Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə11/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   7   8   9   10   11   12   13   14   ...   106

prosesində  olduğu  “dünya  mədəniyyəti"  ola  bilər.  Qloballaş­
manın  sürətləndirdiyi  mədəni  təsirlənmə  proseslərinin  bütün 
miqyasları  əhatə etməsi  “pankultur proseslər”  kimi  adlandırılır. 
İnsanın  sosial-mədəni  fəaliyyətinin  məzmunu  mürəkkəbləşir. 
Yalnız  öz  lokal  sistemindən  kənara  çıxa  bilməyən  mədəniy­
yətlərin  mövcudluğu çətin  məsələyə çevrilir.
Qlobal  xarakterli  mədəni  ünsiyyət  yalnız  rəsmi  qurum­
ların  fəaliyyətinin  deyil,  adi  insanın  sosial-mədəni  həyatının  bir 
hissəsini  təşkil  edir.  Fərdi  və  kollektiv  mədəni  yaradıcılığın 
potensial  resursları  daha  çox  gerçəkləşmə  imkanı  əldə  etdiyi 
üçün  istənilən  lokal  nöqtədə,  fərdi  mədəni-innovativ  təşəb­
büsün  kəskin  şəkildə  artmasını  şərtləndirir.  Belə  təşəbbüslərin 
nəticəsi  kimi,  mədəniyyət  obyektləri  forma  və  məzmunca 
innovasion  sintez  nümunələri  təşəkkül  tapır.  Mədəni  tələbat­
ların  təminatı  bəsit,  əlverişli  proseslərlə  həyata  keçirilir,  onlara 
sosial  sifariş çoxalır.  Hər bir insan  bir yerə səfər edəndə,  yaxud 
dünya  hörümçək  toruna  -   internet  şəbəkəsinə  qoşulduqda  əv­
vəlcədən  yəqin  edə  bilmir:  hansı  mədəniyyət  aləminə  düşüb, 
burada  hansı  dəyərlərə  önəm  verilir.  Belə  mədəni  aləmlərlə 
təmasda  olan  hər  bir  insan  az  vaxt  ərzində,  ani  olaraq  malik 
olduğu  biliklərə,  dünyagörüşə  arxalanaraq  mədəni  oriyenta­
siyanı  özü  tapmalı,  özü  təyin  etməlidir.  Əks  təqdirdə,  onu 
mədəni-informasiya  axını  öz qoynuna  alıb  aparacaq.  Bu  axında 
mədəni  seçim  səriştəsi  olmadığına  görə  birdəfəlik  ilmək  də 
mümkündür.
XXI  əsrin  mədəniyyət  məkanında  insanın  həyat  tərzinin 
və  mədəni  davranışının  məqsədəuyğun  məcraya  yönəldilməsi 
get-gedə  çox  çətinləşir.  Fərdi  dünyagörüşün  variabellik  (təza­
hür)  formaları  son  dərəcə  rəngarəngdir.  Ənənəvi,  keçmişin 
mədəniyyətinə xas olan  dünyagörüş  formalarına  qayıdış  (məsə-
-
4 4
-
1эп,  dinə  və  ezoterik  düşüncə  tərzinə),  həmin  formaların  bir­
dəfəlik,  yenidən  bərqərar edilməsi  kimi  başa düşülür.  Bu  kimi 
cəhdlər  yeni  texnoloji  imkanlardan  istifadə  etməklə,  düşünül­
müş  şəkildə  həyata  keçirilir.  Lakin  hər  halda  müasir,  post­
modern  cəmiyyətdə  həmin  cəhdlərin  mütləqləşdirilməsi,  arzu 
olunan  nəticəni  vermir,  insanın  dolğun,  aktual  həyati  tələbat­
larının ödənilməsi  baxımından  yeganə məqsəd sayıla bilməz.
Sosial-mədəni  proseslərin  monitorinqi  yalnız  insanın 
bütün  maraq  və tələbatlarının  zəngin  bütövlüyünü  təmin  etmək 
səviyyəsində,  mədəni  ənənənin  mütləqləşdirilməsi  deyil,  müha­
fizəsi,  dünyaya  təbliği  və  translyasiyası  istiqamətində  həyata 
keçirilməlidir.
Çünki  yeni  sosial-mədəni  ideologiyanın  və  onun 
reallaşdınlma  tədbirlərini  nəzərdə  tutan  humanitar  texnologi­
yaların  həm  formalaşdırılması,  həm  də  uğuru,  yalnız  müasir 
dünyanın  mədəni  dinamikasında  ən  yüksək  rəqabətə  davam 
gətirə bilməsi  və  variabellik -  çeşidli  mədəniyyətlərin qəbul  və 
sintez  edə  biləcəyi  imkanlara  malik  ola  bilməsi  ilə  müəyyən 
olunur.  Yəni  mədəni-mənəvi  monitorinqin  sərhədləri,  rpsanın 
kütləvi  informasiya  mənbələrindən  məruz  qaldığı  təsirlərlə 
sıxışdınlmışdır. Təbii  ki, ənənəvi  mədəni  dəyərlər -  həyat,  ailə, 
ünsiyyət,  məhəbbət  -   yeni  dünyada  da  öz  yerini  alacaqdır. 
Lakin  əlavə  sosiallaşma  və  mədəni  insan  kimi  formalaşma 
komponentlərinin  daimi  seçimi,  süzgəcdən  keçirilməsi,  gələcək 
nəslə translyasiyası  çox ciddi  səylər tələb edəcəkdir.
Müasir  mədəniyyətin,  eləcə  də  mədəni  siyasətin  başqa 
sahələri  ilə  əlaqələri  həddən  çox  genişlənmişdir.  Bütün  elm 
sahələrində  olduğu  kimi,  mədəniyyəti  tədqiq  edən  elmlər  də 
dəyişən  mühitə uyğun olaraq dinamik  yeniləşməyə məruz qalır.
-
4 5
-


Dünyanın  inkişaf etmiş  qabaqcıl  ölkələrində  bu  sahədə 
elmi  tədqiqat  işləri,  əsasən  dövlətin  mədəni  siyasətinə  böyük 
dəstək  verir,  konkret  sosial-mədəni  məqsədlərin  həyala  keçi­
rilməsini  təmin  edən  sifarişləri  yerinə  yetirir.  Bu  məqsədlər 
çoxşaxəli  -   sosial,  siyasi,  ictimai  monitorinq,  maarifçi,  sosial- 
laşma  -  xarakter  daşıya  bilər.  Lakin  ictimai  elmin  bu  gün  cə­
miyyətdə  və  dünyada  gedən  sosial-mədəni  proseslərin  idarə 
edilməsi  və  monitorinqi  vasitəsi  kimi  funksiyaya  xidmət etməsi 
birmənalıdır.  Müasir ictimai  elmin  yalnız  nəzəri-abstrakt  deyil, 
həm  də  tətbiqi,  sosial  texnoloji  xarakterinin  vəhdət  təşkil  et­
məsi  onun  insanları  narahat  edən  aktual  problemlərə  oriyenta­
siyası  üstünlük  təşkil  edir.  ABŞ  alimi  D.Fromerin  sözləri  ilə 
desək,  “bu  gün  ictimai  elm  bizə  keçmişdə  magiyanın,  hərbi 
qüvvənin  köməyi  ilə  həll  edilən  problemləri  çözməyə  imkan 
verir”  (Наука  в  культуре.  -   M.,  Эдиториал  УРСС,  1999, 
s.279.).
Sirr  deyil  ki,  insanlar,  adi  şüur  böyük  elmi  kəşfləri  də, 
mütərəqqi  bəşəri  ideyaları  da  çətin,  biganəliklə  qəbul  edir. 
Bəzən  bunların  müəyyən  alim  və  mütəxəssis  qruplarının  dar 
çərçivəsindən  kənara yaymaq  obyektiv çətinliklərlə üzləşir.  La­
kin  məhz  buna  görə  XXI  yüzillik  sosial  kəşflər,  humanitar tex­
nologiyalar  əsri  kimi  bəyan  edilib.  Dünya  birliyinin  inteqrasi­
yasına,  çeşidli  mədəniyyətlərin  ahənginə  yönəlmiş  bəşəri  ide­
yaların  hər  bir  insanın  şüuru  səviyyəsində  dərkinə  nail  olmaq 
üçün  məqsədyönlü,  ardıcıl  tədbirlər  sistemi  həyata  keçirilmə­
lidir.  Humanitar,  sosial  və  intellektual  texnologiyaların  vahid 
fəaliyyəti  təmin  olunmalıdır.
Bugünkü  mürəkkəb  gerçəklikdə  insanın  uğurlu  fəaliy­
yət  qurması,  özünü  real I aşdı iması  üçün,  reallığın  adekvat  mən­
zərəsinə dair təsəvvürlər sistemi  olmaldır.  Bu  təsəvvürləri, dün­
-
4 6
-
yanın  obrazını  isə  məhz  ictimai  elm  yarada  və  təqdim  edə 
bilər.  Həyatın  bütün  mürəkkəbliyində,  dinamikada  dərk  edə 
bilməyən  insan  şüurundakı  dünyanın  primitiv  obrazına  uyğun 
olaraq  hərəkət  edəcəkdir.  Gündəlik  həyatında  qəbul  etdiyi 
yanlış  qərarlar,  yalnız  onun  özünün  deyil,  bütövlükdə  cəmiy­
yətin  sabahı  üçün  zərər gətirir.  Bütün  bunlar deməyə  əsas  verir 
ki,  yeni  dünya  məkanı  haqqında  düzgün  elmi  təsəvvürlər 
sisteminin  formalaşmasının  aktuallığı  bu  gün  nəinki  azalır, 
əksinə  xüsusilə  artır.  Adi  şüurun  reallığı  mənimsəməsi  üçün 
dünyanın  mənzərəsi  onun  anlam  səviyyəsinə  uyğunlaşdırıl­
malıdır.  Bu  isə  o deməkdir  ki,  ölkə  vətəndaşlarının  ən  müxtəlif 
anlam  səviyyələrinə,  savad  və  təhsil  səviyyələrinə  yönəlmiş 
sosial-humanitar texnologiyaların düşünülmüş  sistemi  hazırlan­
malıdır.  Belə  sistemin  yaradılması  vəzifəsini  ictimai  elm  öz 
üzərinə götürməlidir.
Dünyada  yeni  mədəniyyət  məkanının  formalaşması  fo­
nunda,  insanların  fərdi  özünü  ifadəsi,  yaradıcılığın  fərdi  isti­
qamətlənmiş,  onun  diqqətini  cəlb  etməyə  yönəlmiş  xarakteri, 
bir  daha  vurğulamaq  istərdik  ki,  sosial  mədəni  institutların 
eləcə  də  dövlətin  məqsədyönlü  təsirindən  yayıla  bilir.  Müasir 
kommünikasiya  texnologiyalarına  əsaslanan  qarşılıqlı  mədəni 
təsir 
prosesləri  ənənəvi  təsəvvür  və  normativ  qaydalardan 
gedə-gedə  daha  az  asılılıqda  olduğunu  nümayiş etdirir.  Mədəni 
məkan  insanın  bütün  imkanlarının  və  şəxsi  keyfiyyətlərinin 
istifadə  olunmasını,  səfərbər edilməsinin  maksimal  səviyyəsini 
tələb  edən  dinamik  bir  sistemə  çevrilir.  Belə  şəraitdə  mədə­
niyyət elminin,  ümumilikdə  ictimai  elmin  tədqiqatlarının  səmə­
rəliliyi,  onların  yalnız  nəzəri-ideoloji  mövqeyinin  düzgünlüyü 
ilə  deyil,  həm  də  hər  şeydən  əvvəl,  cəmiyyət  qarşısında  duran
-
4 7
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə