Xülasə. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını məhdudlaşdıran əsas amil


Еколоэийа вя су тясяррцфаты ъурналы, №4, oktyabr, 2015 - жi иl



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə18/19
tarix08.04.2018
ölçüsü0,7 Mb.
#36733
növüXülasə
1   ...   11   12   13   14   15   16   17   18   19

Еколоэийа вя су тясяррцфаты ъурналы, №4, oktyabr, 2015 - жi иl 

 

 



71 

dıcı  proseslərin  də  intensivləşməsinə  səbəb 

olur. 

Ərazinin  geomorfologiyası.  Yan  silsi-

lənin  qərbində  (Azərbaycan  ərazisində)  ən 

uca,  ənƏböyük  relyef  forması  Quba  və  Qu-

sar  şəhərlərindən  təkrarolunmaz  mənzərəsi 

açılan  və  nəhəng  bir  qayma  şəklində  Qusar 

maili  düzənliyi  səthindən  2,5-3  km  göylərə 

ucalan  Şahdağ  massividir  (4243  m).  Qusar-

çayın  dərin  dərəsindən  şərqdə  Şahdağ 

massivinin  şərqə  davamını  təşkil  edən  və 

eyni  süxur  qatlarından  qurulmuş  Mıxtökən 

silsiləsi (Qızılqaya massivi – 3726 m) ucalır. 

Bu silsilə şərq istiqamətdə, xüsusilə Qudyal-

çay  dərəsindən  şərqə  kəskin  alçalır.  Burada 

yan  silsilənin  maksimum  hündürlüyü  cəmi 

2383  m-ə  çatır  (Buduq  yaylasında  Çərəkə 

dağı).  Yan  silsilənin  şərqə  davamını  Yerfi 

(Qaraçayla  Vəlvələçay  arasında),  Təklə 

(Vəlvələçayla Gilgilçay arasında 1491 m) və 

Beşbarmaq  tirəsi  (Gilgilçaydan  şərqə  881-

522  m)  təşkil  edir.  Şahdağdan  Beşbarmağa 

qədər  110  km  məsafədə  Yan  silsilənin  yük-

səkliyi  3700  m  azalır.  Burada  yüksəkliyin 

azalma  qradienti  hər  10  km-ə  336  m  təşkil 

edir  ki,  bu  Başsuayrıcı  silsilədə  olduğundan 

xeyli artıqdır [2,3]. 

Başsuayrıcı silsilə ilə yan silsilə arasında 

yerləşən dağdaxili çökəklər şimal yamacının 

oroqrafik  quruluşunu  daha  da  mürəkkəbləş-

dirir.  Bunlar  Şahdüzü  (Şahnabadçayı  dərə-

sində  2500-2800  m  yüksəklikdə),  Xınalıq 

(Qudyalçayın yuxarı axımı boyu), Yerfi-Qo-

naqkənd, Xaltan, Gilgilçay, Tıxçay və b. da-

ha kiçik çökəklərdən ibarətdir. 

Ərazinin  geologiyası.  Bir  sıra  dağ  sil-

silələri tək mezozoy yaşlı çöküntülərdən, bə-

zən  də,  əsasən  yura  və  yaxud  təbaşir  döv-

rünün qalın süxur qatlarından qurulmuşdur. 

Böyük  Qafqazda  yura  çöküntüləri 

çökmə  süxur  qatlarından  ibarətdir.  Böyük 

Qafqaz  dağlarında  yura  sistemi  çöküntüləri 

Başsuayrıcı silsilə boyu üzrə qərbdə Gürcüs-

tan Respublikası ilə sərhəddən cənub-şərqdə 

Gilgilçayın  yuxarı  axınına  qədər,  Yan 

silsilədə  isə  qərbdə  Dağıstanla  sərhəddən 

şərqdə  Ataçayın  dərəsinə  qədər  böyük  bir 

ərazidə yayılmlşdır. 

Böyük  Qafqazda  Tufan  antiklinoriumu-

nun cənub-şərq hissələri, Şahdağ-Xızı və Za-

qatala-Qovdağ sinklinoriumları, əsasən təba-

şir  çöküntülərindən  qurulmuşdur.  Böyük 

Qafqazda  təbaşir  çöküntüləri  sistemi  kəsi-

llşində  gillər  və  gilli-qumlu  qatlar  üstünlük 

təşkil edir.  Lakin  Şahdağ massivinin təbaşir 

çöküntüləri  əhəngdaşı  və  mergeldən  ibarət-

dir. 


İqlimi.  Yarımsəhra  və  quru  çöl  iqli-

minin  hakim  olduğu  ərazilərin  yüksəklik 

həddi Xəzər sahilindən tutmuş (-26 m) 1000-

2000 m-ə qədər tərəddüd edir. Bu iqlim tipi-

nin  yayıldığı  ərazilərdə  illik  yağıntıların 

miqdarı  mümkün  buxarlanma  kəmiyyətinin 

yalnız  15-20  %-ə  qədərini  təşkil  edir,  yayı 

isti,  uzun  qışı  mülayim  keçir.  Bu  iqlim  tipi 

olduqca  böyük  termik  ehtiyatlara  malikdir. 

Yağıntıları bütün fəsillər üzrə bərabər payla-

nan  mülayim-isti  iqlim,  Böyük  Qafqazın  şi-

mal-şərq  yamaclarında  müvafiq  olaraq  600-

1500 m və 200-1300 m yüksəkliklərdə yerlə-

şən sahələri əhatə edir. 



Bitki  örtüyü.  Eroziya  və  denudasiya 

proseslərinin  zəiflədilməsində,  yamacların 

bərkidilməsində  dağ  meşələrinin  rolu  əvəz-

sizdir.  Lakin  son  illər  meşələrin  plansız  su-

rətdə  qırılması  müşahidə  olunur.  Yay  otlaq-

larının  plansız  istifadəsi  subalp  və  alp  çə-

mənliklərində denudasiya proseslərinin fəal-

laşmasına səbəb olmuşdur. Ataçay və Tıxçay 

hövzələrində  mövcud  vəziyyət  buna  tipik 

misaldır. Ataçay hövzəsində yaradılmış döv-

lət  qoruğunda  meşələrin  qırılması  qadağan 

edildiyindən  onların  orta  və  yuxarı  hissədə 

genlşlənməsi  nəzərə  çarpır.  Bir  çox  digər 

hövzələrdə isə əks vəziyyət yaranmlşdır. 



İlkin verilənlər və onların etibarlılığı-

nın  qiymətləndirilməsi.  Asılı  gətirmələrin 

illik  rejimi  çayların  su  rejimi  ilə  əlaqədar 

olub,  ondan  qırıntıların  qısa  müddətdə  apa-

rılması  və  maksimal  kəmiyyətləri  zirvələri-

nin  eyni  vaxtda düşməsi ilə fərqlənir. Gətir-

mələrin maksimal kəmiyyəti adətən daşqının 

ön hissəsində müşahidə edilir. Azərbaycanın 

mürəkkəb relyefi, torpaq-geoloji və iqlim şə-

raiti bütün hidroloji elementlərin rejiminə tə-

sir  etdiyi  kimi,  asılı  gətirmələrin  illik  reji-

minə və onların  ərazidə  müxtəlif paylanma-

sına da təsir edir. S.Rüstəmov bu və ya digər 

fəsildə  sülb  axımının  üstünlüyünə  görə 

Azərbaycanın çaylarını beş qrupa ayırmışdır. 

Böyük  Qafqazın  şimal-şərq  yamacından 

axan və yay aylarında qar sularından daşqın 




Еколоэийа вя су тясяррцфаты ъурналы, №4, oktyabr, 2015 - жi иl 

 

 



72 

əmələ  gətirən  çaylar  –  əsas  sülb  axımı  yay 

aylarında  müşahidə  edilən  çaylar  qrupuna 

daxildir [4]. 

Müasir  hidrologiyada,  hidroloji  hesab-

lamalar  əsasən  statistik  metodlardan  istifadə 

etməklə  yerinə  yetirilir.  Bu  hesablamaları 

yerinə  yetirməzdən  əvvəl  istifadə  olunan 

müşahidə  məntəqələri  məlumatlarını  ilkin 

verilənlər kimi qəbul  edib, onların etibarlılı-

ğı qiymətləndirilməlidir. Müşahidə məntəqə-

ləri  yüksəklik  qurşaqlarına  görə  qeyri-bəra-

bər yerləşdirilmlşdir. Ona görə də, müşahidə 

məntəqələrinin  sayı  az  olan  ərazilərdə  asılı 

gətirmələr axımın orta çoxillik kəmiyyətinin 

zamana  və  məkana  görə  paylanma  qanu-

nauyğunluqlarını  qiymətləndirmək  üçün  hə-

min məntəqələrin də məlumatlarından istifa-

də edilmlşdir. 

Bu ərazidə məntəqələrin sayı 22-dir və 

orta  qiymətlə  hər  məntəqəyə  düşən  ərazinin 

sahəsi  isə  277,22  km



2

-dir.  Onların  sayı  və 

yerləşməsi (hündürlüyə görə) aşağıdakı cəd-

vəldə verilmlşdir (Cədvəl 1). 



Cədvəl 1  

 Böyük Qafqazın şimal-şərq yamacında yüksəkliyə görə müşahidə məntəqələri haqqında məlumat 

Yüksəklik, m-lə 

≤500 

500-1000 



1001-1500 

1501-2000 

2001-2500 

≥2501 


Müşahidə mən-

təqələrinin sayı 







 

Asılı gətirmələr axımının illik dylşmə-

si. Asılı gətirmələrin illik axımının mümkün 

dəylşməsinin  təhlili  üçün  riyazi  sta  tistik 

metodlardan istifadə edilmlşdir [5, 6]. Asızlı 

gətirmələr  axımının  çoxillik  müşahidə  sıra-

larını təhlil etmək üçün su və asılı gətirmələr 

sərfləri arasında əlaqə analiz edilir.  

S.Q.Rüstəmov  Azərbaycan  çaylarında 

su  və  asılı  gətirmələrin  variasiya  əmsalları-

nın  nisbətini:  iri  çaylar  (Kür  və  Araz)  üçün 

2,6;  daр  çayları  (əsasən  qarla  qidalanan) 

üçün  2,9;  daр  çayları  (əsasən  yaрış  suyu  ilə 

qidalanan)  üçün  4,0;  daр  çayları  (əsasən 

yeraltı sularla qidalanan) üçün 5,5 kimi təyin 

etmlşdir. 

F.A.Əyyubova  isə  bu  nisbəti  Böyük 

Qafqazın  şimal-şərq  yamacı  çayları  üçün 

aşağıdakı şəkildə təyin etmlşdir (1): 

                                                              

.                           (1) 

 

Çayların  gətirmələr  axımının  qiymət-



ləndirilməsi  üçün  ilk  növbədə  onların  il 

ərzində ölçülmə tezliyi  (xüsusilə gursulu  və 

daşqın fazalarında) təhlil olunmuşdur. Gətir-

mələr  axımının  çoxillik  müşahidə  sıralarını 

təhlil etmək üçün gətirmələr sərfi ilə su sərf-

ləri arasında korrelyativ əlaqə analiz edilmlş 

və bu sıralar arasında korrelyasiya əmsalının 

0,612  (Aрçay-Suxtaqalaqışlaq)  –  0,913 

(Qudyalçay  -  Küpçal)  intervalında    olması 

təyin edilmlşdir. Yalnız Xarmidorçay-Xaltan 

məntəqəsində  antropogen  təsir  nəticəsində 

bu əmsal 0,362 alınmışdır. Təyin edilən kor-

relyasiya  əlaqələri  kifayət  qədər  sıxdır  və 

onlara əsasən aparılan hesablamaların dəqiq-

liyi  də  kifayət  qədər  böyük  hesab  oluna 

bilər. Sutoplayıcı hövzənin səthində və çayın 

məcrasında  yaranıb,  qapayıcı  məntəqədən 

axıb  keçən  asılı  gətirmələr  axımının  orta 

çoxillik  qiymətləri  və  səthin  eroziya  in-

tensivliyini xarakterizə edən orta illik yuyul-

ma qatı – h

B

 (denudasion lay) S.Axundovun 

təklif  etdiyi  formula  [7]  ilə  hesablanmışdır 

(2): 


 ,

                 (2) 

 

Burada:


 

 –  gətirmələrin  həcm çəkisi, 2t/m



3



F – sutoplayıcı hövzənin sahəsi (km



2

)

Yuxarıda  qeyd  edilən  tədqiqat  lşlərin-

də  orta  çoxillik  asılı  gətirmələr  axımının 

dəylşikliyinin  qiymətləndirilməsi  məhdud 

məlumatlar  əsasında  aparılmlşdır.  Ona  görə 

də hesablamaların daha dəqiq yerinə yetiril-

məsi  üçün  su  və  asılı  gətirmələr  sərflərinin 

kifayət qədər uzun (47 və 63 il) paralel illə-

rin  müşahidə  və  bərpaolunan  məlumatların-

dan  istifadə  edilmlş,  onların  variasiya  və 

asimmetriya əmsalları təyin edilmlşdir. Qra-

fo-analitik  metoddan  istifadə  etməklə  təyin 

edilən  variasiya  əmsalları  nisbəti  cədvəl  2-

də  verilmlşdir.  Asılı  gətirmələrin  illik  axı-

mın  variasiya  əmsalının  mümkün  xətası  isə 

(3) düsturu ilə təyin 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə