Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə14/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Türkün dastanı
81
Ürəkdən bu qızı sevdi, görüşdü.
Yatdı bu gözəllə, keçdi iş-işdən,
Bir müddət vaxt ötdü həmin görüşdən.
Üç oğul dünyaya gətirdi bu qız,
Körpələr adlandı: - Göy, Dağ və Dəniz.
Oğuzun hər iki xanım-xatını,
Qaldırdı Kağanın qol-qanadını!
Oğuz toy çaldırdı, şənlik eylədi,
Gələn qonaqlara belə söylədi:
”Mən sizlərə oldum kağan,
Götürək yay ilə qalxan.
Nişan alaq, hədəf seçək,
Boz qurd kimi nərə çəkək.
Dəmir qarğı olsun orman,
Təslim olsun bizə hər yan.
Zirvələr də, dənizlər də,
Ucsuz-bucaqsız düzlər də.
Günəş yanan çırağımız,
Səma olsun baş tağımız!“
Kağan sözlərini yetircək sona,
Elçilər göndərdi hər bir məkana.
Qasidlər götürüb bu məktubları,
Çapdılar atları ellərə sarı.
Xəbərlər dolaşdı obanı, yurdu,
Kağan məktubunda belə yazırdı:
”Bütün uyğurların kağanıyam mən,
Gərək dörd bucağın kağanı olum!
Əmrə tabe olan zülm görməz məndən,
qədər ki, qılınc tutacaq qolum.
Kim məni eşitsə bir dost sanaram,


Munis
82
Ona ənamımı çox eləyərəm.
Hər kim eşitməsə düşmən sanaram,
Onu yer üzündən yox eləyərəm!“                                            
Altun Kağan vardı Oğuzdan sağda,
Çox götür-qoy etdi çətin ayaqda.
Oğuzla dostluğa üstünlük verdi,
Kağanın yanına elçi göndərdi.
Çoxlu yaqut daşlar, gümüş yolladı,
Altun, cəvahirət, bəxşiş yolladı.
Bununla Kağana sayğı göstərdi
Vergilər ödəyib, qayğı göstərdi.
Ancaq sol yandakı o Urum Kağan,
Var-dövlət sarıdan çəkməyən aman,
Elçiyə - ölərəm, yanaram,- dedi,
Mən onun sözünə baxmaram,- dedi.
Kağan bərk tutuldu onun sözündən,
Əmr etdi orduya, çıxdı özündən.
Qırx gün yol getdilər, lap yoruldular,
Muz Dağ
1
 ətəyində çadır qurdular.
Kağan öz çadrında dincəldi, yatdı,
Dan yeri bir işıq onu oyatdı.
Günəşdən də parlaq göründü gözə,
Bu işıq yaratdı sirli möcüzə.
Göy tüklü, göy gözlü, erkək canavar,
İşıqdan doğulub oldu aşikar.
Dil açıb danışdı Oğuz Kağana,
”Ey, ey Oğuz!“- deyib, söylədi ona:
”Urum üzərinə yol gedəcəksən,
Önündə yüyürmək istəyirəm mən!“
Oğuz öz yoluna tez davam etdi,
1 Muz Dağ - Buz Dağ 


Türkün dastanı
83
Qoşunun önündə həmin qurd getdi.
Bir neçə gün sonra bu iri qurdu
Dayanan gördülər, qoşun da durdu.
İtil Mürən adlı vardı bir dəniz,
Dəniz yanındakı dağla üzbəüz,
Bir çölün düzündə döyüş başladı,
Sədası göynətdi yaxını, yadı.
Tuşlandı qarğılar, tuşlandı oxlar,
Qılınclar, qalxanlar, dəmir yaraqlar.
Şığıdı üstünə qoşun qoşunun,
Dərdi ağır oldu döyüş sonunun.
Canlar yaralandı, qanlar töküldü,
Ürəklər üzüldü, dizlər büküldü.
Baxanlar görürdü hər tərəf qandı,
Dənizin suyu da qana boyandı.
Oğuz tərəfdən də itki çox oldu,                                                 
Ancaq qalib gəldi, Urum yox oldu.
Götürdü Urumun kağanlığını,
Beləcə didərgin saldı yağını.
Oğuz ordusuna çox xələt düşdü,
Canlı-cansız xeyli qənimət düşdü.
Urumun başqa bir qardaşı vardı,
Uruz bəy adıyla o çağrılardı.
Varıydı ətrafda gözəl bir şəhər,
Şəhər hücumlardan çəkməsin qəhər,-
Deyib, yollamışdı bəy öz oğlunu,
Ağır vuruşlardan qorusun onu.
Demişdi, sonra da geri qayıtsın,
Durmadan atanın yanına çatsın.
Lakin Oğuz Kağan mərd qoşunları


Munis
84
Yürütdü həmin bu şəhərə sarı.
Bu gənc vəziyyəti düzgün anladı,
Kağana çox altun, gümüş yolladı.
Dedi ki, ey Oğuz, ey ulu Kağan!
Bu gündən mənə də böyük kağansan.
Atam bu şəhəri verdi qoruyum,
Sonra hüzuruna mən qədəm qoyum.
Atamla qovğaya mənim nə suçum,
Bu gözəl şəhərə gəl etmə hücum.
Sənin buyruğuna hər vaxt hazıram,
İnan ki, ürəkdən məktub yazıram.
Bizim dövlətimiz səninki olmuş,
Xalqımız bir kökdən, soydan doğulmuş.
Haqq sənə verdiyi qüdrətlə varam,
Yolunda can verib, mən baş qoyaram.
Vergilər ödəyib, dostluq edərəm,
Ömrün sonunadək qulluq edərəm.
İgidin sözləri yetişdi sona,
Məktub ləzzət verdi Oğuz Kağana.
Çağırıb yanına dostluq eylədi,
Görüşdə igidə belə söylədi:
”Bütün işlərini düzgün qurubsan,
Şəhəri saxlayıb, sən qoruyubsan.
Adına bu gündən Saklap deyirəm,
Səni bu şəhərə rəhbər qoyuram!“
Oğuz qoşunuyla yola düzəldi,
O, İtil adlanan irmağa gəldi.
1
 
O böyük, o nəhəng irmağı görcək
Düşündü, bu çayı necə keçəcək?
1. Volqa çayı nəzərdə tutulur.


Türkün dastanı
85
Ordunun içindən bir igid o dəm,
Qoymadı Kağanı çəksin qüssə, qəm.
Ər Uluğ Ordu bəy gördü əlac var,
Ətrafda gərəkli çoxlu ağac var.
Kəsib ağacları sürüdü çaya,
Oturub üstündə keçdi o taya.
Oğuz Kağan sevindi,
Gülümsədi və dedi:
”Bu yerlərdə bizlərdən
Gərək bir qoçaq olsun.
Sən burada qal, bəy ol,
Adın da Qıpçaq
1
 olsun!“
Kağan çayı keçib yolu haqladı,
Yenə qurdu görüb ayaq saxladı.
Dərin sükut çökdü bu dəm hər yana,
Göy qurd belə dedi Oğuz Kağana:
”İndi sən qoşunla burada atlan,
Xalqı, bəylərini götür qanadlan.
Bütün qüvvələri yığıb eylə cəm,
Mən öndə yüyürüb yol göstərəcəm.“
Dan yeri düzülüb tərpəndi ordu,
Önündə yüyürən gördülər qurdu.
Kağanın alaca bir atı vardı,
Onunla özünü xöşbəxt sanardı.
Minərdi həmişə bu ayğır atı,
Yetərdi yerinə arzu, muradı.
Yolda dincələrkən at uzaqlaşdı,
Qarlarla örtülü Buz Dağa qaçdı.
Kağan öz atına yaman üzüldü,
1 Oyulmuş ağac mənasını verir. 


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə