Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 422,18 Kb.
Pdf görüntüsü
səhifə12/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
#49874
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

notları skripka, bas açarlarında oxuya və yaza  bilirsə;

alterasiya işarələrini oxuya bilirsə;



oktavaları sadalaya bilirsə;

ritmik parçanı yaza, oxuya və əl çalmaqla ifadə edə bilirsə;



əsərləri öyrənən zaman not mətninə əsaslanırsa.



Mus.V.5. Şagird özünün dərs fəaliyyətini təşkil edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

ayrı-ayrı məsələləri həll etmək üçün icra olunası işləri ardıcıllıqla planlaşdırırsa;



dərsin gedişinə fəal qoşulmuşdursa;

suallar verirsə;



sorğularda iştirak edirsə.



Mus.V.6. Şagird başqaları ilə əməkdaşlıq edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

tapşırığın həllində başqaları ilə birlikdə işləyə bilirsə;



lazım gəldikdə kömək istəyir və başqalarına kömək edə bilirsə;

iş funksiyalarını və vəzifələri bölə bilirsə.



İstiqamət: kommunikasiya və şərh

Mus.V.7.  Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

dinlənilmiş əsərlərin parçalarını tanıyırsa;




öz təəssüratını sözlə, şəkillə verə bilirsə;

ifaçıların tərkibini xarakterizə edirsə;



dinləmə zamanı tanış musiqi formalarını tanıya bilirsə;

vokal və instrumental tembrləri fərqləndirirsə;



konkret musiqi fraqmentini metr, alət, səs tembrləri, ahənglərə (major, minor) əsasən

xarakterizə edirsə;

söhbət zamanı öyrəndiyi terminlərdən istifadə edə bilirsə.



Mus.V.8. Şagird müxtəlif növ tədbirlərdə iştirak edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

sinfin  tamaşasında, karnavalında  iştirak edə bilirsə;



məktəbin hesabat konsertinə gedir və iştirak edə bilirsə;

axşamlara-görüşlərə gedirsə: bəstəkarlarla, ifaçılarla;



sinif yoldaşları ilə birlikdə ictimai konsertdə, tamaşada iştirak edirsə;

sənətkarların ev-muzeylərinə ekskursiyalara gedirsə;



viktorinada iştirak edir və onu aparırsa;

auditoriya qarşısında ifaçı, müəllif və ya konferansye rolunda çıxış edirsə.



Mus.V.9. Şagird  mədəni tədbirlərdə iştirak edərkən əxlaq normalarına riayət

edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

konsertin, kino-filmin gedişinə mane olmursa;



əvvəlcədən razılaşdırılmış qaydalara müvafiq olaraq tamaşa başa çatdıqdan sonra öz

münasibətini ifadə edə bilirsə;

sərgidə, muzeydə əvvəlcədən razılaşdırılmış qaydalara əsasən davranırsa;



müzakirə zamanı başqasına öz fikrini ifadə etməyə imkan verirsə;




fərqli mövqeyə münasibətdə tolerantdırsa.



Mus.V.10.  Şagird başa düşür və büruzə verir ki, musiqi /incəsənət

mədəniyyətin  özünü əksetdirmə vasitəsidir.

Nəticə göz önündədir, əgər şagird:

hər hansı bir tarixi mərhələdə həmin incəsənət dövrünün əsərləri ilə tanış olmaqla hansı



informasiyanı əldə etdiyi barədə söhbət edirsə;

bu və ya digər xalqın mədəniyyəti barədə onun  musiqisi ilə tanışlıqdan sonra  söhbət edə



bilirsə;

müxtəlif mədəniyyətlərin fərqləndirici əlamətləri, səciyyəvi xüsusiyyətləri barədə söhbət



edirsə;

üsluba əsasən gürcü musiqisinin tanış olmayan nümunələrini tanıya bilirsə.



İstiqamət: kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Mus.V.11. Şagird incəsənət sahələrinin və onların  sintez incəsənətində

əlaqələrini  müzakirə edə bilir.

Nəticə göz önündədir, əgər şagird:

incəsənətin sintezləşdirmə sahələrinin (kino, teatr, o cümlədən, musiqili teatr) tərkib



elementlərini xarakterizə edə bilirsə;

incəsənətin sintezləşdirmə sahələri ilə əlaqədar peşələri və onların parlaq



nümayəndələrini sadalaya bilirsə;

müxtəlif növ tamaşaları (balet, opera, dram) seçə bilirsə;



sintezləşmiş incəsənətin gördüyü və getdiyi nümunələrini yadına sala bilirsə;

tamaşasında iştirak etdiyi konsert və teatr salonlarını yada sala bilirsə;



incəsənətin müxtəlif sahələrinin nümayəndələrinin təhsil aldıqları ali məktəbləri sadalaya

bilirsə.



Mus.V.12. Şagird dinlənilmiş musiqi əsərlərini müzakirə edə bilər.

Nəticə göz önündədir, əgər şagird:

gürcü xalq və peşəkar əsərlərini fərqləndirə bilirsə;



öyrəndiyi əsərlərin müəllifləri barədə söhbət edirsə;

öyrəndiyi əsərlərlə əlaqədar informasiya – janr, proqram, forma barədə məlumat



qazanmışdırsa;

Gürcüstanın bölgələrinə və janrlara əsasən xalq musiqisinin populyar nümunələrini



fərqləndirə bilirsə.

Mus.V.13. Şagird musiqi alətlərini bir-birindən fərqləndirə və qruplaşdıra

bilər.

Nəticə göz önündədir, əgər şagird:

alətlərin solosunu, eləcə də ansamblda səslənmə zamanı onu tanıya bilirsə;



alətlərin şəklini çəkə və gildən düzəldə bilirsə;

səslənmə ilə alınmış qaydaya və ya materiala əsasən alətləri qruplaşdıra bilirsə.



Proqramın məzmunu

İmprovizasiyalı məşğələlər:

musiqi dilinin elementlərindən, musiqi alətlərindən istifadə etməklə;



Səda, səslənmənin güclülüyü, ritm (ostinato, punktual rit), temp, metr, registr, tembr

ahəng (major, minor), tonallıq, oktava çərçivələrində intervallar, samitlik,

məlahətli, məlahətsiz  səslənmə (konsonans, dissonans).



Mahnı:

müşayiətlə və ondan kənar;



fərdi və xor şəklində;




Yüklə 422,18 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə