Uşaqlarda epilepsiYA



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix10.11.2017
ölçüsü0,55 Mb.
#9524
1   ...   13   14   15   16   17   18   19   20   21

 54

edilmədikdə baza dərman vasitəsinə topiramat əlavə etmək olar: 

100–200 mq/gün (3–5 mq/kq/gün) doza 2 dəfəyə  qəbul edilir. 

Terapiyaya qarşı rezistent olan absanslar zamanı valproatlarla 

birlikdə suksinamidlər tətbiq edilir: etosuksimid 500–1250 mq/gün 

(20–30 mq/kq/gün) dozada 3 dəfəyə  qəbul olunur. Valproatların 

lamotricinlə kombinasiya edilməsi də mümkündür: lamotricin (100–

200 mq/gün və ya 3–5 mq/kq/gün) dozada 2 dəfəyə  qəbul olunur. 

Ehtiyat variantı kimi valproatlar + benzodiazepinlər qalır: clobazam 

10–30 mq/gün (orta 0,5 mq/kq/gün). Adekvat terapiya tətbiq 

edildikdə, praktik olaraq bütün pasiyentlərdə absanslar üzərində 

yaxşı nəzarət əldə etmək olur. 



Proqnoz: xəstəliyin YET ilə başlaması və epileptik tutmalarının 

yüksək tezliyi zamanı pisləşir. Xəstələrin orta hesabla 70%-ində tam 

terapevtik remissiya əldə olunur. Müalicənin kəsilməsi tədricən, azı 4 

il ərzində tutmaların tamamilə olmamasından sonra həyata keçirilir. 



Gənclərin mioklonik epilepsiyası (GME) 

(Janz syndrome) 

Etiologiya: epilepsiyanın idiopatik yayılmış forması. GME-li 

pasiyentlərin yarısında ailə anamnezində epileptik tutmalar haqqında 

məlumat olur.  

Rast gəlmə tezliyi:  uşaqlar arasında epilepsiyaların 3%-ni, 

böyüklər arasında epilepsiyaların isə 11%-ni təşkil edir. 



Başlandığı yaş dövrü: GME-nin meydana çıxması dövrü 8-dən 

30 yaşa qədər dəyişir, zirvə nöqtəsi 12–18 yaşa düşür. 



Klinik mənzərə: yuxudan oyandıqdan dərhal sonra, həmçinin 

yuxuya getmə zamanı və ya başqa vaxt, çiyin qurşağı və yuxarı ətraf 

əzələlərində  qəfil meydana çıxan yüngül və orta intensivlikli 

mioklonik dartılmalar. Tutmalar zamanı huş itmir. Pasiyentlərin 

30%-ində mioklonik tutmalar ayaq əzələlərini  əhatə edir, bu zaman 

yıxılmalar – mioklonik-astatik tutmalar baş verir. 90% hallarda 

mioklonik tutmalar oyanma YET-ləri ilə, 10–30% hallarda isə 

absanslarla müşayiət edilir. Absanslar qısadır, tezliyi yüksək deyil. 

GME zamanı  əsas provokasiyaedici faktorlar – yuxunun 

deprivasiyası  və  qəflətən zorla yuxudan oyatmadır. Bəzi 

pasiyentlərdə mioklonik tutmalar müstəsna olaraq az yatma zamanı 

meydana çıxır. Xəstələrin təxminən 1/3-də (daha çox qadınlarda) 

tutmalar fotosensitiv olur. Menstruasiya önü dövrdə YET və 



 55

mioklonik tutmaların tezliyinin artması mümkündür. Mioklonik 

tutmalar və absanslara bir çox hallarda pasiyentlər tərəfindən 

əhəmiyyət verilmir, ona görə  də tonik-klonik tutmalardan 

şikayətlənən yeniyetmə  və  gənc yaşlı pasiyentlərin sorğusu zamanı 

həkim həmin əlamətlərin olub-olmamasını müəyyən etməlidir. 



Nevroloji status norma daxilindədir.  

EEQ: müalicə almayan pasiyentlərdə tutmalararası dövrdə EEQ-

də bilateral, simmetrik, sinxron və diffuz «polispayk–ləng dalğa» 

kompleksləri (4–6 Hz tezlikdə) aşkar edilir. Mioklonik paroksizmlər 

zamanı 6-16 Hs tezlikli polispayklar müəyyən olunur. Tonik-klonik 

tutmanın başlanğıcında yüksək amplitudalı toplanma patternləri 

əmələ  gəlir. Mioklonik tutmalarla spayklar arasında aydın 

korrelyasiya yoxdur.  

MRT zamanı patologiya aşkar edilmir.  

Diferensial diaqnoz: GME mioklonuslu epilepsiyanın 

proqressivləşən formaları, yayılmış epileptik tutmaları olan 

epilepsiya, nadir hallarda baş verən yayılmış epileptik (tonik-klonik) 

tutmaları olan epilepsiya və  gənclərin absans epilepsiyası ilə 

diferensiasiya edilir. 

Müalicə: medikamentoz terapiya ilə yanaşı, yuxu və oyaqlıq 

rejiminə ciddi əməl etmək, məişətdə fotostimulyasiya faktorlarından 

özünü gözləmək lazımdır. 

Başlanğıc müalicə – valproat turşusu və ya topiramat vasitələrlə 

monoterapiya. GME zamanı  hər üç növdən olan tutmaların aradan 

qaldırılmasında yüksək effektivliyə malikdir. Effektivlik kifayət 

qədər olmadığı hallarda politerapiya təyin edilir: valproatlar + 

suksinimidlər (rezistent absanslar zamanı); valproatlar + topiramat 

(rezistent YET-lər zamanı); valproatlar + benzodiazepinlər (aşkar 

ifadə olunmuş fotosensitivlik zamanı). Bu zaman valproatlar baza 

dərman vasitələri olaraq qalır,  əlavə  dərman vasitələri isə bu 

dozalarda təyin edilir: topiramat (100–400 mq/gün və ya 3–10 

mq/kq/gün) dozada 2 dəfəyə  qəbul olunur, etosuksimid (500–1000 

mq/gün və ya 20–30 mq/kq/gün) dozada 3 dəfəyə  qəbul olunur; 

klobazam (10–30 mq/gün, orta hesabla 0,5 mq/kq/gün). Bəzi 

tədqiqatlarda GME-nin monoterapiyası  şəklində istifadə üçün 

levetirasetamın effektivliyi qeyd edilir. 



 56

Proqnoz: Tam medikamentoz remissiya, əksər hallarda 

valproatlarla monoterapiya vasitəsilə, xəstələrin 85-95%-ində  əldə 

edilir. EƏDV qəbulunun dayandırılmasından sonra residivlərin baş 

vermə tezliyinin yüksək olması problem təşkil edir. Hətta tam 

elektroklinik remissiyadan 4–5 il keçdikdən sonra dərman 

vasitələrinin qəbulunun dayandırılması  xəstələrin azı 50%-ində 

tutmaların residiv verməsinə gətirib çıxarır. Tutmaların olmaması və 

video-EEQ monitorinq məlumatlarında epileptiform aktivliyin tam 

blokadasından 4 ildən az olmayan vaxt keçdikdən sonra EƏDV-lərin 

qəbulunun çox tədricən dayandırılması tövsiyə edilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə