Яли Камали архивиндяки «Короьлу» дастанынын



Yüklə 3,33 Mb.
səhifə3/15
tarix28.06.2018
ölçüsü3,33 Mb.
#52123
1   2   3   4   5   6   7   8   9   ...   15
ABBAS – GÜLGƏZ
Sizə kimnən, Tufarqanlı Abbasın dastanınnan ərz eliyəjəm. Tu­farqan üzü bir vilayətdi. Tufarqanlı Abbasın babası Əhməd vaxt­sız dünyasını tərk edif, bir cüt oğul, qohum-qardaşınnan ba­rabar, üz ailəvi külfətini dünyada qoyuf, ümrünü sizə tafşırıf getdi. O günnən başdadı anaları uşaxları tərbiyə eləməyə. Uşaxların biri büyüdü, üz işinin dalınca getdi. Ancax Abbas zox cansız, zox cılız, başı da kezəl, bir belə uşaxların izində sezilən bir uşax oldu. Ana qəlbi zox zətindi. Ana qəlbi üvladı üzün həməşə yanandı. Ana nə eləsin ki, oğlu Abbası bir məkana zatdırsın? Ancax atalarınnan zoxlu var-düvlət qaldığına baxmı­yarax yol güstərən olmuyanda qadın acizlik zəkir, uşağını ürəyi istədiyi kimi büyüdə bilməyəndə zox sıxılerdı, xəjələt zəkerdi.

– İlahi, mən neyliyim Abbası bir işə zatdırem? Abbas 7 ya­şın­da mollaxanaya getdi. Bir il, iki il gedənnən sonra molla­xana­dan qaşdı. Molla dedi ki, ay anam-bajım, bu sənin oğlun, mən “əlif” deyəndə bu “ayin” – deyir, mən “ayin” deyəndə bu “əlif” – deyir. Mən Quranın harasınnan deyirəm, bu mənnən qavax ordan cavaf verər. Bilmerəm, bu dəlidi, ya ağıllıdı? Bu uşağına bir zara qıl.

Abbasın güzdəri qayır-qayır qaynıyır, izərdən nəfəsi elə bilyi­nən elmi-dəryadı. Ancax istədiyini zatdıra bilmer, deyə bilmer. Qohum-əqrəva dedi ki, Abbasa sənət üyrətmək lazımdı. Abbasdan güzəl sənətkar olar. Abbası dülgər yanına qoydular. İki aydan son­ra dülgər onu yanınnan qoyladı. Dedi: ay xanım, mən qapı qayırı­ram, mənnən yaxşısını qayırer. Mən pəncərə düzəlderəm, mənnən yaxşısını qayırer. Hez ola bilməz ki, bu mənim yanımda yol getsin. Xülasə, Abbası anası gətirif bir bənnanın yanına. Üz ürpəyini azıf, bənnanın qava­ğında, qardaş, sana qurvan olum, mənim bu oğluma bənnalıx üyrət. Dedi, mənim başım üstə. Ancax ayda sənnən filan qədər pul alajam. Ana dedi, baş üstə. Abbas da eşider. Mehriban ana, axı mən burda zulum zəkəjəm, niyə sən pul verəsi olasan. Dedi, oğul, yox, gərək us­ta haqqını üdüyək. Dedi, yaxşı ana, sən diyəndi. O günnən bən­nanın yanında Abbas başdadı işləməyə. Bəyim xatun / anasının adıydı / hər axşam Abbasın yolunu güzdü­yür, Abbasın qarşısına zıxer, Ab­ba­sın əlini, ayağını yüyür, Abbası irahat eliyir.

Aradan bir-iki ay kezmişdi, bir də bənna xanıma şikayətə gəl­di. Bəyim xanım, sənin oğlun üzünümü güstərer, yoxsa nədi, hansı tərəfi o hürür ona yaxşı fikir verellər, şəyirdərimin hamısı ondan şikatzıdı.

– Ay bənna, sana qurvan olum, daha yaxşı düyülmü? Uşax fəhimlidi, fərasatdıdı.

– Dedi: – Yox axı, o gələcəkdə məni tanımıyajax.

Günnərin bir günü buranın xanı bənnanın yanına gəlif dedi:

– Rzaqulu / bənnanın adı Rzaquluydu /, dedi, “bəli”. Mana bu gün bir imarat tikmək üzün him4 tükmək lazımdı. Xaiş eliyirəm, onu başdıyasan.

Danışıf-barışannan sonra, usta Abbası yanına zağırıf dedi:

– Abbas, oğul, bu tərəfi sən düzəlt, o tərəfi mən düzəldə­jəm.

– Baş üstə, usta.

Başdadılar işləməyə. Aradan bir beş gün kezmişdi. Xan gəlif baxdı. Ustanın ürgüsünə baxdı, şəgirdin də ürgüsünə baxan vaxtı dedi, bıy, usta, bunun hasını sən üzün hürüfsən? Hasını şəyirdin hürüf? Dedi, bax, buroyu şəyirdim hürüf, buroyu mən.

– Usta, bütün hürdüyün hürüyü sükərsən, təzədən şəyirdin hürər.

– Niyə?


– Bunun əlinnən bax, qızılgül zıxır, sənin əlinnən nə zıxır?

Həmən süz bənnanın xatrına dəyif, bənna daldeyə salıf Abbasın qabırqasına o qədər düydü ki, laf qan sağalanatana.

Abbas ağlıya-ağlıya qazıf üz imarətlərinə yaxınlaşan vaxtı, atasının bağında əyləşif atasının bunu nəvaziş elədiyi vaxtdar yadı­na düşüf o qədər ağladı ki, ağlıya-ağlıya güzünə yuxu getdi.

Güzünə təzə yuxu getmişdi ki, ağalar ağası Şahimərdan, Cə­nabi Həzrət Əli dərviş donunda Abbası yuxudan oyatdı.

– Oğlum, Abbas, oyan, dilinə kəlməeyi-şəhadət gəti. Onnan sonra bir mənim üzümə bax.

Abbas “Allahü-məsəllü əla Mühəmməd” – deyif – “Lailahə-illəlah” – deyif – üzünü belə tutdu: – Oğul, gürürəm ağlıyıfsan, sənin fikrin nədi?

– Əziz baba, dərdimə sən hali olansanmı?

Dedi: oğul, inşaallah olaram.

– Əziz baba, bənna məni bu hala salıf.

Dedi, oğul, o sənin bənnadan bajarıxlı olduğuna gürə başına gəlif. Al bu badəni nuş elə, rəngin üzünə gəlsin.

– Əzizi baba, o badə bizə haram buyuruluf, bunu izmək olmaz.

Dedi, oğul, yox, yox, nuş eylə, gütür iz bu o badələrdən düylü.

Abbas badəni başına zəkdi. Dedi, ay baba, bu nə şirin, güzəl, tamlı badədi.

Dedi, oğul, o həsrətdəri, aşiqləri bir-birinə qovuşdurandı. Ağlın başına tarazdandımı?

Dedi, bəli, tarazdandı.

– Oğul, onda bu şəhadət barmağımın iki arasınnan bax, gür nə gürürsən?

– Baba, uzax yollar gürürəm.

Dedi, bala, üzgə nə gürürsən?

– Bir şəhər gürürəm.

– Üzgə nə gürürsən?

– Bir imarət gürürəm.

– Üzgə nə gürürsən?

– İmarətin qarşısında bir güzəl pəri gürürəm.

– Oğul, o gürdüyün uzax yollar Tufarqannan Təbrizə qədər­di. Gürdüyün şəhər Təvriz şəhəridi. O gürdüyün imarət Batman­qılınc Məhəmmədin imarətidi, Xan Urustamın oğlu. Qız da Pəri xanımdı – Batmanqılınc bacısı Pəri. Bu gün ilahi tərəfin­n­ən sizin yazınız yazılır, sizin alnınıza sevgili nişanəsi qoyulur. O qız gür sənin ürəyinə yatırmı? Onun əlini sənə, sənin əlini ona verirəm. Siz zox zillətdər, zox müsibətdər, zox zətin­liklər zəkə­cəksiniz. İnşaallah, Allahtalanın küməyinnən ar­zu­nuza yeti­şər­siniz.

Abbas bu süzü eşidən kimi əlindəki şərbətin, yanı izdiyi şərbətin təsiri onu huşa verdi.

Abbas yatmaxda olsun, sizə deyim Bəyim xatunnan. Arvad orya, burya yüyürdü kü, oğlu gəlmir, harya getdi tapa bilmədi. Kəndə, camaata hay-haray saldı. O qədər xalx yığıldı ki, bütün Tufarqan orya cəm oldu. Gəlif gürdülər bağın izində Tufarqannı Abbas deyilən üzünnən gedif. İrəngi talıx-talıx, ağzınnan küpük gəlir. Gütürdülər Abbası imarətdərinə gətirif, üz yorğan düşə­yinə qoyannan sonra ağsaqqal, qarasaqqal mollalar yığıldı oysun elədi. Həkimlər gəldi su izirtdi, dərman izirtdi, Abbas üzünə gəlmədi ki, gəlmədi. Bir də baxıf gürdülər ki, bir qərib qonaq izəri girdi. Salam verdi, əleyk aldı.

– Ay oğul, bu nə yığnaxdı, olmasın azar. Dedilər belə-belə, bizim on səkkiz, on doqquz yaşda uşağımız bu hala tüşüf.

Gələn adam Abbasa yaxınnaşdı, üzünə üfürdü.

– Kimdi bunun anası?

Bəyim xatun irəli duruf dedi, mənim oğlumdu. Dedi, inşallah axrı güzəl olar. Başına tay-tuşdarını yığ, nə istəsə ona ver, inşallah dərdini sizə deyər.

Bu süzü deyif qərif adam aradan elə zıxdı ki, hez kəsin xəbəri olmadı.

Beləjə bir gejə savağacan bu yığılan camahat Abbasın yatağının başında dayanıf sübhün azılmağını güzdədilər...

Savax azıldı, üstünüzə xeyirli savaxlar azılsın. Cavan oğlan-qız, Abbasın tay-tuşdarı onun başına yığılmışdı. Gürdülər Abbasın irəngi də dəyişif, üzü də dəyişif. Abbas güzünü azanda baxdı ki, tay-tuş başına yığışıf. Düyükdü o tərəfə, bu tərəfə. Anası üzünü üstünə saldı. Dedi, oğul, başına nə iş gəlif, niyə belə eliyirsən? Biri dedi, dəli oluf, biri dedi, ala danaya dəyənnəndi. Biri dedi, boy, yadına düşürmü, filankəs də beləydi, üzünü qayadan uzurdu. Buraxmayın. Qarılardan süzmü əysikdi?

Bu yerdə Abbas başını qalxızıf anasına baxdı, dedi, anayi-mehriban, mənə bir sineydar gətirin.

– Dərdin alım, sineydar nədi?

– Canım ana, sineydar bilmersənmi?

Dedi, yox başına dünüm, bilmerəm.

– Onda bir həmdəm tap gətirt.

– Ay başına dünüm, həmdəm nədi, burda duranın hamısı sənə həmdən düyülmü?

– Yox, aneyi-mehriban, mənə bir saz gətirt.

– Oğul, mən burda sazı hardan alem?

Burda bir kezəl varıydı, bildi ki, işin işdiyən yeridi, dedi, ay ana, mən onu bilirəm hardadı.

Ana dedi, hardadı?

Dedi, filan dağın başına yeddi ildən bir düşür, dedi. Qiyməti də yüz tüməndi, ver gedim gətirim.

– Ay üvün yıxılsın, sən o dağa havaxt gedif gələjəsən?

Dedi, sənin işin yoxdu, saz bir sahatdan sonra burdadı.

Pulu alan kimi kezəl tərpəndi. Qonuda, qonşuda harda varıydısa bir saz gətirdi gəldi. Dedi, alın, həmən sazdı, bunu deyir.

Abbas sazı sinəsinə alıf gürək nə deyəjək, sizə Allah-taala can sağlığı nəsib eləsin.

Başına dündüyüm, ol Şahimərdan,

Mənə bir cam verdi abıtabınnan.

Bir əlində süsən, sünbül ərmağan,

Dutmuşdu dəstində abıtabınan.


Güründü güzümə qadirəl qazı,

Ərş üzündə qurdu nizam tərəzi.

Davuda5 vermişdi bir xoş avazı,

Ünü ərşə zıxdı abıtabınan.

Dedilər, bu gədə irəlidən də səy idi, indi onnan da dəli olufdu. Bu nə sayaxlıyır?

Gütürdü Abbas:

Abbas deyər kezdim can ilə başdan,

Nur tükülür o kirpikdən, o qaşdan.

Peyğəmbər gələndə bəhri-meracdan,

Mələklər endirdi abıtabınan.

O, onun üzünə baxer, ağsaqqallar, alimlər, mollalar, deyil­lər, ay başına dünüm, a xanım, sənin oğlun lap belə ifləmə dəli­sidi ki, buna zara qılginən. Bu nə sayaqlıyır, “peyğəmbər” nədi? “Şah” nə­di, “Abıtab” nədi? Nə olmuyan işdərdi? Hərə ağzını bir yana bur­­du. Ancax ağsaqqal, qarasaqqal gürdü ki, Abbas elə şirin oxu­yur, vallah ona dəli deyənnər üzdəri də ona valeh oldu­lar. Bu səs-səmir, bu dünənin kezəlində bu irəng, bu güzəl­lik hardan gəlifdi? Doğur­dan da, həmən badeyi izənnən sonra Abbas qənirsiz güzəl­ləşmişdi. Əmbə hamı onun dəli olduğuna inan­mışdı. Odu ki, üstü­nə hərə bir tərəfdən tüşdülər ki, de gürək başı­na nə iş gəlif ki, bu günə düşüfsən, onu bizə deyə bilər­sənmi? Abbas gütürdü gürək nə dedi:

Adəmin zərindən, müvlam əlindən,

İzmişəm küvsərdən bir camı ləziz.

İsgəndər axtardı, buldu, izmədi.

Xızır izdi oldu cavani-ləziz.
Mələklər geymişdi sünd üstü vurax,

Şəms-qəmər ərşdə eylər müyəllax.

Şərbətin təhrində bir əcəb bulax,

Süddən ağ, şəkərdən ol tamı ləziz.

Ay oğul, yalan olar, belə də yalan olarmı? Sən nə sayaxla­yır­san, dəlisən, qoy səni zincirliyək.

Dedi, a kişi qulax asın:

Xudaya, Abbası eyləmə zəlil,

Yetişsin dadıma Cabbaru-Cəlil.

Endirdi bəndəyə Quranı dəlil,

Tapdılar Qurandan kəlamı ləziz.

Hərə bu süzdəri bir yana yozdu, dedilər vallah bu ərşdən gürş­dən, Qurandan danışer. Bu nə biler Quran nədi, kitaf nədi. Vallah bunun huşu başınnan zıxıf. Bir qarı varıydı dedi, ay camahat, gətirin bunun başına təzək külü səpin. Təzək külü onun dərmənidi.

Abbas belə baxdı, dedi, ay nənə, ay nənə, imanına qurban olum, ay sənə Allah insaf versin niyə o süzü deyirsən. Qulaq as, qulaq as.

İstədim ki, dürr-ümmanı sərf edəm,

Güş verin eşidən olmaya mane.

Güydən yerə kimi təfsir edənnər,

Eşit bu süzümü minəl nizamı.


Şaynina yazılıf lafətəilla,

Onun hükmündədi miməlfula.

Zülfüqar qınınnan zəkəndə müvla,

San zıxır ərişdən bərqin qılamı.

Ay camahat, vallah, bu adam duzdax dəlisidi ki, var. Abbas gürdü xalx bunu başa düşmür, gütürdü süzün o biri bəndini:

Evliyalar, ənbuyalar, əmənnas,

Onlara bağladıq yəqin əlixlas.

Bir kəminə quldu Divarqan Abbas,

Cəhd eylə, əməyin olmasın fanı.

Vallah bu süzdən sonra Abbasa hez kəs ağıllı demədi. Nağd elədilər, dəlidi ki, dəlidi. Anasına dedilər, a yazıx, uşağıyın başına bir zara qılginən, bizdən sana əlac yoxdu. Bəli, camahat dağıldı. Zoxunun yazığı gəler. Alimlərin, orya yığılan cadukün­lərin başa dü­şəni də var ki, burda nə hikmətsə var. Bunnar getməkdə olsun, ya­zıx ana üzünü salmağa yer tapmer. Yazıx ney­ləsin? Başdadı Ab­bası qılıxlamağa. Sana qurvan olom, dər­din alem. Bu iki-üz gündü mən üzümü itirmişəm. Bu nə olan hesafdı, nədi? Sən nə fikir­dəsən?

– Anacan, sən də camahatın dediyinimi deyirsən?

Arvad gürdü maşallah oğlu elə sərrastdı ki, vallah elə biliy­nən ki, nəqqaşdar gədənin kirpiklərini üzü əlinən düzəldif. O, irəldən “kezəl Abbas” deyilən adamdan əsər əlamət qalmıyıf. Saz, güz-qaş, kiprik, sir-sifət – bir süznən güzəllik günü-günnən üstünə gətirir.

– Ay oğul, başına dolanım, bu nə işdi, bu sirdən məni agah eliyə bilərsənmi?

Dedi, ana, qulaq as:

Əziz ana, mən müvlamı gürmüşəm,

Eyni həyatının yadullahı var.

Doğru süylər sadiq olan kimsələr,

O imran dillinin bismillahı var.


Mən gürdüm ki, gəldi bir dini-didar,

Gürcəyin ağlıma eylədi əsər.

Şərbətin təhrində bir Cami-Küvsər,

Baxdım ki, izinin nurullahı var.

Ana, salavat züyür, Allahını yadına sal. Mana yol güstərən var, qulaq as.

Həzrəti Musaya Turu güstərən,

Təcallanı qılıf nuru güstərən,

Şikəstə Abbasa yarı güstərən,

Ağamın belində seyfullahı var.

Ana bu süzdən də bir şey başa düşmədi. Savax azıldı, üstü­nüzə xeyirri savaxlar azılsın. Ana gürdü ki, Abbasın fikri-zikri üzgədi. Abbas hez qapıda-bajada bir yerdə dayanıf durmor. Bir yannan da bənna gəlif qapının ağzını kəsdirif ki, gəl gedək, nezə gündü hürük yarımzıq qalıf, işimizi qurtarax.

Dedi, a kişi, burdan elə irad olarsan ki, bir də bu qapıya qayıtmazsan. Mən daha hürgücü düyləm, mən daha dərvişəm. Ana baxdı oğlunun üzünə.

– Oğul, nə dərvişsən, nədi danışdığın?

– Başına dolanım ana, ana, gür nə gəziziyəm, kiməm? Gütürür gürək nə deyir, tərəfinnən ərz eliyək:

Başına dündüyüm, gülüzlü ana,

Ana, halal eylə, mən gedər oldum.

Südünü əmmişəm mən qana-qana,

Ana, halal eylə, mən gedər oldum.

– Oğul, sana qurvan olom, məni niyə dərdə saldın. Nədi danış­dığın?

Gütürdü anası gürək nə dedi:

Başına dündüyüm, qurvan olduğum,

Yeri oğul, yeri tanrı bilincə.
Sızıldatma mənim kühnə yaramı,

Yeri oğul, yeri tanrı bilincə.

Abbas anasının belə küvrəldiyini gürüf, bağda ağlıya-ağlıya yatıf yuxuya getməyinnən tutmuş nə bilirdik hamısını anasına danışdı. Ancax bircə qızın adını demədi.

–Dedi, oğul, oğul, bir süzüyün dalını de, mən yaxşı başa tüşüm.

Abbas gütürdü gürək nə dedi:

Haca gedər Hacıların hacısı,

İllərətən getməz ağzım acısı.

Mənim yarım Məmməd bəyin bacısı,

Ana, halal eylə, mən gedər oldum.

Gütürdü anası gürək nə dedi:

Al duvamı, məndən duvasız olma,

Güydəki quş kimi yuvasız olma.

Həyalı yanında həyasız olma,

Güzəldə də namus-qeyrət bilincə.

Dedi, ana, mənim başım üstə, indi qulaq as:

Mənim ağam Şahimərdan – Əlidi.

Qeyzə gəlsə dağı-daşı əridi.

Abbas deyər mənim yarım Pəridi,

Ana, halal eylə, mən gedər oldum.

Ana:


Ağayın əlinnən sən badə izdin,

İşdin də, eşqiyin oduna düşdün.

Bəyimnazam, mən də ağlımı zaşdım,

Haq-talanın min bir adın bilincə.

Bəli, mənim əzizlərim, süz cavabı tamam oldu. Abbas dedi, anacan, vəzinnən yüngül, qiymətdə ağır mənə qıyacağın nədi, mən gedəsiyəm.

Ana dükcəsi, ana boxzası azıldı, qızıldan, gümüşdən Ab­ba­sın civləri tutası nəki varıydı verdi. Dedi, oğul, get Allah üstün­nən getsin. Abbas anasınnan halallaşıf, hümbətdəşif, üpü­şüf-gü­rü­şüf ay­rıldı. Günə bir mənzil, teyyi-mənəzzil, usta dili yüy­rəy olar, gəl­hagəl, gəlhagəl, Təbriz ətrafına yaxınlaş­mışdı, gürdü ki, iki nəfər hükümət adamıdı, bir adamı aralarına alıf elə düyürlər ki, büyür­tüsü yerə-güyə sığmer. Bunnara yaxınnaşdı, salam ver­di. Salam verən vaxtı qaqqıltıynan buna güldülər ki, bizim kefi­mi­zin yaxşı vaxtıdında sənin salamın nəydi? Abbasın zox xət­ri­nə dəydi, dedi, əyə, rəhmətliyin oğlu, salam Allahındı, nejə yəni “salam nəydi”. O iki nəfər bir-biriynən ərəbcə danışmağa baş­da­dı. Dedi, əyə, gəlsənə bunu da bu qula qatax. O biri qayıtdı ki, yox-yox hələ baxax gürək bu kimdi, nəyi var, fikri nədi?

Abbas dedi, qardaşlar, siz kimsiniz?

Dedilər ki, hükümətin qolubəyləriyik.

Dedi, bu qulu niyə düyürsünüz, bunun günahı nədi?

Dedi, bu kirə pulu borcdudu, onu verə bilmer, ona gürə dü­yürük. O birisi də yoldaşına qayıtdı ki, bu kimdi ki, bizi sorğu-suala tutor. Başdadılar Abbası araya qoyuf dolamağa. Abbas gürdü bunnardan yaxa qurtarmax elə-belə hasand olmuyajax odu ki, gütürdü sazı, gürək nə dedi, siz də xoşbəxt olun:

Xəbər aldım, Təbrizdinən,

Məni hərcayı zağırdı.

Qan-yaş getdi güzdərimnən,

Didələrim qan ağladı.


Bülbüləm gülə qonaram,

Zərgərəm gümüş yonaram.

Mən bu dərdə zox yanaram,

Seyraqub məni danladı.

Hükmət adamının birinə süz zox toxundu. Dedi, əyə, sənin nəyini dannadıx, belə oxudun. Zərgərsənsə həmən o yonduğun qızıldan-gümüşdən birini ver, bu yazığın da canını əlimizdən qurtar. Abbas fikri başa tüşüf gürək nə dedi:

Abbasam vardır məkanım,

Sizə qurvan şirin canım.

Şəhrinizdə Pəri xanım,

Sidqin müvlaya bağladı.

Bir-birinin üzünə baxdılar, Abbasa baxdılar, elə yüyürə-yüyürə qazdılar ki, Abbas məətəl qaldı.

Bəli, bu düyülən adam başını qaldırıf dedi, əfəndim, o fəraşdar məni nə yaxşı boşdadı getdi?

Abbas dedi – bir de gürüm səni niyə düyürdülər? Adın nədi?

Dedi, mənim adım Qul Qəmbərdi. Yeddi qızım var. Vallah hamsı da bir-birinin dalınnan. Kasıf-yoxsul adamam, ay qardaş, vergisini verə bilmirəm, onan-bunnan ləliyif, yalvarıf başımı qur­tar­ıram. Bax bu hükümət fərraşdarınnan hələ qutara bilmə­dim. İndi nə yaxşı məni boşduyuf getdilər, mən ona mat qalmı­şam.

Abbas dedi, mən onnara sənin əvəzində bir dinar verdim, sənin borcunu qaytardım, onnar onzu qaşdılar.

Qəmbər dedi, yox, hez də onnar pula gürə qaşmadılar, onnar ona gürə qaşdılar ki, sən ağzına o adı gətirdin.

– Ayə, hansı adı deyirsən?

– O adı da, bayax saznan oxuduğun adı.

– Saznan dediyim ad hansıydı, əyə.

– Nə bilim bayax bir ad zəkdin. O adı kim zəksə, onun dilini kəsellər, barmağınnan güstərənin əlini kəsellər.

– Ayə zalım oğlu, nejə, nəyə gürə, nədən ütrü? Ad zəkmək­nən adamın dilini kəsəllərmi?

Qul Qəmbər qalxdı, yaxınnan zay axırdı. Abbas Qul Qəm­bəri apardı. Əlini-üzünü yudurtdu. Baxdı gürdü üyün yıxılmasın bunun başınnan bir vedrə darı tüksək, biri də yerə tüşməz, cırıx-cındır o qədərdir ki. Yeddi yamax səkkizin üsütündən vuruluf, səkkiz on birin. Bu haldadı bezarə. Nə olajax, ajdıxdan, paltar­dan korluq zəkmiş insan.

Abbas dedi, Qul Qəmbər, üzünə düzən gəldinmi? Dedi, bəli gəldim.

– Hansı adı zəkdim ki, onnar bizi qoyuf qaşdılar, bir onu de mənə.

Qul Qəmbər o tərəfə, bu tərəfə boylandı, qulağını yerə süy­kədi, dedi, dərdin alem, gür buralarda quş-zad yoxdumu? Abbas dedi, ayə, hez zad yoxdu. Güydə Allahdı, yerdə bizik. Dedi qor­xu­ram Allah da xəbər verər. Bax, olma, bilmə bizim şəhərdə Pəri adı gətirəsən. Dedi, əyə, niyə? Dedi, vallah deyillər, Pəri də­li oluf, “Abbas, Abbas” – deyən zağırıf mahnı-zad oxuyur. Bil­­millər bu nə işdi. Ona gürə də qardaşının acığı tutuf ki, mə­nim bajıma kim güz tiksə, güzünü zıxardajam, adını zəksə, dilini kəsəjəm. Mənim bajım olan yeri güstərənin barmağın kəsəjəm.

Abbas bir az kefsiz oldu. Əmbə üzünü o yerə qoymadı. Dedi, dur gedək. Qul Qəmbər dedi, hara gedək. Abbas dedi, düz sənin üyünə. Qul Qəmbər dedi, a sənə qurvan olum, sənin kimi şəxsiy­yət­di bir adamı mən üyümə nejə aparım? Abbas dedi, a Qul Qəm­bər, gedək. Allah kərimdi. Odu ki, Qul Qəmbər daha bir şey deyə bilmədi. Abbasnan barabar getdilər. Beləjə Tufar­qannı Abbas Təv­riz şəhərinə varid oldu. Gəlhagəl, şəhərin kəna­rında uzux bir ko­madı, vallah elə biliynən uşaxlar toyux cücəsi səpələnib əyənnən bayana. Büyüyü on dürd yaşındadı, kiziyi də arvadın əlində zığ-zığ zığıldıyır. Nə əyin yox, nə baş yox, nə tavada xürək pişmer, nə üydə zürək yox. Dedi, Qul Qəmbər, dedi, bəli. Dedi, bir dağarcıx gütür, bir də bir xurcun.

– Neyniyəjəsən?

– Bazara gedəjiyik.

Abbas Qul Qəmbəri gütürüf bazara getdi. Nə ki lazım idi hamısını aldı, meyvəsinə qədər. Xurcunu doldurdu, dağarcığı doldurdu. Zürəyətənə hər şeyi alıf qayıtdılar, gəldilər. Qul Qəm­bər dedi, qardaş, mana yaman xəjələttik verdin. Bu haq-hesavın qavağında mən neyliyə bilərəm.

– Abbas dedi: Qoy uşaxların yesin canına duva eləsin. Qul Qəmbər dedi, niyə mənim canıma duva eləsinnər, bu cah-cəlalı sən alıf gətirifsən, mana duva düşmür.

Ona gürə ki, mana irast gəlifsən, uruzunu üzün tapıfsan, bir də bu sühbətə qayıtmayax.

Savahsı genə bazara zıxdılar. Qul Qəmbərin nezə uşağı vardı, hamısının əyin-başını təzələdi. Qonu-qonşu məətəl qalıf. Qul Qəmbər dedi, a kişi, sənin adın nədi? Dedi, mənim adım Abbasdı.

– Bovay, sana qurvan olum, adını dəyiş?

– Əyə, niyə?

– Dedi, Abbas adı zağıranın dilini kəsellər.

Abbas dedi, neynək, indi də sən Abbas demə, qardaş denən buna nə var ki?

Qul Qəmbər dedi, o mənim başım üstə.

Abbas dedi, ay Qəmbər, mənim sazım xarafdı, əyər müm­kün ol­sa, məni bir sazbəndə apararsan. Qəmbər dedi, mənim bu güzüm üstə.

Gəlhagəl sazbəndin qapısına gəldilər. Abbas salam verdi, əleyk aldı.

Dedi, usta, mana bir saz lazımdı.

Dedi, mənim başım üstə.

Usta bir on iki telli saz qayırmışdı. Başdan ayağa sədəf-zərə bələmişdi. Deyəllər ki, bunun qiyməti o vaxtın pulunnan yüz tüməniydi. Kimə istəyirdi gətirif güstərsin, satsın, eşiyə zıxar­dan­da əlinə ayrı saz gəlirdi. Məətəl qalmışdı. Əyə, bu nejə sirdi? Mən bu sazı eşiyə zıxardıram, mənim əlimə ayrı saz gəlir. Axı, bunu mən üz əlimnən yonuf düzəltmişəm, əlimnən bəzə­mişəm, bu nə olan sirdi? Ancax bu sirri usta üz qarnında saxlı­yırdı.

– Qardaş, sana nə təhər saz lazımdı?

Dedi, belə bəzəkli, ürəyin istəyən saz. Usta izəri girdi, əlinə saya, seyrək bəzəkli bir saz aldı ki, eşiyə zıxsın. Abbasın yanına gələndə gürdü ki, aya, həmən o on iki telli sazdı. Usta məətəl qaldı. Geri qayıtdı, o sazı yerinnən asıf ayrısını gütürəndə asta­nadan eşiyə zıxıf sazı Abbasa uzadanda gürdü gənə həmən saz­dı. Dedi, vallah, burda nə sirsə var? Oğul, dedi, qismətinə zıxıf, bu sazı sən zala biləjəksənmi? Əgər bu sazı mənim ürəyimcək, mənim konlumcan dindirsən sazı sana satajam.

Abbas sazı gütürüf əlinə alıf “Ağır şərili” zalmağa başdadı.

– Oğlan, sənin qadan alem, nə güzəl zalersan, bir ağız da oxuya bilərsənmi?

Dedi, oxuyaram. Gütürdü, gürək nə oxudu?

Şikəstə künlümün fərmanı usta,

Xan Təvrizin xanaları nezədi?


Tikilifdi zarşıları yanaşı,

Eyvan-otax, binaları nezədi?

Dedi, ay oğul, onu ha hesavlamamışam, mən nə bilim nezə­di? Sənin səsinə qurvan olom, sən nə güzəl oxuyursan, birini də oxu.

Müsəllaya gəldi, ərənlər saya,

Oxunur şaynına min əlif, aya.

Künlüm təklif vurdu Mələksimaya,

Dal gərdanda minaları nezədi?

– Oğul, oğul, gürünür, sən dərd əhlisən, səni burya yetirən Allaha qurvan olom. Oxu, birni də oxu. Aldı Abbas birni də gürək nə dedi:

Maıl oldum bir Pərinin dağına,

Canım qurvan olsun xoş yuğnağına.

Mən Abbasam, girdim, xublar bağına,

Yarın eyvan-odaları nezədi?

– Əyə, sana qurvan olom, o saz sənin, pulunu da istəmirəm, dur burdan elə iraddol ki, güzüm bir də səni gürməsin. O dediyin addarı bir də Təvrizdə zəkmə, Allaha bax.

– A kişi, niyə, nə istəyirsən, qoy birini də oxuyum.

– Yox, yox, dur itil burdan – dedi.

Ancax Abbas dala züyrüləndə gürdü ki, dükənin dürd yanı millətnən doludu. Sən demə bayaxdan hamı buna qulaq asermış.

Abbas sazbəndin təşfişini başa tüşüf, sazı da gütürdü, Qul Qəmbər də yanında yola tüşdü. Qul Qəmbər də yanında nanə yarpağı kimi əser.

– Ağa, sənin kim olduğunu mən bilmerəm, sənin adına mən qurvan olom. Sən bizi xəjələt eləmə, ağzını bir az farağat qoy, bizəcə yazığın gəlsin. O sazbəndi də xatıya saldın. Ora yığılan camahatdan biri sənin kimin adını zəkdiyini, üzü də sazbəndin dükənində zəkdiyini yerinə zatdırsalar, o yazığın işi nə zətinə düşəjək, onu gərək biləsən. Səni and vererəm, o güzə gürünməzə bir də nə üz adını, nə də o biri adı zəkmə.

– Ay Qəmbər, bəri gəliynən, hələ sənnən danışılası süzüm var.

Dedi, nədi?

Dedi, o adını zəkmə dediyin adamın imarətini, binasını ma­na hancarı güstərərsən?

Sana qurvan olom, dedi, gedək, ancax bu şərtnən, mən o tərəfə baxıf eliyən düyləm. Onnarın imarətinin yanına gedəndə mən duruf zarığımı zıxardıf o biri üzünə züyürüf izini zıxardıf geyinəjəm. Onda başa düşərsən ki, onnarın imarəti hansıdı.

– Yaxşı.

Gəlhagəl, gəlhagəl, Təvriz şəhərinin güzəl bir guşəsində, güzəl bir bağın ortasında bir imarətə zatdılar. Hasıkı ağası ona güstərmişdi. İmarətə zatan kimi Abbas gürdü ki, nə olajax, xan qapısıdı, gələn, gedən, vəzir, tüccar, tacir, hamı orya gəler. Abbas camahata qarışıf xalxın izinnən burya gəldi. Abbas aralı­dan belə duruf baxan vaxtı güləfirəngidə Pəri xanımı gürdü. Birinci gürüşü buydu. Sazını gütürüf düzəldən vaxtı Qul Qəm­bər zarığının bir tayı da əlində üz tutdu qazmağa. Abbas gürdü ki, Qul Qəmbər elə gedir ki, gütürüf burda Abbas nə deyəjək, siz şad olun:


Yüklə 3,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə