Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə6/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   2   3   4   5   6   7   8   9   ...   86

____________Milli Kitabxana____________ 
 
22
göndərildi. Bu, N.Nərimanovun mövqeyinə, onun siyasi 
nüfuzuna vurulan zərbə idi.  
        Azərbaycanda bolşeviklərə qarşı baş verən üsyanlar 
kütləvi repressiyalar üçün “sollar”a bəhanə verdi. Geniş 
miqyasda həbslər aparıldı, minlərlə insan güllələndi, bir çox 
dövlət xadimləri, hərbçilər, ziyalılar ağır təzyiqlərə  məruz 
qaldılar. Bu məsələlərə N.Nərimanovun müdaxiləsi ciddi 
maneələrlə üzləşdi (hər halda azərbaycanlı generallar 
S.Mehmandarov və Ə.Şıxlinskini xilas edə bildi). 
        N.Nərimanovun etirazlarına baxmayaraq, ticarətin və 
sənayenin milliləşdirilməsi sürətlə aparıldı  və 1920-ci ilin 
payızında başa çatdı. Nəticədə  qıtlıq və bahalıq yarandı. Neft 
sənayesi Azərbaycanın idarəçilik sistemindən təcrid olunaraq, 
Rusiyanın müvafiq orqanlarına tabe edildi. Moskva, “Azneft”ə 
rəhbərlik üçün A.Serebrovskini göndərdi. Demək olar ki, bütün 
Azərbaycan nefti Rusiyaya daşınırdı. 
        Ərzaq sapalağının tətbiqi kəndlilərin vəziyyətini xeyli 
ağırlaşdırdı.  Əhalinin  əmlakının müsadirəsi siyasəti həyata 
keçirildi. 1921-ci ilin mayından Azərbaycanda da yeni iqtisadi 
siyasət (NEP) tətbiq olundu. 
       1921-ci  il  mayın 6-da Azərbaycanda I Sovetlər qurultayı 
açıldı. Mayın 16-da Azərbaycan SSR-in birinci Konstitusiyası 


____________Milli Kitabxana____________ 
 
23
qəbul edildi. Azərbaycan MİK yaradıldı və o, XKS ilə birlikdə 
Ali icraedici orqan kimi fəaliyyət göstərməyə başladı. Lakin 
həmin il S.M.Kirov Moskva tərəfindən Azərbaycan K (b) P 
MK-ya birinci katib göndərildi və faktiki olaraq bütün 
hakimiyyət Azərbaycan K (b) P-nin əlində cəmləşdi. 
       Azərbaycanın Zaqafqaziya Federasiyasına (1922, mart), 
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına – 
ZSFSR-ə (1922, dekabr) və SSRİ-nin tərkibinə qatılması (1922, 
30 dekabr) onu formal müstəqillikdən də  məhrum etdi. 
N.Nərimanov SSRİ  MİK-in dörd sədrindən biri verildi və 
Moskvaya aparıldı. Beləliklə  də  Mərkəz N.Nərimanovu 
Azərbaycandan uzaqlaşdırmağa və  nəhayət müəmmalı  şəkildə 
həyatına son qoymağa nail oldu. Bu da Azərbaycanın 
müstəqilliyinin itirilməsini daha da dərinləşdirdi. 
        XX  əsrdə Azərbaycanın qüdrətli simalarından biri olan 
N.Nərimanov,  şübhəsiz, Azərbaycan tarixində, xalqımızın 
taleyində, milli intibahımızda güclü bir şəxsiyyət, istedadlı 
qələm sahibi və siyasi xadim, millətinə bağlı, onu azad və 
müstəqil görmək istəyən bir azərbaycanlı olaraq qalır və 
qalacaqdır. N.Nərimanovu bir ideoloq və dövlət xadimi kimi 
müasirlərinin bir çoxundan fərqli olaraq səciyyələndirən bu idi 
ki, çox çətin bir zamanda o öz şəxsiyyətində  və  əməlində 


____________Milli Kitabxana____________ 
 
24
türkçülük və azərbaycançılığı üzvi şəkildə birləşdirir, uğrunda 
mübarizə apardığı “Müstəqil Azərbaycan”ın mümkünlüyünü bu 
iki ali fikrin vəhdətində görürdü. Hələ  bədii və publisistik 
yaradıcılığında (o cümlədən 1906-cı ildə “Həyat” qəzetinin 15 
avqust sayında “Nər” imzası ilə ana dili haqqında çap etdirdiyi 
“Bu gün” məqaləsində) milli siması qabarıq görünən 
N.Nərimanov siyasi fəaliyyətində bolşeviklərə inanmaqla 
aldadıldığını başa düşür və bunu böyük bir faciə kimi yaşayır. 
Lakin o, susmur və öz etirazını xüsusilə üç mühüm sənəddə 
ifadə  edir  –      “V.İ.Leninə  məktub”, “Ucqarlarda inqilabımızın 
tarixinə dair” İ.V.Stalinə  məktub” və 1925-ci ilin yanvarında 
yazdığı “Oğlum Nəcəfə məktub” (bax: 80, 413-470). 
        Qoşulduğu mübarizənin mənasının təhrif olunduğunu
böyük ideyalarının, inamının puç olduğunu başa düşən 
N.Nərimanov o vaxt hələ 6 yaşı olan oğlu Nəcəfə ünvanladığı  
məktubda yazırdı: “... Mən insanın insan tərəfindən istismarının 
əleyhinəyəm. Harada olursa-olsun, bütün varlığımla köləliyə 
qarşıyam. Bəşəriyyətin tezliklə nadanlıqdan və eləcə  də 
köləlikdən azad olması yollarını axtarmışam. Sosial-demokrat 
da olmuşam. Lakin bu təşkilat getdikcə idealdan daha çox 
uzaqlaşır. Bolşeviklərin proqramını xüsusi məmnunluqla qəbul 
etmişəm. Çünki həmin sənəddə tezliklə  məhz öz proqramımın 


____________Milli Kitabxana____________ 
 
25
həyata keçiriləcəyini  –  Yer üzündə köləliyin məhv ediləcəyini 
görmüşəm... 
        ... Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət 
yetərincə yaxşı, görkəmli işçilərin çoxunu korladı. Onlar 
nəhəng dövlətin taleyini əllərinə alaraq və hesabat vermədən 
diktatorluq etmək qərarına gəldilər” ( 80,  469).     
        Belə bir həqiqət aşkar görünür ki, bolşeviklərə inanaraq 
hakimiyyətə  gələn N.Nərimanov praqmatik siyasətçi olaraq 
mövcud ictimai-siyasi durumu düzgün qiymətləndirmiş, həmin 
dövrdə qarşısıalınmaz  şəkildə yaranmaqda olan sosialist 
sistemindən öz xalqının mənafeyi naminə maksimum istifadə 
etməyə çalışmış, bolşevizmin  əsil simasını görərkən xalqını 
onun daha ağır faciələrindən qurtarmağa səy göstərmişdir. 
       1934-cü  ilə  qədər Azərbaycanda siyasi hakimiyyət  əsasən 
qeyri-azərbaycanlıların əlində olmuşdur – S.M.Kirov, N.Kikalo 
(1930-31), V.Polonski (1932-1933), Rüben (1933). Respublika 
rəhbərliyində yaranmış siyasi çəkişmələr, intriqalar ciddi kadr 
dəyişikliyi tələb edirdi. Belə bir vaxtda M.C.Bağırov AK (b) P 
MK-nın birinci katibi vəzifəsinə irəli çəkildi (1934, yanvar). 
     1928-1933-cü  illərdə birinci, 1933-1937-ci illərdə  həyata 
keçirilən ikinci beşillik planlar bütün ölkə  ərazisində olduğu 
kimi, Azərbaycanın da xalq təsərrüfatında sosialist sistemin 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə