Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə10/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

Munis
56
İstək, sevgi vardı onun canında,
Sevirdi xalqının hər balasını.
Xalqını yadlardan qorusun deyə,
Yapdırmış qüdrətli Şu qalasını!
Belə yaşamışlar illər uzunu,
Sakit keçirmişdi Şu da gəncliyi.
Lakin həyəcanlı, qəfil bir xəbər,
Pozdu rahatlığı, pozdu dincliyi;
İskəndər
1
 keçmişdi neçə ölkədən,
Artıq Səmərqənd də qalmış arxada.
O, Türk ellərini almaq istəyir,
Onun yürüşündən gözlənir xəta.
                                                                                                                                            
Xaqan Şu oturub öz qalasında,
Narahat deyildi qəfil xəbərdən.
Bir tədbir görməyir, bir söz demirdi,
Ancaq düşməmişdi hələ təpərdən.
Kiçik dövlətlər kimi
Çəkilməmiş doğuya.
Hazırlıq da görmürdü
Cavab üçün yağıya.
Bəylər gəlib hüzura,
Söylədilər xaqana:
- İskəndər yaxınlaşır,
Əmrin nədir, açsana?!
1 Makedoniyalı İskəndər Zülqərneyn.      


Türkün dastanı
57
Bəylərin bilgisindən
Xaqan xəbərdar idi.
Ancaq xaqanın fikri,
Bəylər üçün sirr idi.
Onun tapşırığıyla,
Qırxa qədər komandan,
Hücənd sahillərinə
Göndərilmişdi pünhan.
Xaqan əsas xəbəri,
Gözləyirdi onlardan.
Bəylər xəbərsiz idi,
Verilmiş bu qərardan.
Xaqan eşitmir kimi,
Deyilən bu sözləri,
Seyr edir hovuzdakı
Ördəkləri, qazları.
Onun tamam gümüşdən
Səyyar hovuzu vardı.
Hara səyahət etsə
Özüylə aparardı.
Suyla dolu hovuza
Quşları buraxırdı.
Suda üzən qazlara,
Ördəklərə baxırdı.


Munis
58
Xaqan bu əyləncəyə                                                           
Hədsiz həvəskar idi.
Hovuzu göstərərək
Bəylərə belə dedi:
- Bir bunlara baxın siz,
Gör nə gözəl üzürlər.
Sanki suyun üzündə
Rəqs eləyib, süzürlər.
Bəylər tamam çaşdılar,
Xaqanın sözlərindən.
Qəlblərinə od düşdü,
Qəm yağdı üzlərindən.
İskəndər keçmişdi Hücənd çayını,
Gizli xəbər gəldi adamlarından.
Xaqan Şu çaldırıb davul səsiylə,
Bildirdi getməyi həmin məkandan.
Çevik bir hərəkət əmri verildi,
Söküb çadırları büküb yığdılar.
Çaşqınlıq içində minib atları,
Gecənin yarısı yola çıxdılar.
Yola sərf etdilər bütün gecəni,
Geniş düzənlikdə gəlib durdular.
Ordu möhkəmlətdi mövqelərini,
Yenidən burada çadır qurdular.


Türkün dastanı
59
Xaqan Şu gedəndə Doğuya doğru,
Bəzi ailələr miniksiz oldu.
Bu iyirmi iki Türk ailəsi,
Elə öz yerində oturub qaldı.
Kınık, yıva, eymur və başqaları,
Dəstədən qalmışdı bu Türk soyları!
Belə söyləyirlər tədqiqatçılar;
Bunlardan törəmiş Oğuz boyları!
Qalanlar yığışıb xeyli düşündü;
”Gedəkmi, qalaqmı?“- fikirləşdilər.
Daha iki kişi gəldi uzaqdan,
İyirmi dörd olub, tam birləşdilər!
Onlar da qalmağa tərəfdar oldu,                                             
Dedilər, İskəndər gəldi-gedərdi.
Ancaq biz burada yurd salmalıyıq,
Bəlkə də bizləri Tanrı göndərdi!
Yeni gələn kişilərə
O birilər ”Kalaç!“- dedi.
1
Doğma, əziz qardaş kimi,
-Yaxına gəl, qol aç,- dedi.
Bax, bunlardan törəmişdir,
”Kalacı“ qəbilələri.
Bir olub, bir yaşamışlar,
Hər ayları, hər illəri.
1. Mənası ”qalın, gözləyin“ deməkdir. 


Munis
60
İyirmi ikilər isə,
Geymişdi Türk qiyafəsi.
Şux qamətli, uzun saçlı,
Şir ürəkli Türk tayfası!
İskəndər gəlib görəndə,
Kimsədən söz soruşmadı.
Bu iyirmi ikilərə
Baxaraq ”Türk manend“,- dedi!
 1
O zamandan başlayaraq,
Adına Türkmən deyildi!
Zaman-zaman, məkan-məkan,
Bütün dünyaya yayıldı!
Həqiqətən İskəndər gəlib-gedəsi oldu,
Bir Türkmən öz yurdundan çəkmədi ayağını.
Çinə doğru üz tutan rəqibin arxasınca,
Şunun əmriylə qoşun təqib etdi yağını.
Uyğur sınırlarına yaxın bir ərazidə
Xaqan Şu ordusunun bir qismini ayırdı.
İskəndərin ən öncül birliyilə savaşa
Göndərib igidləri döyüş əmrini verdi.
Türklər basqın eylədi gecə düşmənə tərəf,
Düşmənin ordusunu pərən-pərən saldılar.
Qələbə fərəhindən səslər ucaldı göyə,                                          
Şeypurlar səsləndirib, davullar da çaldılar!
1 Mənası ”Türkə bənzəyir“ deməkdir 


Türkün dastanı
61
Vuruşmada türklərin gənc, igid döyüşçüsü
Qılıncıyla düşməni ortasından bölmüşdü.
Qılıncın zərbəsindən rəqibin belindəki
Parçalanan kəmərdən altunlar tökülmüşdü.
Ertəsi gün bir əsgər görüb bu mənzərəni,
Baxıb qanlı altuna ”Aıtın, kan!“- deyə dindi.
Bu sözlər həmin yerdə bir dağın oldu adı,
Həmin o dağ adlanır Altın Xan dağı indi.
Görüncə vəziyyəti, uzatmadı söhbəti,
Tez barışdı türklərlə o qüdrətli İskəndər!
Uyğur şəhərini də öz gücüylə tikdirdi,
Burada dövran sürüb, yaşadı da bir qədər.
Nəhayət, vətəninə dönüb geri qayıtdı,
Sahib ola bilmədi Türkün torpaqlarına.
Tanrısını sevən Türk Tanrısından güc alır,
O ömründə yıxılmaz düşmən ayaqlarına!
 
                  
 *  *  *


Munis
62
Xaqan Şu dönərək Balasaquna,
Tikdirdi Şu adlı gözəl bir şəhər.
Tilsim də qoydurdu dörd tərəfinə,
Odur keşik çəkən hər axşam-səhər.
Kimsə bu tilsimi aşıb keçəmməz,
Sehrə bax, bir cansız cisim qoruyur!
Quş da səkə bilməz başının üstə,
O vaxtdan şəhəri tilsim qoruyur!
                     *  *  *
Belə sona yetir Şunun dastanı,
Bilsin Türk qızları, Türk oğulları.
Saka Türklərinin ulu kağanı,
Açıb bizim üçün bağlı yolları.
   


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə