Яли Камали архивиндяки «Короьлу» дастанынын


PƏRİZAD XANIMIN ZƏNLİBELƏ GƏLMƏYİ



Yüklə 3,33 Mb.
səhifə14/15
tarix28.06.2018
ölçüsü3,33 Mb.
#52123
1   ...   7   8   9   10   11   12   13   14   15

PƏRİZAD XANIMIN ZƏNLİBELƏ GƏLMƏYİ
Bəli, əzizlərim, sizə hardan xavar verəjəm, Ağcaquzudan. O vaxt kı Əsmər qarı Ağcaquzuyu Hasan paşıya təhvil verdi, həmən günnən kürpüyü dayalara tafşırdılar. Dayalar ədəf-ərkannan buna qulluq eliyir, təmizdiyinə, yiməyinə, izməyinə fikir verer, nejə la­zım­dı. Bir süznən, xidmətində durordular. Vaxt gəldi, vədə yetişdi, camahatın uşağı aynan, ilnən büyü­yən­də Ağcaquzu sahatnan, günnən, həfteynən büyüyürdü.

Uşax gəlif yeddi yaşına zatmışdı, əmbə on beş, on altı yaş­dı­lar­dan sezilmerdi. Hasan paşa uşağın belə büyüməsinnən zox xoş­hal olmuşdu. Gejə-gündüz güzünü onun üstünnən zək­merdi. Nezə müəllim tutmuşdu, onun savadnı artırerdı. Nezə müəllim Ağcaqu­zuya qılınc oynatmax, at zapbax, güləş tutmax, suda üzmək, oddan tullanmax dərsdəri vererdilər. Bu elə bir uşağıydı ki, zehni Aflatun kimi kəserdi, ağlı-kamalı, qəddi-qaməti bir üzgə alamiydi. At zapanda atın belində min bir fənd iştədər, qılınc oynadanda qılıncınnan qığılcım zaxar, küşdü tu­tanda pəhlivanların dizini yerə gətirər, kotan əkdirərdi onnara. Belə bir oğlanıydı Ağcaquzu.

Ağcaquzu gəlif on beş yaşına yetişmişdi. Səsinin dəyişən, üzünün bozaran vaxtıydı. Bir gün mədrəsədən, dərsdən gələn vaxt, qızdar mədrəsəsinin qavağınnan kezəndə güzü ala güzdü, qələm qaşdı, uzun saşdı bir qıza sataşdı. Bir nezə gün bu qızın dərdinnən divanə kimi gəzdi. Nəsə hərriyif-fırrıyıf bir xəlvət yerdə qızın qarşısını kəsdi. Ürəyinin düyüntüsünü ona bildirdi.

Qız dedi:

– Ağcaquzu, mən sənin əmin Cəfər paşanın qızı Pərzad xanımam. Sən hez qəm eləmə, əmi qızıynan, əmoğlunun kəbini güydə kəsilif. Arxayın ola bilərsən ki, mən səninəm. Əmbə bir məsləhət eləmək istiyirəm sana. Eşitmişəm sənin hər bir elmnən savadın, bacarığın var, igidliyini, pəhlivanlığını da hamı süylü­yür. Bircə zatışmayan cəhətin odu ku, zadukarrığı bilmersən. Adam gərək hər şeydən xavardar olsun, bir də gürdün o da lazım oldu, nə bilmək olar?!

Ağcaquzu dedi:

– Əmi qızı, cadukarrıx nə olan şeydi ki, onu belə tərifli­­yir­sən?

Pərzad dedi:

– Əmoğlu, mənim elmim ondadı ki, mən cadının gücüynən züpü qələmə, sizanı toyuğa, adamı tülküyə, qızı güyərzinə zü­yürə bilerəm. İstiyirəm, sən də belə şeyləri üyrənəsən.

Qızın dedikləri Ağcaquzuya zox xoş gəldi, dedi:

– Əmi qızı, bə mənə buları kim üyrədə bilər?

Pərzad dedi:

– Mənim mollam belə şeylərdə zox mahirdi, əmimə de, səni ona tafşırsın, dalısınnan işin yoxdu.

Ağcaquzu Hasan paşanın hüzuruna gəldi, ədəfhan salam verdi.

Dedi:

– Bava, sənnən bir tavaqqım var, mümkünsə, məni də Pər­zad xanım oxuyan məktəvə gündər.



Bavası dedi:

– Əziz balam, mən səni elm ürgənməyə, sərkərdə olmağa layıx məktəbə qoymuşam, bu gün-sabah mən dünyadan küzən­nən sonra yerimdə sən qalajaxsan, bu boyda müəllimlər ki, sana dərs dedilər, fənd üyrətdilər, olar sana bəs eləmədimi, gedif də cadugünnük ürgənmək istiyirsən?

Ağcaquzu dedi:

– Bava, Pərzad deyir ki, adam gərək hər şeydən agah olsun. Mən də istiyirəm, hər şeyi bilim.

Hasan paşa irazılıx verdi, dedi:

– Məsləhət sənindi, mənim balam. Günü savaxdan gedərsən həmən məktəbə.

Bəli, savax azıldı, üstünüzə xeyirri savaxlar azılsın, əziz­də­rim, Ağcaquzu süyünə-süyünə gəlif Pərzadı tafdı, bavasının ira­zılığını bildirdi. Pərzad da bu işə zox süyündü, həmən günnən Ağcaquzu cadukərrik dərsi kezməyə başdadı.

Pərzad dərsdə Ağcaquzuya fikir vererdi, baxıf gürdü kü, bu hez cadukərriyə mayna qoymor (fikir vermer), fikri-zikri at zap­baxda, qılınc oynatmaxdadı.

Bir gün Pərzad Ağcaquzuya üz tutdu, dedi:

– Ağcaquzu, mən səni üzümnən zox istiyirəm, həyatda sən­nən yaxınım yoxdu. Gürürəm ki, sən bu cadukarrığa hez ürəy­nən girişmersən.

Ağcaquzu dedi:

– Yox, Pərzad, əmi qızı, səhvin var.

Pərzad dedi:

– Onda gəl üyrəndiklərimizi sınaxdan zıxartmaqdan ütəri atdarımızı minək, şəhərdən zıxaq.

Ağcaquzu dedi:

– Zıxax, sən deyən olsun!

Atdandılar, şəhərdən zıxıf bir meşənin ortasına zatdılar, gü­yənək, mənzərəli bir guşədə atdan tüşdülər. Bu arada Pərzad bir dua oxuyuf, alaqanat bir quşa dündü, uzdu getdi, qondu bir ağa­cın başına.

Həmən sehirdən birini də Ağcaquzu oxudu, bu da uzuf qondu onun yanına. Qız ağacdan enif, bu dəfə bir ayrı livasa tüşdü.

Ağcaquzu da eynən həmən livasa tüşdü. Pərzad bu dəfə doy­şan livasına tüşdü. Ağcaquzu bir qurd oluf doyşanın qava­ğını kəsdi. Pərzad bir sehr oxudu, pələng livasına girdi. Bu yerdə Ağcaquzu əciz qaldı. Pərzad baxdı, gürdü kü, Ağcaquzu onnan bajarmadı, dedi:

– Əmoğlu, mənim cadukarrığım sənnən üstün oldu. Bu gün­­nən sora sənnən mənimki tutmaz. Mən bu günnən uluyuf vəh­şilərə qoşuloram. Əgər məni üz sehrinnən əvvəlki halıma gə­tirə bilsən, səninəm, yox, bajarmasan məni də gürmüyəjəssən.

Pərzad bunu deyif, uluya-uluya heyvannara qoşuluf güzdən itdi.

Ağcaquzu kor-peşman şəhərə qayıtdı. Üz saraylarına zatar-zatmaz əmisi Cəfər paşa onnan Pərzad xanımı xavar aldı.

Ağcaquzu başına gələn əhvalatı nejə ki biz demişdik, eləjə də əmisinə nağıl elədi.

Cəfər paşa iki əlli başına düydü kün, “qız əlimnən getdi”.

Cəfər paşa zox gütür-qoy elədi ki, bu qızı kim qaytarsın, kim adam livasına salsın. Bu yannan da xavar zıxdı kı, bəs deməzsənmi, uşaxlara cadıkün dərsi üyrədən molla da dünyəsini dəyişif. Başqa yerlerdə də belə caduynan məşğul olan yoxuydu.

Ağcaquzu bu işdən zox məyus oldu, başını gütürüf eyvanın xəlvət bir guşəsində yuxuya getdi. Yuxuda baxıf gürdü kü, kim­sə bunu oyader. Güzünü azanda gürdü alzax boylu, enni kürəhli, nurani bir adamdı kı, vallahi güzünnən, üzünnən nur tükülür. Ağ­ca­quzu başını yuxarı qaldırdı, bu nurru sifətə baxdı. Kişi dedi:

– Salammeleyküm, oğul! Oğul, sən nə fikirnən yatmışdın?

Ağcaquzu dedi:

– Bava, Pərzad xanımın fikrinnən yatmışdım ki, bizi niyə bu günə qoydu?!

– Oğul, onu bil, yazıya pozu yoxdu, ilahi nə yazıf, onu gür­məliyik. Ona gürə də, al bu piyaləni nuş elə.

Ağcaquzu piyaleyi aldı, nuş elədi.

– Oğul, mən bu sağ əlimi sənin kürəyinə zəkif, qırx gün­nüyünə üz qüvvəmi sana vererəm. Qırx gün sənin güjünə Allah­dan başqa hez kəs üstün gəlif, səni yenə bilməz. Bu qırx gün ərzində gedif qoz Koroğluyu taparsan, o Koroğludan başqa sə­nin Pərzad xanımını sana zatdıran olmuyajax. İnşallah, murazına zatarsan, – deyif, həmən adam güzdən itdi.

Ağcaquzu atasının hüzuruna gəldi, dedi:

– Mehriban ata, mana ixtiyar ver, gedem Pərzad xanımı axtarıf tapem.

Hasan paşa dedi:

– Oğul, sən onu tapıf gətirə bilməzsən, zünkü o tilsimdədi, sənin də o tilsimə güjün zatmaz.

Ağcaquzu dedi:

– O ku icaza vermersən, onda mənnən sana oğul oldu yox­du. Mən bu günnən getdim Pərzad xanımı axtarmağa.

Ata dedi:

– Oğul, bil ki, mən sana ixtiyar vermerəm.

Ağcaquzu dedi:

– Mehriban ata, sənin sərvətinnən mənim payıma nə tüşərsə, verginən üzümnən aparıf gedem, pulnan da, qızılnan da olsa, mən onu alıf-tapıf gətirəjəm.

Atası dedi:

– Yox!


Ağcaquzu gənə də süzünnən dünmədi.

Axırda Hasan paşa baxdı gürdü, bu, inadınnan dünəsi şey düylü irazılıx verdi. Xəznədarı yanına zağırdı. Yeddi dəvə yükü var-düylət, qızıl, gümüş dolduruf, Ağcaquzuyu yola saldılar.

Ağcaquzu İstanbuldan üz tutdu Koroğlu deyən soraxlaş­ma­ğa. Orda Koroğlu, burda Koroğlu, bunu salğadılar Zənlibelə. Ağ­caquzu üz qoydu Zənlibelə.

Ağcaquzu yol gəlməkdə olsun, sizə deyem qoz Koroğludan. Ko­roğlunun haylı-haraylı vaxtıydı. Dəliləri hamısı başında cə­miydi. Ağalardan, paşalardan, bəzirganlardan, dəfələrnən Ha­san pa­şa­nın, Cəfər paşanın üzünnən baci-xarac almışdı, Zənlibelə zəkilmişdi.

Günnərin bir günü Qoz Koroğlu Cəfər paşanın Sərraf Zər­gülaf adında bir tacirini talan eliyif, onu qan izində Zənlibelə gə­tirif zıxartmışdı. Niyar xanım atası Cəfər paşanın tacirini bu kük­də gürüf, ürəyi zox qubarrandı.

Dedi:


– A Koroğlu, bu mənim bavamın ən yaxşı taciridi. Sənin insafın yoxuydumu, bunu bu günə salıfsan?! Varını-düvlətini alıfsan, üzünü niyə bu hala salıfsan?

Koroğlu dedi:

– Nejə yanı, mən iyidəm, qavağımnan iki dillənəni mən üz dəfə yumruxnan vuraram.

Niyar dedi:

– Ay Koroğlu, üzü türk olan, türkə bu divanı tutmaz, sən nə qansız adamıymışsan?

Koroğlu dedi:

– Onun paşası mənim atamın güzdərini oyduruf, mən nə təhəri onun tacirinnən hayıfımı almıyım?

Niyar xanım dedi:

– Atayın güzdərini Cəfər paşa zıxartdırıf, get hesavını da onnan zək, güjün yazıx-yuzuxlara nə yaxşı zater? Allah hası Allahdı, bu tacirin hayfını səndə qoysun. Səni ağam Əliyə taf­şıreram, qoy sənin hesavını o üzü zəksin.

Koroğlu qımışdı, dedi:

– Bu güjü-qüvvəti mana Əli üzü verif, üzü də bilər, sən onun işinə qarışma.

Niyar xanım dedi:

– Nə olar, bu mənim arzumdu, səni ona irast gələsən, sənin bir dərsini versin.

Koroğlu Niyarnan bu sühbətdən sonra Ağqayıya səmt gəldi ki, gorsün yolda-izdə gəlif gedən varmı? Ağqayıya yaxınnaşan­da gürdü kü, yolnan bir karvan gəler. Xeyli güzdədi, karvan laf yaxınnaşdı. Koroğlu dedi:

– Bir gedem gürüm bu, nə karvandı?

Qıratın ciloyunu yığışdırıf, alıcı quş kimi yəhərin üstünə sız­radı, ayaq üzəngiyə, diz qavırğaya üz qoydu karvana tərəf. Gürdü, karvanın qavağında bir cavan oğlandı, enni kürəhli, uca boylu, güzəl-güyzək, elə bilginən ağalığın pələ kalıdı, bığlarını həjəmət kürəsi kimi arxaya ütürüf.

Koroğlu dedi:

– Ay oğul, sən kimsən, hardan gəlersən?

– Əfəndim, mən zox uzaxdan gəlerəm. İstanbuldan gəle­rəm.

– O kün, İstanbuldan gəlersən, zəhmət zək atdan en, kəca­veyi yavaş-yavaş o gürdüyün Zənlibelə qaldırginən.

– A kişi, nəyə gürə kəcaveyi ora qaldırem, dədənə borcum­mu var?

Koroğlu bir dəli nərə zəkdi.

Ağcaquzu dedi:

– Əyə, uşax-zad ha qorxutmursan, nəyə bağırersan, bura ba­ğır­max yeridimi?

Koroğlu baxdı ki, oğlan zox zətin qayadı, dedi:

– Gəl əvvəl bunu bir saznan qandır.

Gütürdü gürək nə dedi:

İstanbuldan şikar düşdü əlimə,

Ver malını, qurtar canın, zəkil get!

Bulayaram səni qızıl qanına

Ver malını, qurtar canın, zəkil get!

– Ay qardaş, sən buranın qoruxzususan, yoxsa nəyisən, mən malımı sana niyə verif gederəm? O ku süz dedin, süzünə cavaf aleynan, gür mən nə derəm:

İki iyid bir-birinnən üzdəşər,

Baş getməmiş malım sana vermərəm!

Qılınc vurram, yaraların sızlaşar,

Baş getməmiş malım sana vermərəm!

Bu cavanın belə cavaf verməsi, Koroğlunun başınnan elə bil bır qazan qaynar su tükdü. Üz-üzünə dedi:

– Bu kimə cavaf qaytarer, bu kimnən danışer, bu, nə danı­şer, bu, nə danışer?

Koroğlu hirsdəndi, bir oyan, bir bu yana baxdı, beyqafil zəhm­nən Ağcaquzunun başına bir topbuz endirdi. Ağcaquzu top­buzun qavağına qalxan tutdu. Topbuz qalxana dəyən kimi toz du­man dürd tərəfi bürüdü. Toz yeri-güyü bürüyən kimi, Koroğlu dedi:

– Vay, bu cavanı nahax badbaxt elədim.

Toz aralanan kimi Koroğlu baxdı ki, oğlan dimdik qava­ğında duruf. Koroğlu baxdı gürdü bunun hez rəngi də qazmıyıf, güzdər od tutuf yaner, Koroğluyu hez adam yerinə də saymer. Oğlanın belə təpəri Koroğluyu qorxuya saldı, dedi:

– Gəl buna zatdır ki, ay zalım oğlu, qavağındakı tək düylü, onun dalında yeddi min yeddi yüz yetmiş yeddi dəli var. Odu ku, gütürdü sazını, gürək nə dedi:

İndi dəlilərim gələr qurd kimi,

İki güzün birdən olar dürd kimi,

Başın gedər, leşin qalar yurd kimi,

Ver malını, qurtar canın, zəkil get!

Ağcaquzu güzdərinin altınnan baxıf gürdü kü, qoruxcuyu ya­man qeyzə gətirif. Aldı dedi:

– A kişi, qulax as:

İgid gərək qürbət eldə atdana,

Qılınc vurram bu yer dünər bostana.

Yüz tülkü neyləyər bir ac asdana,

Baş getməmiş malım sənə vermərəm!

Koroğlu qeyzə gəldi, dedi:

– Əyə, bu nə daneşer, gəl buna qandır deynən, əyə, zalım oğlu, mən Koroğluyam axı! Aldı gürək Koroğlu nə dedi:

Koroğluyam, bu yerlərdə gəzərəm,

Uzaxdan, uzağa şikar süzərəm.

Dardıf bədəninnən başın üzərəm,

Ver malını, qurtar canın, zəkil get!

Ağcaquzu dedi:

– Əyə, bu səyaxlıyır deyəsən, Koroğlunun adından məni to­ra salmaxdı fikri. Bunun qavağınnan qorxmaq kişilikdən düylü.

Aldı Ağcaquzu:

Ağcaquzuyam, her yetənə enmərəm,

Müxənnətnən danışmaram, dinmərəm.

Mən hez səni ayax tozu sanmaram,

Baş getməmiş malım sana vermərəm,

Ağcaquzu elə ki dedi: “Mən hez səni ayax tozu sanmaram”, – bu süz Koroğluya yaman əsər elədi, istədi qılınca, əmuda əl atsın. Sonra əl saxladı, dedi, Allahın işini bilmək olmaz, deyə­sən, burda nəsə var. Ə1 saxladı. Dedi, qoy bunu bir yaxşı sına­yım. Dedi:

– Oğul, sən Koroğlu adı eşidifsənmi?

Ağcaquzu dedi:



  • Eşitmişəm! Koroğlunun adını eşidəndə güydə mələklər səyri­şir.

Koroğlu dedi:

– Oğul, o ku Koroğlu adı eşidifsən, bə niyə belə cavaf ve­rer­sən? Axı qarşında dayanan həmən Koroğlu mənəm.

Ağcaquzu dedi:

– Mən inanmeram sənin Koroğlu olmağına. Sən Koroğlu olmağını nəynən sübut eliyə bilərsən?

Koroğlu dedi:

– O ki inanmersan, qulaq as, gür Koroğlu bavan sana nə der:

İki ləkə bir məclisə gələndə,

O məclisin halı pərişan olar.

İki iyid bir məclisə girəndə

Bəzənər otaxlar alışan olar.


.. Odasına,

Odun gəti odasına

Namərdin başı batsın,

Üzü nədi, odası nə?!

Ağcaquzu dedi:

– Bəyim, bəyim, ləkə üzünü bilirsən, iyit məni?! Zünkü sən yetirən kimi, mənnən topbuz davasına gəldin, zorrux işlətdin. Sən üzün Koroğlu olduğunu deseydin, mən də sənin qarşında layaxsız süzdər işdətməzdim.

Koroğlu dedi:

– Oğul, gür hələ bir nələr eşidəjəksən.

Aldı gürək Koroğlu nə dedi:

Mərd iyidlər dolu badələr izər,

Dost yolunda şirin canından kezər.

Müxənnətlər dava günündə qazar,

Kolların dalında pəhlivan olar.
... Təmiz ada,

Dərya saxlar təmiz ada.

Yüz yerdən ləkə yaxsan,

Yaxılmaz təmiz ada.

Ağcaquzu dedi:

– Eyvallah, eyvallah, indi bildim, sən Koroğlusan. Deməli, sən mərtikinnən bu karvanı mənim əlimnən alıf aparmax istiyirdin, başıma da topbuz vurordun. Demerdinmi, bu, uşaxdı qorxar, büdüryər.

Koroğlu dedi:

– Qulax as, gür nə deyirəm.

Aldı Koroğlu:

Koroğluyam, haşa zəkmərəm mərddən,

Müxənnət iş əysiy olmaz nəmərddən.

Bir kezi canını qurtarsa qurddan,

Baxar buynuzuna kərkadan olar.
... Arxa sarı,

Bel gütür arxa sarı.

Mərd igiddən dost tut,

Üzünə arxa sarı.

Süz tamama yetdi. Koroğlu dedi:

– Oğul, olma sən canını mənnən qurtarmış sayersan. Doğ­ru­dan, mən Koroğluyam.

Ağcaquzu dedi:

– Sən Koroğlusansa, onda məni mənzilinə apar, əyər Koroğ­lu olmağını tasdıq eləməsən, mən dəvənin üstünnən tüşən düyləm. Üzü də sənin kimi yüzü gələ, mana güj gələ bilməz, mənnən badi-xərac ala bilməz.

Koroğlu dedi:

– Oğul, gürürəm, kiməsə sən arxeyinsan, onu hələ başa tüşə bilmerəm. Sür karvanını arxamca gedək.

Ağcaquzu Koroğlunun arxasıncan Zənlibelə sarı qalxdılar. Zənlibelə zatan kimi Niyar xanım həmeşəki kimi Koroğlunun qarşısına zıxdı. Baxdı gürdü, Koroğlu üzünnən bir oğlan gətirer, ilahi, bu cüssədə, bu güzəllikdə iyid bəlkə də hez Zənlibeldə də yoxdu. Elə bil qüdrət qələminnən yaranıf zalım oğlu. Dəvənin üstündə ağayana əyləşif, güzdər qayır-qayır qaynıyır.

Niyar xanım Koroğluya baxıf dedi:

– Koroğlu, bu kimdi?

Koroğlu dedi:

– Sənin əmin oğludu, Hasan paşanın oğludu.

Niyar xanım dedi:

– Elə şey olmaz.

Koroğlu dedi:

– Üzüdü ki, var. İndi tafşır tamam otaxlar bəzənsin, dəlilər hamısı cəm olsun.

Dəlilər tamam cəm oldular, yığıldılar.

Ağcaquzu gürdü kü, bu doğrudan da Koroğludu. Dəvədən endi, dedi:

– Ağa Koroğlu, bu yeddi dəvə yükü var-düvlət sənin, dəvə­lər sənin, ancax mən vacif bir iş üzün sənin əyağına gəlmişəm.

Ağcaquzu Pərzad xanım haqqında olan sühbəti Koroğluya nəql elədi. Koroğlu dedi:

– Oğul, qoy bu sirr qarnında qalsın, Niyar bilməsin, hez kə­sə hez şey demə. Men indi dəlilərdən bir nezəsini zağırajam. Gürək kim mənnən gedər. Üz günün izərisində sənin Pərzadını gətirdim gətirdim, gətirmədim mən Koroğluluğumu üstümnən gütürəjəm.

Koroğlu gütürdü gürək dəliləri nejə zağırdı:

De, atdansın qozaxlarım,

Başı-cannan kezən gəlsin.

Eyvaz xana canım qurvan,

Mərd əlinnən izən gəlsin.

Eyvaz xan badeyi başına zəkif Koroğlunun arxasına addadı, dedi:

– Ağa Koroğlu, noluf, mən həmeşə sənnən var deyləmmi, elə süz danışersan? Dəlilərin hamısının güzdəri azılıf, qulaxları şeşləndi; ayə, gürən burda nə var?

Onatan Koroğlu aldı gürək nə dedi:

Livasın polad geyənnər,

Donnuğun mənnən yeyənnər,

Adına dəli deyənlər,

Şirin cana qıyan gəlsin.

– deyəndə, Bəlli Əhmədnən, Halaypozan da Koroğluya tə­rəf addadı.

Gütürdü Koroğlu gürək nə dedi:

Gəzək dağları-daşdarı,

Sovluyax34 sərt qılışdarı,

Koroğlunun qardaşdarı,

Yağı bağrı pizən gəlsin.

Xan Eyvaz, Bəlli Əhməd, Halaypozan – üzü də Koroğlunun arxasında dayandılar. Dedilər:

– Koroğlu, nə olor-olsun, hara desən, getməyə hazırıx.

Koroğlu dedi:

– Əziz dəlilərim, mən istəsəm əmr verrəm, bütün dəlilər arxamca gələr. Əmbə bu əmr düylü, bu bir tilsim qırmaxdı. Ona da dürd nəfər kifayət eliyər.

Koroğlu Niyara sarı dünüf dedi:

– Niyar xanım, mən gələnəcən Dəmirzioğlu, Dəli Həsən burda başzı olar, bu mənnən gələn bu iyid də sərkərdə olar. O nə əmr versə, onun əmrinə əməl eləyərsiniz.

Koroğlu bunnarı deyif, atdara suvar oldular. Dürd nəfər dəli yola düşüf Ağqayıya zatanda, Eyvaz xan dedi:

– Ağa Koroğlu, başına qurvan olom, bir onca dayqalığına anam Niyar xanıma süzüm var.

Koroğlu dedi:

– Oğul, buyur.

Eyvaz xan alıcı quş kimi atını zapıf gəldi dayandı Niyar xanımın hüzurunda, dedi:

– Aneyi-mehriban, sən Koroğlunun ürəyinin təmizdiyinə baxma. Nə qədər olmasa, Ağcaquzu düşman oğludu, onu güzdən qoyma, bizi aldada bilər.

Niyar xanım dedi:

– Bala, bala, bu dərsi bavan Koroğlu mana gecə kezif. Arxeyınca zıxın gedin, hez şeyin fikrini zəkmiyin.

Eyvaz xan Niyar xanımın bu süzünnən sonra bir qədər ar­xe­yınnıx tafdı. Zaparax gəlif Ağqayada yoldaşlarına zatdı. "Ya Al­lah" – deyif yola düzəldilər. Az getdilər, zox getdilər, o dağa zat­dılar kı, Ağcaquzu o dağı salıx vermişdi. Pərzad xanım hası dağa zıxmışdı, asdannara qarışıf hası səmtə getmişdi, gəlif hə­mən yerə zıxdılar. Dağın ətəyinnən atdarı başdadılar dağ yuxarı sürməyə.

Sizə kimnən xəvər verem, Pərzad xanımnan. Pərzad xanım gürdü kü, dürd atdı gəler. Əmbə burya hez bəni insan əyağı dəymeyif. Dedi, gəl bunnarı yoxlamaxdan ütrü, bəni-insan oluf-olmadıxlarını bilməkdən ütrü bir iş az. Oydu ku, bir sehr elədi. Dağın düşündə bir bağ-bostan əmələ gəldi, gəl gürəsən. Qarpız, yemiş, gül-zizək gəl ki gürəsən!

Koroğlu baxdı gürdü kü, aya, bayax sıldırım olan qayaların yerində qarpız-yemiş pitif, qımışdı, güldü, dedi:

– Bizə atılan oxa bax.

Bu vaxtı Eyvaz, Bəlli Əhməd atdan sızraşdılar, cumdular bostana. Hası qarpızı kəsdilər dümappağ, hası yemişi kəsdilər zəhrimar, zəkkum, ağıza vurulası düylü.

Koroğlu dedi:

– Oğul, oğul, atdanın, siz bilin ki, biz burya caduya tüşmə­yə gəlməmişik, cadu pozmağa gəlmişik. Mənnən ayrı tüşmüyün, mənnən ayrı tüşsəniz, üzünüzü güdaza verərsiniz.

Bostanı yarıf kezən vaxtı Pərzad xanım başa tüşdü kü, bunnar insandılar, bunun dalınnan gəlellər. Pərzad bir heyvətdi şir donuna girif, qayanın üstündə oturdu. Koroğlu başa tüştü kü, həmən şir donunda qayanın başında oturan Pərzad xanımdı. Zünkü heyvan olan yaraxlı-yasaxlı adamları gürüf belə hərəkət eləməzdi. Belə məqamda vəhşi heyvan ya gərək adama hüjum zəksin, ya da qorxuf qazsın. Əmbə bu, şəstnən sinəsini də bunlara tutuf tamaşa eliyirdi. Koroğlu gürdü, hez bir əlac yoxdu, nə oxnan atılasıdı, nə də tora salınasıdı. Qayanın başına da kim zıxa bilər, üzü də tilsimli qayadı, odu ku, gütürdü gücü saza-süzə zatdı, gürək nə dedi:

Uca dağların başında,

Mən bir asdana uğradım.

Yedim, izdim düvran sürdüm,

Bağa-bostana uğradım.

Pərzad xanım tez silkindi. Aslan livasınnan zıxdı. Elə bil Mə­leykə kimi anırdan bəri boylandı. Bəri boylananda dağlar-daşdar bu güzəlliyə “afərin” dedi. Bu vaxt Pərzad xanımın yaxa­sını yel qaldırdı, nar məmələr güründü. Məmələr gürünəndə Koroğlu dedi:

– Əyə, bu zalım qızı nə qayırdığıdı. Gütürdü gürək nə dedi:

Bəridən gəl, güzəl, bəridən,

Ürəyimin yağın əridən.

Silkindi, zıxdı dəridən

Məməli məstana uğradım.

Bu süz Pərzad xanımın xoşuna gəlmədi. Dedi:

– Əyə, ağlına gələni süyləmə.

Koroğlu dedi:

– Mənim ağlım başımdadı, sən ağlını başına yığ, üst-başına fikir ver.

Pərzad xanım əyilif yaxasına baxanda gürdü, düz deyir, əy­nin­dəki paltarın yaxası təmiz azıxdı. Tez səhvini başa tüştü, xəjə­lətinnən ayrı livasa kezdi. Koroğlu gütürdü süzün davamını, gürək nə dedi:

Koroğlunun vardı adı,

Hey gəlir dadı-fəryadı.

Gürməmişəm büylə cadı,

Firəngistana uğradım.

Koroğlu gürdü kü, Pərzad xanım livasını dəyişdi, ancax anır­dan bəri bunnara yaxın gəldi.

Qız dedi:

– Qəhrəman oğlan, sənin fikrin dağlara, daşlara.

Koroğlu dedi:

– Xeyir, igid güzəl gürdü coşmalıdı, coşmasa, o, hez iyit düylü.

Gütürdü gürək daha nə dedi:

Uca dağların başında,

Ləbli-ləbli qar gürünər.

Mənim bu xəcil künlümə,

Ala güzlü yar gürünər.

Pərzad xanım dedi:

– Oğlan, bəyax mən sana dedim dilini zıldırratma, süzüyün əvvəlini-axırını bil. Bu dağın kəlləsində sənin künlün nə yar isti­yir? Okun yar xiyalına tüşüfsən, onda gərək sən bu yerdən sa­la­mat qayıtmıyasan. Ağlını başına topla, gür bir mən nə deyi­rəm, sən nə eşidersən.

Aldı Pərzad xanım:

Bağlar izində pencərəm,

Butağımda bar gürünər.

İndi səni mən sancaram,

Ətrafın şahmar gürünər.

– deyif, elə bir sehir oxudu ku, bütün dürt yanı ilan bürüdü. Hər tərəfdən ilannar üstərinə hücum zəkdi. Dəlilər bir-birinə qısılıf, əl­lə­ri qılıncın qəbzəsində titim-titim titrədilər. Koroğlu üzünü itir­mədi, dedi:

– Xanım, xanım, qulaq as:

Bilmədim yarın fəndini,

Əmeydim ləbin qəndini.

Azeydım küysün bəndini,

Ağ sinəndə nar gürünər.

Qız dəli olmadımı, ildıza zıxdı. Bir sehir oxudu, yer yarıldı, də­lilər də, Koroğlu da yerin arasında sıxılan vaxtı, Pərzad xanım dedi:

– Əyə, zalım oğlu zalım, qulax as, mənim qoynumda sənin nə işin var.

Zəmbur zəkər bal olanda,

Halın yaman hal olanda,

Dayan, dilin lal olanda,

Güzdərində tor gürünər.

Koroğluyu dəlilərnən baravar torpax sıxmağa başdadı. Hər tərəfdən də bir nezə şahmar başı zıxıf, onnara tərəf uzanmışdı. Koroğlu məətəl qaldı, dedi:

– Ayə, bu zalım qızının cadısı nə təhər cadıdı? Gəl buna deynən ki, yekə kişi qızısan, belə işdərinnən əl zək, adam ol, adamlara qarış. Məcbur eləmə ki, əlimi qılınca aparem, səni parza-parza eliyim. Mənim qılıncım elə-belə qılışdardan düylü, mənim qılıncıma Həzrət Əlinin əli dəyif. Bu qılıncın qavağında cadu nədi, piti nədi, şahmar nədi, sən nəsən. Gəl məni məcbur eləmə.

Aldı Koroğlu:

Qələm alıb yazammaram,

Bu cəbrə mən düzəmmərəm.

Gen dünyada gəzəmmərəm,

Dünya mana dar gürünər.

Pərzad xanım dedi:

– Əyər gənə ağlına yar-mar süzü salsan, vallah, səni onnan da pis günə salajam.

Aldı Pərzad xanım:

Pərzad deyir, tanı məni,

Tərk etmişəm xanımanı,

Şahmar ollam, zallam səni,

Dünya sana mar gürünər.

Koroğlu gürdü kü, qız dediyinnən dünmüyəjək, dedi:

– Ay qız, adam balasısan, məni hüysələdən zıxartma, and olsun Allaha, əlimi Misri qılınca atsam, səni iki yerə parzalı­yajam, tez ol, bu torpağı arala, uşaxları sıxıf-üzmə.

Pərzad xanım baxıf gürdü kü, daha sınax bəs eliyər, bir sehir oxudu, dəlilər torpax məngənəsinnən azad oldular. Əmbə yazıxlar qorxudan uzum-uzum uzunordular. Bir-birinin üzünə baxanda gürdülər ki, vallah, tufar gəji35 kimi dümağ ağarıflar. Koroğlu dəliləri bu halda gürüf əl atdı Misri qılıncın dəstəyinə, nə fikir­rəş­disə fikrinnən daşındı, dedi:

– Pərzad xanım, sən yerin yeddi qatına da girsən, quş oluf güyə də uzsan, əlimnən yaxa qurtara bilməzsən, yaxşısı budu, gəl meydana, qoşul bizə, zıxax gedək.

Pərzad gənə də bir sehir oxudu, ceyran livasına girif dedi:

– Zox atım-atım dersən, indi mən qazem, sənin atın mənim dalımca zatsın, gürüm nejə zater.

Koroğlu dedi:

– Sən hələ Qırata bələd düyülsən, səni Qıratın dırnaxlarında tafdıyaram, qaz!

Koroğlu bir qədər ceyrana mənzil verdi, sonra da üz-üzünü məzəmmətdədi ki, əyə, mən indi bunun dalınnan at salsam, ona qılınc zalsam, hamı məni qınıyajax, deyəjəklər ki, Koroğlu bir qıza baş qoşdu, onu qanına qaltan elədi. Bu fikirnən arxa səmtə baxdı, baxanda gürdü Zənlibel güzgü kimi gürünür, konlu qubarrandı, gütürdü gürək nə dedi:

Yünü bəri duran dağlar,

Ellər səni bəzər bir gün.

Güllü, bənəfşəli bağlar,

Yarım səndə gəzər bir gün.

Geri baxanda gürdü, bəyax ceyran livasında qazan Pərzad xanım, indi insan livasında yaxınnaşıf ona qulax aser. Koroğ­lunun güzdəri yaşardı. Dedi, əyə, hancarı olmasa, insan üyladıdı, onun da ürəyi, diləyi var, biznən tərs gətirməyinə baxma. Koroğ­lu gütürdü süzünün o biri xanasını:

Hər iyiddə olmaz hünər,

Od olmasa, ojax sünər.

Düvlətdidən düvlət dünər,

Ağlı başdan təzər bir gün.

Baxıf gürdü kü, bayax qazan bu dəfə laf yaxın gəldi. Üzü də insan livasındadı. Güzdəri də yaşarıf, Koroğluya boylaner.

Aldı Koroğlu:

Koroğlu Zənlibellərdə,

Qalmışam fitnə-fellərdə.

Mən ülsəm qürbət ellərdə,

Kim qəbrimi qazar bir gün.

Pərzad xanım yaxınnaşıf dedi:

– Doğrusunu de, gürüm sən kimsən?

Koroğlu dedi:

– Xanım, mən Koroğluyam.

Pərzad xanım dedi:

– Əgər sən Koroğlusansa, bu veranxana düzdərdə nə gə­zersən?

– Ay Pərzad xanım, dərdsiz aşıx ağladığını hez gürüfsənmi, axı mənim dərdim var, mən buraya onzun gəlmişəm.

– Düzünü de, gürək sən niyə gəlifsən?

Burda gütürüf gürək Koroğlu nə dedi, siz şad olsun:

Mən qoz Koroğluyam zıxdım qalamnan,

Ərzəmi gütürdüm divana gəldim.

Xotkarın oğlunnan peyman eylədim,

Fikrimi zay etdim, imana gəldim.

Pərzad xanım qulaxlarını şeşlətdi, dedi:

– Ayə, bu nə xotkar oğludu der, bu nə danışer?

Pərzad güzünü Koroğlunun üzünə zillədi. Əmbə Koroğlu gü­zü­nü züyürüf Eyvazınan Halaypozanın üzünə baxanda gürdü val­lah, bir qız gürəndə oynaxlıyan oğlannar, indi elə bilginən ki, don vuruf donuzdurufdu, hez ürəkləri üstə gəlmer, matdarı-qutdarı qu­ruyufdu. Bəlli Əhmət də qılıncını yerə qoyuf, mat-mat boylanerdi.

Aldı Koroğlu:

Bu dağların zirvəsinə varanda,

Qılınc zəkif, düşmən bağrın yaranda,

Samur qırağında məclis quranda,

Mey izdim, məst oldum, məstana gəldim.

Pərzad dedi:

– Ay kişi, düz danış, düz de. Nəyə gəlifsən, məqsədin nədi? Məqsədini düzən desən, inşallah mən də ona əlac eliyərəm.

Aldı Koroğlu:

Koroğluyam, üz canımnan küsərəm,

Bir yel oluf, bu dağlarda əsərəm.

Getməsən də bil, başını kəsərəm,

Səni aparmağa mərdana gəldim.

Süz tamam oldu. Pərzad xanım dedi:

– O ku məni aparajasan, süylə gürüm kimə aparajasan?

Koroğlu gürdü kü, Pərzad xanımın əhvalı üzündə düylü. Ba­yaxkı cadı-pitidən də əsər-əlamət yoxdu, dedi:

– Qulax as gür kimə aparajam:

Ovzu olan ovun izlər,

Dur varax bizim ellərə.

Ağcaquzu yolun güzlər,

Dur varax bizim ellərə.

Pərzad xanım Ağcaquzu adını eşidif cin atma minmədimi?!

Dedi:


– Əyə, zalım oğlu, məni aparersan bir iyidə apar, Ağcaquzu nə iyitdi ki, sən onnan ütrü mənim dalımca gəlifsən.

Koroğlu dedi:

– Xanım, xatrına dəyməsin. Qulax as, qulax as, gür bir nə deyirəm:

Güzəl xanım, olma naşı,

Nə gəzersen dağı, daşı.

Ağcaquzu qoşun başı,

Dur varax bizim ellərə.

Pərzad xanım dedi:

– Hası qoşunun başıdı, o, bir cadıyı axıra kimi üyrənif başa zıxa bilmədi.

Koroğlu o sahat işi başa tüşdü. Dedi, qulax as:

Sona tərk etməz gülünü,

Xoryada verməz telini.

Koroğlunun güzəl gəlni,

Dur varax Zənlibellərə.

Süz tamam olan kimi Koroğlu dedi:

– Qızım, dur gedək, biz sənsiz qayıdası düyülük.

Pərzad xanım dedi:

– Koroğlu, o ku sən məni üzünə gəlin kimi aparersan, onda gederəm, əmbə onu bil ki, Ağcaquzu sən deyən kimi iyid ol­masa, onda zəhər izif üzümü tələf eliyəjəm, sən də günaha ba­tajasan.

Koroğlu dedi:

– Pərzad xanım, mana qoz Koroğlu deyəllər, mən səni zornan da aparardım. Əmbə üzüm bilerəm ki, sən zor işdədiləsi qız düyül­sən, hər şey sənin ürəyinnən olajax. Bu günnən mən sənin qayna­tanam.

Eyvaz atdan endi, Pərzad onun atına mindi. Üzü dağ aşağı yol başdadılar. Eyvaz atın yüyəninnən yapışıf, üzü payı-piyada gedəsi oldu.

Gəlhagəl, günə bir mənzil, teyi – mənazil, ustad dili yüyrəy olar, gəlif Ağqayanın yanına zatanda Koroğlu dedi:

– A bala, Eyvaz, Bəlli Əhməd, siz Yağı qoruğunnan gedin, Pər­zad xanıma gül-zizəkdən zələng düzəldin, atdarınızı da güzəl-güyzək bəziyin. Mən burdan kəsəsinə gedif, bu sahat dəlilərin ha­mısını gürüşünüzə gündərəjəm. Gərək Pərzad xanım elə qarşı­lan­sın ki, hez bavası Cəfər paşanın imaratında da elə qarşılanmasın.

Dəlilər “baş üstə” deyif, Pərzad xanımı da gütürüf, Yağı qoruğunnan getməkdə olsun. Koroğlu Qıratı tərpədən vaxtı ağ cığırın ağzında gürdü kü, bir güy dəmir atdı, üstündə də bir enni kürəkli, alzax boylu, qırmızı güzdü bir kişidi. Ağ qayıya doğru boylaner. Bunu gürən kimi Qırat tərpənməzcə dayandı. Koroğlu gürdü kü, ayə, Qırat yerinnən tərpənmer. Ata mahmız zəkdi, at gənə getmədi. Koroğlu dəli olmadımı:

– Ayə, vayıs oğlu vayıs, yolu niyə kəsifsən? – dedi – Gürür­sən at getmer.

Atdı yuvaş-yuvaş başını Koroğluya hərriyif, zəhmnən tərs-tərs ona baxdı, dedi:

– Məyər dədəyin yoludu? Anırdan getsən olmormu, bal­dırın qırılajaxmı?

Koroğluyu elə biliynən ildırım vurdu. Dəli oldu, gütürüf burda nə dedi, biz deyək, siz şad olun:

Tatsan, kürtsən, nə millətsən,

En atınnan, əcəm oğlu.

Güzdərinnen mazaratsan,

En atınnan, əcəm oğlu.

Atın üstündəki dedi:

– Əyə, ağlını başına yığ, atımnan niyə tüşürəm, var yolun­nan zıx get, nə qədər ki, əl-ayağım sana toxunmuyuf, əl zək mən­­nən.

Koroğluyu təzədən od gütürdü. Aldı gürək nə dedi:

Asdan kəsifdi qarşını,

Axıdajam güz yaşını.

İndi üzəjəm başını,

En atınnan, əcəm oğlu.

Atdı qımışdı. Bu qımışanda Koroğlu daha da cinnəndi.

Dedi:

– Əyə, deyəsən bu tufanı dağılmış məni tanımer, gəl adını buna nişan ver, qoy canına vəlvələ tüşsün.



Gütürdü gürək nə deyir:

Qoz Koroğlu mənəm, mənəm,

Zətin dediyimnən dünəm.

Əlimnən şikar vermərəm,

En atınnan, əcəm oğlu.

– Ayə, qoz Koroğluymuşsan, bağışla tanımadım, elə bildim buranın qoruxzusu zadısan, onzun sana ajıxlandım. Nə demək istiyirsən, ay qoz Koroğlu?

Koroğlu dedi:

– Atdan tüş, gət atın ciloyunu da mənim üzəngimə bağla, üzü­nü də qavağıma qatıf Zənlibelə aparajam. Bu gün mənim yaxşı günümdü, Pərzad xanımın toyunda qulluq eliyərsən.

Atdı dedi:

– Mənim başım üstə!

“Mənim başım üstə” – deyif anırdan bəri iyid də gəldi, Koroğlu da gəldi. Koroğluda bir yaxşı xəsyət varıydı, həməşə güştü tutanda biləyini zirmiyif "ya Əli, sənnən mədəd" – deyərdi. Burda da gənə dedi:

– “Ya Əli sənnən mədəd”.

Koroğlu irəli cumana kimi, o birisi əl on arşın qavağa uzan­dı, Koroğlunun qurşağından yapışıf elə tulavızdadı kı, Koroğlu gedif Ağqayanın başına tüşdü. Koroğlu indi başa tüşdü kü, Niyar xanı­mın qarğışına tuş oluf. Dodaxlar partdıyıf, irəngi-bənzi qazıf, dün­yəsi dəyişif. Koroğlu bu qayadan sürünə-sürünə gəldi, baş əydi:

– “Allahum məsəlla əla Mühəmmədən və ali Mühəmməd” – deyif, Həzrət Əlinin üzünə baxdı. Bu vaxt Əlinin güzündə bir damla yaş gilələndi. O da salavat züyürdü, dedi:

– Koroğlu, Qoşabulağın üstündə atanı dəfn eliyən vaxtı mənim adımı zağırmışdın, sənin kürəyinə mən əl zəkmişdim. Demişdim, kürəyin yerə gəlməz, qılıncın da qılıncıma dəymişdi. Bax get, bir kəsi incitmə, haqqın yolunnan hez vaxt zıxma. Onu da bil ki, indi toyuna tələsdiyin Ağcaquzu da Hasan paşanın yox, sənin doğma balandı, onu da sənin yanına mən gündər­mişəm, o həmən oğlandı kı, mağarada qoyuf qazmışdm. Onun sağ biləyində sənin bilərziyin də var, baxarsan tanıyarsan.

Bunu deyif Həzrət Əli Düldülə suvar oldu, bir güz qırpı­mında qeyb oldu.

Koroğlu tutduğu işdən peşman oldu, bir tərəfdən də süyün­dü kü, Həzrət Əliynən bu şəkildə də olsa, gürüşdü, həm də Ağ­ca­quzunun onun oğlu olmasına zox süyündü. Koroğlu fikirri-fıkirri Qıratın belində havaxt gəlif Zənlibelə zatdığını bilmədi, onda baxdı, at dayandı. Niyar xanım Koroğlunu belə, bu şəkildə, bu halda gürüf ürəyi qubar elədi. Gütürüf gürək nə dedi:

Niyə məlulu-müşkülsən,

Hanı Eyvaz, xan Koroğlu?

Güz yaşım ümmana dündü,

Bağrım oldu qan, Koroğlu.

Koroğlu baxdı kı, hələ Eyvazgil gəlif zıxmıyıf. Niyar xanım da ahı-vayda, ahı-zardadı, anrı-bəri boylandı. Koroğlunun hez ağlı üstünə gəlmerdi. Niyar xanım aldı gürək:

İrəngin dünüf lüyünnən,

Sinəm dağlıdı düyünnən,

Qurban kəsəllər qoyunnan,

Sana qurvan mən, Koroğlu.

Koroğlu yana baxanda gürdü kü, budu Eyvazdı, Bəlli Əh­mətdi, Tanrıtanımazdı, bir də Pərzad xanımdı gəldilər, ənbə Koroğlu üzündə-süzündə düylü, güzünün ujunnan Niyar xanıma işara elədi ki, uşaxlar gəler.

Aldı Niyar xanım:

Tərlansan kəklik ovunda,

Niyarın güzəl boyunda,

Pərzad xanımın toyunda,

Sürək bir düyran, Koroğlu.

Süz tamama yetdi. Koroğlu gənə də üzündə düylü. Dəlilər üz bir, beş bir buların başına cəmləndilər. Bütün dəlilər üz dəliynən Pərzad xanımı qarşılamağa getdi. Əmbə Koroğlunun belə pərt olmağı, dodaxlarının partdaması hez kimi azmadı. Oyur-oyur oynuyan, barmaxlarının üstündə süzən, Qıratın belin­də zapan Koroğludan əsər-əlamət qalmamışdı. Məclis yığılıf, hamı süvünür, təkcə Koroğlunun irəngi yerinə gəlmer. Eyvaz yaxına gəlif dedi:

– Baba, süylə gürüm niyə eliyersən, bəlkə dərdini mana de­yəsən. Burdan-bura sana nə üz verdi ki, biz bilmədik? Axı, beşimiz də Ağ qayıya zatana kimi kefi kük, damağı zağ gəldik. Bizdən ayrılannan sonra sana nə üz verdi ki, bu günə tüşüfsən?

Koroğlu Eyvaza hez fikir vermədi. Güzünün qulağınnan şə­rab tuluğuna baxdı. Bir şərab tuluğu gətirdilər. Koroğlu tuluğu başına qaldırıf bir xeyli izdi. Eyvaz gürdü kü, tulux boşaler, dedi:

– Ay ağa, biz bilerik ki, sən kef əhlisən, hamısını izəjəsən, əmbə bir de gürəy başına nə iş gəlif?

Koroğlu dedi:

– Eyvaz, mənim sazımı gəti.

Koroğlunun dili indi-indi azılerdı. Gənə Ağ qayıya tərəf boylandı.

Dəlilər dedi:

– Ayə, bu Ağqayada bunun nəyi qalıf, indi kimi güzdüyür, gürəsən?

Sazı gətirdilər, Koroğlu gütürdü gürək dərdinə müqabil nə dedi:

Niyar xanım, bir ərəbə tuş oldum,

Ağlımı əlimnən aldı da getdi.

Qurumuş dilimnən hədyan süylədim,

Məni Ağqayaya zaldı da getdi.

– Əyə, zalım oğlu, sən nə danışersən?

Eyvaz dəli oldu, güzü kəlləsinə zıxdı. Elə bir dəli nərə zəkdi ki, dağ-daş titrədi.

– Ağa, kimdi o, elə bu sahat bu yeddi min yeddi yüz yetmiş yeddi dəliyi onun üstünə tükəjəm.

Koroğlu dedi:

– Ay oğul, ay oğul, hələ dayan gür bir nə derəm:

Yüz min dəlinin də yetişməz gücü,

Məğrubdan-məşruqa vermer o bacı.

Mardan qamzısı var, zəhərdən acı

Oynatdı əlində güldü də getdi.

– A kişi, o kimdi de gürüm, o nə kərədi ki, Eyvazın qılın­cı­nın altınnan qazsın?

Koroğlu dedi, qulaq as:

Koroğluyam, budu süzümün sağı,

Onun hükmündəndi Küysər bulağı.

Adı Həzrət Əli – dinin dayağı,

Düldülünə suvar oldu da getdi.

Süz tamam oldu. Hamı üzünə salavat züyürdü. Hamı: “Allah, sana şükür”, – dedi. Qurvannar kəsildi, nəzirrər zıxdı. Koroğ­luy­nan Niyar xanım Ağcaquzuynan Pərzad xanımı yan­narına zağırıf xeyir-dua verdilər. Qoz Koroğlu dedi:

– Camahat, bu cavannarın toy günündə istiyirəm, bir şey də hamınıza əyan olsun, bilin və agah olun, Ağcaquzu mənim be­lim­nən gələn doğmaca balamdı, inanmersınız, onun qolunda mənim bazübəndim olmalıdı, baxın.

Koroğlu əlini uzadıf Ağcaquzunun sağ biləyini zirmələdi, üz bilərziyini tanıdı. Bu işdən Ağcaquzu üzü də zaş-baş qaldı. Ko­roğ­lu əhvalatı dəlilərə nağıl elədi. Ağcaquzunun nejə itkin düşdüyünü süylədi. Bu işdə Həzrət Əlinin küməyini də hamıya zatdırdı.

Niyar xanım yaxına gəlif, hər iki cavanı üpüf bağrına basdı. Dedi: – Ay Koroğlu, indi belə zıxer ki, sən oğlunnan bajanax­san, eləmi? Pərzad mənim doğma bajım, Ağcaquzu sənin oğlun.

Koroğlu Ağcaquzuyu da, Pərzad xanımı da bağrına basdı. Üyəclər kəsildi, şülənnər pişdi, bir toy elədilər ki, dünyanın güzü belə toy gürməmişdi. Bu günnən Zənlibeldə bir cavan ailə də artdı. Deyillər bu iki cavan uzun ümür sürdü, xoşbəxt yaşa­dılar.


AĞCAQUZU” ARXİVDƏ
Yüklə 3,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə