Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 3,33 Mb.
səhifə11/15
tarix28.06.2018
ölçüsü3,33 Mb.
#52123
1   ...   7   8   9   10   11   12   13   14   15

ALI XAN-PƏRİ
Aləmlərin Rəbbinə şükürrər olsun, həmdi-sənalər olsun. Bi­zə can sağlığı verən ilahiyə zox şükürrər olsun. Türk dünya­sının bay­ra­ğı həmeşə ucalarda yellənsin, inşallah. Cümlə ustad­dara Allah irəhmət eləsin.

Mən sizə hardan xəvər verəjəm, şəhri Bitlisdən. Dünyanın küvəyi saylan, güzəllikdə bağınnan, bağzasınnan, torpağınnan, dağınnan, daşınnan tayı-bərəvəri olmuyan Bitlis şəhərinin.

Bitlis şəhrində Hajı Səyyad adında büyük bir şəxsiyyət ya­şı­yırdı. Əli, azıx, varrı-düylətdi, ildə bir dəfə Haj ziyarətini-Mək­kiyi, Mədiniyi ziyarət eliyif qayıdıf gələn bir büyük şəxsiyyət iydi. Adı dillərdə süylənerdi. Üz imarətinin yanında Allah yo­lun­da bir məscid tikdirmişdi. Həməşə savax namazdarını məs­cid­də qılardı. İbatətgər olduğuna gürə, varı-düyləti zox olduğuna gürə zox tanı­nerdi. Ancax bütün bunnara baxmayarax Allah-tala üylad vermə­mişdi. Üyladı yoxuydu. Siz bilersiniz ki, üyladsız­lıx-sonsuzlux deməkdi. Allah kimin üyladı yoxdu ona üylad nəsib eləsin inşallah. Üz həyat yoldaşınnan diz-dizə oturuf süh­bət eliyirdilər.

– Ay kişi, sənin üyladın yoxdu, mən sənin qanına bais oloram, günah gütürürəm. Üylən ayrı bir qadınnan, qoy sənin üyladın olsun. Onnara nükərrik eliyərəm, inşallah.

Dedi- “yox, qarı, Allah versə sənnən versin, verməsə istəme­rəm, zünki sən mənim məhəbbətim, güzümün işığısan”.

Bu dəmdə nükər gəlif dedi, ağa, eşdə sizi bir dərviş zağırer. Darvazanın ağzında dərviş dayanıf, ziynində heyvə, əlində əsa.

– Hajı Səyyad siz olarsız?

– Bəli, mənəm.

– Salamun əleyküm.

– Əleykümə salam.

– Hajı Səyyad, günorta namazımın vaxtı kezer, mana bir yer güstərərsənmi namaz qılam?

Hajı Səyyad dedi:

– Mən də abdəstimi yeni alıf mezidə gederəm, gedək bara­var namazımızı qılax.

Namaz qılıf qurtarannan sonra dərviş ərmağan olarax həy­və­sinnən bir qırmızı alma zıxardıf Hajı Səyyada verdi. Dedi:

– Hajı Səyyad, mənə hürmətin üzün, məzidində yer güstərif mana namaz qıldırdığın üzün Allah-taaladan sana cansağlığı ar­zu­luyuram. Al bu almıyı da yarısını sən ye, yarısını da arvadın ye­sin. Üzgə mənim sana tühvəm yoxdu, – deyif, meziddən eşiyə zıxdı.

Hajı Səyyad bunun arxasıca zıxanda kişiyi gürmədi. Evə gəldi, gürdü burda da yoxdu. Dedi:

– Əyə, bu adam nejoldu?

Almeyi qarısına güstərəndə, xanım gürdü elə bir almadı ki, güzün toyşuğunu aparer, güzəlliyi güz qamaşdırer. Tez pızax gətirdi, almıyı yarı büldü. Yarısını arvadı nuş elədi, yarısını üzü.

Bəli, o günnən doqquz ay, doqquz gün, doqquz saat, doq­quz dəqiqə tamam olan vaxtı Hajı Səyyadın külfəti Gülüstan xanım yükünü yerə qoydu. Bir oğul, bir qızı oldu.

Hajı Səyyad meziddə namaz qılerdı. Muştuluxzu gəldi. Sa­vax namazıydı.

– Əfəndim, güzün aydın olsun, bir cüt üyladın dünyaya gəldi, bir oğlun, bir qızın doğuldu.

Hajı Səyyad dedi:

– Oğul, sana bir inək, bir erkək, bir at tərəfimnən muştulux haqqı vererəm.

Muştuluxzuları yola salannan sonra mezitdən eşiyə zıxanda gürdü mezidin zülündə, hasarın divində bir uşax bələyin izində ağlıyır. Hajı Səyyad elə başa tüşdü ki, bunun üz uşağıdı bunu süvündürməkdən ütrü gətirif burya qoyuflar. Üz-üzünə dedi, əyə, bu zalımın qızı bunu nə tez gətirif burya qoydu. Elə bildi üz uşağıdı. Uşağı tez bələyinə püküf gütürüf üyə gələndə dedi:

– Ay arvad, niyə uşağı aparıf orya qoyufsan?

Arvad dedi:

– Ə, kişi, mən orya uşax aparmamışam.

Uşağın bələyi azılanda gürdülər oğlan uşağıdı.

Arvad dedi:

– Yox, Hacı Səyyad, mən bu uşağı qəbul eliyə bilmərəm. Bunun atası-anası bəlli düylü. Mənim üzümün bir cüt üyladım var.

Hacı Səyyad dedi:

– O ki, sən qəbul eləmersən onda mən bir dayə taparam, əmizditdirrəm, Allaha da xoş gedər. Biz birini isteyirdik Allah bizə üzünü gündərif, gəl naşükür olmuyax. Allahın nə güzəl, xoş işdəri var.

Qonşuluxda bir Cahan qarı varıydı. Zağırtdırdılar.

– Ayına, gününə nə isteyirsən bu uşağı büyütmək üzün?



  • Hacı Səyyad, bu uşağı sənin üyündə saxlıyaram, mənim üyümdə yer yoxdu. Bu uşaxlarnan büyüyər bir yerdə qardaş-bajı kimi.

  • Gülüstan xanım dedi:

– Ancax mən ona süd verə bilmərəm, saxlıyır qoy bizdə saxlasın, mən də güz-qulax olaram.

Uşaxların qırxları zıxdı. Qırx günnən sonra qojalar, ağsaq­qallar, Hajı Səyyadın dostdarı, qohum-əqraba yığıldılar uşaxlara ad qoymağa.

Ustadlarımız xalxı güldürməkdən ütrü məzəli-məzəli süzdər deyirdilər. Qarılar ləyəlğalar19 deyirdilər, kezəllər ləyğalar deyir­dilər. Kəpək qarı, küpək qarı, ipək qarı, nə bilem, cürə-cürə süz­dər deerdilər. Qarıların biri dedi oğlanın adını Sijimqulu qoyax, biri dedi Ürkənqulu qoyax. Enni olsun, kürəkli olsun, boyu uzun olsun. Bu addar kezmədi. Bir güzəl qarı irəli gəlif dedi yox, Hajı Səyyad hər il Haca geder, Məhəmməd əl-Mustafaya səjdə eliyir. Oğlana peyğəmbərimizin adını qoymalıyıx. Bu təklifə hamı irazı oldu.

Qızın adını qoydular Pəri. Zox güzəl, oğlanın adı Məhəm­məd, qızınki Pəri. Bə üzüncü uşağın adını nə qoyax? Həmən o güzəl qarı gənə də təklif irəli sürüf dedi ki, bu tapılan uşağın adını da Tafdıx qoyax. Bu ad da hamının xoşuna gəldi, hamı bəyəndi. Oğlanın adı qaldı Tafdıx.

Beləjə gün kezer, ay kezer, dolaner. Uşaxlar gəlif 16-17 yaşa zıxıflar. Günnərin bir günü carzılar car zəkdilər dedilər ki, birisi gün Haj yoludu, kim Haja hazırdısa qoşulsun gedənnərə.

Hajı Səyyadın ailəsində də sühbət oldu, Məhəmməd dedi, baba, mən də gederəm, Gülüstan xanım dedi, mən də gederəm, Hidayat dedi, mən də gederəm. Üydə qalası kim oldu – Pəri xanımnan Tafdıx bəy. Hajı Hidayət dedi:

– Oğul, Tafdıx, bajınnan mügayat ol. Bizim gedif-qayıtma­ğımız 6-7 ay zəker. Gələn ildə inşallah Pəriynən səni gündə­rə­rəm.

İrazılaşdılar, gürüşdülər, ayrıldılar. Bunnar Haja getməkdə olsun, sizə deyək Tafdıxnan Pəridən. Tafdıxnan Pəri qardaş-bajıdılar, buna sühbət yox. Bir yerdə büyüyüf boya-başa zatıflar. Hər ikisi bir-birini doğma bajı-qardaş bilerdilər. Bu Tafdıx ülmüş yaya ox qayırerdı, quşa aterdı, quş vurordu. Cahan qarı da bir gün qapıda zoxlu yun sərmişdi, yun qurudordu eşdə. Nətər oldusa bunun yununu mühkəm dağıtdılar. Cahan qarı buna zox hirsdəndi, başdadı Tafdığı süyüf yamannamağa:

– Sən haranın tüşməsiydin, haranın azğınıydın gəlif bu ailəyə ürcah olufsan? Atası bəlli olmuyan bijbala, – deyif Taf­dığı nə ki var yamannadı.

Belə deyəndə Tafdıx dedi:

– Qarı, sən nə deyirsən, nə sayaxlıyırsan, mənim ki atam Hajı Səyyad, anam Gülüstan xanımdı. Nə ağzını Allah yoluna qoyuf uluyursan?

Qarı dedi:

– Canına azzar deyirəm, hər nə deyirəm düz deyirəm. Sən Hajı Səyyadın oğlu düysən, sən Tafdıxsan, səni Hajı Səyyad mezidin həyətinnən tapıf. Ona gürə də sənin adını Tafdıx qoyuf­lar. Pəri kimi güzəl qız da dünyada yoxdu, o sənin bajın zad düylü, əldən qoyma, nə qədər imkanın var valideyinləri Hajdan qayıdana kimi kefini zək.

Tafdıx xeyli fikirrəşənnən sonra gedif bir yaylığ aldı – baş ürtüsü. Əbrüşün ipəkdən alıf-gətirif Pəri xanımın yanına gəldi:

– Ay Pəri, al bunu başına ürt.

Pəri zox sevindi, qardaş payıdı. Başına ürtən vaxtı gürdü ki, zox yaraşdı. Tafdıx belə baxanda gürdü kü, Allah-talanın əlinin boş, künlünün xoş vaxtında Pəriyi yaradıf. Üz-üzünə dedi:

– Əyə, belə güzəldən kim əl zəkər?!

Qarının dediyi doğrudusa, Pəri mənim olmalıdı.

Bir gün buannan, bir gün oannan, ay tamam oldu, gün keş­di. Ha-ha-ha... bir gün Tafdıx beyqafıldan Pəri xanımı qucax­layıf dodağınnan bir üpüş aldı.

– Ayə, namərd qardaş, sən nə qayrersan?

Bunnarın arasında mübahisə tüşdü. Tafdıx dedi:

– Ağız, mən sənin qardaşın düyləm. Mən Tafdığam, məni züldən tapıflar, qeyri-kimsənin üyladıyam. Ona gürə də sana vu­rulmuşam, səni almalıyam.

– Ədə, ağlını başına yığ, sən mənim qardaşımsan.

Tafdıx dedi:

– Yox, hez elə şey yoxdu, mən sənin qardaşın düyləm. Hük­mən mən səni almalıyam.

Pəri zox dedi, Tafdıx az eşitdi. Axrı günnərin bir günündə, üyün bir səmtində ikisinnən üzgə hez kəs yox. Tafdıx Pəriyi qucaxlıyıf üzünə zəkif ram eliyən vaxtı, gürək burda Pəri xanım nə deyəjək, tərəfinnən ərz eliyək, siz şad olun:

Başına dündüyüm, qurvan olduğum,

Tapdıx, zıxma yoldan, aman günüdü.

Alışıf oduna büryan olduğum,

Qardaş, zıxma yoldan aman günüdü.

Tafdıx dedi:

– Əyə, nə “qardaş, nə zad” istədiyimi eləsiyəm. And olsun Allahıma, sənnən əl zəkən düyləm.

Gütürdü Pəri xanım, gürək daha nə dedi:

Mən tutaram ətəyinnən dadınan,

Pərvanəyəm, qovrulmuşam odunan.

Məni rusvay etmə bədnam adınan,

Qardaş, zıxma yoldan aman günüdü.

Tafdıx gənə də əl zəkmer. Pəri xanım qeyrətsiz qardaşa yalvarmağındadı:

Bu dərd qalar mən Pərinin canında,

Pərvanələr yanar şamdan yanında.

Üzün qara olsun hax divanında,

Qardaş, zıxma yoldan aman günüdü.

– Hez elə şey yoxdu, sənnən dünən düyləm, sənnən də ayrılan düyləm.

Pəri üz-üzünə dedi, nənəm mana bir oyun üyrətmişdi. Gürüm bu oyunnan canımı qurtarsam yaxşı olar, inşallah. Oydu ki, bir qədər hiyliyə əl atdı. Dedi:

– Ay Tafdıx, sən deyən iş baş tuta, gürürəm əl zək­mersən.

Tafdıx dedi:

– Nə təhəri?

Dedi:


– Bir say, gür bizim nərdivanımız nezə piləkəndi?

Tafdıx dedi:

– İyirmi aşaxkı mərtəvənin, iyirmi də yuxarki mərtəvənin piləkənidi.

Pəri dedi:

– Gəl bu qırx nərdivanı baravar zıxax.

Tafdıx dedi:

– Zıxax.

Pəri xanım qavağa tüşdü. Dedi:

– Tafdıx, hər ayağını piləkənə qoyanda deynən “nəhlət sana, kor şeytan”.

Tafdıx otuz doqquz kərə “nəhlət sana, kor şeytan” deyə-deyə qırxıncı piləkənə ayax basanda Pəri xanım dedi:

– Tafdıx, yenə də de “nəhlət sana, kor şeytan”.

Tafdıx dedi:

– Atama-anama nəhlət bir də o süzü desəm, zünkü sən halalca mənniysən.

– Ay Tafdıx, etmə, eləmə, şeytanı qəlvinnən zıxart. Mən sənin bajınam, sən mənim qardaşım.

– Yox, yox, dediyimnən dünən düyləm. Məqsədimə zatma­mış sənnən əl zəkən düyləm.

Pəri dedi:

– O ki, əl zəkmersən, ay Tafdıx, neynək, sən deyən olsun. Onda qoy gedem aftafaynan ləyəni gətirem, üzün-başın zirklənif əlinə su tüküm yaxşı-yaxşı yuyun, bu vəziyyətdə səni yaxına buraxa bilmərəm.

Tafdıx yaxalaner, Pəri su tükür. Tafdıx başını aşağı əyif üzünə su zırpan vaxtı aftafa süysünün20 dalınan mühkəm dəydi. Pəri var güjünən aftafıyı elə endirdi ki, Tafdıx bu ilmi ülüf, bildirmi?! Baş yarıldı, huş itdi. Tafdıx uzandı burdan orya. Pəri Tafdığın başını mühkəm sarıdı. Eşiyə zıxdı, qonşudan dava-dərman verən bir nəfəri də zağırdı, bunun başını dərmənniyif təzədən sarıdılar.

Cahan qarı işdən halı oluf gəldi dedi:

– Ay yığvalın qara olsun, bu iş nəydi başına gəlif?

Tafdıx olannarı ona danışdı, dedi:

– Pəri vurdu, məni bu günə saldı.

Qarı dedi:

– Yığvalın qara gəlsin, Hajı Səyyad gələndə səni asdırajax. Əmbə bir zarən var. Hajı Sayyad Hajdan qayıdanda gərək sən Pəridən qavax onnarın qavağına gedif deyəsən ki, Pəri süzümə baxmerdi, nə istiyirdi onu da eliyirdi, oğlannarnan gürüşürdü. Günnərin bir günü mən onun bu hərəkətdərinin qarşısını almağ istiyəndə məni də avtafıynan vuruf qanıma-qaltan elədi.

– Sağ ol, ay Cahan nənə, nə güzəl yol güstərdin mana.

...Xəvər gəldi ki, artıx yeddinci aya kezif, hajılar Hajdan qayıdellar.

Tafdıx bir ata minif Hajdan gələnnərin qavağına bir at mənzili qavağa sürdü. Gedif Hajı Səyyadın qarşısında baş əydi, əlini üpdü, üzünü üpdü. Dedi:

– Mehriban atam, əziz anam, iyid qardaşım, hajınız qəbul olsun, xoş gəlifsiniz.

– Ay oğul, üydə, eşikdə nə var, nə yox, başın niyə sarıxlıdı?

Tafdıx başını aşağı salladı. Hajı Səyyad yenə xavar aldı, de gürüm başına nə oluf, niyə sarıyıfsan?

Tafdıx dedi:

– Ay bava, dilim tutmor süylüyəm.

Dedi:

– Ay oğul, nə oluf?



Dedi:

– Siz gedənnən bəri hez bilersən Pəri mənim başıma nə oyun­nar gətirif?! Üyə hər gün cürə-cürə oğlannar gətirer, onnar­nan eyşi-işrət məclisi kezirer, gah deer buna gedəjəm, gah deer ona gedəjəm. Otaxda xaxana başdıyır. Mən də deyəndə niyə belə eliyirsən? Deer, bu mənim üz kefimdi, sən kimsən? Bir on gün bunnan qavax da gənə birini gətirmişdi. Tutaşdıx, Pəri mənim başıma bu işi gətirdi, vurdu başımı yardı. İndi də gəl­mişəm sizi bu vəziyyətdə qarşılamağa. Bax, ata, vəziyyət belədi, ixtiyar sənindi, bu işi nejə həll eliyərsən, nejə məsləhət bilərsən, üz işindi, mən bir üylat kimi bunu sana deməliydim.

Hajı Səyyad qeyzə gəldi, dünyə güzünə qarannıx güründü. Dedi:

– Sən Hajı Səyyad olasan, adın, sanın, namusun, qeyratın elnən bir ola, sənin qızın da belə namussuz ola.

Oydu ki, oğlu Məhəmmədi zağırıf dedi, tez düş, bizdən qa­va­ğa. Get mən gələnətən qızın sədə-sorağı orda qalmasın. Apar dağlarda, meşələrdə izini itir, qannı paltarını da mana gətir.

– Ata, doğrumu dersən?

–Sus! Mən nə deerəm onu da elə, tez ol! Onun qannı paltarı mana zatmamış mən kəcavəmi qapıya sürən düyləm. Haydı, dur zap atını, nəslimizin namusunu təmizdə!

Ata əmriydi, onun süzünnən zıxmax olmazdı. Məhəmməd yüyrək atdarın birinnən tez üzünü üylərinə zatdırdı.

Pəri xanım süyüncək qardaşının üstünə gəldi.

– Ay qardaş, hajın qəvul olsun-deyəndə, Məhəmməd buna imkan vermədi yaxınnaşmağa. Dedi:

– Tez ol, min atın tərkinə.

Pəri dedi:

– Nə oluf, məni niyə üzünnən itələdin.

Məhəmməd dedi

– Babam səni gürmək istiyir, tez ol, min ata. Atam dedi ki, Pəri qavağıma gəlsin.

Məhəmməd qızı ata mindirif qannı meşiyə tərəf sürdü. Pəri nəsə sübhələndi. Dedi:

– Mehriban qardaşım, babamız bu tərəfdən gələjək axı, sən məni harya aparersan?

Məhəmməd dedi:

– Hajın yolu indi bu yannandı.

Qannı meşiyə yetirən kimi, Məhəmməd atdan endi, dedi:

– İndi düş.

– Qardaş, fikrin nədi, hanı babam, hardadı, niyə məni burya gətirdin?

– Babaımn fikri odu ku, sən bizdən sora pis yola gedifsən, Tafdıx səni tənbeh eləmək istiyəndə onun da başını vuruf əzifsən, üzünü də üyə gətirdiyin oğlanlara düydürüfsən. Atam da əmr elədi ki, apar Pəri xanımı üldür, qannı küynəyini mana gətir.

– Ay qardaş, olarmı sana üz bənd süz deyim.

– De, güzdüyərəm!

Dedi:


– Qulaq as!

Zalım qardaş, gəl eyləmə qannılıx,

Qannlının əxrətdə halı yamandı.

Üldürürsən oxu Quranı, barı

Peyğəmbərdən qalan bizə fərmandı.
Nə düşüfsən müxənnətin izinə,

Qara gəlsin əxrət günü üzünə.

İnanmeynan sən Tafdığın süzünə,

Siz gedəli o da mənnən düşmandı.

Aldı birin də:

And verərəm ərənnərin canına,

Kəlbalada şəhiddərin qanına.

Apar məni ata-anam yanına,

Üldürsən də Pəri sana qurvandı.

Dedi:


– Ay Pəri, mən daşdan-dəmirdən yaranmamışam. Sən mə­nim bajımsan, mən də sənin qardaşın. O ki, bu məsələni üzün azdın, bilersən ki, mən səni üldürəjəm.

Dedi:


– Onda qulaq as.

Başına dündüyüm gülüzdü qardaş,

Üldürmə, Xudaya bağışla məni.

Ağlaram, didəmnən axar qanlı yaş,

Üldürmə, Xudaya bağışla məni.

– Ay bajı, məni küyrəltmə, məni üldürmə, onsuz da mən ülmüşəm. Mənim üzümnən xəvərim yoxdu. Qulaq as, gür mən nə deyirəm?

Başına dündüyüm gül üzlü bajı,

Bajı, karı gürmə bu işdə məni.

Üldürəjəm səni, yoxdu əlacım,

Bajı, karı gürmə bu işdə məni.

– Ay qardaş, sana qurvan olom, məni dinlə.

Qardaş, süylə gürüm günahım hası,

Silinsin külümün qalmasın pası.

Ağalar ağası, xasdarın xası,

Adın Mustafaya bağışda məni.

– Ay bajı, gür mən nə deerəm:

Sana qurvan olsun ümrümün varı,

Sənsiz mən zəkərəm, bil, ahı-zarı.

Zuğulluq elədi Tafdıxnan qarı,

Bajı, karı gürmə bu işdə məni.

– Ay qardaş, qulaq as:

Mən Pəriyəm, yalvarıram dadınan,

Pərvanayam, qovrulmuşam odunan.

Gəl ülıdürmə məni bu pis adınan

Adın Mustafaya bağışda məni.

Bajı, bajı qulağ as:

Zarxı-fələk gür nə işlər qayırdı,

Səni mənnən, məni sənnən ayırdı.

Atam Hajı Səyyad belə buyurdu,

Bajı, karı gürmə bu işdə məni.

Məhəmməd zox gütür-qoy elədi; onu da düşündü kü, atanın əmri yerinə yetirilməlidi. Qılıcı sıyırıf Pərinin geri yanınnan istə­di ki, Pəriyi vursun, bu vaxt Pəri ağacın dalına səmt dayandı. Qılınc ağacı tutdu. Qılıcın bir uju azajıx Pərinin ziyninnən ya­raladı. Qan tükülməyə başdadı. Qan tükülməyə başdıyan vax­tı, qardaş üzünü itirməyə başdadı. Bir az toxduyuf üzünə gələn­də bajısının qannı küynəyinin bir hissəsini qana bulaşdırdı, ci­vinə qoyuf namərd­tiknən yaralı bajısını belə vəziyyətdə qoyuf ordan aralandı. Gəlif üzünü Hajı Səyyadın qəfləsinə zatdırdı. Ata­sına muşdulux xavarı zatdıran kimi, bajısının qannı küynə­yini ortuya tulladı. Dedi:

– Ata, bu da mən, əmrini yerinə yetirdim, başımızı yerə soxan Pəriyi qətlə yetirdim. Qoy qurda-quşa yem olsun qannı meşədə.

– Oğul, sana halal olsun!

Kəjəvələr yeriyif şəhərə gəlif zıxmaxda, Hajı Səyyad üz ye­rində olmaxda, sizə kimnən danışajam – Pəri xanımnan. Pəri xa­nım nə zillət zəker, Allah güstərməsin. Sürünə-sürünə qalıf. Yara­lı adam, bədənnən o qədər qan gedif ki, təqəti kəsiler. Nə qədər mühkəm sıxıf-sarıyıfsa yara üz işini gürür. Ayışa-ayışa, qovşurula-qovşurula gəlif bir palıd ağacının altında oturdu. Qarannıx gejə, zülmat gejə, Allah güstərməsin. Vəhşilərin səsi heyrətə gətiref Pəri xanımı. Qız olasan, ağalıx sarayında büyü­yəsən, beyqavıldan gəlif bu zülümə tüşəsən. Allah nejə gütürər? Palıd ağajının divinə tüşəndə heyvan ulaşmasınnan elə qorx­muşdu ki, yarpax kimi əserdi. Ancax palıd ağacının izi yekə oyux iydi. Pəri üzünü bu oyuğa verif burda dincəlməkdə olsun. Yeri rahat olsa da güzünə yu­xu getmer, səs-küy, qorxu-hülkü bir zimir almağa imkan ver­mer. Yazıx qızcığaz savağı güzdərinnən azer. Savaxlarınız üstünü­zə xeyiriyə azılsın, işıxlanan kimi Pəri xanım zül heyvannarının qorxusunnan palıd ağacının başına dırmaşıf, ağacın harda qalın yeri var orda üzünə yer eliyif toxdadı. Ancax palıd ağacının divinnən güz yaşı kimi duru bir zay axer. Pəri xanım neynəsin. Üz-üzünə gümüldəməyə başdadı. Gütürüf nə təhəri gümülləner, nə isteyir fərəfinnən biz deyək, siz şad olun inşallah.

Zalım fələk nələr gətdi başıma,

Mədəd Allah, sənnən mənə bir imdad.

Bilməm kimlər zəhər qatdı aşıma,

Mədəd Allah, sənnən mənə bir imdad.


Həsrət qaldım vətənimə, elimə,

Qan bulaşıf müşkü-ənbər telimə.

Qardaş adı daha gəlməz dilimə,

Mədəd Allah, sənnən mənə bir imdad.


Ülkər doğuf, o da aydan ucadı,

Gələn nə bəzirgan, nə də xojadı.

Deyən yoxdu, Pəri, halın nejədi,

Mədəd Allah, sənnən mənə bir imdad.

Pəri xanım ağlıyır, sızdıyır, yaranın qanı dayanıf, laxtalanıf, mühkəm sarıyıf. Ağacdan enif yarasına tanıdığı müalicə otdarın­nan, zizəklərdən əzif təzdən sarıyıf, təzdən ağaca üz yerinə zıxdı.

Pəri xanım burda ingilləməkdə olsun, Pəri xanım burda zarı­max­da olsun, zulüm zəkməkdə olsun, sizə hardan xavar ve­rəjəm, Van şəhərinnən. Bitlis şəhərinnən Van şəhərinin arası xey­li yoldu. Van şəhərində Alı adında bir xan yaşıyardı, cavan oğ­lanıydı. Atası ülmüşdü, var-düylət, ixtiyar buna kezmişdi. Zox ədalətdi, zox səxavətdi, zox güzəl bir xanıydı. Cavan oğ­landı da, həmeşə oynan, kuşnan, at zapmaxnan; belə şeylərnən zox armağıydı. Bir gün dedi:

– Vəzir!

Dedi:


– Bəli.

Dedi:


– Savax oya zıxmalıyıx.

Vəzir dedi:

– Xan sağ olsun, savax mənim günüm düylü, savaxkı gün mana tüşmür. Həm də savax müykəm yağıntı olajax, getmək olmaz.

Alı xanı bir az oyutdu, fikrinnən daşındırdı. Gejənin bir aləmində Alı xan yuxuda gürdü kü, bir qızıl üzük tapıf. Qızıl üzüyü vəzir anarı zəker, bu bəri zəker. Birdən birə üzük bar­mağınnan zıxan kimi, barmağının ikisi də yerinnən üzülür. Qara Vəzirin də biləyinnən qolu yerə tüşür. Gənə Alı xan üzüyü gütürür. Alı xan tez yuxudan sərsəm qalxdı, rəmmaları zağırdı. Yuxusunu onnara danışdı. Hərə bir cür yozdu bu yuxuyu. Bir süznən, hərə bir cür yozdu, bu yuxuyu. Biri də dedi:

– Xan sağ olsun.

Bu vaxt vəzir dedi:

– Xan sağ olsun, sən dünən ova zıxmax istiyirdin, gəl indi zıxax. Ancax bir şərtim var, əlimizə nə zatsa, qardaş kimi yarı büləjiyik.

Alı xan dedi:

– Olsun, nə tapsax yarı büləjiyik, yarısı sənin, yarısı mənim. Oldu.

Bəli, güstəriş verildi, oyun qaydası nə təhər idi, ox atmağın, yay zəkməyin qaydası nə təhər idi hamsını gütür-qoy elədilər. Üz qoydular düzənnərə, meşələrə. Orda ceyran, burda cüyür, orda kəklik, burda turac qova-qova, ata-ata gəldilər bir sıx meşiyə zatdılar. Alı xanın atı o yerə üz tutdu ki, o yerdə Pəri xanım yaralı halda həmən palıd ağacının qalın yerində ağlıyıf-sızlamağında, qoyşurlanmağındaydı. Alı xanın atı Pəri xanım gizdəndiyi palıd ağacının altınnan axan suyu gürüf izmək isti­yəndə, imrənif-zimrənif dala fınxırdı. Alı xan atın bu vəziyyətini gürəndə güz yaşı kimi dumduru axan suya baxanda gürdü ki, ağacın başınnan qənirsiz bir güzəlin əksi suya tüşüf. Yuxarı, ağacın başına baxanda gürdü, əyə, yuxarda bir qadın xəylağıdı.

– Ay qız, aşağa en, sən nə karəsən, burya nə tüşüfsən?

Pəri xanım dedi:

– Ay oğlan, yaralıyam, tüşə bilmerəm.

Pəri xanımı aşağı endirdilər. Allah güstərməsin, toz-duman bulannıx. Zulum zəkmiş qız aşağa düşdü.

– Sən kimsən, xanım, hardan gəlif burya girifsən?

Pəri xanım başdadı başına gələn əhvalatı Alı xana danışdı. Alı xan buna inanmadı, gütürür gürək nə deer:

Alı xan ilk baxışdan buna elə vuruldu ku, elə bil buna dünyanı bağışdıyıflar.

Səhər seyri bir ov zıxdı qarşıma,

Künül sevdi səni kimi maralı.

Üzün Mahitabdı, camalın günəş,

Hardan oldun belə başı bəlalı?!

Pəri xanım zulum gürüf, qardaş dağı gürüf, Allah güstər­mə­sin. Elə bildi ki, bu oğlan bunu lağa qoyor.

Başına dolanım, ay cavan oğlan,

Künlüm dərd əlinnən oluf yaralı.

Gejə-gündüz mən eylərəm ahu-zar,

Tutmayır səbrimin əsla qəralı.

Aldı Alı xan:

Seyraquflar bir araya gəlməsin,

Danışıban gizlin sirrin bilməsin.

Tanrı səni mənnən ayrı salmasın,

Dəli künül durmaz sənnən aralı.

Aldı Pəri xanım:

Seyraquflar bir araya gəldilər,

Danışıfnan gizlin sirrim bildilər.

Qara bağrım dəlik-dəlik dəldilər,

Pünhan-pünhan gülü-rəngim saralı.

Alı xan dedi:

– Ay qız, sənin dərdini burda kim bildi, burda kim var?

Pəri dedi:

– Oğlan, əvvəlcə de gürüm sənin adın nədi?

Alı xan dedi:

– Səbr elə, bir azdan adımı da bilərsən.

Gütürdü gürək daha nə dedi:

Bağışdeyin burda bir az tələsiklik elədim. Alı xan ki, gəldi-Pəri xanımın əksini suda gürdü. Onu aşağı tüşütdürdü. Vəzir-vəkil o yannan, bu yannan toplandılar. Vəzir dedi ki, Alı xan, bu tapdığın adamın yarısı sənindi, yarısı mənim. Alı xan dedi:

– Yekə kişisən, bunu şaqqamı vurajeyik?

Burda süz-sühbət geder, Pəri xanım da buların dediklərini eşider. Ona gürə deer ki, “Seyraquflar bir araya gəldilər, Danı­şıfnan gizlin sirrim bildilər”.

Alı xan gütürüf orda deer ki, ay qız, səni mən sevmişəm, üzgə heş kim sevə bilməz. Pəri xanım dedi:

– Sevgidən məhəbbətdən danışma.

Alı xan gürək nə dedi:

Zapardan ayrılıf, gəlmişəm pünhan,

Deyim məkanımı nişanbanişan.

Xəbər alsan mənəm Vanlı Alı xan,

Süylə gürüm, sənin əslin haralı?

Pəri xanım bu məqamda üz adını, üz məkanını nejə verəjək, biz deyək, siz şad olun.

Səhər-səhər doğan dan ulduzuyam,

Aşıxların sühbətiyəm, sazıyam.

Adım Pəri, Hajı Səyyad qızıyam,

Xəbər alsan yerim Bitlis şəhəri.

Pəri xanım süzünü bitirən kimi Qara Vəzir dedi:

– Xan, atını sür gedək. Bu xeyirli adam düylü.

Ancax Qara Vəzir Pəri xanıma elə vurulmuşdu ki, Alı xannan da betər. Güzdərini zəkə bilmer qızın üzünnən. Amba Alı xanı yayındırmax istiyir. Alı xan da yayınmer. Məhəbbət quşu qonuf Pəri xanımın üzünə. Vallah, izəridə ürək bül-bül kimi cəh-cəh vuror ki, ay Alı xan, bu qızdan ümrün boyu əl zəkmə, dünya maralıdı, bunnan hez yanda yoxdu.

Ancax Qara Vəzir gənə də dediyinnən dünmür.

– Onu buralara xeyirrığa gündərmiyiflər. Onu mənim ixti­yarıma verin, onu yoxluyum, tərbiyə eliyim. Onsuz da biz yuxu­da tapdığımızı yarı bülmüşük, sonra da şərt kəsmişik. Verin aparıf bir müddət bu qızı sınaxdan kezirem, ya da qoyax qalsın buralarda. Qurda-quşa yem olsun.

Nə isə Qara Vəzir zox yoncudu, zox zəhlə tükdü, az qaldı Alı xanı da yoldan zıxartsın. Zünkü Alı xan həməşə Qara Vəzirə inanmışdı, zox vaxt onun məsləhətdərinə qulaq aserdi. Az qalmışdı ki, Qara Vəzir Alı xanın saqqızını oğurrasın. Alı xan bir istədi qızı da burda qoyuf getsin ovun-quşun dalınca. Bu arada Pəri xanım Qara Vəzirin bəd niyətini başa düşüf Alı xan tərpənmək istəyəndə ona bir yalvarış tərzində baxdı. Bu baxış, Alı xanı varınnan yox elədi. Gütürdü Pəri xanım Alı xana üzünü tutuf nə dedi:

Bir qardaş adımı bədnam eylədi,

Atam dedi, at başına dündüyüm.

Bir qardaş bağrımın başın teylədi,

Sən zat imdadıma başına dündüyüm.

Aldı gürək daha nejə dedi Pəri xanım:

Atdılar züllərə mən oldum ahu,

Yetişsin dadıma şahların şahı.

Qismətimi beylə yazıf ilahi,

Qəbul eylə, sən başına dündüyüm.

Mən sığındım məzar sandıx21 daşına,

Bir irəhm eylə güzdən axan yaşıma.

Pəriyəm, Alı xan, dünüm başına,

Apar məni, can başına dündüyüm.


Yüklə 3,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə