Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə43/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   39   40   41   42   43   44   45   46   ...   106

sindən  irəli  gələn  fəaliyyətin  zəruriliyi  kimi  qəbul  edilmə­
lidir.  Bu  vəziyyət  dünyadakı  ümumbəşəri,  qlobal  problem­
lərin  həllinə  əhəmiyyətli  təsir  göstərə  biləcək  qlobal  nüfuz 
mərkəzinin,  vahid  dünyanın  qlobal  siyasi  sisteminin  yara­
dılması  prosesinin  başlanğıc  götürdüyünə  dəlalət  edir.
Məhz  ona  görə  də  bu  “başlanğıc”  prosesi  demək  olar 
ki,  “dünya  lideri"  olmaq,  proseslərə  təkbaşına  müdaxilə et­
mək  kimi  cəhdlərlə  müşayiət  olunarsa,  son  nəticədə  yeni 
"imperializm in”  başqa  təzahürü  kimi  vəziyyətin  yaranma­
sına  səbəb  ola  bilər.  Bu  da  öz  məntiqi  sonluğunu  -  yəni  bü­
tün  imperiyaların  yaşadığı  aqibətin  yaşanılacağını  zərurətə 
çevirir.  Dünyanın  yeni  siyasi  təşkilatlanma  prosesinin  get­
diyi  indiki  dövrdə  7-8,  yaxud  10-15  aparıcı  ölkənin  qərar­
larının  mühüm  əhəmiyyətə  malik  olması,  üstünlük  təşkil 
etməsi  heç  də  o  demək  deyil  ki,  bu  ölkələrin  öz  vəzifələrini 
“dünyanın  iqtisadi,  siyasi  inkişafının  gedişini  idarə  və  ona 
nəzarət  edir,  edəcək  və  etməliyik”  kimi  başa  düşməlidirlər. 
11  sentyabr  hadisələri  göstərdi  ki,  nə  bütövlükdə  Qərb,  nə 
də  hər  hansı  bir  ölkə  “təklikdə”  bu  vəzifənin  öhdəsindən 
gəlməyə  qadir  deyildir.  Lakin  eyni  zamanda  da  dünyanın 
geniş  vüsət  alan  inteqrasiya  proseslərinin  yönəldilməsinə 
bütövlükdə  olmasa  da,  bir  çox  sahələrdə,  bir  çox  mə­
sələlərdə  təsir  göstərə  bilən  müəyyən  qlobal  qurum  və 
təsisatların  mövcudluğunu  indiki  reallıq  zərurətə  çevirir. 
Bəşəriyyətin  ümumi  taleyini  gündəmə  gətirən,  onları  məq­
sədəuyğun  məcraya  yönəldə  biləcək  müasir  qlobal  siyasi- 
iqıisadi  təşkilatlanma  sistemi  formalaşma  mərhələsində  ol­
duğu  üçün  dünya  siyasəti  mövcud  imkanlarından  çıxış  edir. 
Bu  sistemin  məhz  milli  suverenlik  prinsipinə,  milli  döv­
lətçiliyə  nə  dərəcədə  həssas  olması,  onun  belə  demək  olarsa
-  
174
-
taleyini,  bir  neçə  on  ildən  sonra  dünyanın  gələcəyi  üçün 
lıansı  müsbət  nəticələri  əldə  edəcəyini  bilavasitə  müəyyən 
edir  və  edəcəkdir.
Fəlsəfə  elmləri  doktoru,  professor  Ramiz  Mehdiyev 
qeyd edir  ki,  “müasir qlobalaşma  prosesləri  inkişaf elməkdə 
olan  cəmiyyətləri  həyat  tərzinin,  davranış  və  hətta  qəribə 
olsa  da,  təfəkkür  formalarının  qərbləşməsi  dilemması  qarşı­
sında  qoymuşdur.  Qərbləşmə  daxili  siyasi  detcrminantlara 
təsir  göstərərək  milli  ənənələrin,  adətlərin,  bəzən  də  tarixin 
ağırlıq  mərkəzini  dəyişdirir...  Qərbləşmə  modernləşmə  əla­
məti  altında  baş  verir.  Onun  açıq  cəmiyyətlərə  və  avtarkiya 
cəmiyyətlərinə  təsiri  əhəmiyyətli  dərəcədə  fərqlənir.  Əgər 
o.  bəzi  ölkələrdə  siyasi  və  sosial-iqtisadi  həyata  yeniliklər 
gəlirərək  cəmiyyətin  dayaqlarını  təkmilləşdirirsə,  digər  öl­
kələrdə  diffuziya  baş  verir,  sonra  da  tarixən  təşəkkül  tapmış 
normalar  və  adət-ənənələr  gizli  şəkildə  yox  olub  gedir... 
Lakin  qərbləşmə  və  onu  müşayiət  edən  mədəni  inqilab  yeni 
dəyərlərin  sahibləri  üçün  heç  də  həmişə  uğurla  nəticələn­
məmişdir.  Bu  zaman  milli  suverenliyin  məhdudlaşması  və 
sərhədlərin  silinməsi  tradisionalist  və  modernist  qrupların 
mənafelərinin  toqquşmasına  gətirib  çıxarır  ki,  bu  toqquşma 
da  qərbləşmə  cərəyanarının  təsiri  altına  düşür.  Bu  halda 
müqavimət  son  dərəcə  sərt  olur  və  yeni  səmərəli  mədəni 
inqilabın  mümkünlüyü  heçə  enir.  İranda  1979-cu  il  inqila­
bına  tradisionalistlərin  və  modcrnistlərin  məhz  bu  cür  toq­
quşması  səbəb  olmuşdur.  Dövlətin  və  cəmiyyətin  gələcəyi 
ənənə  ilə  qərbləşmə  arasında  qarşıdurmadan  sonra  dövlətin 
hansı  yolu  seçməsindən  asılıdır”.
Milli  dövlətçilik,  dünyanın  bütün  dövlətlərinin  təşki­
latlanmasının  əsas  prinsipi  və  modelidir.  Milli  dövlət-döv­
-  
175
-


lət  suverenliyinin  başlıca  daşıyıcısı,  qarantıdır.  Milli  suve­
renlik  -   hər  bir  xalqın  (millətin)  öz  ictimai-siyasi  quruluşu­
nu,  ərazi  bütövlüyünü,  iqtisadi  müstəqilliyini,  mədəniyyə­
tini  və  s.  azad  seçmək  hüququ,  yəni  öz  taleyini  özünün  həll 
etməsi  hüququdur.  Dövlət  ali,  son  məqsəd,  ali  dəyərdir,  əks 
təqdirdə,  o,  suveren  deyil,  o,  öz  tamlığının,  müstəqilliyinin 
qarantı  deyil,  suveren  hakimiyyətsiz  milli  dövlət  yoxdur. 
Suverenlik  vahid  və  bölünməzdir  və  xalqa  məxsusdur.  Hər 
bir  dövlət  suveren  olmalı,  suveren  olmaq  üçün  isə  özünü 
milli  dövlət  elan  etməli,  onun  mövcudluğunu  başqa  ölkələr 
tanımalıdır,  milli  dövlətlərin  sərhədləri  toxunulmazdır  və 
birtərəfli  qaydada  dəyişdirilə  biməz.
İctimai-siyasi  təşkilatlanmanın  milli  dövlətçilik  mo­
deli,  bütün  dövlətləri  beynəlxalq  münasibətlərin  vahid  bəra­
bərhüquqlu  üzvləri  kimi  müqayisə  və  qəbul  etməyə  imkan 
verir.
Qloballaşma  dövründə  qarşılıqlı  təsir  və  inteqrasiya 
proseslərinin  yüksək  sürəti  dövlətləri  və  onların  bir-birinə 
münasibətini  sistemə  çevirir.  Milli  dövlətlərin  hamısı  yek­
dil  olaraq  bu  sistemin  dayanıqlı  olması  qayğısına  qalma­
lıdırlar.  Bu  heç  də  həmişə  belə  olmur.  Qlobal  dünya  siste­
minin  mövcudluğuna  təhlükə  yaradan  dövlətlərin  fəaliyyəti 
kollektiv  hərəkətlərlə  pislənsə,  onlar  təcrid  olunsalar  da  be­
lə,  millilik  və  millətçilik  anlayışlarının  məzmununun  də­
yişdirilməsi  cəhdi,  başa  düşülməməsi,  bilərəkdən  və  ya  bil­
məyərəkdən  dünya  sisteminin 
tarazlığının 
pozulması, 
sərhədlərin  yenidən  “biçilib-tikilməsi”  cəhdləri  bu  gün  qlo­
ballaşan  bəşəriyyətin  taleyi  üçün  təhlükə  yaradan  amillər 
sırasında  birincidir.
XX  əsrin  sonlarında  dünyanın  siyasi  xəritəsində  mə­
-  
176
-
lum  hadisələrin  baş  verməsi  nəticəsində  müstəqil  dövlət­
lərin  sayının  durmadan  artmasına  rəğmən  onların  mövcud 
olduğu  sərhədlərin  toxunulmazlığı,  beynəlxalq  münasi­
bətlərin  əsas  prinsipi  kimi  bir  daha  möhkəmləndirildi,  təs­
diq  edildi.
Milli  dövlətçiliyin  və  suverenlik  prinsipinin,  müasir 
dünyanın  ictimai-siyasi  təşkilatlanmasının  əsas  modeli  kimi 
məqbul  sayılması,  “millilik”  anlayışına  unikal  bir  status  ve­
rilmişdir.  Millilik  hər  hansı  bir  dövlətin  legitimliyinin  əsas­
landırılması  üçün  birinci  (və  hələlik  yeganə)  şərt  və  vasitə 
kimi  tanınmışdır.
Lakin  məhz  bu  unikallığın,  özəl  mahiyyətin  təhrif 
olunması,  başqa  sözlə  desək,  anlayışın  universallıq  kimi  as­
pektlə  varislik  və  bağlılığının  unudulması,  yaxud  bilərək­
dən  nəzərə  alınmaması  bəzi  üzdəniraq  ideoloqların  elm i-si­
yasi  cəhətdən  qeyri-real,  nəticələri  baxımından  təhlükəli 
sayılan  xülya  və  niyyətlərinə  rəvac  vermişdir.  XX  əsrin 
sonlarına  doğru  dövlət  suverenliyinin  əldə  olunması  prose­
sini  müşayiət  edən  sərhədlərin  toxunulmazlığı  prinsipinin 
kobud  şəkildə  pozulması,  millilik  və  millətçi-şovinizm  an­
layışlarının  eyniləşdirilməsi  nəticəsində  ortaya  çıxan  silahlı 
separatizm  və  terror  kimi  hadisələr  də  paralel  olaraq  get­
mişdir.  “Milli  azadlıq  hərəkatı”  adlandırılaraq  müstəqil 
dövlətimizin  ərazi  bütövlüyünü  pozan,  tarixdə  dəfələrlə 
sərhədlərini  genişləndirmək  məqsədini  güdən,  m illət-döv­
lətlərin  formalaşma  prosesinin  getdiyi  XX  əsrin  əvvəl­
lərində  olduğu  kimi  bu  dəfə  də  baş  qaldıran  erməni  m illət­
çi-şovinizmi  yenidən  məhz  dalğada  təşəkkül  tapdı.  Əlbəttə, 
təəssüflə  qeyd  edə  bilərik  ki,  ilk  zamanlar  öz  siyasi-ideoloji 
doktrinalarını  həyata  keçirən  Qərb  dövlətləri,  ümumiyyətlə
-  
177
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə