Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

Munis
68
Allahın Yerdəki təmsilçisiydi,
Tanrıdan almışdı gücü, qüvvəti!
Vuran qolu ilə, düşünən ağlı
Qurtarmış yadlardan doğma milləti!
Hunlar və çinlilər ”Tanrıkut!“- dedi,
Yayıldı dünyaya şanı-şöhrəti!
Budaqdan gəlməyir, kökdən gəlirdi,
Mərdliyi, saflığı, bir də qeyrəti!
Əməli möhtəşəm dastana döndü,
Gəzdi ağız-ağız sözü-söhbəti!
Ölkəyə tanhuluq etdiyi müddət,
Hunlar bilmədilər qəmi-möhnəti!
Heç bir çətinlikdə, heç bir sınaqda,
Əyilib sınmadı onun qüdrəti!
Mete sipər etdi öz sinəsini,
Qorudu Hun adlı böyük dövləti!
Təkcə bizdən almır öz qiymətini,
Bütün dünya verir ona qiyməti!
Qədim Hunların başçısı,
Türklərə şöhrət-şan Mete!
Fateh gəlib, fateh gedən,
Çin səddini aşan Mete!
Gecə-gündüz oyaq oldu,
Bir millətə dayaq oldu,
Gözümüzə mayaq oldu,
Tariximə nişan Mete!
Möhkəm yaratdı himini,
Düz tapdı işin çəmini.


Türkün dastanı
69
Azaltdı Türkün qəmini,
Dillərdə dolaşan Mete!
İldırımdan atı vardı,
Arxa elat, ön divardı,
Saysız qalaları yardı,                                                            
Zamanla yarışan Mete!
Nə at bezdi, nə də ki, can,
Səyirtdi atını hər an,
Günəş tək parlayıb yanan,
Ulduz tək sayrışan Mete!
Olmayıbdı Haqqa qərib,
Çox kürəklər yerə sərib.
Sanki Göydən göndərilib,
Xalqına yaraşan Mete!
Əvəzi yox, bir olubdur,
Döyüşlərdə şir olubdur,
İgid cahangir olubdur,
Meydanlarda coşan Mete!
Ağıl iti, qılınc kəsən,
Məhv olmadız nə Hun, nə sən!
At belində yel tək əsən,
Od kimi alışan Mete!
Söyləyirdin:”...Xalqım, oyan!
Doğudan batıya dayan!.. “


Munis
70
Sel tək kükrəyib çağlayan,
Çaylar kimi daşan Mete!
İstəyin yerdə qalmadı,
Millətin möhtac olmadı,
Ucaldıkı alçalmadı,
Sultanların, paşan, Mete!
Səninkidir batın, doğun,
Öz kökündür solun, sağın,
Gərək inciməsin ruhun,
Olmasın pərişan, Mete!
Xatırlanır adın hər an,
Deyil yerə-göyə sığan.
Ululardan Ulu Kağan,
Milyonlara Baş Xan Mete!
                                             *  *  *
Oğul Kiok Tanhu atadan sonra,                                              
Bildi dövlətini qəlbinin varı.
On dörd il hökm etdi Metedən sonra,
Qorudu, saxladı o, sınırları.
Nəvə Kün
1
 Tanhunun hökümranlığı,
Düz otuz altı il yenilməz oldu.
Elə qorudu ki, o, xaqanlığı,
Bütün sərhədləri keçilməz oldu.
1.Adına Künçin də deyirdilər.


Türkün dastanı
71
Lakin tanhuluğun sonuna yaxın,
Ölkənin qudrəti xeyli azaldı.
Çinin subayları hey axın-axın,
Türkün torpağında gəlib yer aldı.
Künçin evlənmişdi çin gözəlinə,
Damad
1
 sayılırdı Çin sarayında.
Tale fürsət vermiş çinli gəlinə,
Çin qanı qaynatsın Türkün soyunda.
Bu şahzadə gözəl əzdi milləti,
Dəmir qanunları bərbad eylədi.
Çin kimi imkanlı, tabe dövləti,
Bütün vergilərdən azad eylədi.
Çindən gələnlərə imkan yaratdı,
Türkün ordusuna girdi çinlilər.
Öz oğlu naminə taxta can atdı,
Onun faydasını gördü çinlilər.
Bu çinli qadının oğlu Yohanyeh,
İmperator oldu Künçindən sonra.
2
Heyif ki, Metenin xalqı, dövləti,
O gündən əyninə geyindi qara.
Yohanyeh nəinki yardım istədi,
Girdi çinlilərin himayəsinə.
1.Kürəkən deməkdir.
2.Bu, e.ə. 58-ci ilə təsadüf edir.


Munis
72
Bu, Hun dövlətinə fəlakət idi,
Heç nədən düşmüşdü Çin tənəsinə.
Türk qızından olmuş qeyrətli Çiçi,
Etiraz eylədi öz qardaşına.
Tanımayıb onun tanhuluğunu,                                                
Türkü sevənləri yığdı başına!
Bir yabançı südün törətdikləri,
Əyilməz türklərin qəddini əydi!
Qardaşın qardaşa qalxdı əlləri,
Türkün öz qılıncı özünə dəydi!
Gərək olmayaydı bu qan, bu qada,
Böyük Hun ikiyə bölünməyəydi!
Bütöv yaşayaydı gərək dünyada,
Türklər bölüm-bölüm görünməyəydi!
Elə özümüzü kəsən qılınclar,
Bizi içimizdən kəsdi, doğradı.
Bölündü sərhədlər, bölündü ellər,
Analar yas tutub, qara bağladı.
Çiçi dəstəsini yığıb başına,
Hunun mərkəzini ələ keçirdi.
O da Tanhu oldu cavan yaşında,
Bütün qovğaları sona yetirdi.
Yohanyeh üz tutdu doğuya sarı,
Anası tərəfə - Çinə yıxıldı.


Türkün dastanı
73
Açıldı, pozuldu Hun sınırları,
O böyük xaqanlıq belə dağıldı.
Verdi öz yerini iki dövlətə,
Ayrıldı Doğuya, bir də Batıya.
İki başçı oldu eyni millətə,
Yohanyeh Doğuya, Çiçi Batıya.
Çiçi güclü dövlət yaratmaq üçün,
Çəkdi qoşununu batıya tərəf.
1
Sərhəd zolağını uzatmaq üçün,
Əvvəl vüsunları
2
 götürdü hədəf.
Artıq onunku oldu –
Tanrı dağ ətəkləri,
İsık göl dolayları!
Getdikcə ilhaqın artdı sayları.
         
Keçdi Tarbaqatay ərazisinə,                                                    
Götürdü düzləri, aldı dikləri.
Oğuru, qırğızı çəkdi özünə,
Bir də İrtış boyu tinglikləri!
3
İki il keçmədi, Batı Hunları
Yenidən xaqanlıq halına gəldi.
Türkistan elinə Türk toplumları,
Elə o zamandan yerləşdirildi.
1. E.ə 51-ci ilə təsadüf edir. 
2.Tayfa adıdır.
3. Türksoylu tayfaların birləşdirilməsi. 


Munis
74
Ancaq bu tərəfdən yenə çinlilər,
Batı Hunlarına qənim kəsildi.
Yetmiş min orduyla Talasa qədər
Düşmən hücum çəkdi, Türklər əzildi.
Bu savaş çox ağır bir savaş oldu,
Aslan idi Türkün qadınları da.
Damla qanınadək vuruşdu, öldü,
Çiçi də, oğlu da, xatunları da!
Ancaq çox çəkmədi bu nisgil, təlaş,
Yığışdı, birləşdi Batı Hunları.
Qızışdı Çin ilə yeni bir savaş,
Otuz il gördülər acı günləri.
Bu illər uzunu Türk əsgərləri
Vuruşa-vuruşa başından keçdi.
Kaşğar, Hami, Yarkənd, Hoten şəhəri
Azğın çinlilərin əlinə düşdü.
Bəlalar gətirdi Çin oyunları,
Metenin çatdığı ocaq yanmadı.
Heyif ki, illərlə Batı Hunları
Doğu Hunlarını qoruyanmadı.
Sienpi adlanan başqa Türk boyu
Çökmüş iqtidarı ələ keçirdi.
Artıq zəifləmiş qədim hun soyu
Xəzərin şərqinə tərəf köç etdi.


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə