Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə11/44
tarix05.10.2017
ölçüsü5,03 Kb.
#3170
1   ...   7   8   9   10   11   12   13   14   ...   44

 
27 
 
SUMMARY  
THE RESEARCH HISTORY OF MYTHOLOGICAL LEXIS IN TURKOLOGY 
Qarayeva A.V.  
 
Key words: myth, mythology, mythological lexics, mythonym, mythonymy  
In this article a number of works devoted to the research of mythological and religious lexics 
of Turkic languages are analysed. The author tried to create a chronological picture of the research 
in  this  direction.  As  the  mythology  and  religion  are  closely  linked,  the  works,  devoted  to 
mythological and religious lexis, have been reviewed and commented, too. 
 
 
 
 
Daxil olma tarixi: 
İlkin variant 
15.02.2016 
 
Son variant 
01.06.2016 
Qarayeva A.V. 
 


 
28 
 
 
UOT 398 
 
AŞIQ SÜMMANİNİN BİR DİVANİSİNDƏ TƏSƏVVÜF SİMVOLİKASI 
 
MƏMMƏDOV AVTANDİL İSRAFİL oğlu  
Sumqayıt Dövlət Universiteti, dosent 
e-mail: avtandil.aqbaba@mail.ru 
 
Açar sözlər: aşıq poeziyası, sufi, divani, Tanrı, klassik ənənə 
Klassik aşıq şeirinin ən yaxşı ənənələrini davam və inkişaf etdirən Aşıq Sümmani yaradıcılığa 
mürəkkəb bir sosial-siyasi və tarix-mədəni şəraitdə başlamışdır. Hələ gənc yaşlarında ikən doğulub 
boya-başa  çatdığı  Şərqi  Anadolunun  Qars,  Ərzurum,  Ərdahan  və  digər  bölgələrinin  rus  ordusu 
tərəfindən işğalını  görən, sevdiyi Gülpərinin eşqi ilə diyar-diyar dolaşıb ölkələr keçən bu qüdrətli 
saz-söz sənətkarı öz yaradıcılığı ilə doğma xalqının əsil tərcümanı olmuşdur. Poeziyasında yüksək 
sənətkarlıqla əks olunan ayrılıq,  həsrət,  iztirab və həyəcanlar, mənəvi  sarsıntılar, dərd, möhnət və 
sair  kimi  motivlər  yuxarıda  qeyd  etdiyimiz  həmin  hadisələrlə,  aşığın  fərdi  yaşantıları  ilə  sıx 
bağlıdır.  Bu  baxımdan  Aşıq  Sümmani  həm  lirik  poeziyasında,  həm  də  dastan  yaradıcılığında 
özünəməxsus  sənət  ənənələri,  ədəbi  keyfiyyətlrəi  ilə  seçilən  bir  xalq  sənətkarıdır.  Türk  şeir 
ənənəsində  bu  ustad  aşığın  yaradıcılığı  həm  aşıq  ədəbiyyatı,  həm  də  klassik  Şərq  poeziyası 
kontekstində  incələnib  tədqiq  olunmalıdır.  Çünki  Aşıq  Sümmani  bir  tərəfdən  bütün  mahiyyəti  ilə 
xalq  şeirinə,  ozan-aşıq  sənətinin  qədim  köklərinə  bağlıdırsa,  digər  tərəfdən  o,  klassik  poeziyadan 
yaradıcı şəkildə bəhrələnən və bu istiqamətdə gözəl sənət örnəkləri  yaradan aşıq-ozandır. Üçüncü 
bir  tərəfdən  Aşıq  Sümmaninin  yaradıcılığı  Azərbaycan-Anadolu  aşıq  mühitinin  ortaq  ənənələrini, 
qarşılıqlı  sənət  əlaqələrini,  bu  əlaqələrin  forma  və  üsullarını,  onun  keçmişdən  gələcəyə  bağlanan 
spesifik cəhətlərini öyrənmək baxımından daha çox əhəmiyyətlidir. Belə bir əhəmiyyət kəsb edən 
problem  ədəbi-fəlsəfi  və  mədəni-estetik  mahiyyəti  ilə  Aşıq  Sümmani  yaradıcılığını 
səciyyələndirməyə imkan verir.  
Bəllidir  ki,  Aşıq  Sümmaninin  zəngin  yaradıcılığının  əsas  hissəsini  onun  lirik  şeirləri  təşkil 
edir.  Türkiyə  folklorşünaslığında  Sürəyya  Rauf,  Dilavər  Düzgün,  Ziyaəddin  Fəxri  Fındıqoğlu, 
Xeyrəddin  Rayman,  Abdulqədir  Erkal  və  digər  alimlər  Aşıq  Sümmaninin  yaradıcılığı  haqqında 
müxtəlif  səpkili  araşdırmalar  aparmış,  aşığın  lirik  poeziyasını  forma  və  məzmun  xüsusiyyətlərinə 
görə təsnif etməyə cəhd göstərmişlər. Məsələn, ustad aşığın ardıcıl tədqiqatçılarından olan A.Erkal 
özünün  sonuncu  araşdırmasında  Aşıq  Sümmaninin  lirik  şeirlərinin  janrlarına  görə  aşağıdakı  kimi 
qruplaşdırmışdır: 
a)
 
qoşmalar; b) səmailər (gəraylılar); c)divanilər; d) dastanlar; [1, 19-22] 
Öncə  qeyd  etmək  lazımdır  ki,  “divanilər”  başlığı  altında  A.Erkal  Aşıq  Sümmaninin  əruz 
vəznində yazdığı şeirləri nəzərdə tutur. Məlumdur ki, Aşıq Sümmaninin divanından bu günümüzə 
21 qəzəl, 14 divani, 3 müsəmmə və 2 müstəzad gəlib çatmışdır. 
A.Erkal aşığın divanilərindən bəhs edərək yazır: “Əruzun “failatün, fəalatün, failatün, failün” 
qəlibində  yazılan  şeirlərə  saz  şairləri  (aşıqlar-A.A.)  divani  adını  vermişlər.  Çünki  divanilır xüsusi 
melodiya ilə oxunur. Ərzuruma xas bir məqam olan “tatyan” məqamı on beşlik divanilərlə oxunur. 
Sümmani  “tatyanı”  ən  yaxşı  oxuyan  aşıqdır.  Hətta  xalq  arasında  bu  məqamın  Sümmaniyə  aid 
olduğunu söyləyənlər də vardır” [1, 22]. 
A.Erkalın açıqlamasından göründüyü kimi, Aşıq Sümmani əruzda yalnız divanilər yazmamış, 
həm də bu janrda  yazdığı şeirlərin mahir ifaçısı olmuşdur. Araşdırıcıların  qənaətinə görə “tatyan” 
termini “dadlı dil”, “dadlı söyləmə” və yaxud “şirin dil”, “şirin söyləmə” anlamını ifadə edir.  
Aşıq  Sümmaninin  divanilərinin  demək  olar  ki,  hamısı  dini-ürfanı  məzmun  daşıyır.  “Ələst”, 
“yezdan”,  “dərvişan”  “ləbbeyk”,  “mövlan”,  “rahi-təriqət”,  “piri-muğan”  və    sair  kimi  sufi 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  


 
29 
 
terminləri,  kod  və  işarələr  aşığın  divanilərinin  təsəvvufi  mahiyyətini  müəyyənləşdirir.  Sümmani 
sakral informasiyanı ilahi eşqin cazibəsinə düşən sufi yolçunun simasında ümumiləşdirərək özünün 
kimliyini nişan verir. Bu informasiya mistik səciyyə daşımır, əksinə haqqa qulluq edən sənətkarın 
ürfani dünyagörüşünün başlıca cizgilərini işarələyir: 
İstədi Əhməd, əlbəttə, verir sultanımız, 
Ələstü-bəzmində iqrar eylədi ərvahımız, 
Həmd olsun, həmdü sənalar Haqqa doğru rahımız,  
Bəzmü-təriaət içində dərvişan derlər bizə. [1, 391] 
Mürəkkəb  sufi  terminologiyası  ilə  yüklənmiş  bu  bənddə  Aşıq  Sümmaninin  dini-fəlsəfi 
dünyagörüşü  bütün  zənginliyi  ilə  oxucunu  heyrətləndirir.  Çünki  bəndin  hər  bir  misrası  sufi 
semantikanı  əks  etdirir.  Məlumdur  ki,  Əhməd  kəlməsi  “Qurani-Kərim”də  peyğəmbərimiz 
Məhəmmədin adını ifadə edir. Müqəddəs kitabımızın “Səf” surəsinin altıncı ayətində İsa peyğəmbər 
İsrail oğullarına müraciətlə demişdi: “Həqqitən mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən 
və  məndən  sonra  gələcək  Əhməd  adlı  bir  peyğəmbərlə  (sizə)  müjdə  verən  Allahın  elçisiyəm”  [2, 
570].  O  da  bəllidir  ki,  Məhəmməd  sözünün  mənası  “ən  çox  həmdi  səna  olunmuş,  öyülmüş” 
deməkdir ki,  örnək  gətirdiyimiz bəndin  üçüncü  misrasında “haqqa doğru rah (yol,  məslək) tutan” 
Aşıq Sümmani həmin sufi semantikanı özünəməxsus şəkildə poetikləşdirmişdir. Təriqət məclisində 
dünya malından əl çəkib dərviş olması ilə fəxr edən Aşıq Sümmani  “ələstü-bəzmində iqrar eylədi 
ərvahımız”  misrası  ilə  mürəkkəb  bir  dini-fəlsəfi  bilgini  ifadə  etmişdir.  Təsəvvüf  təliminə  görə, 
dünya  yaradılmamışdan  əvvəl  maddi  varlıqların  ruhları,  başqa  sözlə  ruhlar  aləmi  yaradılmışdır. 
Quranın  “Əl-əraf”  (“Sədd”)  surəsindən  aldığı  biligini  Sümmani  qeyd  etdiyimiz  misrada 
kodlaşdırmışdır.  Həmin  kodun  mənasını  açmağa  çalışsaq  aydın  olur  ki,  Allah  ruhlar  aləmini 
yaratdığı  zaman  onlara  xitabən  “mın  sizin  Rəbbiniz  deyələmmi?-deyə,  soruşmuş,  bəli  “sən  bizim 
Rəbbimizsən”  cavabını  almışdır.  Bu  ilahi  məqamı  təsdiq  və  qəbul  edən  insan  dünyaya  gəldiyi 
zaman öz vədinə, əməl etməli verdiyi sözə sadiq qalmalıdır. Ona görə də uca Yaradan  sözündən 
qaçmasın deyə ruhları bir-birinə şahid tutmuşdur ki, qiyamət günü onlar “biz bundan xəbərsiz idik”-
deməsinlər.  
Divaninin  sonrakı  bəndlərində  də  Aşıq  Sümmani  həmin  uca  məqamı  sufi  işarələrlə 
simvollaşdırır. “Ta əzəl ləbbeyk kəlamı söylədi lisanımız”-deyə ulu Tanrıya ilk andan, yaradılışın 
ruh  kimi  mövcud  olduğu  zamandan  tapındığını  ifadə  edir.  Misradakı  “ləbbeyk”  sözü  ustad 
sənətkarın  bir  sufi  yolçusu  kimi  öz  əqidəsinə  sədaqətini  qəti  şəkildə  nümayiş  etdirir.  Yəni  əsli 
ərəbcə  olan  “ləbbeyk”  sözü  “bəli”,  “əmr  sizindir”,  “hazıram”  mənalarını  ifadə  edir  ki,  [2,  313] 
Sümmani  bu  kəlməni  müqəddəs  kəlam,  ilahi  vəhy  kimi  qəbul  edərək  dilinin  əzbəri  olduğunu 
bildirir.  
Cəmi  dörd  bənddən  ibarət  olan  “Bizə”  rədifli  bu  divaninin  üzərində  bir  qədər  ətraflı 
dayanmağımızın müəyyən səbəbi vardır. Birincisi, əvvəldə qeyd etdiyimiz kimi, Aşıq Sümmaninin 
divaniləri  təsəvvüf  poeziyasının  mürəkkəb  rəmz  və  işarələri  ilə  çox  zəngindir.  Ona  görə  də  bu 
divanilərin elmi təhlilini vermək üçün sufi  rəmzlərin, kod və işarəlrin ürfani semantikasını açmaq 
çox vacibdir. 
Ikinci  bir  tərəfdən,  fikrimizcə  Aşıq  Sümmani  çətin  analaşılan  sufi  terminlərindən  və 
simvollarından istifadə etməklə el məclislərində, aşıq deyişmələrində özünün nəyə qadir olduğunu 
nümayiş  etdirmək  iştəmişdir.  Aşığın  divanilərinin  zəngin  və  mürəkkəb  məzmunu  həm  də  janrın 
tələbləri  ilə  bağlıdır.  Bu  janrın  özünəməxsus  xüsusiyyətlərindən  bəhs  edərkən  folklorşünas 
M.Həkimov  yazır  ki,  “divani  aşıqların  ən  çox  müraciət  etdiyi  şeir  şəkilidir.  Divani  şeir  şəkilində 
poetik  çağırış,  hikkə,  zabitənəlik,  rəqibi  çıxılmaz  vəziyyətə  salmaq,  divan-dərə  qurmaq,  tərəf-
müqabilə  meydan  oxumaq  əhval-ruhiyyəsi  güclüdür.  Divani  aşıq  sənətində  istər  şeir  növü  kimi, 
istər havaçata oxunuşu cəhətdən dalbadal, rəqibə diqtə baxımından aşıq himnidir, aşığın qənimidir” 
[4, 459]. 
Aşıq  Sümmaninin  “Bizə”  rədifli  divanisinin  poetik  məzmunu  M.Həkimovun  nə  qədər  öz 
Məmmədov A.İ. 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə