Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 422,18 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
#49874
1   ...   10   11   12   13   14   15   16   17   18

tanınmış musiqi əsərlərinin mövzusunu, ritmik şəklini müxtəlif üsullarla verir və onları

dinləyərkən tanıyırsa;

bəstəkarların yaradıcılığı barədə danışa bilirsə;



tanınmış musiqiçiləri – ifaçıları müxtəlif xüsusiyyətlərə görə (səsin tembrinə, repertuara



əsasən...) dinləyir və tanıyırsa;

onun üçün maraqlı olan əsərlər, bəstəkarlar, ifaçılar barədə əlavə informasiya toplaya



bilirsə.

Mus.VI.11. Şagird  musiqi əsərlərini bir-biri ilə fərqləndirə bilər.

Nəticə göz önündədir, əgər şagird:

öyrəndiyi əsərləri bir-biri ilə müqayisə edirsə;



eyni janrın müxtəlif əsərlərini bir-biri ilə müqayisə edirsə və onların xarakterik əlamətləri



(ehtimal olunan tərkib, solo çalğısı) barədə danışa bilirsə;

tanış musiqi formalarını xarakterizə edirsə;



xalq musiqisinin populyar nümunələrini Gürcüstanın guşələrinə əsasən fərqləndirə

bilirsə;

bu və ya digər əsərin nəyə görə onun xoşuna gəldiyi barədə söhbət edirsə.



Mus.VI.12. Şagird müxtəlif tip ansamblı və orkestrin tərkibini tanıyırsa.

Nəticə göz önündədir, əgər şagird:

alətləri səslərin alınma qaydasına, materiala əsasən fərqləndirə və qruplaşdıra bilirsə;



musiqi alətlərinin, orkestrin, ifaçıların şəklini çəkə və gildən heykəllərini düzəldə bilirsə;

simfonik, kamera, nəfəsli, simli orkestrlərin tərkiblərini fərqləndirə bilirsə;



ansamblın müxtəlif tərkiblərini müzakirə edirsə.



Proqramın məzmunu

İmprovizasiyalı məşğələlər:


musiqi dilinin elementlərindən, musiqi alətlərindən istifadə etməklə;

səda, səslənmənin güclülüyü, ritm (ostinato, sinkopa, punktual ritm), temp, metr,



registr, tembr, ahəng (major, minor), tonallıq, oktava çərçivələrində intervallar,

diatonik sekvensiya.



Mahnı:

müşayiətlə və ondan kənar;



fərdi, ansamblda və xor şəklində;

Birsəsli, ikisəsli və sadə üçsəsli  mahnılar,  məsələn, “Şina Vorgil”, “Çonguri”,



“İsa Məsih zühur etdi”, “Mravaljamier”, “Kilsə xoru”, “Sisinatela”, İ.Qurqulia –

“Sakanela”, İ.Boboxidze – “Narın qar”, S.Sinsadze – “Torağay”, R.Lağidze –

“Tbilisi haqqında mahnı”, V. Azaraşvili – “Dinamo”, C.Herman – “Hello, Dolly”,

E. Di Kapua – “O Sole Mia”, L.Riç “Endless Love” və s.

Kompozisiya, tamaşa:

səhnələrin oynanılması;



başa çatdırılmış formada təqdimat.



Musiqi əlifbası:

alterasiya işarələrini tanımaq və ondan istifadə etmək;



musiqili fraqmentin üzünü köçürmək;

əsərlərin öyrənilməsi, kompüter proqramları üzrə işləmək, musiqi əsərlərini dinləmək



zamanı  musiqi yazılarından istifadə etmək.

Musiqi terminləri:

melodiya, ritm, uzunluq, pauza, ritm, temp, tembr, ahəng (major, minor),tonallıq,



tonika, bərk, əyilən pillələr, kvint dairəsi;

dinamik nüanslar: Mezzo Forte, Mezzo Piano;




ifa üsulları: Stakato, Leqato;

bəstəkar, folklor, folklorçu, musiqişünas, pyes, konsert, məşq etmə,orkestr, dirijor,



lotbar, regenet, mesa, solist, akkompanement, balet, korde-balet, balerina, balet

rəqqası, baletmeystr, adaco, pa de de,  teatr/opera/balet qrupu, pərdə/akt, antrakt,

opera, ariya, ariozo, reçitativ,  ansambl, duet, trio, kvartet, kvintet, janr;

orkestr (simfonik, kamera, nəfəsli, simli), qruplar.



Musiqi formaları:

Sadə üçhissəli, bənd formalı, rondo, variasiyalı.



Musiqini dinləmək:

fərqli dövrlərin tanınmış əsərlərinin dinlənilməsi, tanınması;



Gürcü xalq musiqisinin dinlənilməsi, tanınması.



Tədbirlər:

Sinif konserti;



sinfin tamaşası, karnaval, ziyafət, görüş-axşamlar;

viktorina;



ictimai konsertə, tamaşaya getmək, ev-muzeylərə ekskursiya.



Kontekstdə musiqi əsərlərinin dərk olunması:

əhval-ruhiyyənin tanınması, təəssüratlara şəriklik, öz imkanları  barədə söhbət;



əsərlər və müəllif barədə informasiya – proqram (süjet, libretto), dövr, üslub, janr,

tərcümeyi-hallar;

ifaçılar barədə informasiya.



Tövsiyə olunmuş dinləniləcək material:


Xalq mahnıları; Barokkonun, klassisizm, romantizm dövrlərinin, musiqi

incəsənətinin  nümunələrindən, gürcü bəstəkarlarının populyar əsərlərindən

məsələn, “Dzinzğaro”, İmereti “Naduri”-si, meqrel “Odoya”-sı, Raca “Alilo”-su,



Svaneti “Lile”-si; “İsa Məsih zühur etdi” kilsə xoru, “Qvantana Mera” Braziliya

mahnısı; V. Dolidze –“Keto və Kote” operasından fraqmentlər, N. Qaqunia –

“İqavi” instrumental ansamblı və solistləri üçün (fraqmentlər);İ. Kecağmadze –

“Laşari yolunda” xoru üçün xor silsiləsindən A. Kalandadzenin sözlərinə yazılmış

“Pşav təsvirləri”; V. Azaraşvili –kamera orkestri üçün “Noktyurn”; İ.S. Bax –Lya

minor violino konserti; L. Bethoven –Simfoniya #5, I hissə; mövzu və altı variasiya,

fa major; F. Şopen –Mazurka əs. 33 #2 , re major/əs. 24#2, do major, vals #7 do

diyez minor; J. Bizze –uvertüra, Toreadorun misraları, “Karmen” operasından

uşaq xoru; H. Berlioz –“Fantastik simfoniyadan ” parçalar; K. Sen-Sans –

“İntroduksiya və Rondo Kapriçioz”; C. Verdi –“Riqoletto” operasından kvartet;

V.A. Mosart -“Sehrli fleyta” operasından Papagenosun və Papagenasın dueti, gecə

kraliçasının ariyası; A. Lerner , F. Lou –“Mənim gözəl ledim” müziklindən

parçalar və s.

L Fəsli

Baza pilləsində fənn kompetensiyaları

VII Sinif

Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr


Yüklə 422,18 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə