Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 3,33 Mb.
səhifə10/15
tarix28.06.2018
ölçüsü3,33 Mb.
#52123
1   ...   7   8   9   10   11   12   13   14   15

ASLAN ŞAHLA İBRAHİM

Allahın adıyla başlayaq. Rey mülkündə Zülal şah var idi. Dər­ya­lar mürəkkəb olsaydı, meşələr qələm olsaydı, onun devlə­tini ya­zıf qurtartarmaq olmazdı. Zox adil, zox alicənab, xalqını istəyən bir bəndəydi. Zülal şahın allahın verdiyi payı bir cüt evladı var idi. Büyük oğlunun adı Aslan, kizik oğlununki İbra­him idi. Allah-tə­barak-təallahın qəzasınnan-bəlasınnan heş kim uzaxlaşa bilməz. O, istəsə, yaxşı verər, istəsə pis. Allah sizə yax­şı nəsib eləsin İnşallah.

İbrahimnən Aslan şahın anası Əminə xanım dünyasını də­yiş­di. Zülal şah qaldı dul. Zülal şahın arvadı dünyasını də­yişən­nən son­ra Aslannan İbrahim meyillərini atalarına saldılar, atanın hən­dəvərində gəzməyə başdadılar. Oya (ov) gedərdi, oya aparar­dı, to­ya gedərdi, toya aparardı. Evladlarının yaxşı elm üyrədən müəl­lim­ləri varıydı. Ancaq Zülal şah günü-günnən neynədi? Xal­xa zülm eləməyə başdadı. Ağsaqqallar, qarasaqqallar yığıl­dılar ki, ay ca­maaat, şah həmeşə nətəhər şah idi, indi niyə belə oluf? Bunun ar­va­dı yoxdu, onunzün bizə zülm eliyir. Gəlin yığılax, munu evləndirək.

Bir gün fikirli-fikirli Zülal şah küləfirəngidə oturuf dünyanı seyr eliyirdi. Qapısında büyük bir zinar ağacı varıydı. Zinar ağa­cının başında bir sağsağan yuva qurmuşdu. Bunnar həmməşə mehriban uzuf cüt gələrdilər. Bir gün biri gəlmədi. İki gün kezdi, sağsağanın biri gənə gəlmədi. Üz gün kezdi biri gəlmədi. Dedi, gürən noluf? Dürdüncü gün gürdü kü, ayrı bir sağsağan gəldi. Gəldi yuvuyu uzuruf-sükdü, başladı təzədən tikməyə.

Zülal şah dedi ki, qoy ağsaqqallar nə deyir desin, mən evlən­miyəjəm. O təzə gələn analıx mənim uşağlarımı mənnən ayrı salajax, ona gürə də mən evlənmerəm. Olmadı. Aradan iki il, üz il kezdi. Aslan şah zatır on səkkiz yaşına, İbrahim isə on altı yaşına.

Ağsaqqalların, elin-obanın deməsinnən Zülal şahı evləndi­rəsi oldular. Zülal şaha kimi alax, kimi alax qonşu padşahlıqda, padşah ülüf arvadı dul qalıf. Bizim şahımıza o gəlin ləyaxdı, onu gətirəh. Getdilər, danışdılar, aldılar. El qaydası, el adəti. Dam­bıra­dum bir toy zalınası vaxti İbrahim dedi:

– Aslan, bizə ana gəler, gəlsənə biz də onu yaxşı qarşılayax.

– Ay qardaş, sən mənnən ağıllısan.

Hərəsi bir at mindi, üzünün başının dəstəsinnən cavan oğ­lan­lar, atı zapa-zapa gəlinin qavağına zıxdılar. Gəlin rübəndini belə qaldırıf baxanda gürdü bir cüt oğlandı. Biri yolun altınnan, biri üstünnən gəlerdi. Dedi, ilahi, gürən hansıdı mənimki?

Gəlin gəlif şah evinə yerrəşdi. Axşam gəlin otağına gələn Zülal şahı gürəndə gəlin yaman pozuldu. Sühbət əsnasında so­ruş­du ki, kişi, sənin evladın-uşağın nəyin var?

Zülal şah dedi:

– Bir cüt oğlum var.

– Olarmı onlarnan mən tanış olom?

– Niyə olmor.

Aslannan İbrahimi hüzuruna zağırdı. Oğlannar gələndə qız baxdı ki, həmən oğlannardı. Ibrahim Aslannan boylu-buxunnu, həm də güzəl idi.

Gəlin dedi:

– Babası, bu İbrahimi taa ver mən tərbiyə eyliyim, Aslanı sən tərbiyə elə, gürək kim yaxşı tərbiyə eleyəjək.

Bu minvalnan aradan bir il kezdi, iki il kezdi. Analıx İv­rahıma günü-günnən vurulmağa başdadı. Bir gün soruşdu:

– İvrahım, sənin babyan xəzinəsi harda, silahları harda, malı-mülkü hardadı? Mən üyrənməh istiyirəm. Mən buranın xa­tu­nuyam, axı.

– Anacığım, baş üstə. Bax bura bu otaxdı, bura bu otaxdı. Burda bu silahlar saxlanıler, burda bu əmrlər veriler.

Hamsını güstərə-güstərə taa istintaq otağına gətirdi. İstintaq otağında bir məngənə var, salelar ora sıxellar, başdeyellar düy­məyə.

Analığı İvrahıma dedi:

– Gəl bir gir buruya gürüm nə təhər sıxıler.

İbrahim girən vaxt qadın onu sıxıf dedi:

– Mənnən olorsan ol, olmorsan səni bu saat sıxıf üldürəjəm.

Bu yerdə gürək İvrahım nə deyəjək biz deyək, siz şad olun:

– Ana, ana.

– Kəs səsini maa ana demə, mən sənin anan düyüləm. Mən sənnən nə tələb eliyirəm. Sən nə deyirsən?

Onda qulaq as:

Haqqın varlığına itaət eylə,

Yaqın bil ki, üstümüzdə var, ana.

Mən oğul, sən ana, insafın olsun,

Evladına olma zülmkar, ana.

– Oğlan, oğlan, hez elə süzlər danışma. Mən istədiyimə nail olajam. Allah dediyin var, ona da inanmeram. Sənnən mən kəm almalıyam.

İvrahim:

– Qulaq as.

Mərd iyidin güzü-künlü tox olar,

İstədiyini verər, azın zox alar.

Üz əməlin üz sinənə ox alar,

Eyliyər sinəni tarimar, ana.

İbrahimi məngənədə sıxdığı az deyilmiş kimi, üzünə də bir-iki şapalax vurdu, 1-2-də yumruq ki, bə mənnən olajaxsan, ol­mu­yajaxsan?

Onatan İvrahim aldı birin də:

İbrahimə bu zülmü az eylə,

Oynayıb-gül Zülal şaha naz eylə.

Geyin, sallan üzünü sərvinaz eylə,

Bir cüt oğlunu et bəxtiyar, ana.

Bu zaman Zülal şahın vəziri ordan kezirmiş! Qadın bunu gürən kimi İbrahimi azıf buraxır:

– Ədə, sənnən zarafat eyliyirdim, səni sınıyırdım. Sən mə­nim əzizimsən, güzümsən – deməhnən iş-işdən kezmişdi.

Arvad gürdü bunları daha heş kim eşitmeyir, naznan bir şey olmuyacağ. Deyir, neynim, gəl buna şər at. Odu ki, üst-başını, donunu cırıf üzünü eşiyə atdı.

– Ay vəzir, hay eylə, ay vəkil, hay eylə bu uşax məni qoy­mur dincəlməyə.

Zülal şaha xavar zatdı ki, üyün yıxılsın, iş belə oluf.

Arvadı Zülal şaha dedi:

– Mənim kişim sənsənmi, yoxsa oğlun İvrahımdımı?

Zülal şah dedi:

– O nə deməhdi?

Qadın:


– Gür məni nə hala salıf.

Vəzir belə geridən baxdı dedi:

– Şah sağ olsun, gürünür bu qız onun üstünə gedif, onunzün donu burdan cırılıf, amma oğlan bunun üstünə getsəydi geri yan­nan cırılardı donu. Oğlanda günah yoxdu.

Arvad süzü kezərli olor, kişinin də ağlını aler. Zülal şahın bey­nini başdadı qurd yeməyə. Gah dedi bunnarı mən neynim, İv­rahım, səni mən neynim, dar ağacına verem, üldürüm, ya sürgün eliyim?

İbrahim dedi:

– Baba, hükm sənindi, nə istəyirsən elə.

Şah:

– Oğul, qiymeram, onda səni sürgün eyliyirəm.



Aslan irəli durdu:

– Baba, mənim qardaşım heylə iş yapmaz, indi ki onu sür­gün eliyirsən, mən də onnan gederəm.

Şah:

– Get, sən də onnan qalmazın biri olajaxsan.



Aslannan İvrahım ordan ayrılmax istiyən vaxtı:

– Baba, bə bizə bu ata payınnan bir şey düşmürmü?

Şah dedi:

– Vəzir, onların hərəsinə bir dür ver.

İbrahim yaxın qoymadı. Dedi:

– Aslan, maa lazım düyül. Bu cahı-calal lazım olmuyannan sonra mənim nəyimə gərəhdi bir dənə dür.

Fərraşdar bunnarın qollarını bağlayıf qavaxlarına saldılar. Gəlhagəl, gəlhagəl, günə bir mənzil gəlif bir büyük kühnə qəbir­sannığın üstünə zıxdılar. Fərraşdar da cavan oğlanlardı, hamısı ca­na doymuşdu, yazıxları gəldi dedilər, gedin Allah işinizi ovan­dına salsın, dağılışdılar getdilər.

Bunnar qəbirsannıxda dayanası oldular. Yoruldun karvana, yatmağ istədin qəbirsana üz tutgunan. Hez kəs səni qurdalamaz. Bazara gedif yatsan, savaxatan səni soyallar. İki qardaş burda qalmaxda olsun. Allah verənnən nə var idi paylaşdılar, bülüş­dülər, yedilər, dincəlməh istədilər. Savaxınız xeyrə azılsın. Sa­vax azıldı.

Aslan dedi:

– Qardaş, İvrahım, gürürəm sən zox yorulufsan. Bu yaxında məzarıstanın yaqın ki, kəndi, şəhəri var. Gedim ordan zürəhdən, təamınnan tapem gətirem. İnşallah, dizin taqata gələr, yolumuza başdıyarıx.

Aslan şah qardaşını məzarrıxda qoyuf, üzü tərpəndi. Dağın üstünə qalxmışdı ki, gürdü yekə şəhər var dağın arxasında. Yavaş-yavaş gələndə ey, gürdü nə qədər xalxdı qırağa zıxıflar. Oyun güstərellər, nədisə maat qalıflar. Aslan soruşdu:

– Qardaş, bu nədi?

– Oğul neynersən, sən qəribsən işnin dalınnan getsən.

– Yox, bilməy isteyirəm.

Burda padşah ülüf, düvlət quşu uzurdurlar, o quş kimin başına qonsa onu padşah sezəcəklər.

Bu da onların arasına qatılıf baxer. Bu zaman vəzir hasarın üstünə zıxer. Bir quş uzurtduror. Quş da hərrəndi, fırrandı gəlif Aslanın başına qondu. O burdan bir kəsəh, bu burdan daş ki, bu kimdi, yerri düyül, nəzidi bunun başına quş qonuf? Quş yanılıf, quşu təzədən uzurdun. Quşu Aslanın başınnan gütürüf aparıf təzədən uzurtdular. Quş yenə hərrəndi, fırrandı, gəldi təzədən Aslanın başına qondu. Camaat yenə başdadı, bu quş deyən ya­nılıf. Aslanı apardılar saldılar mezidin izinə, qapını da bağ­ladılar. Gətdilər quşu uzurtdular. Quş uzdu, getdi mezidin bir yerinnən girif gəldi yenə qondu Aslanın başına. Vəzir, vəkil dedilər baxın gürün kimin başına qonuf quş. Əyər əsli-zatı ola­nın başına qonuf­sa, zox güzəl.Əyər zatsızın başına qonufsa, bu quşu üldürəyin. Qapını azanda baxırlar ki, Aslan quşu əlində tumarlayıf deyir:

– Ay quş, əyər mənə qismət olsaydı atam Zülal şahın taxtı-taci nəsib olardı. Məni niyə incitdirersən? Get kimin isteyirsən başına qon.

Onatan qapını aşdılar. Padşahımız sənsən ki, sənsən. Gələn, gedən buna qulluq güstərdi. Qardaş zıxdı yaddan. Aradan üz gün kezer, dürdüncü gün idi. Bir yolzu zobannan zürək isteyir, zoban vermer. Yolzu da zobanı düyüf zorla zürəy aler. Yolzunu gü­türüf zorla Aslan şahın yanına aparerlar ki, zobanı düyüf zü­rəyin alıf. O saat qardaşı yada düşdü. Taxtın-tacın hükmünə bax.

– Ey vəzir, mən taxtı-dəzgahı, şahlığı gütürdüm. İndi gedəh bir şəhərin qəbirsanlığına baş zəkəh.

Vəzir üz-üzünə dedi:

– Bizim bunnan qavaxkı padşah hez diriləri yada salmerdi, bu ülülərdən danışer.

Aslan şah İbrahimin dalınnan gəlməhdə olsun, sizə deyəjəm İbrahimnən, inşallah. O ki, Aslan şah İbrahimi burda qoyuf get­di, İbrahim axşamatan güzdədi. Axşam gəldi gejə yarıyatan güzdədi.O vaxtı haramılar, quldurlar axşam gəzərdilər. Üzü də tafdıqlarını yığdıqlarını qəbirsanlıxda bülüşərdilər. Qəbristan­lı­ğın büyrünnən bunnar gedən vaxtı İvrahim elə bildi ki, kəcavə geder. Dedi səsdənem gəlsinnər məni də gütsünlər. Gütürüf gü­rəh “Kərəm güzəlləməsi”ynən burda nə deyir. Biz deyəh, siz şad olun.

Gedən, getmə gəlim mən də yetirim,

Güzüm yolda qaldı, gedən gəlmədi.

Bir əylənin, mən də sizə yetirim,

Güzüm yolda qaldı, gedən gəlmədi.

Quldur:

– Ayə, ayə, bir dayanın burda adam var, bunu tutağın.



– Ayə, yox.

Deyir, gürən kimdi o gedif gəlmiyəni. Qoy o da gəlsin baravar bunnarı tutax.

Güydə bulud blum-bulum bulanar,

Yaralarım güz-güz olar sulanar.


Yalqız canım günbəz üstə dolanar,

Güzüm yolda qaldı, gedən gəlmədi.

Onatan quldurlardan bir nezəsi geri dünüf İvrahımın dürd yanını kəsdilər. Gürəh bu, axırda nə deyəjəh.

Sən mənim sultanım, sən mənim şahım.

Ərşə bülənd olub, amanım ahım.

Günbəzdə təh qalıb yazıq İbrahim,

Güzüm yolda qaldı, gedən gəlmədi.

Qardaş gəlmədi deyən kimi İbrahimi hop gütürüf apar­dı­lar o mağaraya ki, orda pay bülürdülər. Payların hamısını büldü­lər qurtardılar. Ortada bir İbrahim qalıf. İndi də onu bülmədilər.

– Gəlin bunu üldürəh.

Bunların arasında Ziyad haramının evladı yox idi. O, İv­ra­himi sahibsiz gürəndə zox sevindi. Dedi, bunu üzümə oğul eli­yə­rəm, bu zox yaxşı oldu. O deyir:

– Ay uşaxlar, ay camaahat mən sizin varı, pulu istəmerəm.

– Niyə?


– İstəmerəm, hamsı sizin olsun. Mən bu oğlanı gütürüf üzümə oğul eyliyəjəm.

– Ay kişi, yaddan oğulmu olar, nə bilersən kimin uşağıdı? Savax başına nə oyun azajax.

– Yox, mən bu oğlanı aparıf üzümə oğul eliyəjəm. Bu gündən də mən haramılığı, yol kəsməyi üzümə haram bilerəm. Siz sağ, mən salamat.

Atının tərkinə İbrahimi mindirif üz komasına gəldi. Həyat yoldaşını zağırıf:

– Arvad.

– Bəli.


– Allah-təbarakə-talla bizə zəhmətsiz belə evlad yetirif. Bax bu oğlan sənin oğlundu, sən də onun anasısan.

Arvad iz küynəyini İbrahimin başınnan salıf, ayağınnan zı­xartdı. Guya İbrahimi arvad doğuf. Bu günnən başdadılar ana-oğul­lux eləməyə.

Sizə hardan xəbər verəjəm, gürəh Aslan şahınm axırı nə oldu. O ki, zoban gəldi ki, bu qərif insan məni düyüf, zürəyimi əlimnən alıf o vaxtı qardaşı İbrahim yadına düşür. Deyir:

– Ayə, vəzir azad eyliyin, zürəhdən, puldan verin getsin, ac adama zürəh vermək lazımdı. Ac buraxmaq olmaz.

Zobanı da razı salıf, yola salannan sonra vəzirə:

– Ayə, sizin elin-obanın məzarsanlığı yoxmu?

– Nejə yox?

– Məni bir apar fatihə verəh.

Vəzir mat-məətəl qalır. Vəkilin üzünə baxer. Vəkil vəzirin üzünə baxır. Bu nətər seydi. Atlandılar, gəldilər qəbristana, yaxın­laşan vaxt Aslan şah dedi:

– Dayanın. Mən irəli gedif duamı eliyənnən sonra siz gələr­siniz.

Ancax Aslan şahın vəziri zoxbilmiş adam idi. Dedi:

– Ay camaat, bunun dərdi var.

Aslan şah gəldi o günbəzin yanına hansı ki, İbrahimi qoyuf gedif, gürdü lələ küzüf, yurdu qalıb. Güzlərinnən abi-leysan tüh­məyə başdadı.

Alzaxdan yapılıb ucadır daşın,

Məzar sandıx, qardaşımı neylədin?

Atılsın kərpişin, qalmasın daşın,

Məzar sandıx, qardaşımı neylədin?
Qalalar izində yaman qalasan,

Qarğameram səni, verən qalasan.

İyiddər başına yaman bəlasan,

Məzar sandıx, qardaşımı neylədin.

Gütürdü gürək daha nə dedi:

Bayqu məskənisən ucalmaz başın,

Dağılsın torpağın, qalmasın daşın.

İvrahimsiz Aslan tükər güz aşın.

Məzar sandıx, qardaşımı neylədin.

O vaxt vəzir Aslan şahı qucaqladı.

– Əfəndim, biz elə bilerdih siz ülülərin dərdin zəkirsiz. Sən demə üzüyün dərdin var imiş. Dərdin nədi, deyə bilərsənmi?

Aslan şah:

– Qulağ as.

Zalım fələh mənnən yaman yağıdı,

Qoymur salam bir nizaman dərdimi

Zülm eliyir el-obanı dağıdır,

Yaman saldı imtahana dərdimi.

Vəzir:


– Oğul, sənin nə dərdin var? Nə iştahına düşüfsən? Burda təzə məzar yox, qəbir yox, nə üzünü üldürürsən?

Aslan şah:

– Qulağ as.

İnnən belə ağlayaram gülmərəm

Ağladığca güz yaşımı silmərəm.

Ağır dərtdi, bunu zəkə bilmərəm

Xudam versin bir zəkənə dərdimi.

Aldı gürəh axırıncı süzün nejə dedi:

Aslan şaham, qəm üyündə nükərəm,

Güzdərimnən abi-leysan tükərəm.

Üzüm üz dərdimi pünhan zəkərəm,

Deyəmmərəm hər yetənə dərdimi.

Əmr elədi xalx irəli gəlsin. Camaat hamısı ülüsünü ziyarət ey­lədi, quran oxutdu. Geri qayıdannan sonra taxta oturdu. Əmr elədi:

– Bunnan belə şəhərə nə qədər qərib adam gəlif, yeməy yesə, pul almayın. Qərib adam ola adı İbrahim ola. Mənim ya­nıma gətirərsiniz. Ülüsünü, dirisini bilmerəm kim İbrahimi tap­sa, o adamı dünya malınnan sirab eliyəjəm.

Aslan şah xalxla rahat yola getməkdə olsun, üz taxtında, sizə kimdən xavar verim, İbrahim əfəndidən. Ziyad xana oğulluq ey­liyir. Ziyad haramı yox, daha Ziyad xan deyillər. Zünki, hara­mılıq­dan əl zəkif. Səhər tezdən qalxellar, oya (ova) quşa, oruya-buruya axşam dünüllər üvə. Analığı İbrahimi elə isteyir, elə isteyir ki, İbrahimnan bir saat da ayrılmaq təqdirində deyil. Hər gün gələndə eşiyə zıxer, İbrahimi qarşılıyır, yemək-izmək, bir belə beş belə ay keşdi, altı ay keşdi. Haramilar gürdü ki, yox, işləri düz getmir. Neyniyək bu İbrahimdi, nədi bunu Ziyad xan­nan ayırax. Beş-altısı yığılıf bu haqda sühbət eliyirdilər, birdən bunların yanına bir qarı gəldi.

– Ədə, nədi nə xısın-xısın eyliyersiniz?

– Ay qarı, al bu beş-on manatı o Ziyad haramı üzünə oğul gütürüf, onu onnan eyləyə bilərsənmi?

– Atam-anam mənə gələsi nə var? Siz bir az pulu artırın.

Arvad gedir, başına düyə-düyə:

– Ay Gülsara, ay Gülsara bir eşiyə zıx. Boyy Allah maa ülüm versin. Belə güzəl ada nejə ləkə yaxır. Sənin adına nə süzlər danışıler.

– Nə danışıler?

– Zayxana qalmeyif, yeməyxana qalmeyef. Ziyad xanın ar­va­dı bir gəlmə gədə ilə oynuyur. Bu nə diməkdi deyif, qarı zığırdı.

Axşam üstü Ziyad xannan İbrahim gələndə Gülsara eşiyə zıxmadı.

İbrahim dedi:

– Baba.

– Hə.


– İş xarafdı.

– Niyə?


– Ya anam xəstədi, ya da bizdən bezif.

İzəri girəndə gürür fıs-fıs fısqırer.

Gülsara:

– Bu avaranı-dığaranı niyə bura gətirifsən? Zayxana, ye­məh­xana qalmıyıf, hər yerdə mənim adım zəkiler ki, filan kəs filankəsnən belədi.

Ziyad:

– Ay arvad, kim deyif, bu saat dilini kəsem?



– Yox, geni - geni (rədd ol) güzüm gürməsin.

İbrahimin qollarını bağler. İbrahim dedi:

– Sana qurvan olum, məni hardan gütürüfsən apar orda ül­dür, burda üldürsən qanımı saa halal elemiyəjəm.

Atın tərkinə mindirəndə geridən bir uşaq deyir:

– Ayə, bu gün bir qarı gəldi o, arvada nə dedisə, o, İvrahimi üldürməyə aparer.

Bunu İbrahimin qulağı aldı. Gəlif məzarıstna zıxanda Ziyad xan dedi:

– Oğul, kəlmeyi-şəhadətini de.

– Ay kişi kəlmeyi-şəhadətimi niyə deyim? Mana şər atellar, üzü də filan qarı.

– Ayə burda dur, gedif bu saat o qarıyı buruya gətirəjəm.

İbrahimin əlini-qolunu bağlayıf, daşın birinə mühkəm sarı­dı, üzü atdandı. İbrahim qərif adam məzarda güzü yuxuya geder. Yuxuda gürür ki, bir nurani qoca buna deyir:

– Oğul, oğul, qalx, oğul.

İbrahim güzlərini azanda gürür bir güzəl kişi qavağında duruf.

– Oğul, bismillah de.

– Bismillah.

– Oğul, Məhəmmədə salavat gətir.

– Gətirdim.

– Oğul, bu barmağımın arasınnan belə baxanda nə gürür­sən?

– Şəhər gürürəm.

– Üzgə nə gürürsən?

–Bir eyvan gürürəm, orda bir güzəl qız duror.

– O qızı sənə, səni də o qıza buta verdim. Allah işini avand eləsin. Al bu badəni nuş eylə.

– Baba, o bizə haramdı.

– Deyil, bu o badələrdən düyül. Bu Yusifi Züleyxıya yeti­rən badədi. Bu güzəlləri bir-birinə yetirən badədi. Allah-təala yetirdiyi gülabdı. Buyur, nuş elə.

Oğlan badəni başına zəkif, rəngi-hali dəyişməkdə olsun, bu qoca kişi də üz işində, üz yolunda. Allah-təala qarşınıza xeyirli insanlar zıxartsın, inşallah.

İbrahim güzünü azanda gürdü ki, əli də azıxdı, ayağı da. Dedi:

– Mən dəli olmuşammı, kişiyi güzdüyürəm.

Bu vaxtı tappıltıynan İbrahimin qabağını kəsdilər. Ziyad haramı da yannarında.

– Əylən, oğlan! O qarıyı gür­mədih. O qarıyı tapsaydıx sənin işin şuluğ idi. Qarı tapılmadı. Kəlmeyi-şəhadətini gətir səni üldürəjəm.

– Nə üzün?

– Ona gürə ki, sən mənim arvadıma güz dikifsən.

– Əfəndim, mən and izərəm elə şey olmuyuf.

– Yox, mən arvadıma inanaram, sana yox.

O vaxt aldı gürəh “Mansuru” üstdə İbrahim nə dedi:

Ziyad baba, bir allahı sevərsən,

Üldürmə xudaya bağışda məni.

Üldürərsən üzünə sitəm edərsən,

Qadir müvlaya bağışda məni.

– Ay oğul, nə danışersan, nə bağışdamağ, kəlmeyi-şəhadə­tini de, başqa ağlına gələni süyləmə.

Qulağ as:

Anam yoxdu güzlərinnən yaş tükə,

Bajım yoxdu zilf dağıda, saz tükə.

Qardaşım yox məzarıma daş tükə,

Məszidi-minayə bağışda məni.
İbrahim də nalə edər dərdinnən,

Didərgindi ülkəsinnən, yerinnən.

Müxənnət süzünən, zuğul şərinnən

Ol Turi-Sinaya bağışda məni.

– Oğul, nə müxənnətdi, nə zuğulluğdu?

İbrahim:


– Bu gün qapına bir qarı gəlif, arvadına nə deyifsə, arvadın elə eliyif, gür o qarı kimdi, mənnən nə isteyir?

Bu xavar kezənnən sonra buna yuxu gəler, haman nurani kişini yenə gürür. Qəfil ayılanda gürür ki, əl-ayağı azıxdı. Deyir:

– Ayə, mən dəli olmuşam nədi, Ziyad haramını güzdüyü­rəm. Mən yoluma davam eyləməliyəm. Asta qazana güy imam qənim olsun.

Tərpəndi nə tərpəndi. Xeyli getmişdi. Yollar uzun, mənzil uzun. Ağası güstərən yolnan getdi. Yolda qabağına bir kəcavə zıxer. Kəcavədə də qucağında bir cürə saz, bir qoca kişi otur­muşdu. Ancax İbrahimdə nə var? Heznə yoxdu. Üzünü qoca ki­şi­yə züyürüf dedi:

– Baba, baba sənnən bir iltimasım var, xaişim var onu yerinə yetirə bilərsənmi?

– Oğul, nədi de mən yerinə yetirəcəm inşallah.

Kecaveyi Əziz xoca dayandırdı. Dedi:

– Vallahi maa nəsə rast gələjəy. Ya var düvlət, ya üzümə bir oğul tapajam.

İbrahim sallana-sallana geder karvanın yanına, gürür dəvə­nin üstündə qoltuğunda saz qoca bir kişidi. Dəvədəkilər bir azu­qə də düşürdüf İbrahimi də yannarına dəvət elədilər.

– Oğul, harya belə sərkəndə kimi gah yolun altına zıxırsan, gah üstünə?

– Baba, yorğunam, yol gəlerəm.

– Oğul, hardan gəlif, harya gedersən?

– Vallah, üzüm də bilmerəm harya getdiyimi. Nədisə ağam maa bir şey tapşırıf, onun dalınnan gederəm.

– Oğul, necə ağam? Kimdi o ağa? (bəzi ustadlar Həzrət Əli­nin adını zəker, bəziləri Xıdır İlyasın adını zəker. Cürbəcür yo­zum­­lar var!)

– Şəhərin izinən addıyan vaxta qapıda yığınax gürdüm. Sənin kimi birisi də gənə var idi.

İbrahim dedi:

– Baba, eyvanın qavağı bu mənzərədə iydimi?

– Hə.


– Qızın fikri, camalı bu mənzərədə iydimi?

– Hə, oğul, sən nədən bilersən?

– Olarmı o sazı maa verəsən?

– Oğul, sən saz zalmağı bilersənmi?

– Dünənəjən bilmerdim, bu günnən bilirəm.

Qulax as:

Xocalar xocası, xocalar xası,

Xocam, bir yarımnan xəbər ver barı.

Silinsin künlümün qalmasın pası,

Xocam, bir yarımnan xəbər ver barı.

– Oğul, oğul, o ki, sən saznan dedin, bir bəri tut mən də di­yi­jəm.

Ibrahim sazı xocuya züyürən vaxtı:

– Xoca baba alsım sənin qadanı. Oğul, sən adını de, mən nişan verim – deyən vaxtı İbrahim aldı gürəh:

Dərin, dərin dəryalara adadı,

Güzəllər dəstində dolu badadı.

Heyrat şəhərində bir şahzadadı

Xocam bir yarımnan xəbər ver barı.

Xoca:


– Oğul, üzüm az güzümnən gürməsəydim sana inan­maz­dım. Doğrudanmı sən hax vergisisən? O qız sənin yolunu güz­dü­yür.

Mən gələndə pəncərədə durmuşdu,

Ağ üzünə halqa birzəh vurmuşdu.

Firəng qayğıyla telini burmuşdu,

Oğul, sən adını de, mən nişan verim.

İbrahim dedi:

– Baba, qulaq as.

İbrahiməm, şirin cannan bezərəm,

Üzüm oxuduğumu üzüm yazaram.

Nə müddətdir itgin qardaş gəzərəm,

Xocam, bir yarımnan xəbər ver barı.

Aldı Xoca Əziz belə cavab verdi:

Xoca Əziz xocaların güzüdü,

Sinəmin üstündə eşqin küzüdü.

Heyratda Fətəli şahın qızıdı,

Oğul, sən adını de, mən nişan verim.

Bəli, Xoca Əziz kecavəsin rahatdıyıf, ayağa qaldırdı. İbra­hi­­mi qabaxda gedən kəcavənin üstə qaldırıf sazı da əlinə verdi:

– Oğul, bu sazı innən belə sana verdim. Sən ki, sazı belə gü­zəl zaldın. Bu saz sana halaldı. Ancax mən səni o qıza yetirəjəm. Allah-təala gürəh bizdən nə isteyir.

Bəli Xoca Əziz İbrahimi gütürüf yola rəvan oldu. Heyrat şəhərinə xəbər düşdü ki, deməzsənmi bir kecavə gəler. O vaxtı minəh, maşın yox idi. Dəvələr idi, üküzdər iydi. Dəvələri gü­rəndə camaat axışerdılar. Kim alasıdı, kim verəsidi, kim nə sata­sıdı. Ancax İbrahim dəvənin üstündə oturuf yırğalana-yırğalana gəler, saz da ziynində. Şəhərin ortasınnan kezən vaxtı Hürnisə hansı eyvanda yaşıyerdi. Hürnisə də üzünə min bir zinət verib eyvana zıxıf tamaşa eyliyirdi. Ancax İbrahimi gürən kimi ağa­sının verdiyi vergi yadına düşdü. İbrahimi tanıdı. Gürdü də­vənin üstündə ziynində saz olan oğlan yırğalana-yırğalana geder. An­cax bunnar qızı tərəfə hez fikir vermer. Onda qızdara deyir:

– Ay qızdar, mənim o sazımı gətirin. O sazdı oğlana bir süz deyəjəm.

“Sarıtel” havasında gürəh nə deer, inşallah:

Ziynində saz gedən oğlan,

Qayıt gəl bəri, gəl bəri.

Məni eşqə salan oğlan,

Qayıt gəl bəri, gəl bəri.

İbrahim him eylədi ki, sarvana ayə bir az da yeyin sür. Ancax Xoca Əziz dedi:

– Oğul, sən ona cavab verməsən qəbahət olar.

Orda gütürüf gürəh İbrahim nə deyir:

Məni eyləmə yolumnan,

Get Pərim, gələ bilmərəm.

Bülbül ayrılmaz gülünnən,

Get, Pərim, gələ bilmərəm

Elə bil Hürnisənin başına qaynar su tühdülər ki, ayə, bu dəli oluf, sarsağleyir nə deyir. Hancarı gələ bilmərəm, gürəh nə deyir:
Zox işlər etdim irada,

Sənin ilə işdim bada.

İstərəm yetəh murada,

Qayıt gəl bəri, gəl bəri.

İbrahim dedi:

– Yox-yox, ay xanım, sən deyən yoxdu, mən yol gedəsi­yəm.

İbrahim:

Eşidəm sühbət sazını,

Zəkəydim işvə-nazını.

Fətəli xanın qızını

Get, Pərim, gələ bilmərəm.

O vaxt Hürnisə dedi:

– Ayə, o dediyin mənəm da:

Hürnisəyəm, zoxdu ahım,

Bilmerəm nədi günahınm?

Mən sənə qurban, İbrahım,

Qayıt gəl bəri, gəl bəri.

İbrahim dedi, ayə, bu zalımın qızı adımı da tanıyır. Yəqin ərənnər dediyi gercəh imiş. Aldı gürəh:

İbrahımam gətirmişəm,

İşi başa yetirmişəm.

Aslan adda qardaş itirmişəm.

Get, Pərim, gələ bilmərəm.

Hürnisə:

– Hancarı gələ bilməzsən?

Əmr eylədi fərraşdara kecavənin qavağını kəsif İbrahimi düşürdülər. Qız İbrahimi bir güzəl otağa apardı. Ancax bu işi Hürnisənin nə atası, nə anası, nə də el-oba bilmer. Bunu nə qədər daldada saxlıya bilər. İbrahim bir gün, beş gün axırda şə­hərə zıxası oldu. Şəhərə zıxıf, qərib adamdı, tay-tuş yox, biliş yox, qohum yox. Neynəsin? Nə iş aşsın, gəlhagəl gəlif bir halva dükanının qavağında əyləşir. Oyana-buyana gələnə baxer, gedənə baxer. Kühsünü otürür. Kim yox, kimsə yox. Gürdü bir ağsaqqal, nurani kişi buna tərəf gəldi:

– Salamun aləkeykum, oğul.

– Əleykum salam, baba.

– Oğul, gürünür qəribsən.

– Bəli, ateyi-mehriban, qəribəm.

– Bu yerlərdə nə gürüfsən?

– Babeyi-mehriban, mən dilnən sana başa salammaram, inşallah saznan süylüyərəm.

El zəkilif, hər kəs üz yuvasında,

Xocam, mən qəribəm axşam bazarı.

Bir qəribəm kimsəm yoxdu yanımda,

Xocam, mən qəribəm axşam bazarı.

Qoca kişinin üzünnən asılı olmayarax güzünnən yaş axdı:

– Ay Allah, bu boyda-buxunda cavannan birini maa niyə vermədin? Nə güzəl oğlandı bu. Oğul, dərdinin birini də deyə bilərsənmi?

İbrahim:


– Qulağ as.

Əvvəldən yaradı qəlbimin başı,

Sünübdü künlümün eşqi, ataşı.

İtirmişəm Aslan addı qardaşı,

Xocam, mən qəribəm axşam bazarı.

Qoca:


– Oğul, allah-təbraka-tala dərdinə əlac eyləsin. Süzünün so­nu­nu denən, sənnən danışacağım var.

İbrahim:


İbrahiməm, dərdə dərman olmadı,

Üzülürəm, taqətim də qalmadı.

Zox dilədim, mehman alan olmadı,

Xocam, mən qəribəm axşam bazarı.

Xoca İbrahimin qolunnan tutuf zəkə-zəkə izəri apardı. Dedi:

– Oğul, maa Halvazı Musa deyəllər. Mən halva pişirif gündə bazarrığ eyleyirəm, oğul-uşağı onnan dolandıreram. Mana da küməhzi lazımdı. Sən mənnən qalıf işdiyərsənmi?

İbrahim:

– Baba, qalıf işdiyərəm.

Qoca:

– Oğul, bax bu günnən belə bu tükən sənin ixtiyarındadı.



Başdadı hər şeyi İbrahimə güstərməyə. O qədər sühbət oldu ki, savağa yaxın idi. İbrahimə bir yer güstərdi. İbrahim yuxuya getdi.

Sizə kimnən deyim Hürnisə xanımnan. Gəzer, dolaner, şə­həri bir-bir eyliyir İbrahim addı adam yoxdu ki, yoxdu. Yetmiş kənizin yetmişini də şəhərə buraxıf dedi:

– Ay qızdar, kim İbrahimi tapsa, yetirən kimi bu boyunbağı onundu.

Qızdar tükülürlər şəhərə, ancax İbrahim üz işindədi, halva pişirif halva satmağdadı. Bir belə, beş belə, on belə günü-gün­nən Halvazı Musanın qazancı arter, pulu arter şaxələner. Ancax Hürnüsənin Qaraca qız addı bir kənizi var idi, o, gəlif İbrahimi burda gürdü. Savax tezdən İbrahima o qədər tamaşa eyliyir ki, bir də baxer ki, şər qarışer. Dedi:

– Allah maa ülüm versin. Bu nə iş iydi?

Yüyürə-yüyürə üzünü yetirer Hürnisə xanımın yanına. Za­tan kimi boyunbağını boynunnan üzdü. Hürnisə xanım:

– Ay qız, dəlimi olufsan? Neylersən?

Qaraca qız:

– Dəli sən olufsan, dediyini tapmışam.

Hürnisə:


– Qız, hardadı?

Qaraca qız:

– Gəl.

Gəlhagəl, gəldilər İbrahim işdiyən Halvazı Musanın tüka­nı­na. Təsdiqləndi, İbrahim burdadı. Hürnisə xanım geri dünüf Qa­ra­ca qıza dedi:



– Boyunbağı da sənin, üstündə bir üzüy də verəjəm, şəhərdə bütün kənkannarı18 bura yığın.

Kənkannar gəldi. Hürnisə dedi:

– Bax, mənim bu otağımın altınnan halvazı dükanına nezə günə qazarsınız?

Biri dedi beş günə, biri dedi üz günə. Bir arığı var idi dedi:

– Xanım, əyər torpağını daşıyan olsa savax başdıyaram, ax­şa­ma qurtararam.

Axşam üstü idi, İbrahim gürdü ayağının altınnan tappıltı gəler. Dedi, gürən bu nə olan şeydi? Qorxusunnan eşiyə zıxdı, gürdü bu torpağ uşdu altınnan bir qara oğlan zıxdı. İbrahim:

– Ayə, sən kimsən?

Onatan qızdar tüküldülər. İbrahimi həmən yeraltı yolnan hər axşam xanımın evinə aparıf, savax da gətirellər. İbrahim bu təlaşnan geder ləzzət zəkən ləzzətində, kef gürən kefində. Ancax yenə də Hürnisənin nə atasının, nə də anasının xəvəri yoxdu bu işdən. Aslan da ki, yoxdu, padşahlığındadı.

Sizə hardan xavar verəjəm Dağıstannı Qara Zufutdan. Şəmli* Qara Zufut deyirdilər adına. Bu, bir on dürd yaşdı qıza vurulmuşdu. Suleyman xanın qızına, nə iş gürürdü, qızı nə ələ ala bilirdi. Yola gətirə bilmirdi. Günlərin bir günündə Şəmli Zufut başını salleyif gederdi. Gürdü ayağını zəkə-zəkə bir qarı gəler, əlini qaşının üstünə qoyuf dedi:

– Bıy, ə, sən Şəmlisənmi?

– Hardan tanıdın məni?

– Bıyy, başın batsın ağacda barabar yellənmerdiymi? Mən filankəs düyüləmmi?

– A başın batsın, nə tez düşüfsən?

– Səni kimi arsız ha düyüləm. Nağayrem? Bə niyə belə pəjmurdə, niyə belə kefsiz?

– Ay qarı, bəs belə bu hala düşmüşəm.

– Baa o məndə. Sən cibimi doldur.

– Ayə, nə qədər isteyirsən, al də.

İki cibini də qızılnan doldurdu. Qarı dedi:

– Sana qız gəlməz. Get bir cavan oğlan tap gürəh. Qız onun dalıncan yüyürsə, denən oğlumdu, onun adınnan qızı al, sonra oğlanın başını kəs, qız da qalsın sana.

– Bıy səni iman yiyəsi olasan, ay qarı, sən nə güzəl yol güs­tərdin.

Şəmli Qara Zufut kəndbəkənd, şəhərbəşəhər gəzer dolaner. Ancax künlünə yatan oğlan yoxdu.Gəlif Herat şəhərinə zıxer. Halvazı Musanın qapısınnan kezəndə gürdü xalx yaman sıraya düzülüf. Kimi İvrahimin gül camalına tamaşa eyliyir, kimi guya halva aleyr. Almıyan da bir də qayıder baxer.Şəmli Qara Cufut İvrahimi gürəndə dedi:

– Hə qız bunu gürəndə yüyürə-yüyürə gələjək.

Oydu ki, daldaya zəkilif İbrahimin atasını, İbrahim haralıdı, hardandı, kezmişdə nəyi oluf, hamsını üyrəndi.

Bir gün libasını dəyişif İbrahimin yanına gəldi. Qucaqlıyıf o üzünnən bu üzünnən üpdü:

– Ayə, sən İbrahimsənmi?

– Bəli.


– Zülalın oğlusanmı?

– Bəli.


– Aslan hanı?

– Sən məni hardan tanıyırsan?

– Ayə, mən sənin otuz il qavax itən əmin Yaqubam. Qoya­­ram hez belə zirkin yerlərdə işliyəsən? Var məndə, devlət mən­də.

Bu, belə İbrahimi pişirməkdə olsun, sizə deyim Hürnisə xa­nım­nan. Gejə yuxuda gürdü ki, İvrahimi kecavəyə mindirif apa­rellar.Üzü də sandığa qoyuf, aparellar. Tez sərsəm yuxudan ayıl­dı, gürdü İbrahim yater. Sazlarınnan üz tel ayırıf sinəsinə ba­ser, gürəh İbrahimə “Hüseyni” havasına nə deyir:

Başına dündüyüm, qurban olduğum,

Sən gedersən Dağıstana İbrahim.

Alışıf oduna büryan olduğum,

Sən gedersən Dağıstana, İbrahim.

İbrahim:

– Ay qız, yuxumu gürdün? Sən münəccimsən, nəsən?! Nədi danışdığın. Qoy yatax.

– Yox, qoy axıracan deem.

– Yox, ikincini üzüm deyəjəm.Belə deyif, İbrahim gürək nejə dedi:

Badi-səba yuxusunnan ayılmış,

Nə süzülür Dağıstana güzlərin.

Kipriklərin eşir, tükür qanımı,

Qəsd eyliyir şirin cana güzdərin.

Aldı Hürnisə:

Əmib-əmib ləblərinnən nə qandıx,

Alışıban eşq odunnan nə yandıx?

Bir tacir boynunnan kəsdirdi sandığ,

Sən gedersən Dağıstana, İbrahim.

Aldı İbrahim:

Gəldi Şəmil tacir yel kimi əsdi,

Gələni-gedəni sınadı, kəsdi.

Məni sənnən ayırmaxdı bil qəsdi,

Bir üpəydim qana-qana güzlərin.

Aldı Hürnisə:

Eşitginən Hürnisənin süzünü,

Salıfsan canıma eşqin küzünü.

Gürəjəhsən qeyri yarın üzünü,

Sən gedersən Dağıstana, İbrahim.

İbrahim dedi:

– Ay xanım, sarsaqlama gür mən nə deyirəm. (lağnan)

Bu tacir Heyratda bir qala yapdı,

Gələni, gedəni sındırdı qapdı.

Aradı, axtardı mənimi tapdı?

Qoy ağlasın yana-yana güzlərin.

Bəli, süz tamam oldu. Yatdılar qalxdılar. Savaxınız xeyrə azılsın. Savax halva satmağa gələn İbrahim gürdü ki, Şəmli Qara Zufut kəcavədə bunu güzdüyür.

– Oğul, hükmən biz Aslan şahı tapmalıyığ. Yoxsa mən bu gejə yatammaram. Sən də burda avaralana bilərsən, qoymaram.

– Ay kişi etmə eləmə, burda yaxşıca dolaneram.

– Yox, doqquz aydı burda işdiyirsən, nə qazanıfsan? İnnən belə nə qazanasan.

Halvazı Musa başdadı ki, etmə, eləmə, aparma.

Şəmli dedi:

– Sənə yüz manat lazımdı, al bu min manatı, mən qardaş oğlumu apareram.

Musa kişi:

– Məsləhət sənindi. Amma mən istiyərdim İbrahim mənnən qalsın.

Şəmli:

– Yox, apareram.



Sandıx ki, deyirdilər haman sandığı Şəmli Zufut düzəltir­miş­di. İbrahimi haman sandığa qoyuf ağzını bərkitdilər. Dəvənin beli­nə aşırdılar. Gedəndə yolları Hürnisənin evinin qapısınnan idi. Gür­dü ki karvan kezer, yuxusunda necə gürüf karvan elə qatar­ra­nıf. Gürdü yuxuda necə gürmüşdü İbrahimi sandığa elə salıflar. Dedi:

– Ay qızdar, bir eşiyə zıxın, Qaraca Zufutun üzü qara olsun. Mənim günümü qara elədi. O sazımı bəri gətir.

Şəmli Zufut, sən allahı sevərsən,

İnsaf eylə, gəl aparma yarımı.

Apararsan mana zülm edərsən,

İnsaf eylə, gəl aparma yarımı.

Bu səsi-səmiri İbrahim eşidif, fərraşa dedi:

– Ayə, sandığın ağzını bir az az.

Aşdılar, oturuf sazını da sinəsinə basıf gürəh nə deyəjəh, biz deyəh, siz sağ olun:

Hürnisənin “Şəmli Zufut, gəl aparma yarımı” diməyi İbrahimə yaman yer elədi. Deyir:

Bülbül oluf damannarı azmısan,

Nazlı dilbər, sən əğyara yalvarma.

Qızıl gül tək sən ətrini sazmısan

Nazlı dilbər, sən əğyara yalvarma.

Eşitmer Hürnisə deyir ki, tacirlər tamahkar olur, odur ki, dedi:

Pul istersən üz min tümən pul verim,

Qul istersən on iki nəfər qul verim,

Ağ üzümnən dənə-dənə xal verim,

Şəmli Zufut, gəl aparma yarımı.

“Ağ üzümnən dənə-dənə xal verim” deyəndə İvrahim alı­şıf, yanmağa başdadı. Dedi:

– Ay zalımın qızı, qulaq as.

Necə gəldim mən bezara nazara,

Günü-günnən canım düşdü azara.

Mən bülbüləm, sən gəl sığınma xara,

Nazlı dilbər, sən əğyara yalvarma.

– Hələ, mən getməmiş sən nə üzünnən xal verdin?

Aldı Hürnisə:

Ey tacir, gürüm ki, qırılsın qolun,

Sənin hər bir yerdən bağlansın yolun.

Hürnisə qarğasın lal olsun dilin

Qara Zufut, gəl aparma yarımı.

Gürəh İbrahim nə deyir:

İbrahiməm, oxuduğumu yazaram,

Sən bilersən şirin cannan bezərəm.

Aslan deyif diyar-diyar gəzərəm,

Nazlı dilbər, sən əğyara yalvarma,

Süz cavabı tamam oldu, sandığın ağzı qapandı, karvan yola tüşdü. Gəlhagəl, günə bir mənzil, teyyi-münəzzil gəlif zatdılar Dağıstana.

Dağıstana tüküldülər. Şəmli Zufut İbrahimi başdan ayağa bəzəyif bəy paltarı geyindirdi. Sultan xana xəbər gündərdi ki, qız mənim oğlumu gürsün xoşuna gəlermi gəlmermi. İb­­­­­­­­r­a­­­him Sultan xanın qarşısına zıxanda xan dedi ki, ay maşallah, doğ­rudanmı Şəmli Zufut bu sənin oğlundu?

Zufut dedi:

– Əlbəttə, mənim oğlumdu. Qızınızın razılığını alaq.

– İnşallah.

Qız bağzada üz kefində. Bir molla zağırdılar get gür, qız bu oğlana gedirmi, getmirmi. Molla İbrahimi yanına alıf bağa gəldi. Ibrahim mat-məətəl qalıf. Gürdülər xeyli qız, zalırlar, oxuyullar, üzdəri üzün. Ancax İbrahimi gürəndə hamının yünü İbrahimə züürüldü. İlahi, sən belə vücud yaratmısan? Sənin varlığına şü­kür­lər olsun. Bu nə nemətdi? Necə insandı? Bu mələkdi, hürü­dü nədi? Qızdar mat-məətəl qalıflar. Səkinə xanım boylananda gürdü bah-bah. Molla yaxınlaşdı:

– Qızım:

– Bəli.


– Qızım, bu oğlanı atan sənin ixtiyarına gündərif, gedersən­mi, getmirsənmi?

Qız İbrahimə baxtı başdadı dili topuq zalmağa.

– Molla əmi, mana qulax as.

Burda üz xanə süz deyəjək qız. İbrahim də ona cavaf ve­rə­jəh. Gürəh nejə cavab verdi, Səkinə xanım İbrahimə nejə aşiq olduğunu gürəh mollaya nejə deyir.

Başına xeyir gəlsin, ay molla baba,

Yazginən babama tez versin məni.

Yığılsın toyuma tamam el-oba,

Yazginən babama tez versin məni.

İbrahim irəli durur:

– Xanım, bir mana da bax.

– Ədə, nə deyirsən.

Qulaq as:

El-obanı tərifləmə qız xanım,

Bizim ellər sizinkinən əzizdi.

Sevgi sevdiyinnən süylə, dünərmi?

Bizim yollar sizinkinnən təmizdi.

Hez Səkinə xanımın vecinə də düyül. Deyir:

Bağlarımda qızıl güllər azılmış,

Alma, heyva dənələnif sezilmiş.

Güzəlindən, bəyəmməndən kezilmiş,

Yazginən babama tez versin məni.

İbrahim məətəl qalır ki, ayə, bu nə fikirdədi.

– Ay xanım, gür mən nə deyirəm.

Bağza barsa, bağlar gərəh bar versin,

Heyva versin, alma versin, nar versin,

Sevən gərəh sevgiyə ilqar versin,

Bizim dillər sizinkinnən əzizdir.

Səkinə xanımın yenə vecinə düyül ki, bu gədə nə deyir. Nə an­dırer, nə anlader. İbrahim onu deyir ki, molla baba, yazer­sanmı:

– Molla.

– Yazeram.

– Sən de.

Qulaq as:

Səkinə də eşq oduna yanarmış,

Oğlan gəlif güz ünündə dayanmış.

Mən nə deyim, Allah üzü bəyənmiş,

Yazginən babama tez versin məni.

Aldı İbrahim:

Hər zaman selləner güzümün yaşı,

Kəsməz ürəyimin qorxu-təlaşı.

İbrahim axtarer Aslan qardaşı.

Bizim dillər sizinkindən əzizdi.

Süz tamam olan kimi molla yazdığını yazdı, gütürdü getdi.

Qırx gün, qırx gejə toy zalındı. Daqqır-duqqur gəlin gəldi keşdi gəlin otağına. İbrahim bəzənilif. İbrahim gəlin otağına kezən vaxtı Şəmli Zufut dedi:

– Ay oğul, sənin qardaşın Aslan da var, eləmi?

– Hə.

– Aslanı tapmamış sən necə gəlin otağına girəcəysən? Gərəh onu da tapam. Ona da gəlin tapam. İkinizi də barabar otağa yola salam. Razısanmı?



– Razıyam.

İbrahim yolunan gedənnən sonra Şəmli Zufut saqqalını həna­layıb girdi Səkinənin odasına.

Səkinə:

– Kişi, xoş gəldin. Bu nədi?



Şəmli:

– Bə bilmersənmi, sənnən ütrü ülən mənəm. İndi ikimizik, bir də xəlvət otağ.

Səkinə xanım dedi:

– Üzün kirridi, bir aftafeyi gətirim, üzünü yu.

Aftafee belə tutdu. Əlini yudu. Səkinə xanım dedi:

– Üzünə də zırp, başına da. Başına zırpanda afta azıldı geri yannan. Sürüdü bunu eşiyə. Üzü də yıxılıf yatdı.

Savax azılır. Savax azılan kimi Şəmli Qara Cufut caduya əl atdı. İbrahimin baxtını-yığvalını bağlatdı. Elədi nadan, sərsəri. Qıza hez güzünün ucunnan da baxa bilmer. İbrahimi o kükə qoyuf Şəmli Qara Cufut. Hər axşam gəler qızın yanında yater, savax da zıxıf işinə-güjünə geder İbrahim. Axşam belə, savax belə, ay keşdi. İki ay keşdi, üz ay keşdi, ortada hez zad yoxdu. Səkinə xanımın anası gəldi qızını yoxlamağa. Baxdı gürdü ala gilasa bənziyən qız nolub, payız alması kimi sapsarı soluf.

Dedi:


– A qızım, bu niyə belə?

Səkinə xanım:

– Mana saz gətirməsəniz dərdimi deyəmmərəm.

Necə deyim zalım atam yaşasın,

Ana, daha İbrahimə getmerəm.

Nejə verib, elə geri boşasın,

Ana, daha İbrahimə getmerəm.

Anası:


– Ay qızım, dəlimi olufsan? İbrahimnən güzəl kim var bu şəhərdə? Qoja vaxtı mənim ona tamahım qazer, niyə getmersan?

Səkinə xanım:

Dan üzü tezdən qalxer geder yazıya,

Ağ lavaşı doğroyur tükür tazıya.

Nəhlət gəlsin nigah kəsən qazıya,

Ana, daha İbrahimə getmerəm.


Dan üzü tezdən durar gedər oyuna,

Aşıxları tükər yığar qoynuna.

Oğlan düylü duram girəm qoynuna,

Ana, daha İbrahimə getmerəm.

Anası:

– Ay qızım, nədi səyaxladığın.



Səkinə:

– Yox ana, mən səyaxlameram. Qulaq as.

Bir aşıq gətir sən sühbətə, saza,

Bir molla gətgenən dərdimi yaza.

O, qız, mən qız, qız da gedərmi qıza,

Ana, daha İbrahimə getmərəm.

Anası:

– Ay qızım, etmə, eləmə.



Orda deyir Səkinə:

Qoyun deyil, qoyunlara qatam mən,

Üküz deyil, qəssablara satam mən.

İyid deyil, qucaqlaşıf yatam mən,

Ana, daha İbrahimə getmerəm.

Anası:


– Ay günün qara olsun, bəə səni kim alajax?

Qulaq as:

Arrı desən, arrılardan arrıyam,

Duru desən, durulardan duruyam.

Səkinə deyir, əmi oğlunun yarıyam,

Ana, daha İbrahimə getmerəm.

Anası:

– Bu saat gederəm, hamsını dədənə qandırajam.



Qara Zufut sandıx hazırradı. Gəlini bir sandığa, İbrahimi də bir sandığa salıb Tacir aralandı. Baxdılar ki, lələ küzüf yurdu qalıb. Nə Şəmil var, nə Səkinə var, nə İbrahim. Hez kim.Kəcavə geder, get­ha­get zıxdılar dəryanın qırağına. Qəfləsini, dəvəsini gəlif doy­durannan sonra Kavdan paşaya, kapitan paşa deyirdilər. (yani gəmi kapitanı) Dedi:

– Al bu bir kisə qızılı, oğlanı nə tər olur, olsun bunu bizdən ayır.

Kavdan paşa dedi:

– Bir adam üldürməh, bütün dünyoyu qırmağ deməhdi. Bu nədi buna gürə adam üldürəm, üldürmüyəjəm.

Şəmli dedi:

– Ayə, bir belə yenə artırajam.

– Mən üldürmiyəjəm, amma dəryada qoyuf gedə bilərəm.

Gəmi dəryanın ortasına yaxınlaşan vaxtı, əylədi gəmiyi. Bir fırıldağ gəzer. Dedi:

– Ay İvrahim, sən layıxlı oğlansan, sana tay burda adam yoxdu gəl, bu balaca gəmiyə otur, sür get.

İbrahimi balaca gəmiyə oturtdu. İşarə eylədi, büyük gəmi tərpənən vaxtı, kəndiri kəsdi, gəmilər aralandı. Qalır İbrahim təhcə. O tərəfdən də Səkinə qışqırer.

Gütürüf İbrahim gürəh burda nə dedi, biz deyəh, siz şad olun.

Səlvi boylum mələkzada,

Gəmim də qaldı dəryada.

İlqar, iman vermə yada

Gəmim də qaldı dəryada.

Ordan qız tərpəner.

Başımdı cəllad əlində,

Qoymurlar düşəm dəryaya.

Kəlmeyi-şəhadət dilimdə,

Qoymurlar düşəm dəryaya.

Alır İvrahim:

Taxta nəzik, dərya dərin,

Əsər yellər sərin-sərin.

Zatdırginən vay xəbərin,

Qardaşın qaldı dəryada.

O vaxt qız cavab verer:


Qolumnan tutuf haramı,

Hər yerdən kəsib zaramı.

Bağlayan yoxdu yaramı.

Qoymurlar düşəm dəryaya.

Aler İvrahim:

Yalvareram bir Allaha,

Qeyri əlac yoxdu daha.

Gedən olsan Aslan şaha,

İvrahım qaldı dəryada.

Qız nə deyir:

Güylərə ucalar ahım,

Küməy eylə, qadir şahım.

Səkinə deyir can, İvrahim,

Qoymurlar düşəm dəryaya.

Gəmi aralaner. Yoluna düşüf geder.

İnsan nə qədər olsa, Allahı yaddan zıxartmamalıdı. İbrahim nə təhər olursa, yuxuya geder. Bir odur ki, ayılanda gürür xarıltı gəler. Qayıx qırağa zıxıf, üzü də haldan tüşmüşdü. O, bir zovana irast gəldi. Dedi:

– Salamin əleykum, qardaş, ajdığım var.

Allah verənnən zovan İbrahimi yedirtdi. Axırda dedi:

– Maa zovannıx eliyərsənmi, yanı yoldaşdıq?

İbrahim:


– İnşallah, eyliyərəm.

Bəli, İbrahim zovannığa başdeyir, qoyun güdür. Ağası da qoyun sahabi varrı-düvlət adamdı. İbrahim qoyun güdürdü. Bir gün ağasına dedi:

– Ağa, maa paltar, palaz lazımdı. Əyağım-başım tükülüf.

Ağası:


– Ayə, yekə kişisən, hələ yeni ayların düzəlif.

Bu süz İbrahimin xətrinə dəydi. İbrahim dənizin kənarınnan gedən vaxtı baxdı ki, heş kim yoxdu. Gütürdü “Quba kərəmi” havasına gürəh üz-üzünə nə dedi!


Dərya kənarında yalqız qalmışam,

Dərdimi deməyə sirdaş bulunmaz.

Ağlamaq istərəm cani qəlibdən,

Güzüm də quruyuf, bir yaş dayanmaz.


Əyax yorğun, bədən zəif nə zarə,

Dalğa vurdu, su tulladı kənara.

Yalnız sərkərdəyəm tamam avara,

Xeyir-şər bulmağa yoldaş bulunmaz.


Ay İbrahim, sənin arzun dildəndi,

Arvadı taparsan, zünki eldəndi.

Qardaş atadandı, oğul beldəndi,

Oğul da taparsan, qardaş bulunmaz.

İbrahim güzü yaşdı heyvanın yanına gəldi. Ağası bir az in­safa gəldi. Arvadı dedi:

– Ay kişi, bu bezarə beş-altı aydı burda hərrəner, hez ol­masa buna bir xərşdih ver. Əyninə paltar alsın.

Kişi:

– Yox, pulum yoxdu.



Kişi bir az qoyunu qavağına qatıf İbrahimə deyir:

– Apar büları bazara sat. Əyninə paltar al.

İbrahim bunları bazara yeni gətirmişdi ki, sizə kimdən de­yim Şəmli Zufutdan. Dəryadan zıxan kimi, dəryanın kənarın­da üz mərtəbə bir ev varıydı. Evi satın aldı. Aşağı aynaları ta­mam bağlayıf, Səkinə xanımı zıxartdı üzüncü mərtəviyə. Dedi:

– Səkinə xanım, sən maa əl vermeyincə burda qalajaxsan.

Səkinə də şərt qoyor ki, İbrahimin qannı küynəyini gətirme­yincə, maa əlin dəymiyəjəh.

Bu düşüf İbrahim gəzer, Səkinə də üz işində, İbrahim də bazarda heyvan sater. Şəmli Qara Zufut gəldi, gürdü ayə, İvrahim budu haa qabağında. On-on beş heyvan. Yüyürdü bir qəssavın qavağına. Dedi:

– Ayə, heyvanın biri nezəyədi?

– On manat.

– Ala, əlli manatdan al. Bax bu da bir kisə qızıl. Onun hey­vanını al, başını da kəsif küynəyini maa gəti.

Qəssaf gəlif İvrahimə dedi:

– Oğul, heyvan nezəyədi?

– Beş manat.

– Gəl bu altı manatı.

Heyvanları qabağına qatıf bir dama gətirdi. Zıxmaq istə­yən­də qəssaf:

– Dayan sənin kəllən gedəjəh.

İbrahim:


Qəssab qardaş, sən allahı sevərsən,

Üldürmə xudaya bağışla məni... – həmən qəvirsannıxda haramılara dediyi süzü burda da qəssava dedi.

Qəssabın buna yazığı gəler. Deyir:

– Ayə, küynəyini zıxart burdan cəhənnəm ol. Güzümə gü­rün­sən mənim də ülümümdü.

Küynəyini verer qoyunun birinin qanına bükür, aparer, Qara Şəmli Zufuta. İbrahim gedif bir az ayınnan-oyunnan alıf evə gedər. İbrahim dərya kənarınnan qaza-qaza haman imarətin qabağınan kezəndə Səkinə xanım onu gürüf zağırdı.

– Ay İbrahim, ay İbrahim.

İbrahim belə baxanda gürdü ki, Səkinədi.

– Ağız, ora nətər zıxem?

Səkinə xanım:

– O, beli qırılmışın nərdivanı var, gizdiyifdi.İndi get bir atdı qarışqa, bir də bir qulac ip al.

Atdı qarışqa dünya doludu, biruni tutdu ağzına da yağ sürtdü, başına da ip bağladı. Dedi:

– İndi neynim bunu.

– Burax onu yuxarı gəlsin.

İbrahim qarışqanı yuxarı buraxdıqcan ip də yuxarı zıxırdı. İbrahim ipnən yuxarı zıxdı. Bunnar elə bir-birinə təzə isnişmiş­dilər ki, Şəmli Qara Zufutun səsi gəldi:

– Səkinə, Səkinə, qanlı küynək gəlif.

Səkinə İbrahimin qolunu zəkdi.

– Ayə, ay vayına oturum, bə bu kimdi?

Qara Zufut İbrahimi burda gürəndə dəlicəsinə başına gü­zünə düyə-düyə üzünü yetirdi Aslan şahın yanına, üzünü odda­mağa başladı. Aslan şah dedi:

– Ayə, buna kim bu zülmü eliyif?

Qara Zufut:

– Bir aşıxdı, arvadımı əlimnən alıf, üzümü də bu günə salıf.

Şah:


– Hardadı?

– Bu saat fərraş gündər zağırtdır.

Fərraşdar getdilər Səkinə xanımnan İbrahimi gətirdilər. Allah güstərməsin İbrahimin üz-baş qıllanıb, (yani tüklənib) tanınmer. İbrahim qapıdan girən kimi qardaşını tanıdı. Bu mə­qam­da Aslan şah Səkinə xanıma dedi:

– Qız, sən bilmersənmi islamın nigahı nə deməkdi? Bu kişi nigahlı ərin ola-ola.

Səkinə dedi:

– Ey Misir şahı, olarmı üz bənd deyəm.

Bunu deyif Aslan şahın qarşısında diz zükdü:

Baş gütürüf əyağına gəlmişəm,

Əlac sana qalıf, Misirin xanı.

Mən səni üzümə qəmxar bilmişəm,

Əlaj sana qalıf, Misirin xanı.

Aslan şah:

– Ay bajı, sənin başına nə gəlifki belə zülümdəsən?

Səkinə xanım:

– Qulaq as şahım, qulaq as.

Tanımersan əsilimi, soyumu,

Seyraquflar gürəmmiyif boyumu.

Üzün üz əlinnən eylə toyumu,

Əlac sana qalıf, Msirin xanı.

Aslan şah:

– Kimi isteyirsən? Sənin ərin var, axı.

Səkinə:


– Yox, mənim ərim yoxdu, mənim nigahlım da o cavan oğlandı. Bu da bizə zorr eyliyir. Qulaq as birini də deyim.

Mən güllərin sonasıyam, qızıyam.

Məclislərin sühbətiyəm, sazıyam.

Dağıstanlı Sultan xanın qızıyam,

Əlac sana qalıf, Misirin xanı.

Aslan şah dedi:

– Şəmli Zufut bə niyə üzünü odduyuf yandırersan ki, bu mənim nigahlımdır.Hanı sənin nigah vərəqən? Gəti güstər, de­yən­də qız başdadı başına gələni başdan-ayağa Aslan şaha da­nış­mağa.

Aslan şah əmr eylədi Şəmli Zuğutun qollarını bağladılar. Sonra İvrahimə dedi:

– Oğul, sən cavan oğlan utanmersanmı qoja kişinin arva­dına güz dikirsən?

İbrahim dedi:

– Şahım, mənə ixtiyar verərsənmi danışem? Saznan deyəm, süznən yox.

Aslan şah:

– De, gürəh.

Onatan İbrahim başdadı. Elə bu vaxt Ziyad haramı tərkində qarı buruya gəldi zıxdı. Həmən zovan hansı ki, İbrahim onun 6 qoyununu otarıf o da gəlif. Zovan dedi:

– Ayə, mənim zobanımı niyə burda bağlamısan?

Ziyad haramı:

– Ayə, mənim oğlumu niyə burda bağleyifsan?

Onatan İvrahim başdadı:

Zülal şah oğluyduq biz iki qardaş,

Dilbilməz əlinə düşdüm, neyləyim.

Hərəmiz gütürdük bir qiymətli daş,

Dilbilməz əlinə düşdüm, neyləyim.

Aslan şahın başı hərləndi. Tappıltı ilə yerə yaxılan vaxtı Şəmli Qara Zufut zığırdı:

– Əyə, qoymayun bu padşahı da üldürdü, bu zox cadugərdi. Mənim başıma nə oyun azmışdı bu.

Onatan şah dikəldi:

– Oğul, oğul, sonra nə oldu, süzünü davam elə.

İbrahim:

– Qulaq as.

O ki, mən yoruluf günbəzdə qaldım,

Zəkilməz əzaba, ağrıya daldım,

Ziyad haramıya mən evlad oldum,

Dilbilməz əlinə düşdüm, neyləyim.

Ziyad haramı:

– Hə, bax budu, məzarlıqdan tafdım, apardım. Ayə, oğul, bir danış gürüm sonra başına nə gəldi.

İbrahim:

Üz aydı ki, səhralarda qışdadım,

Doqquz ay da halvazıda işdədim.

Axır zaman zobanlığa başdadım.

Dilbilməz əlinə düşdüm, neyləyim.

– Bax, həmən bu kişiyə zobanlıx eləmişəm. Filan qədər də heyvanını satmışam.

Aslan şah:

– Oğul, üzgə başına nə gəldi?

İbrahim:

Gejə-gündüz dua etdim xudaya,

Düşdüm qəribliyə, düşdüm səhraya.

Gavdan paşa atdı məni dəryaya,

Dilbilməz əlinə düşdüm, neyləyim.

Şah:


– Ayə, Gavidan paşa kimdi?

– Filankəs.

Tez fərraşdar gedif Gavidan paşıyı gətdilər. Şah:

– Ayə, sana tafşırılmışdımı İbrahim adında bir qərif gəlsə, pulsuz kezir?

– Hə, tafşırılıf.

– Bə niyə sən bunu suya tulluyufsan?

– Adını maa demədi.

Şah əmr verdi Gavidan paşanın qollarını bağladılar.

Şah dedi:

– Oğul, de gürüm sən kimsən?

İbrahim dedi:

– Qulaq as.

Başına dolanım, bəziryan başı,

Indi bu divanda olma sən naşı.

İbrahiməm Aslan şahın qardaşıdı,

Dilbilməz əlinə düşdüm, neyləyim.

Bəli, Aslan şahın güstərişiynən İbrahimi gütürürlər hama­ma, hamamnan gələnnən sonra Aslan şah İbrahimə dedi:

– İndi oğul, bir-bir danış sana pislik edənnərdən, hürmət edənnərdən.

Halvazı Musanı da gətirdilər, o qəssabı da gətirdilər, bunu üldürməyən Ziyad haramı da gəldi, Zovan da gəldi. Hamsının nə istəyi vardı Aslan şah yerinə yetirdi. Qara Zufutu da zobana verdi ki, aparıf qoyunnarını otarsın.

Bəli, Aslan üzünə gəlif, İbrahimlə birləşənnən sonra dedi:

– İbrahim, otur mənim taxtı-tacımı idarə eylə. Mən getdim.

– Harıya?

– Hürnüsüyü gətirməyə.

Aslan şah səksən nəfərlik ləşgərnən atdaner, aralaner. Hey­rata gəler zıxer. Soruşa-soruşa Hürnisə xanımın qapısına gəldi. Atın üstündə duranda Hürnisə mat qaldı ki, İbrahim gəldi. Zox oxşuyurdular bir-birlərinə. Bu vaxt Hürnisə xanımın sinəsi coş­du. Qaşdı qavağına:

Başına dolanım oğlan,

Oğlan, xoş gəldin, xoş gəldin.

Yolunda qoymuşam baş-can,

Oğlan, xoş gəldin, xoş gəldin.

Aslan şah gürdü ki, qız bunu səhv salıf. Odu ki, gütürdü qıza gürək nə dedi:

Başına dolanım, güzəl,

Ay qız, yarın mən düyüləm.

Əsər yellər, tükər xəzəl,

Ay qız, yarın mən düyüləm.

Hürnisə dedi, bu yığvalı qaranın oğlunun haman xasiyyətidi. Kezən dəfə də belə dedi:

Mən ağlaram yana-yana,

Dərdinnən oldum divana.

Sən getmişdin Dağıstana,

Oğlan, xoş gəldin, xoş gəldin.

Aslan şah:

Qan ağlarsan, qələm qaşnan,

Tor qurarsan siyah saznan.

Zox gəzifsən yaşıl başnan,

Ay qız, yarın mən deyiləm.

Hürnisə:


Bilmərəm hardan gələrsən,

Bağrımın başın dələrsən.

Həlvət dərdimi bilərsən,

Oğlan, xoş gəldin, xoş gəldin.

Aslan şah:

Qaşun mənim yar-yoldaşım,

Zox bəlalar zəhdi başım.

Yarın İbrahim qardaşım,

Ay qız, yarın mən düyüləm.

Hürnisə:


Hürnisəyəm, dərdli başım,

Zox axıdıf güzdən yaşım.

Həm qaynımsan, həm qardaşım,

Oğlan, xoş gəldin, xoş gəldin.

Aslan şah:

Aslan şaham, vardı gücüm,

Belimdə misri qılıncım.
Həm yengəmsən, həm də bacım,

Ay qız, yarın mən düyüləm.

Süz cavabı tamam olur. Aslan şah Fətəli xanın yanına gedif diləy eliyer, Hürnisə xanımı kecavəyə mindirif Misirə gətirer. Aslan şah elan verir Səkineyi üzünə, Hürniseyi də İvrahıma kəbin, nigah eyliyir.

Savaxlarınız xeyrə azılsın. Aslan şah dedi:

– Qardaş, babamızın yurduna getməmiş hər şey bizə haram­dı.

Ordan qayıdellar Zülal şahın yurduna. Gəlif gürürlər Zülal şah xəstələnif. Haman qadın Zülal şahın başına oyunnar azıf. Qadını ortadan gütürürlər. Biri Rey şəhərində, biri də Misirdə padşah oldu. Ümürləri boyu yaşadılar. Güydən üz alma tüşdü. Biri mənim, biri nağılı deyənin, biri də Aşığ Aslanın.


Yüklə 3,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə