Türkün dastanı 1



Yüklə 2,69 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix15.03.2018
ölçüsü2,69 Kb.
#31512
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

Munis
234
Yaltaq vəzir əliylə
Naşı Əmir Süleyman.
Onu dəstəkləsə də
Kutalmış bəy, nə fayda?!
Çoxu qəbul etmirdi,
Bu qərarı sarayda!
Bəylər layiq görürdü
Taxt-taca Alparslanı.
Zəfər çalıb, ad almış
Belə namizəd hanı?!
Yoxuydu Alparslanın
Taxtı vermək niyyəti.
Yoxsa hədər gedərdi
Çəkdiyi əziyyəti.
Çağrı bəyin vaxtından                                                       
Sultan tək yetişirdi.
Yolundan yad əlləri
Qılıncıyla götürdü.
Yığıb tərəfdarları
Rey şəhərinə girdi.
Rəqibi məğlub edib,
Çaxnaşmanı bitirdi.
Böyük bir izdihamla,                                                                 
Sirdaşları başında,


Türkün dastanı
235
Çıxdı halal taxtına,
Otuz altı yaşında!
1
 
İstədi güclü dövlət,
Milli birlik yaratsın.
Ədalətli Sultan tək
Arzu-kamına çatsın.
Söylədi, baş qaldıran
Bəylərim əfv olmalı.
Anadolu qapısı
Türklərə açılmalı.
Öz yerini alırdı
Toğrul bəy dedikləri,
Sultan davam etdirdi
Asiyada fəthləri.
Sonra Bizansa doğru
Döndü Səlcuq Sultanı.
Aldı güclü ordusu
Şirvanı, Gürcüstanı.
Ən gərəkli qalaya –
Aniyə hücum etdi.
Bir az çətin olsa da,
Hücum zəfərlə bitdi.
1.1064-cü il.
 
 


Munis
236
Müsəlman dünyasına
Sevinc gətirdi zəfər.
Xristian dünyasına
Üzüntü verdi zəfər.
Artıq Anadolunun                                                              
Sökülmüşdü hasarı.
Açılmışdı taybatay
Bizansın qapıları.
Alparslanın önündə
Dayanan qüvvəmi var?
Bunu hiss eləyirdi,
Uzaq, yaxın hər diyar.
          
Anini fəth edərək                                                              
Sultan döndü Kirmana.
Qardaşı Kavurt bəyi
Görüb, keçdi İrana.
Mərvdə bulunurdu
Sultanın ümidgahı.
Vəliəhd təyin etdi
O, oğlu Məlikşahı.
Gəzib Aral gölünün,
Ceyhunun sahilini,
Öhdəsinə götürdü
Qədim Oğuz elini.


Türkün dastanı
237
Bir bayrağın altında
Birləşmək amacıydı.
Türkü bir yerdə görmək
Dərdinin əlacıydı.
*  *  *
      Səngimək bilmirdi Türk hücumları,
Düşmənsə getdikcə zəifləyirdi.
Məhv olmaq qorxusu, çökmək qorxusu,
Bizansı içindən didib, yeyirdi.
Ölkənin o vaxtkı imperatoru –
Odokya düşünüb gələcəyini,
Türkü dayandıra bilən igidə,
Bildirmişdi ərə gedəcəyini.
Ünlü bir komandan – Romen Diojen
Bu şərtlə xanımla ailə qurdu.
Ancaq bilmirdi ki, onun önündə
Çox ağır, çox çətin sınaq dururdu.
Yığsa da ətrafdan xeyli qüvvə, güc,                                          
Xeyli muzdlu əsgər, silah və sursat.
Artıq iki dəfə yenilmişdi o,
Üçüncü səfərə çıxırdı heyhat.
Səfərə çıxmazdan öncə yapıldı
Ayasofiyada dini bir törən.
”Qızıl Xaç“ önündə dualar edib,
Başladı yoluna həmin nöqtədən.


Munis
238
Bir əminlik vardı xaç dünyasında,                                          
Romen Diojenin qələbəsinə.
Zamanın ən böyük, güclü ordusu
Köklənmişdi onun qələbəsinə. 
Saysız-hesabsızdı yük tədarükü,
Arabalar yolu cığırlayırdı.
Hələ görünməmiş ağır silahlar
Çox nəhəng daşları dığırlayırdı.
İtkilər vermədən zəfər qazanmaq –
Arzusu, ümidi bu idi ancaq.
Elə zənn edirdi qısa zamanda
Bütün Türk elini yıxıb, tutacaq.
Ehtiyac, sarsıntı olmasın deyə,
Götürmüş özüylə zəngin xəzinə.
Əmr etmiş, tikilsin xaçlı kilsələr,
Bir məscid dəyməsin onun gözünə.
Hətta əminliklə savaşdan öncə        
Təyin eləmişdi bir çox valilər.
Həqiqətdən uzaq, boş xülyalara,
Uyar xam xəyala, ancaq dəlilər.
Elə bu xəyalla davam eylədi,
Malazgirdə tərəf yönəldi ordu.
Alparslan bunlardan xəbərsiz idi,
Misir səfərinə tədbir görurdü.


Türkün dastanı
239
Bizansın elçisi Türk sultanının
Gəldi hüzuruna Şam şəhərində.
O təqdim etdiyi gizli məktubun
Ağır şərtlər vardı sətirlərində:
”Azad olmalıdır Bizans torpağı,                                               
Erciş, Əhlət tərəf, Malazgird, Menbiç.
Üstəlik də göndər çoxlu ərməğan,
Ya şərti qəbul et, ya canından keç!“
Sultan Alparslan sərt bir cavabla
Bizans elçisini geri göndərdi.
O yandan rəqibin böyük ordusu
Kayseridən keçib Sivasa girdi.
Toplandı durmadan, vaxt itirmədən,                                     
Kapadokiyada savaş məclisi.
- Necə sındırmalı Səlcuqluları?
Bu idi məclisin əsas qayəsi.
Qərarı beləydi imperatorun;
Müəzzəm orduyla İrana girmək.
Harda rastlaşsalar Səlcuqlularla,
Orda da savaşı sona yetirmək.
Qurdu Ərzurumda qərərgahını,
Romen iki səmtə ordu göndərdi.
Özü Malazgirdi götürmək üçün
Qoşunun yönünü ora döndərdi.


Munis
240
Türk qüvvətlərinin gözündən uzaq
Malazgird qalası geri alındı.
Burda ələ keçən bütün türklərin
Başına, boynuna qılınc çalındı.
(Qisas alacaqdı türklər rəqibdən,
Türk qəbul etməzdi nahaq qanları.
Ədalət carçısı olan bir millət
Ancaq haqq yolunda alar canları!)
Alparslan bilən tək bu həqiqəti,
Oldu bu barədə qərarı qəti.
Bir yerdə dayanıb çadır qurmadan,
Atı Malazgirdə çapdı durmadan.
Yol getdi, dağ aşdı gecə və gündüz,
Ona təslim oldu hər dərə, hər düz.
Quş kimi keçərək Firat çayını,
Yol boyu artırdı qoşun sayını.
Düşmən ordusunu yurdundan kənar
Qarşılasın, deyə, verərək qərar,
Bir qurtum suyu da at üstə içdi,                                                
Deyilən məkana gəlib yetişdi.
Malazgirt önündə Rahva vadisi
Bütün keçidləri tutdu ordusu.
Alparslan burada qurdu ordugah,
Bizanslılar bundan gec oldu agah.
Yetəndə ovaya Bizans qoşunu,
Az qala itirsin Romen huşunu.
Belə uzun yolu türklər bir anda


Yüklə 2,69 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə