Yazı yazmaq möcüzədir. Gördüklərin, eşitdiyin söh- bətlər, yaddaşında iz buraxmış irili-xırdalı təəssüratlar



Yüklə 4,1 Mb.
Pdf görüntüsü
səhifə17/26
tarix11.07.2018
ölçüsü4,1 Mb.
#55127
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

83
2004-cü ildə “Sonra...” («Et Aprés...») adlı ilk romanının 
əlyazmasını nəşriyyatlardan birinə göndərib. Bu roman 
1 milyon nüsxədən artıq tirajla çap edilir. Onlarla dilə 
tərcümə  edilmiş  roman  Jil  Burdo  tərəfindən  «Fidélité 
Films» kompaniyasında ekranlaşdırılıb. Filmdə Romen 
Dyupri, Con Malkoviç, Yevancelina Liilli çəkiliblər...
Nesbö  və  Myusso  bir  kitab  yazıb  məşhurlaşdıqdan 
sonra qələmi yerə qoymayıblar. Nesbönün Harri Holle 
adlı  polis  haqqında  yazdığı  romanlar  çox  böyük  tiraj-
larla çap edilməkdədir. (Elə “Gönlücə” bu seriyanın ilk 
romanı  olub.)  Myussonun  “Sonra...”dan  sonra  yazdığı 
romanlar da böyük uğur qazanıb. 
Bax belə. Bir filmimizdə rəhmətlik Mirzə Babayevin 
canlandırdığı surətin təbirincə desək, bəs niyə bizdə o 
əjdahadan (yəni bestsellerdən) yoxdur? 
Axı bu məmləkətdə hətta “Samiraldo” ləqəbli Samir 
haqqında da roman yazılır...
www.avciya.az
19 aprel 2013-cü il 


84
GEDİŞ HAQQI
Dünyada  orta  statistik  azərbaycanlının  heç  zaman 
başa  düşməyəcəyi  hadisələr  baş  verir.  Bu  hadisələrin 
sayı həddən artıq çoxdur. Mən yalnız bir hadisədən da-
nışacağam. 
2012-ci ildə Tallin sakinləri arasında referendum ke-
çirilib. Referenduma çıxarılmış sual sakinlərin 75 faizi 
tərəfindən  müsbət  cavablandırılıb.  Sual  şəhərdəki  icti-
mai  nəqliyyatdan  istifadənin  2013-cü  ilin  əvvəlindən 
pulsuz edilməsi ilə bağlıymış. 
Tallinlilər razılıq veriblər.
Düz 4 aydır ki, Tallin şəhərində ictimai nəqliyyat pul-
suzdur. 
Və bu addım nəticəsində 4 nəfərlik ailə ildə 600 avro-
ya qənaət edə biləcək. 
Özü də Tallində ictimai nəqliyyatdan hər gün təqri-
bən 100 000 adam istifadə edir. 
Mən belə bir addımın atılmasını da başa düşmürəm, 
bu  addım  atılmazdan əvvəl  insanların  rəyinin  soruşul-
masını da. 
Hamımızın başa düşdüyü məsələlərə keçirəm. 
Aprelin  sonunda  “APA-Ekonomiks”  Nəqliyyat  Na-
zirliyimizin Azərbaycan ərazisində şəhərdaxili və şəhər-
lərarası avtobus sərnişindaşımaları tariflərinin artırılması 
təklifi ilə Tarif Şurasına müraciət etməsi ilə bağlı xəbər 
yaydı. Nazir Ziya Məmmədov deyib ki, “hazırda avto-
buslarla həm şəhərdaxili, həm də şəhərlərarası sərnişin 
daşımaları ilə özəl sektor məşğul olur və son zamanlar 
iş adamlarından mövcud gediş haqlarının onların çəkdi-


85
yi məsrəflərə uyğun olmaması, xərclərin artması barədə 
müraciətlər daxil olur. “ 
Əminlik hissi ilə deyirəm ki, iş adamlarının nazirliyə 
belə müraciətlər etmələrində qeyri-adi heç nə yoxdur...
Xəbər  agentliklərimizin  yaydıqları  məlumatlardan 
bəzilərinə nəzər salaq. 
17 aprel. Metronun “Koroğlu” stansiyasının yanında 
189 saylı xətt avtobusu bir yük və üç minik  avtomobili 
ilə toqquşub. 6 nəfər ağır yaralanıb.
18  aprel.  “Sədərək”  ticarət  mərkəzi  istiqamətində 
gedən 211 saylı xətt avtobusu idarəetməni itirərək aşıb. 
Nəticədə avtobusda olan sərnişinlərdən 15 nəfər xəsarət 
alıb. 
Elə həmin gün Bayıl qəsəbəsində 88 və 147 saylı xətt 
avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət 
alıb.
23 aprel. Biləcəridə 83 saylı avtobus 92 saylı avtobu-
sa çırpılıb. Xəsarət alanlar var. 
26 aprel. Balaxanı-Novxanı yolunda 123 saylı avto-
busla yük maşını toqquşub. Yaralananlar var. 
Aprelin sonunda da məlum olub ki, avtobuslarda ge-
diş haqqını qaldırmaq lazımdır.
Bax, bu bizim başa düşə biləcəyimiz məsələlərdəndir. 
www.avciya.az
1 may 2013-cü il 


86
ŞEYX NƏSRULLAH – 2013 
Bu gün səhər tezdən inamlı addımlarla işə yollanma-
ğa hazırlaşırdım ki, bizim “blok”un, yəni alaqapımızın 
girəcəyində divara vurulmuş elan diqqətimi çəkdi. Oxu-
dum. Və istəyirəm siz də biləsiniz ki, mən həmin elanda 
nə oxumuşam.
Deməli  belə.  Elanda  bildirilir  ki,  “uşaq  xəstəliklə-
ri, boy artımı, təzyiq, şəkər, halsızlıq, ürək ağrıları, saç 
tökülməsi, mədə -bağırsaq ağrıları, babasil, artıq çəki-
dən əziyyət çəkənlər və ya çəkisini artırmaq istiyənlər, 
sümük-oynaq ağrıları, baş ağrıları, qadın və kişi xəstə-
likləri, sonsuzluq, damar tıxanması və sair kimi xəstə-
liklərdən  əziyyət  çəkənlər  təcrübəli  həkim  mütəxəssis 
tərəfindən müayinə olunub və təbii bitki mənşəli dərman 
preparatları ilə müalicə oluna bilərlər.” 
Orfoqrafiya və punktuasiyasına əsla toxunmadan siz-
lərə təqdim etdiyim bu elanın sonunda yazılıb ki, müa-
licəyə zəmanət verilir. Və elə oradaca həkimin “ətraflı 
məlumat üçün əlaqə nömrələri”qeyd olunub. Yəqin ki, 
yuxarıda sadalanan xəstəliklərdən əziyyət çəkən insan-
ların rahatlığını təmin etmək məqsədilə “təcrübəli həkim 
mütəxəssis”  cib  telefonunun  nömrəsini  alanda  hər  üç 
mobil operatora baş çəkib. Və eyni nömrənin qarşısında 
050, 055 və 070 rəqəmləri, yəni prefikslər də göstərilib. 
Bax belə.
2013-cü ildir. Və biz Bakıda yaşayırıq. Azərbaycan 
Respublikasında. 95 il bundan əvvəl Şərqin ilk demok-
ratik respublikası da elə bu ərazilərdə qurulub. 
Rəhmətlik  Cəlil  Məmmədquluzadənin  ölməz 


87
“Ölülər”i yazdığı ildən də düz 104 il keçir... 
Əslində Şeyx Nəsrullah çoxdan cəhənnəmə vasil ol-
malı idi. Amma, o yaşayır. Sadəcə olaraq titulunu də-
yişib, təqdimatına da yüngülvari əl gəzdirib “təcrübəli 
həkim  mütəxəssis”ə  çevrilib. Və  çoxmərtəbəli  yaşayış 
binalarının həndəvərində dolaşıb müasir insanlara əziy-
yət verən əksər xəstəlikləri “təbii bitki mənşəli dərman 
preparatları ilə” müalicə edə bildiyini xəbər verir. Üstə-
lik, müalicəyə zəmanət verildiyini də vurğulayır. 
Vəssalam.
Çalışın xəstələnməyəsiniz. İşdi-şayəd xəstələndiniz, 
qəm eləməyə dəyməz. Əgər cibinizin parametrləri yerli 
sağlamlıq  ocaqlarına  yaxınlaşmağa,  ya  da  İrana,  Tür-
kiyəyə  yollanmağa  imkan  vermirsə,  narahat  olmayın. 
Əminlik hissi ilə deyirəm ki, bütün xəstəlikləri zəmanət-
lə  müalicə  edən  “təcrübəli  həkim  mütəxəssis”in  koor-
dinatlarını  tapa  biləcəksiniz.  Sadəcə  divarlara  diqqətlə 
baxmaq lazımdır. 
Allah şəfa versin. 
Cümləmizə.
www.avciya.az
3 iyun 2013-cü il 


Yüklə 4,1 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə