Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

Türkün dastanı
127
Oturmuş varis tək Ağ Hun taxtına,
Ağsuvarın oğlu Toraman Tegin!
Artıq yol açmışdır o, Hindistana,
Bölgənin işləri olmuşdu gərgin.
Qupta dövlətini yıxdı, götürdü,
Əlinə keçmişdi Pencan bölgəsi.
Cənuba, Doğuya genişlənirdi,
Getdikcə güclənən Ağ Hun ölkəsi.
Toraman dünyadan köçdüyü zaman,
1                                                                 
Hakimiyyət keçdi varis oğula.
Böyük səltənətə, dövlətə Xaqan,
İndi də olmuşdur Mihiraqula.
            
Gərəksiz hücumlar qırdı, sındırdı,
Yordu insanları illər uzunu.
Ağ Hun xanlıqlara parçalanırdı,
İtirirdi onlar öz nüfuzunu.
2
Bir yandan başqa bir Türk xaqanlığı -
Göytürk Xaqanlığı meydana girdi.
3
İstemi Xan adlı igid başbuğu
Maveraünnəhri ələ keçirdi.
O yandan Sasani qalaraq sərbəst
Güclənib, bərkiyib, açmışdı meydan.
1 Toraman Tegin 515-ci ildə ölmüşdür. 
2 530-cu il.  
3 552-ci ilə təsadüf edir.


Munis
128
Daha baş əymirdi kimsəyə İran!
Şahı da güclüydü dövləti kimi,
Möhkəm oturmuşdu Anüşirəvan.
Göytürklə qohumluq, evlilik qurub,
İttifaq yaradıb olmuşdu bir can!
Beləcə Ağ Hunlar sıxışdırıldı,
Göytürkə yenildi, beli qırıldı.
Süquta yetdisə Ağ Hun dövləti,
Sahibsiz qalmadı, başsız qalmadı,
Yada sığınmadı doğma milləti.
Göytürklər onların qeydinə qaldı!
Qanı bir, canı bir əziz xalqını
Öz Türk bayrağının altına aldı!


Türkün dastanı
129
   
            T A B Ğ A Ç L A R                                                        
Asiya Hun Xaqanlığı -
Böyük Hun xanədanı
Parçalanıb, dağılmışdı. 
Çinə yaxın bölgələr
Çin hökmünə qatılmışdı.
On doqquz Türk qəbiləsi mərd dayanıb, 
                        mərd durmuşdu.
Varlığını qorumuşdu.
Çində aləm qarışanda,
Üsyanlar həddin aşanda,
                            Ehtiraslar kükrəyib,                                                                  
Qılınclar toqquşanda.
Çin taxtına iddialı olanlar
Yollarını çaşanda.
Qəbilələr yararlanıb məqamdan
                                 Çıxdılar tabelikdən.
Canlarını qurtardılar biryolluq
Bu töhmətdən, bu yükdən.
Qəbilələrdən biri böyük Mete nəslinin
Tuku adlı tayfası!
Tayfaların ən xası!
Başqa bir tayfanınsa
Boyu Türk, adı Tabğaç!
O biri tayfaların
Dərdinə olmuş əlac.
Güclənən bu tayfalar
Sienpi, Tabğaç
1
 adlı iki dövlət qurdular.
1. Sienpi xanədanı 220-ci ildən IV əsrin ortalarına qədər, Tabğaç xanəda-
nı   isə IV əsrin ortalarından VI əsrin ortalarına qədər yaşamışdır. 


Munis
130
Tuku başbuğu Yilü
Qoşuna: ”Hücum!“- dedi,
Çin başkəndi Loyanqı zəbt eylədi!
1
Çinin ərazisində yurd salıb oturdular.
Fəqət sienpilərə tabe olan moğollar,
Tunquzlar və çinlilər,
Türkə qarşı təpədən dırnağadək kinlilər
Ölkəni gücdən saldı.
Bax, elə bu məqamda,
İqtidarı Sienpinin əlindən
Topa
2
-Tabğaçlar aldı.
Gündən-günə güclənən bu xanədan
Xeyli müddət yaşadı, sürdü dövran.
    
Hətta çinlilərə də,                                                                    
Oxuyurdular meydan.
Quzey Şansidəki Tai şəhəri
Olmuş onlara başkənd.
Tabğaçlara tabe idi
On altı kiçik dövlət.
Pekin yaxınlığında
Bir çox bölgələrə də
Edirdilər nəzarət.
Tabğaçlar yaşadılar
Ən parlaq bir dövrünü
Otuz illik zamanda, 
Tao tanhu olanda.
3
                                                                     
Tao tabğaçlılarla mücadilə eyləyən
1. 311-ci ilə təsadüf edir. 
2. Çinlilər Tabğaçlara Topa deyirdilər. 
3.Taonun hökümdarlığı 424-452-ci illərdə olmuşdur.


Türkün dastanı
131
Juan-Juanı yendi.
Quzey Çini işğal edib,
Moğolustanı yendi.
Şəhər-dövlətlər olan
Kaşğar, Karaşar, Turfan,
Otuza qədər şəhər,
Karasudakı Hunlar,
Tabğaç idarəsinə götürülmüşdü bunlar!
Məşhur İpək yoluna Türklər diqqət edirdi,
Bu yoldan keçənlərdən vergilər götürürdü.
Hökümdarları Taonun
Ləqəbi olmuşdu Börü
1
.
Qurd görmüş kimi qaçırdı,
Taonu görəndə Çin əsgərləri!
Güclənsə də Tabğaçların -
Türkün ordusu,
Bir təhlükə sarsıdırdı duyan hər kəsi...
Çində yayılmaqda olan buddizm qorxusu,
Bu yad dinin təbliğatı, qoxusu!
Tao imkan verməmişdi
Buddistlər açsın meydan.
Lakin ondan sonra gələn
Hökümdarlar - Kaoçunq və Birinci Honq
Dinin yayılmasına
Qoymadılar qadağan.
Din yayıldı Tabğaç boyu hər saat, hər an.
Buddist mərkəzlərinin, buddist rahiblərinin
Günbəgün artdı sayı.
Təsirə düşən türklərin
1.Börü - qurd, yəni canavar deməkdir.


Munis
132
Acıdan acı oldu                                                                          
Buddistdən aldığı ”payı“;
Gör nələri unutdu?
Gör nəyini itirdi?
Ata-baba yolunu, adət-ənənəsini,
Zahiri görkəmini, dilini, libasını,
Mənliyini itirdi,
Dövlətini itirdi.
Tabğaçların bir qismi
                   çinliləşib əridi.
Buddizmə uymayanlar
                   Türk kökünü qorudu!
Başqa Türk boylarıyla                                                               
                    birləşib yaşadılar,
Yeni Türk dövlətini  
            qurmağa başladılar!
İndi Çin damarında
                    türkün də qanı axır,
Qanında türk qanı olan
                    türkə qardaş tək baxır!


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə