Teoman da deyirdilər. E.ə. 220-209-cu illərdə hökümranlıq etmiş-
dir. 
2.Çin səddinin uzunluğu 3000 km, hündürlüyü 7-10 m arasında dəyi-
şir, eni isə təqribən 5-6 m-dir.
3.Tanhu – Hun dilində ”böyüklük, ululuq“ mənasındadır. İndiki 
imperator    sözünün qarşılığıdır. İllərlə ”yabqu“,”kağan“,”xaqan“ 
şəklində deyilmişdir.
4. Həyat yoldaşının, arvadının. 
5. Mete – Motun kimi də mənbələrdə qeyd olunmuşdur. E.ə 209-174-
cü illərdə Böyük Hun İmperatorluğuna (35 il) rəhbərlik etmişdir. 


Munis
66
Atasına Metedən hədsiz yalanlar dedi.
Söylədi, guya Mete ona xəyanət edir,
Atasının yerinə keçməyə fürsət güdür.
Alçaq iftira idi qadının dedikləri,                                              
Dumanın titrəyirdi qəzəbindən əlləri.
Gör necə yalanları uydurmağı bacarır,
Bir anın içindəcə bütün inamı qırır.
Dumanın da oğluna ümidləri qırıldı,
Eşitdiyi sözlərdən onun bağrı yarıldı.
Ata hardan bilsin ki, bu xəyanət, bu hiylə,
Səltənətə tuşlanıb arvadının əliylə.
Bu, yaraşan deyildi Türkün adətlərinə,
Əmr etdi son qoyulsun gənc Metenin ömrünə.
Qadın hiylələriylə Türkə dağlar çəkilib,
Belə fitnə-fəsadla nahaq qanlar tökülüb.
Metenin xaqanlıqda böyük hörməti vardı,
Şöhrəti ağız-ağız elləri dolanardı.
Əmrində on min atlı, çox nizamlı bir ordu,
Gecə-gündüz Vətənin keşiyində dururdu.
Onlar da tanhu kimi görürdülər Meteni,
O qoruya bilərdi həm xalqı, həm Vətəni!
Meteyə yaxınları çatdırdılar xəbəri,
Ata öz qərarından dönəsi deyil geri.
Bu şəri bilən hər kəs qınayırdı atanı,
Necə sovuşdursunlar Metedən bu xatanı?
Meteyə dəstək oldu Dumanın adamları,
Gecə onun üzünə açdılar qapıları.
Mete son qoymalıydı xəyanətə, böhtana,
Çəkdi öz qılıncını qəlbində yana-yana.
Ata qatili olmaq ona ağır dərd idi,


Türkün dastanı
67
Bütün bunlardan öncə: “Doğma Vətəndir!”- dedi.
Gecə qətlə yetirdi atanı, düşmənləri,
Xəyanətsiz ötüşdü o zamandan günləri.
Beləcə Tanhu
1
 oldu böyük bir məmləkətə,
Öz ömrünü bəxş etdi igid, məğrur millətə!
Mete taxta çıxanda yeni addımlar atdı,
Nizamlı-intizamlı, güclü dövlət yaratdı.
Hunlara əngəl olub, daim torpaq istəyən
Moğol-Tunquz birliyi oldu Huna baş əyən!
Hər tərəfə artırdı ölkənin sərhəddini,
Çinə hücumlar etdi, aşaraq Çin səddini!
Mete öz qüdrətiylə sahib idi sözünə,
İyirmi altı dövləti tabe etdi özünə.
Sınırları sulara, zirvələrə söykəndi,
Mərkəzi Orta Asya, başkəndi Ötükəndi.
Quzeydə sərhədləri Sibir buzları idi,
Güney sərhəd xətləri Himalaydan keçirdi.
Doğuda Hun torpağı okeandan başlanır,
Batıda sınırları Xəzərədək uzanır.
Bax, Mete bu yerlərdə dövran sürüb qocaldı,
Otuz beş il millətə, dövlətə rəhbər oldu.
Dünyasını dəyişdi öz taxtında-tacında,
Bu gün uyuyur bəlkə bir dağın yamacında!
             *  *  *
1.Həmin vaxtdan 600 il bir müddətdə Asiyada Türk hökümdarlarına 
Tanhu  deyilmişdir. Əski Türklər Tanhunu Göy-Tanrının Yer üzündəki 
təmsilçisi    kimi qəbul etmiş və ”Tanrıkut“ kimi səsləndirmişlər. Çin 
məxəzlərində Metenin adı Tanrıkut kimi də ifadə olunmuşdur.
                                                                                                                              


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə