Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 3,33 Mb.
səhifə12/15
tarix28.06.2018
ölçüsü3,33 Mb.
#52123
1   ...   7   8   9   10   11   12   13   14   15

Haşiyə: İrəhmətdik, aşıx Sadıx süylüyürdü ku, Pəri xanım bir gejə məzərstannıxda qalıf, ona gürə süzün son bəndində “Məzar sandıx” deyir. Məzarlıxdan sonra gəlif palıd ağacını tapıf, onun koyuşunda yatıf, sora ağaca zıxıf, vəhşilərdən qorunuf. Rəhmətdik ustad belə də izah eliyirdi.

Alı xan dedi:

Qara Vəzir, gəl bunu gütürüf aparax, yazıxdı. Orda qara­başdarın arasında dolanar, baxarıx əslini-zatını üyrənərik. Yaxşı adam olar saxlıyarıx, olmaz da ki, bir qadındı buraxarıx getsin, üzü də taleyini tapsın.

Vəzir dedi:

– Yox, bu hükmən mənim ühdəmə kezməlidi.

Alı xan dedi:

– Xeyir, hez kimin də ühdəsinə kezmiyəjək. Bu qızı aparıf xannıxda kənizdərin arasında saxlıyajıyıx.

Elə də gütürdülər Pəri xanımı. Gəlhagəl, gəlif Alı xanın iqa­mət­gahına zatdılar. Pəri xanımı da bir kənarda tüşürdülər. Kəniz­dər tüküldülər, Pəri xanımı apardılar. Yarasını yüyüf sarı­dılar, zimiz­dirdilər. Geyindirif bəzədilər. Allah, Allah, dün­yədə nələr yaradıf­san, Allah sən nələrə qadirsən?! Sən nələrə qadir­sən­miş! Pəri xanı­mın boyuna baxan, buxununa baxan, güzəlli­yinə ayıl-mayıl oluf ta­maşa eliyən, bir süznən bu sarayda kim var hamı mat-mətəl qalıf.

Alı xan Pəri xanımı bu qiyafədə, bu yaraşıxda gürəndə güs­təriş verdi, əmr elədi:

– Bu gün mənim toyum olmalıdı.

Qara Vəzir dedi:

– Əyə, yekə kişisən, nə sənin toyun olmalıdı. Axı biz ara­mızda ilqar kezirmişdik, bunun yarısı mənimdi, yarsı sənindi.

Alı xan dedi:

– Ay Vəzir, doğrudu, biz şərt kəsmişdik ki, nə tapsax yarı büləjiyik. Axı bu bülünəsi düylü, bu insandı, insanı şaqqalamax olmaz. Gəl mən Pəri xanımın zəkisinin yarısı ağırlığında qızıl verim əl zək bu işdən.

Vəzir dedi:

– Yox, xan sağ olsun, əl zəkmiyəjəm.

Alı xan dedi:

– Gəl onda belə eliyək; qızı gətirək yanımıza, qız səni isti­yər sənnən, məni istiyər mənnən qalar. Hansımızı istəsə, onnan üylənər. Nə deyirsən?

Qara Vəzir irazı oldu bu şərtə. Qızı gətirdilər. Qızdan sual elədilər. Xanım, bu iki cavannan ikisinin də səndə güzü var, bun­­narın hansına gedərsən?

Pəri xanım hez bir zətinnik, tərəddüd zəkmədən Alı xanı güs­tərdi.

– Onnan başqası Misirin Sultanı da olsa hez kimə getmə­rəm. Mən onun ovuyam, ilk olaraq meşədə məni o tapdı. Mən onun qismətiyəm – dedi.

Bəli, bu münvalnan toy başdadı, qırx gün, qırx gejə Alı xan toy məclisi qurdu, onu üzünə arvad elədi.

Alı xannan Pəri xanım məhəbbətdərini bülüşməkdə olsun­nar, Allah təbərəkü-təla üz işini gürür. Günnər keşdi, aylar keş­di, doqquz ay, doqquz gün, doqquz sahatdan sonra Alı xannan Pəri xanımın bir cüt oğlu oldu. Uşaxları mamalar, dayalar bəsdiyif qırxları zıxan kimi, uşağın birinin adını Məhəmməd, o birinin adını Əhməd qoydular.

Günnər ütürdü, aylar-illər tamamlanerdi. Pəri xanım baş­dadı Alı xannan sərt davranmağa. Hər şeydən ütəri umu-küsü eləməyə. Alı xanın süzünə sərt cavaf verer. Alı xan dedi:

– Ay Pəri xanım, sən ki əvvəllər zox mülayim idin, irəf­tarın xoşuydu. İndi sana nə oldu ku, mənnən belə soyux danı­şersan?

Pəri xanım dedi:

– Alı xan, mən daşdan, kəsəkdən yaranmamışam. Mənim atam-anam, üyüm-eşiyim var, məmləkətim var, qardaşım var, qohum-əqrəbam var. Mən onnarı gürmək istiyirəm. İki ildi mən burda tusdax kimi qalmışam.

Pərinin belə deməyi Alı xana zox yer elədi. Üz-üzünə dedi:

– Əyə, insan da belə naşükür olarmı?

Oydu ku, üzünü Pəri xanıma tutuf dedi:

– Ay Pəri, sənin atan üyü Qannı meşədə palıd ağacının kovuğuydu. Mən sənin atan üyünü nə gürmüşəm ki, ora da gün­dərem. Bu sahat aparem səni hardan gütürmüşəm orya tullo­yom, ordan o yana harya istersən get. Mənim ayrı imkanım yoxdu.

Bu süzdən Pəri xanımın dili tutuldu. Nezə gün Pəri xanım nə Alı xannan, nə də heş kəsnən danışmadı. Günnərin bir günü Məhəmməd­nən Əhmədi nənnisinə qoyuf yırğalıyır. Alı xan üydə yoxdu. Həzin-həzin “Dübeyt” qaydasınnan Pəri xanım nə oxuyur, siz şad olun:

Bu qürbətdə mən yanıram,

Layla balam, layla balam.

Şirin cannan oysaneram,

Layla balam, layla balam.


Bu qürbətdə bağrım bişif,

Ağlamaxdan güzüm şişif.

Atam-anam yadma düşüf,

Layla balam, layla balam.

Bu vaxt Alı xan pəncərədən baxıf gürdü kü, Pəri xanım cüt ba­la­sını da qarşısına qoyuf, güzdərinnən abi-leysan tüküf hün­kürə-hünkürə ağlıyır. Dedi:

Şükür Allaha, Pərinin dili azılıf.

Pəri gütürür Alı xannan xavarsız süzün axırıncı bəndini gürək nejə oxuyur?

Pəri ağlar güzdən-qaşdan,

Ürəyim yaner ataşdan.

Məgər yarandımmı daşdan,

Layla balam, layla balam.

Alı xan izəri girif Pəri xanıma qoşuluf bir hünkürtü başda­dılar ki, gəl gürəsən.

– Ay Pəri, mən indiyətən bilmerdim, doğrudan da başa tüş­mürdüm. Amba indi başa tüşdüm. Savaxdan səni gündərerəm ateyan vilayətinə, gedə bilərsən.

Səhər azıldı, savaxlarınız həməşə xeyirlığa azılsın. Alı xan güs­təriş verdi, qəflə-qatır nizamlandı. Hər tərəfə hay tüşdü. Yol təda­rükü hazırrandı. Üz dəvə, dəvənin belində kəcavə; biri Mə­həm­mədə, biri Əhmədə, biri də Pəri xanıma. Ancax kim aparjax, kim yolzu olajax? Alı xan Pəri xanımı kimə tafşırasıdı? Düzə bilmiyif bu ayrılığa Alı xan “Qarazı” havasınnan gürək nə deyəjək, siz şad olun:

Başına dündüyüm, alagüz Pərim,

Pərim, sən gedərsən, hazan gələrsən?

Sana qurvan olsun canımnan, sərim,

Pərim, sən gedərsən, hazan gələrsən?

Pəri güzdərinin yaşını saxlıya bilmer.

Başına dündüyüm, qurvan olduğum,

Yarım, gedərgiyəm, yenə gələrəm.

Zay olmasın ağlın, huşun, kamalın,

Yarım, gedərgiyəm, yenə gələrəm.

Aldı Alı xan:

Sizin yerlər baxzalımı, bağlımı,

Sinəm üstü düyünnümü, dağlımı?

Əmanət verirəm bir cüt oğlumu.

Pərim, gedərgisən, hazan gələrsən?

Aler Pəri:

Uca dağdan cada yollar aşıfdı,

Bu qürbətdə mənim bağrım bişifdi.

Atam-anam yaman yada düşüfdü,

Yarım, gedərgiyəm, yenə gələrəm.

Aldı Alı xan:

Alı xan deyərlər mənim adıma,

Darda qalsam qırxlar yetər dadıma.

Hər bir zaman Pərim düşər yadıma,

Pərim, gedərgisən hazan gələrsən?

Aldı gürək Pəri xanım cavabında nə dedi:

Pəri vədə verdi sana yüz ilə,

Güz yaşlarım ağ üzümə süzülə.

Məni tafşırıfsan Qara Vəzirə,

Yarım, gedərgiyəm, yenə gələrəm.

Alı xan Pərinin kəcavəsini Qara Vəzirə tafşırmışdı. Doğru­du, o vaxtlar Vəzirin güzü Pəri xanımdaydı. Ancax Pəri xanım­nan Alı xan ailə quruf ər-arvad olannan sonra Qara Vəzir üzünü elə güstərmişdi ki, elə bil Pəri xanım bunun ən əziz bajısı, ən istəkli qardaşı arvadıdı. Onzun da Alı xan Pəriynən uşaxlarını ona etibar eliyif yola salerdı.

Bəli, barxanalar yükləndi, dəvələr yükün gütürdü, yol azu­qəsi, yimək-izmək, uşaxların geyim-kejimi hamısı hazır oldu. Qara Vəzirin rəhbərliyinnən səksən nəfər də kəcaviyə qoşuluf yola tüşdülər. Gəlhagəl, gəlhagəl, günə bir mənzil, teyyi-mənazil axşam tərəfi gəlif zatdılar o qannı meşə deyilən yerə. O meşəyə ki, Pəri xanımı Alı xan ordan tapmışdı. Meşə də bir vers düylü, iki vers düylü, yüz verslərnən ülzülən qannı-qadalı bir meşədi. Ona gürə də burya həm “qarannıx meşə”, həm də “qannı meşə” deyirdilər. Ala­cıxlar azıldı, zadırrar quruldu. Axşam yiməyini, yəni şam yeməyini yedilər, uzanan uzandı, dincələn dincəldi. Keşik zəkənnər zadır­rarın həndəvərində keşik zəkməkdə. Qara Vəzir keşikzilərə dedi:

– Gedin siz də yıxılın yatın. Hələ üz torpağımızdayıx, bizə burda dəyif-dolaşan olmaz. Mən ayıx olajam, bir şey olsa hamınızı oyadaram.

Pəri xanımın zadırı düşərgənin ortasında qurulmuşdu. Qara Vəzir bütün keşikziləri yatırtdı. Gejənin bir aləminə kimi nəzarət elədi. Gürdü ki, daha hamı yatıf. Bu fursatdan istifadə eliyif üzünü xəlvətcə Pəri xanımın zadırına verdi. Pəri xanım izəridə hənirti duyuf yuxudan ayıldı. Gürdü kü, izəri girən Qara Vəzirdi. Dedi:

– Vəzir, nə gəzersən mənim zadırımda, sənin burda nə işin var?

Vəzir dedi:

– Pəri xanım, yadındadımı, Alı xannan aramızda şərtimiz va­rıydı. Biz onda oya zıxmışdıq, şərtləşmişdik ki, əlimizə nə kezsə yarı büləjiyik. Alı xannan aramızda olan mübahisələrimiz də yaqın ki, yadındadı. Onda sən Alı xana qismət oldun. Bular yadındadımı?

Pəri xanım dedi:

– Yadımdadı. İndi bunun mətləbə nə dəxli var. Mən Alı xanın kəbinni arvadıyam, gül kimi iki balamız var.

Qara Vəzir dedi:

– Hez elə şey yoxdu. Mən də mətləbimə zatmalıyam. Burda hez kim yoxdu, uşaxlar da şirin yuxudadı. Bu gejə mənnən olmalısan.

Pəri xanım dedi:

– Ay vəzir, Allahını istərsən etmə, eləmə, mənnən əl zək.

Vəzir dedi:

– Vallah iki dünya bir olsa da mənnən baş-başa olmalısan. Nə olur olsun, məqsədimə zatmalıyam.

Pəri dedi:

– Vəzir, əl zək bu qara niyyətinnən, bu iş baş tutan düylü. Mən Alı xanın namusuna ləkə gətirə bilmərəm.

– Yox, Pəri xanım, olajax. Əyər olmuyajansa, bu cüt balan­nan əlini üzməlisən.

Məhəmmədi gütürdü əlinə qılıncı zıxartdı. Dedi:

– Başını kəserəm, hə, ya yox?!

Pəri xanım dedi:

– Qulaq as.

Gütürdü “Yanıx Kərəmi” üsündə gürək nə dedi:

Vəzir, sən Allahı sevərsən,

Üldürmə oğlumu, aman günüdü.

Üldürüfnən mana zülüm edərsən,

Üldürmə oğlumu, aman günüdü.

Qara Vəzir dedi:

– Astadan danış, camahata səs salma bu saat üzərəm Mə­həm­mədin başını. Hə, ya yox!

Pəri xanım dedi:

– Yox!


Qılınc Məhəmmədin başını tulladı. Pəri xanım dəlilik həd­dinə gəlif zatmışdı. Gütürdü gürək nejə dedi:

Rəhm elə bağbana, pozdurma bağı,

Ana, ürəyinə gəl vurma dağı.

Əridi künlümün qalmadı yağı,

Üldürmə oğlumu, aman günüdü.

Qara Vəzir ikinci uşağı əlinə gütürür. Pəri xanıma dedi:

– Hə, ya yox!

Pəri xanım gənə gütürdü gürək nə dedi:

And izirəm mərd igidlər sərinə,

O qırxların, ərənnərin pirinə.

Qıya baxsam, səni salar dərinə,

Üldürmə oğlumu, aman günüdü.

Aldı gürək ağlıya-ağlıya Pəri nejə deyir. Allah tala sizdəri qəmnən-kədərdən azad eləsin, inşallah.

Mən Pəriyəm, həsrət qaldım beş günə,

Fələk kəmənd atdı ümrüm küşkünə.

Adı bəlli Məhəmmədin eşqinə,

Üldürmə oğlumu, aman günüdü.

Zalım Vəzir o birisi uşağın da başını üzdü. O yana baxanda gürdü uşaxların ikisinin də başı kəsilif. Vəzir gənə də əl zək­mədi. Güzünün qavağında iki uşağı üldürülən ananın namusuna təcavüz eləmək niyyətinnən əl zəkmədi. Beynava Pəri xanım gürdü ki, zalım Qara Vəzir bunnan əl zəkəsi düylü. Dedi:

– Qara Vəzir, tufanın dağılsın, iki balamı üldürdün, məni sındıra bilmədin, gürürəm ki, razı olmasam məni də üldürəjə­sən, səni fikrinnən daşındırmax müşgül məsələdi. Onda icazə ver su başına zıxem, yuyunum, yaxalanım gəlim.

Qara Vəzir dedi:

– Yox, icazə verə bilmərəm, qazajaxsan.

Pəri xanım dedi:

– Yox qazmaram, arxayın ol.

Qara Vəzir bu şərtnən irazı oldu ki, Pəri xanımın belinə bir kəndir bağlasın. Kəndirin bir ucunu da üz əlində saxlasın.

Pəri xanım aftafasını gütürüf bayıra zıxdı. Belində deyildiyi kimi kəndirin bir ucu bağlanmış şəkildə. Alazıxdan xeyli ara­lanan­nan sonra kəndiri belinnən azdı. Kəndirin ucunu bir ko­muya bağlıyıf “ya Allah”- deyif meşənin qalınlıxlarına üz tutdu.

Qara Vəzir bir az güzdədi, güzdədi, gürdü ki, qız gəlmer. İpi zəkməyə başdadı, bir şey hasil olmadı. Nə qədər dartdı güjü zatmadı. Dedi:

– Bu zalım qızı nə təhər mühkəm adamdı, nə qədər zəkerəm tərpənmer.

Bir az güzdədi, gürdü Pəri gənə gəlmer. İpin ujunnan tutuf getdi, gürdü Pəri xanım nə gəzer. İpin ujunu bir komuya bağlıyıf qazıf gedif. Qara Vəzir tez hay-haray saldı, qışqırdı, bağırdı. Başdadı güzətziləri süyüf-biyabır eləməyə. Harda ülmüşdünüz, hara baxerdiniz. İndi Alı xana nə cavaf verəjiyik? Hamı oyandı Qara Vəzir qışqırmağında, bağırmağında. Məxləs, savax azıldı. Pəri xanımın zadırına yaxınnaşıf gürdülər ki, izəridə hər iki kürpənin başı kəsilif, üzdəri də yan-yana uzanıf. Zadır al-qana boyanıf. Pəri xanım da yoxdu.

Qara Vəzir üzünnən uydura-uydura yalannan deyir ki, hara­mılar basqın elədilər, uşaxları üldürdülər, Pəri xanımı da gütürüf getdilər. Üzünü ərtistdiyə qoyuf başına-güzünə düyən Vəzir ya­lannan bir haray-həşir qopartmışdı ki, gəl gürəsən. Bunnar burda qalsınnar, gürək Pəri xanımın axrı nə oldu. Qarannıx meşədə, ayaxyalın, başıazıx qazan Pəri xanımın əyağını tikən, zükür haldan salmışdı. Baldırını-başını tikən cıra-cıra gürdü bir tərəfdə it hürür. Üzünü saldı bu it hürən tərəfə. Baxanda gürdü ku, bir komadı, komanın dürd yanında bir xeyli heyvandı. Heyvanın dürd yanında zovan itdəri yatışer. İtdər Pəri xanımın ayağının səsini duydular, başdadılar hürüşməyə. Səs-küyə sürünün zovanı ayıldı. Səs gələn tərəfə gələndə gürdü ki, yarı zırpax, yarı üryan, yarı geyimli bir qadındı. Gürdü elə bil hez bəni adam düylü, nəsə bu Hürüdümü, məleykədimi, nədi? Zovan tanımadığı qadı­nın üstünə tərəf, yanı səmtinə tərəf üz tutdu. Dedi:

– Ay bajı, ay bajı, sən kimsən, sən nəzisən, meşənin bu cəngəlliyində nə gəzersən?

Pəri xanım gürək zovanın sorğusuna nə cavaf verdi:

Nagah yerdən ürcah oldun,

İmdad elə mana, qardaş.

Mən fağırın bu günündə

İmdad elə mana, qardaş.

Zovan da nə olajax, zül adamıydı. Günü züldə, kolda kez­mişdi. Bir az da şairyanalığı varıydı. Gütürüf gürək Pəri xanıma nə cavaf verir, siz şad olun:

Nagah yerdən ürcah oldun,

Dərdin süylə mana, bacı.

Bəlkə bir əlac eliyəm,

Dərdin süylə mana, bacı.

Aler burda Pəri xanım, gürək nejə deer:

Mənim bu halım biləllər,

Əl azsam yaman güləllər.

İndi dalımcan gələllər,

İmdad elə mana, qardaş!

Zovan dedi:

– Ay bajı, qulas as.

Dərin dəryaya dalaram,

Canmı oddara salaram,

Sənin qisasın alaram,

Dərdin süylə mana, bacı.

Gütürür gənə Pəri xanım, gürək süzün mühürbəndini nejə deyir, eşidənnər sağ olsun.

Pəriyəm, yoxdu günahım,

Ərşə dayanıfdı ahım.

Bir Alı xandı pənahım,

İmdad eylə mana, qardaş!

Gütürdü yenə zovan gürək süzünü nejə tamamladı:

Nə gəzersən dağdan-dağa,

Canım yolunda sadağa.

Nə süzün var de Budağa,

Dərdin süylə mana, bacı.

Zünkü zovanın adı Budağıydı, onzün süzün tafşırmasında üz adını zəker.

Pəri xanım avaznan dediyini dilinnən də Budax zovana danışdı. Dedi:

– Ay zovan qardaş, mən də and izerəm ki, sana bajı olajam. Süzümüz, sirrimiz aramızda qalajax. Mənim namusumu bir qardaş kimi qoruyajağına süz ver.

– Ay bajı, Allah eşqina, sən nə danışersan, sən mənim bu gün­nən bajımsan ki, bajımsan. İndi sən burda dur hez haraya tərpənmə, sənin üstbaşın cırılıf, libasların ələ gələsi düylü, burda dur, gedem tezcənə nənəmin donunnan-doxzasınnan gütürüm gətirem.

Zovan süzü ağzınnan zıxan kimi gütürüldü kəndə sarı. Gəlif komalarına zatdı. Nənəsinin sandığını azıf ordan bir nezə ge­yinəcək gütürüf, Pəri xanımın yanına gəldi.

Pəri xanım Budax zovanın yanında gah qoyun qaytarer, gah quzu qaytarer.

Günnərin bir günü Budax zovan iki ayağını bir başmağa qoyuf dedi:

– Ay bajı, o ki, biz qardaş-bajı oldux, səni and vererəm o güzə­gürünməzə, başına nələr gəldiyini, buralara nejə gəlif zıx­dığını mana bir əməlli-başdı danış.

Zovan bu andı verəndə Pəri xanım durammadı. Dedi:

– Zovan qardaş, gürürəm zox üz vurorsan, süzünü yerə salmaram. Ancax dərdimi deməzdən qavax istiyirəm sinəmə gələn üz bənd süz var onu deyim, sora dərdimi nə ki var, sana danışacajam, inşallah!

Pəri xanım bu yerdə “Urfanı” havasına nə deer, siz nə eşidersiniz:

Başına dündüyüm, ay zovan qardaş,

Harda gürsən Alı xana de gəlsin.

Didəmnən tükərəm mən qanilən yaş,

Harda gürsən Alı xana de gəlsin.


Yaqın tanıyarsan gürcəyin onu,

Oddan küynəyi var, alovdan donu.

Yaxannan tutaram qiyamat günü.

Harda gürsən Alı xana de gəlsin.

– Ay bajı, başına dünüm, sənin dərdin nədi, Alı xan kimdi?

Dedi:


– Qulaq as!

Adım Pəri xanım, Alı xan butam,

Zərxi-fələk etdi mənə zox sitəm.

Qoymadı axırda murada zatam,

Mənsur kimi zəkdi dara, de gəlsin.

Harda gürsən Alı xana, de gəlsin.

Yazıx zovanın anası Pəri xanımın başına fır-fır firraner. Fikrinnən də kezirer ki, oğlumunkunu Allah yetirif üz əyağınnan belə bir gəlin zıxıf qarşımıza. Bunu dilə tutuf zovana ala bilsəm, zox yaxşı olar. Həm gəlnim olar, həm də vaxlı-vaxtında qoyunu-keziyi sağar, işimizi yüngülləşdirər. Bir müddətdən sonra da oğlum-ata, mən də nənə olaram. Qarı bu cür fikirrəşer. Amba Budax zovanın fikri ayrıdı. Zünkü Budax zovan Pəri xanıma “bajı”-deyif, süzünnən dünəsi düylü.

Pəri xanım ujunnan-qulağınnan başına gələnnəri zovana qan­dırdı ki, başıma belə-belə işdər gəlif. Budax zovan Pəri xanı­mın halına zox ajıdı. Ürəyində Tafdıxnan Qara Vəziri zox yamannadı.

Pəri xanım bir nezə gün Budax zovangildə qalası oldu. Am­ba gejənin bir aləmi fikirrəşdi ki, mən bularda nə qədər qala­sıyam. Yolu-irzi yoxluyuf bələtdəmişdi ertədən. Gejənin bir vax­tı pəncələri üstündə yavaş-yavaş Budax zovanın damınan zıxıf yola tüşdü. Gəlhagəl gəlif “Qarannıx meşə”nin qırağına zıxdı.

Sizə kimnən deyim Qara Vəzirdən. Qara vəzir geri qayıtdı; ahnan, vaynan, iki kürpənin meyidinnən. Üz-güzünə düyə-düyə Alı xanın yanında üzünü təmizə zıxartmaxdan ütəri Pəri xanımı yamannadı. Alı xanı inandırmağa zalışdı ki, bu işdəri Pəri xanım üzü türədif, uşaxların da meyitdərini zadırda qoyuf qazıf.

Uşaxları dəfn elədilər, üz, yeddi mərasimlərini verdilər. Alı xan Qara Vəziri yanına zağırıf dedi, livaslarımızı da dəyişək, baravar Pəri xanımı axtarmağa gedək. Belə də elədilər. Yola düşdülər. Zox axtardılar, zox soraxladılar, üzdərini o yan-bu yana zox vurdular. Pəridən əsər-əlamət gürmədilər. Elə bil yer yarılıf, Pəri xanım da yerə girmişdi. Harda ki, uşaxların başını Qara Vəzir kəsmişdi, orya gəlif zıxdılar. Vəzir dedi:

– Xan sağ olsun, haramılar burda gəlif uşaxların başını kə­sif. Əsgərrər də yatışmış, mən də onnara arxeyın oluf yatmışam, başımıza belə bir badbaxt iş gəldi.

Alı xan hələ uşaxlarının qanı qurumamış bu torpağı qox­la­dı, dünya başına fırrandı, güzdəri qaraldı. Üzünə gələndə gü­türdü gürək nejə dedi:

Qadir Allah, sən bilersən,

Nə müşgüldü işim mənim.

Ayrı düşdüm Pəri xanımnan,

Qovğalıdı başım mənim.

Gütürür birini də:

Əlimnən uzurtdum qazım,

Dərdimi dərtdərə yazım.

Gərək gedif qürbət gəzim,

Dərvişlikdi işim mənim.

Aldı gürək birini də:

Alı xan eylədi nəzir,

Yaradan üstümdə gəzir.

Boynun sınsın, Qara Vəzir,

İtirdin sirdaşım mənim.

Alı xan neynəsin, əlinnən nə gəler?

Bəli, gəlhagəl, Alı xan gəlif Budax zovanın komasına ya­xın­naşdı. Zünki həmən yolnan gəlmişdilər. Gəldilər Budax zo­vana zatdılar. Zovan buları zox layıxlı qarşıladı. Bir toğlu kəsdi, yedilər, izdilər, sühbət elədilər, o yannan, bu yannan danışdılar. Alı xan Budax zovannan Pəri xanımı soruşdu. Budax zovan Pərinin ona danışdıxlarını, üzü də bir aya kimi onnar da qal­dığını, sonra da gejənin bir aləmi qazıf getdiyini Alı xana olduğu kimi danışdı. Alı xan Budax zovanın didiklərini eşidif yola düşməkdə olsun, gürək Pəri xanımın halı nejə oldu, başına daha nələr gəldi?!

Pəri xanım zovannan ayrılannan sonra, səhər tezdən meşə­dən qırağa zıxdı. Gürdü bir yerdə tüstü gəler, bir kürpünün başında; baxdı gürdü kü, ojax yaner, ancax burda hez kim yoxdu. Kimlərsə gəlif burda ojax qalıyıf, biş-tüş eliyif, yiyif-izif təzəcə zıxıf gediflər. Üz-üzünə fikirrəşdi ki, yaqın burya gənə gəlif-gedən olajax. Gütürüf bir namə yazıf, gürək nə təhəri yazer, biz deyək, siz şad olun, inşallah.

Gələn bəzirgannar, gedən xocalar,

Bu naməni Alı xana yetirin.


Yatammıram ay qarannıx gejələr,

Bu naməni Alı xana yetirin.


Naməni yazanın şuxdu qələmi,

İmrandı dilləri, xoşdu kəlamı.

Oğlanlarmı qırdı gürvə haramı

Bu naməni Alı xana yetirin.


Dərdim əlli ikən, gəldi oldu yüz,

Biri həkim, biri loğman, biri siz.

Adım Pəri xanım, vətənim Bitliz,

Bu naməni Alı xana yetirin.

Ojax daşdarının hərəsini bir tərəfə tulladı. Məktuvu püküf daşın birinin altda qoydu. Ustatdar deerdi ki, Pəri xanım bir nezə gün qabax kağız-qələmi irast gəldiyi bir kəcavədən almışdı. Dərdini o kağıza yazıf daşın altına qoyur. Yoxsa meşənin ortasında Pəri xanım kağız-qələmi hardan alerdı? Bir ustad da deerdi ki, Pəri xanım ürək süzdərini kümürnən ağac qabığına yazmışdı. Bizə zatan odu ku, Pəri xanım belə bir süzü yazıf daşın altına qoydu, tərpəndi. Pəri xanım Budax zovanın yanında olan vaxtı saşdarını dəstəliyif qoyunun dərisinin izinə yığmışdı, papax kimi, üzünə də əl gəzdirmişdi, bir az qaraltmışdı. Elə bilsin kişi livası geyinmişdi.

Pəri xanım bu gürüntüdə, bu qiyafədə gəlif Bitlis şəhərinə zatdı. Düz atası Hajı Səyyadın qapısına gəldi. Hacı Səyyada baş əydi. Bəli, bunnan qavax Pəri xanım malikanələrinin qavağına gələn vaxtı Hajı Səyyadın zox yaman kəlfləri varıydı, yanı itdəri varıydı, bu itdər yerdə adamı, güydə quşu alerdı. Bir adam qapıya buraxmazdı. Ancax Pəri xanım dərvazadan izəri girəndə itdər ona hürə-hürə cumdularsa da, Pəri xanımı gürən kimi tanıyıf sakit­ləşdilər. Pəri xanım sevindiyinnən başını atası Hajı Sayyad ayağını qoyduğu piləkənin üstünə qoyuf yuxuya getdi. Pəri xanım burda yuxuya getməkdə olsun, Hajı Sayyad savax namazına qalxanda gürdü kü, aya, qapıda piləkənin ayağında bir adam yater, itdər də dürd tərəfini kəsif ona keşik zəkellər. Təpiyinnən vuruf qaldırdı:

– Əyə kimsən, burda niyə yatersan!

Dedi:


– Adım Əhmətdi, sana qurvan olom, eşitmişəm səxavətdi adamsan. Sürfəyin qırığınnan-süküyünnən yığıf, toyux-cücənə baxaram, kimsəsiz adamam, məni qabul elə.

Hajı Sayyadın buna yazığı gəldi. Dedi:

– Nə qədər künlün istiyir qal mənim yanımda, sən də bir qismət ruzunu taparsan inşallah.

Bu günnən Pəri xanım Əhməd adınnan ata mülkündə kişi livasında qalmaxda olsun sizə kimnən deyəjəm – Alı xannan. Alı xannan vəzir Budax zovanın komasında nahar eliyif qalxan kimi, Budax zovan da bulara qoşuldu. Üzünü anasına tutuf dedi:

– Ana, bu mal-qoyun bu günnən sana baxer. Mən getdim bajımı axtarmağa. Gəlhagəl, gəlhagəl, gəlif kürpü başınnan ke­zən vaxtı Qara Vəzir dedi ki, Alı xan, burda bir bəzirgan hürrəsi qayırax. Ocağı qaladılar, taveyi asmaxdan ütrü daş lazım gəldi. O daşı qaldırdılar, bu daşı qaldırdılar, daşın birini qal­dıranda Pəri xanımın məktuvu daşın birinin altınnan zıxdı. Alı xan başdadı məktuvu oxumağa.

– “Bu naməni Alı xana yetirin” – kəlməsini oxuyan kimi Alı xan yaqınlaşdırdı ki, məktuvu Pəri xanım yazıf, üzü də Bitliz şəhərinə gedif.

Dastanın bu yerini ustaddar belə də danışerdılar.

Alı xan, Qara Vəzir, bir də Budax zovan kürpü başına gə­ləndə gürüllər ki, bir nezə bəzirgan kürpü başında hürrə pişiril­lər. Bəzirgannardan biri daşın altınnan tapdığı məktubu oxuyur. Bu vaxt Alı xangil gəlif bəzirgannarın yanına zatanda bəzirgan həmən məktuvu oxuyur. Bəzirgan məktuvu oxuyuf qurtarannan sonra Alı xan gütürür belə deyir:

Başına dündüyüm, bəzirgan başı,

Bu naməni yazan xanım nejoldu?

Ayağına dəyməsin yolların daşı,

Bu naməni yazan xanım nejoldu?

Gütürür Bəzirgan gürək nə deyir:

Başına dündüyüm süvdəgar qardaş

Kağız mənə nagah yerdən tuş oldu.

Gürməmişəm yazan Pəri, ya mələk,

Kağız mənə nagah yerdən tuş oldu.

Gütürdü Alı xan:

Aləm bilir cannan-başdan bezaram,

Üzüm-üz üzümə fərman yazaram.

Pəri deyən bu dünyanı gəzərəm,

Bu kağızı yazan sonam nejoldu?

Bəzirgan deer:

Eşqin səməndini minif zapmışam,

Bənna oluf sınıx künül yapmışam.

Bu naməni daş altınnan tapmışam,

Nama mana nagah yerdən tuş oldu.

Gürək Alı xan nə dedi:

Alı xan deyərlər mənim adıma,

Pərvanə tək qovrulmuşam oduna.

Hər zaman düşəndə Pərim yadıma,

Bu kağızı yazan Pərim nejoldu?

Aldı Bəzirgan:

Yetişsin dadına Heydarı-Kərrar,

Yolunda qoymuşam malı-mülkü – var.

Sana qurvan olsun Saleh Süvdəgar,

Namə mana nagah yerdən tuş oldu.

Alı xangil bəzirgannarnan, süvdagarrarnan sağollaşıf ayrıl­dılar. Alı xan, Qara vəzir, Budax zovan dərviş livas başdadılar Bitlis şəhəri səmtinə yol aldılar. Gəlif Qaraman adında bir kəndə zatdılar. Kəndin qulağında iki mərtəvəli bir oda. Binanın külfi­rən­gisində bir güzəl xanım əyləşif. Qız gürdü kü, iki nəfər gəler. Qara vəzir dedi:

– Ay üy sahibi? Bizi qonağ alarsınızmı?

– Əyər Allah qonağısınızsa, alaram.

– Əlbətdə ki, Allah qonaxlarıyıx.

Xanımın adı Nərgiziydi. Nərgiz xanım qarabaşdarına, kə­niz­dərinə, nükərrərinə güstəriş verdi:

– Qonaxları qəbul eliyin, onnara hürmətnən yanaşın, yaxşı quluxlarında durun.

Nolajax, qonaxları qarşıladılar, qulluxlarında durdular, yedir­dif-izirtdilər. Oda verdilər. Yatıf durdular. Savaxlarınız xeyirlərə azılsın, sübh tezdən Alı xan eşiyə zıxıf yüyürəndə, Nərgiz xanım bunu gürdü. Gürdü ki, ilahi, bu nejə güzəl oğlandı? Mən neyleyim bunu burda əyliyim!

Nərgiz xanım qarabaşını zağırıf dedi:

– Ay qız, bu qızıl onnuğu apar o yuyunan dərvişə ver.

Qara Vəzirnən Budax zovan da üzdərini dərviş kimi güstər­mək­dən ütürü “Yarəb, məni ayırma Şahi Vəlidən, Yarəb, məni ayırma Həzrət Əlidən” – deyif qəsidə oxuyullar.

Nərgiz xanım bunnarın belə oxumaxlarını gürüf birə beş Alı xana vuruldu. Üz-üzünə dedi, ya rəbbim, mana nə büyük mər­həmət güstərifsən, mana belə bir cavan yetirifsən.

Qarabaş qızıl onnuğu gətirif Alı xana uzatdı. Alı xan dedi:

– Qız, biz pay alan dərvişdərdən düylük, pay verən dərviş­dərdənik. Apar qızılı sahıvına ver, mənim qızıla ehtiyacım yoxdu. Belə deyif civinnən bir oyuc qızıl zıxardıf qarabaşa verdi.

Onu da deyim ki, ortada şübhə yaranmasın deyə Nərgiz xanım iki dənə beşdik qızıl da vermişdi qaravaşa, birni Qara vəzirdən, birni də Budax zovannan ütəri. Qız beşdik qızılı Qara vəzirə uza­dan kimi, vəzir qızılı alıf da civinə qoydu. Budax zovan qızıl-mızıl gürməmişdi həyatı boyu. Qızılı gütürüf ağzına saldı, gürdü bərkdi, bir az dişinnən əzdi, gürdü dadı-duzu yoxdu. Üz-üzünə dedi:

– Nəyimə lazımdı, nə şəkərdi, nə nabatdı, nə qəntdi. Əzil­miş beşdiyi var gücünnən uzağa tulazdadı.

Nərgiz xanım işi belə gürüf üzü Alı xanın yanına gəldi. Dedi:

– Oğlan, bu gejə qonağım oldun, sizi yol adamı hesab elə­dim. Ancax sənə vurulmuşam, bu gejə də üzümün şəxsi qona­ğım olmalısan. Ürəyimə üz bənd süz gəlif, istərdim onu qəbul eliyəsən.

Alı xan dedi:

– Buyur, gürüm nə demək istiyirsən?

Nərgiz xanım dedi:

Qulaq as, gür nə dejəm:

İltimas eylərəm, ay Alı dərviş,

Gəl al məni, getmə bizim ellərdən.

Sən də mənim kimi eşq oduna düş,

Gəl al məni, getmə bizim ellərdən.

Alı xan:

İltimas eyləmə, ay Nərgiz xanım,

Gedərgiyəm, burda qala bilmərəm.

Axtareram soraq ala bilmerəm,

Gedərgiyəm burda qala bilmərəm.

Aldı Nərgiz xanım:

Mənəm bu yerlərin sultanı-xanı,

Tutmuşam dəstimdə gülü-reyhanı.

Mən səni severəm, sən də sev məni,

Gəl al məni, getmə bizim ellərdən.

Gütürür Alı xan, gürək nə deyir:

Mənim yarım geyər alı-qırmızı,

İşvəsi-qəmzəsi yandırer bizi.

Bağın bənüvşəsi, gülün nərgizi,

Onnan geyrisini dərə bilmərəm.

Mənim sevgilim var qala bilmərəm.

Gütürür Nərgiz xanım gürək daha nə deyir:

Sən mənim canımsan, canım cananım,

Sabahım-salatım, dinim, imanım,

Sana qurvan olsun bu Nərgiz xanım,

Gəl al məni, getmə bizim ellərdən.

Alı xan dedi:

– Ay xanım, ay xanım, qulaq as!

Leyliyə Məcnundu, Əsliyə-Kərəm,

Nolar yar camalın bir də mən gürəm.

Qadir Allah, sənnən mühlət istərəm,


Alıyam, Pərisiz can da vermərəm,

Gedərgiyəm, burda qala bilmərəm.

Süz cavabı tamam oluf, Alı xan Nərgiz xanımnan halallıx istiyif yola tüşdülər. Gəlhagəl, günə bir mənzil, teyyi-mənazil, gəlif zatdılar Bitlis şəhərinə. Bitlis şəhərində dərvişdər qapı-qapı gəzif hər qapıda qəsidə oxuya-oxuya gəzillər. Gəldilər bazar büyrünə zıxdılar. Buralarda hərrənellər, Hajı Səyyadın üyünü nejə tafsınnar, nejə bulsunnar?

Günnərin bir günü, Hajı Səyyadın üyünə bazarrıx lazım oldu. Hajı Səyyad pul zıxardıf Əhmədi zağırdı, pulu verdi, dedi:

– Bala, üyün bazarrığı tükənif, get yaxşı bir bazarrıx elə.

Pəri xanım Əhmət livasında bazara gəldi, hərrəndi. Bir də gürdü Ali dərviş, Qara vəzir, yanında da Budax zovan qəsidə deyə-deyə camahatdan pul alellar. Pəri xanım bazarrığını eliyif geri dündü. Evə gəldi. Üzünü Hajı Səyyada tutuf dedi:

– Baba.

Dedi:


– Bəli.

– Baba, sizdən bir süz soruşajam. Siz hürmətdi-izzətdi bir adamsınız, qonaxzıl adamsınız. Bayax bazarda üz nəfər dərviş gürdüm, elə güzəl oxuyullar adamın tükləri biz-biz olor. Nolar gətirəsən bu gecə onnar burda sühbət eliyə.

Hajı Səyyad dedi:

– Oğul, o dərvişdəri tanıyırsanmı?

Əhməd dedi:

– Bəli, bazarda filankəsin karvansarasında dayanıflar.

– Oğul, get onnarı təklif elə, bu gecə gəlsinnər bizə sühbət eləsinnər.

Pəri xanım, yanı Əhməd bazara gəldi. Hərrəndi bazarın ağ­zın­da Qara vəziri, Budax zovanı, Alı xanı gürdü. Baş əydi, əl­lərini sinəsinə qoydu. Dedi:

– Ağa dərvişdər, sizin qəminiz az olsun, dərdiniz az olsun, kefiniz saz olsun. Mənim ağam istiyir ki, siz bu gejə onun qo­nağı olasınız.

– Sizin ağanız kimdi?

– Gedəndə gürərsiniz.

Əhmədin arxasıncan (yanı Pəri xanımın) Alı xan, Qara vəzir bir də Budax zovan gəlif Hajı Səyyadın malikanəsinə zatdılar. Bunnarı qonağ otağına yerrəşdirdilər. Alı xan elə güzəl səsnən qəzəllər oxuyur ku, meyillər azer, künüllər oxşuyur, dini sühbətdər eliyir. Eşidənnər mat qaler bunun danışığına, oxu­masına. Alı xan üzü nurlu peyğəmbərimizdən, Dədə Qor­qud­dan, Müvlanadan, Yunis Əmrədən elə sühbətdər eliyir ki, elə bil bu onnarın üzüdü. Camahat ayıl-mayıl oluf bunun sühbətdərinnən. Xalxın ağzı azıx qalıf. Məclisə cümlə-aləm toplaşıf. Gejənin bir müddətinə kimi Alı xan danışdı, oxudu, milləti feyziyab elədi. Süzünü-sühbətini yekunnaşdırmax istədi, dedi:

– Sizin izinizdən də bir danışan, dinnən, şəriyətdən danış­max istəyininiz yoxdumu?

Camahatın arasınnan Əhmət (yanı Pəri xanım) irəli zıxıf dedi:

– Mən danışmax istiyirəm. İxtiyar versəniz, bir sühbət də mən eliyərəm.

Alı xan dedi:

– Niyə olmor, zox güzəl olar.

Pəri xanım zox üzünü qavağa vermerdi. Həm də üz güzünü kü, müşəmbələmişdi, istəmerdi ki, camahat bunu yaxınnan gürüf iyrənsin.

İrəli gəldi, əlinə bir zuvvuğ alıf sinəsinə basdı gürək nə dedi:

Ay hazarat, hez güzdülər gürməsin,

Nə yaman olurmuş yaman ayrılıx.

Ülüm haxdı, bu dünyada insana,

Ülümnən də betər, aman, ayrılıx.
Dərdim bir dəryadı, künlüm bir ada,

Günbəgünnən artıf oldu ziyada.

Hərdən bir cüt balam düşəndə yada,

Ucalar başımnan duman, ayrılıx.

– deyəndə Alı xan şeşəltdi güzünü buna doğru.

– Əyə, sana qurvan olom, nəydi o oxuduğun? Birni də oxuynan.

Əhməd sonuncu bəndi deməzdən qavax Alı xan dedi:

– Ayə, o cüt bala dedin, nə dedin, mənim tufanımı niyə dağıtdın?!

Aldı gürək Əhməd nə deyir:

Əhməd gəlir bu meydanda durmağa,

Müjgan oxun şirin cana vurmağa.

Dünya bibəfadı, bir də gürməyə,

Gəlmer sağlığıma güman, ayrılıx.

Bəli, gejə başa zatdı, hərə bir tərəfə dağılışdı. Yatmaxda olsunnar. Savaxlarınız xeyrriyə azılsın, inşallah! Savax azıldı. Dərvişdərə gənə zürək, yemək gələn vaxtı, bu tərəfdən o, o tərəfdən bu – hamı izəri girer. Budax zovan dedi:

– Mən bajımı gəzerəm.

Alı xan dedi:

– Mənim itiyim var.

Qara vəzir dedi:

– Mənim də itiyim var.

Ancax Əhməd bunnara qulluğ eliyir. Alı xan dedi:

– Əhməd, qardaş, axşamkı süzünü bir də oxuyarsanmı? Mənim ciyarımı dağladı.

Əhməd dedi:

– Bu şərtnən oxuyaram ki, nə izəridən zıxanı, nə də eşdən gələni buraxmıyın zülə, hamı bir yerdə qalsın.

Hacı Səyyad dedi:

– Oğul, mənim bu üydə kimim var hamısı burdadı. Züvzəmdi burdadı, iki oğlumdu burdadı, nükər-qulluxzu, qaravaş – kim var hamsı burdadı.

Əhməd dedi:

– Nə olsun, izəri girəni buraxın gəlsin, zülə zıxanı buraxmıyın.

Belə deyəndə Budax zovan durdu qapının ağzını kəsdirdi. Eni-eninə, uzunu-uzununa – qapının ağzında durdu. Dedi:

– Mənim başım üstə, izəri girəni buraxajam, eşiyə zıxanı buraxmıyjam.

Alı xan dedi:

– Ay Əhməd qardaş, indi oxuya bilərsən ki?

Dedi:


– Oxuyaram, inşallah! Amma mənim fikrimə nəzər salın, məni yaxşı başa tüşün, gürün nə demək istiyirəm!

Axşam Hajı Səyyad dərvişdərin bir-bir adını soruşuf – Qara vəzir deyif Qara Muradam, Zovan deyif Budax zovanam, Alı xannan soruşanda deef ki,adım Nihan vəzirdi. Ancaq Pəri xanım gürdü kü, zovannan başqa ikisi də addarını dandılar. Gütürüf gürək burda nə dejək.

O zaman ki, zıxdın Vannan irağa,

Qatırlı, şuturlu, mayalı dərviş!

Dindirəndə kəlmə-kəlmə danışan,

Gəlinnən, qızdan da həyalı dərviş!


O zaman ki, zıxdım yollara Vannan,

Bu qürvət ellərdə mən oldum canuan.

Halımı xəvər al Budax zovannan,

O biler hər işi, əhvalı, dərviş!

Alı xan gənə təcüfləndi, dedi:

– Nə deer əyə, bu. Ə, zovan nəyi bilersən?

Zovan dedi:

– Qardaş, hez zad başa düşə bilmerəm, ancax deyəsən o düz danışer.

Başım qoydum astanada daşa da,

Rəhm edən olmadı güzdə yaşa da.

Mən də gürdüm bir qarannıx meşədə,

O sən itirdiyin maralı, dərviş!

– Ayə, sən nə danışersan, azıx de gürüm.

Dedi:


– Qulaq as, bir az səbrin olsun:
Zoxdu ürəyimin qəmi-azarı,

Güzümə gürünməz düyləti-varı.

Mənim üymü yıxdı Tafdıxnan, qarı,

Kəsdilər babamnan ilqarı, dərviş!


Fələk məni ağlatmışdı, güldürdü,

Ağladıban güz yaşımı sildirdi,

Qara vəzir bir cüt oğlum üldürdü,

İgidsənsə qana qan alı, dərviş.

Alı xan ildırım kimi ayağa durdu:

– Ay Əhməd, əyə, de gürək sən kimsən, buları hardan biler­sən.

– Qulaq as, gür mən kiməm:

Səhər-səhər zıxan dan ulduzuyam,

Şirin-şirin kavafların duzuyam.

Adım Pəri, Hacı Səyyad qızıyam,

İstərsən güstərim camalı, dərviş,

– deyif başınnan qarın-qarteyi, üzünnən suluğu zıxardanda pəri­şan tellər dağ şəlaləsi kimi ay üzünə dağıldı. Yaxşı baxın, mən Pəri xanımam – dedi.

Ama zovan qapının ağzını elə kəsif ki, zivin də kezə bil­məz.

Neynəmək lazımdı? Birinci Qara vəzirin payını vermək lazımdı. Elə də cəzasını verdilər, Qara vəziri iki şaqqa eliyif, bir şaqqasını imarətin bir tərəfinə, bir şaqqasını da o biri tərəfində hündürdə koraladılar22, qurda-quşa yem oldu. Qarıyı da verdilər Budax zovana. Dedilər zovan, du elə sana yarıyar, apar sürünün yan-yürəsində küpək əvəzinə bağlıyarsan. Budax zovan apar­madı qarıyı. Başına tək bir zomax vurdu. Onnan da canı zıxdı. Tafdığın da cəzası verildi, o da cəhənnəmə vasil oldu. Pəri üzü­nə gəlif, üz livasını geyif, gürək Alı xana nə dedi:

Uzax yoldan gələn dərviş,

Yoluna qurban mən olum.

Bircə danış tutu kimi,

Dilinə qurvan mən olum.

Yoxdu səntək bir mərdana,

Məni gətirmədin cana.

Sarılax boyun-boyuna

Boyuna qurban mən olum.


Kezif bu dağlardan aşax,

Cümlə cahanı dolaşax.

Pəri deyir, qucaxlaşax,

Belinə qurvan mən olum.

Bəli, iki sevgili bir-birinə qovuşdu. Hər kəs üz layiqli cəza­sını aldı. Hacı Səyyad Alı xannan Pəri xanıma qırx gün-qırx gecə toy elədi. Aşıx gəlif məclisi duvaqqapma ilə başa vurdu. Onnar uzun zaman yaşadılar, yenə də güzəl üyladdarı oldu. Dün­yadan kam aldılar, siz də kamınıza zatasınız.


Yüklə 3,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə