Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə59/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   55   56   57   58   59   60   61   62   ...   106

Onların  mövcudluğu  Azərbaycanın  dünyaya  açıq,  hu­
manist,  insanpərvər  xalq  olduğunun  canlı  sübutudur.  Belə 
olmasaydı  bəzilərinin  sayı  bir  neçə  mindən  artıq  olmayan  bu 
azsaylı  etnik  birliklər  çoxdan  assimilyasiya  edilərək  sıradan 
çıxardılar.  Bununla  da  dünyanın  etnik-milli  çələngi,  öz  naxış­
larını  itirər, solğunlaşardı.
Azərbaycanda  etnik  çoxçalarlığın  tarixin  sınağından 
çıxaraq  bu  günə  çatması,  bədnam  ermənilərin  xalqımız 
haqqında  yaratmağa  çalışdığı  təsəvvürləri,  böhtan  və  iftiraları 
puça  çıxarır.  Bir  şey  gün  kimi  aydındır  ki,  çoxmillətli 
Azərbaycan  onu  sevənlər,  bu  yurdu  özünə  vətən  hesab edənlər 
üçün  həmişə  doğma  ocaq  olub.  Bu  yaxınlarda  rusiyalı  müəllif 
S.Eduardov  postsovet  məkanında  ruslara  münasibət  haqda 
tədqiqatının  nəticələrini  açıqlamışdır.  Müəllifin  göstərdiyi 
rəqəmə görə,  1989-cu ildən Ermənistanda yaşayan  51,6  min rus 
əhalidən  indi  10  minə  qədər  (yəni  0,3%)  qalmışdır.  Rusiyanın 
“l№-li  müttəfiqi” olan ölkədə rusların  sayı  4  ildə  5  dəfə  azalıb. 
Müəllif  Azərbaycanda  180  min  rus  (2,3%)  yaşadığım,  4  ildə 
0,5  dəfə azaldığını  misal çəkir, burada rus əhaliyə Ermənistanla 
müqayisədə  fərqli  ictimai-siyasi,  psixoloji  münasibətin  oldu­
ğunu  xüsusi  vurğulayır.  O  göstərir ki,  rus  icması  Azərbaycanda 
yetərincə  fəal  ictimai-mədəni  mövqe  tutur,  heç  bir  ciddi  prob­
lem  hiss  etmirlər.  50-yə  yaxm  rusdilli  mətbuat  orqanının  qey­
diyyatdan  keçməsi  müəllifin  fikrincə,  heç  də  pis  göstərici 
sayıla  bilməz.  O  belə  qənaətə  gəlir  ki,  “Azərbaycanda  rus  əha­
lisinin  normal  gələcəyi  var,  hər şey onların  özlərindən  asılıdır”. 
( “Ayna”  qəzeti,  22  avqust,  2003-cü  il,  №   32).  Göründüyü  ki­
mi, ermənilərin  naxələflikdə bənzərləri  yoxdur.
“Azərbaycanın  tərkibində  olmaları  Qarabağ  erməniləri 
üçün  heç  bir  təhlükə  yaratmır"  -   bu  da  Avropalı  ekspert  Az-
-238
  -
bıyom  Eydenin  keçən  il  Azərbaycanda  işgüzar  səfəri  zamanı 
söylədikləridir.  Milli  azlıqların  hüquqlarının  müdafiəsi  üzrə 
Avropa  Çərçivə  Konvensiyasının  Məşvərət  Komitəsi  nüma­
yəndə  heyətinə  başçılıq  edən,  hüquq  doktoru,  Norveç  İnsan 
Hüquqları  İnstitutunun  professoru  A.Eyde,  digər  avropalı  eks­
pertlərlə,  QHT-lər  dağ  yəhudilərinin  yaşadığı  yerlərdə  olmuş­
dur.  Səfərin  sonunda o demişdir:  "real  həyat  və praktikada sizin 
gözəl  ölkədə  məskunlaşan  milli  azlıqlara  münasibət  çox  qə­
naətbəxşdir,  sadəcə  bu  sahədə  “Milli  azlıqlar  haqqında”  milli 
qanunvericilik  işlənmə  mərhələsindədir.  Mən  xüsusilə  vur- 
äulayıram:  həyat  və  praktikada  deyil,  qanunvericilik  müstə­
visində lazım olan  işlər də görülməkdədir”.
Azərbaycanda  etnik-müxtəlifliyi  müxtəlif  maraq  və 
məqsədlər üçün  istifadə etmək  istəyən  qüvvələr -   həm  daxildə, 
həm  də  xaricdə  -   həmişə  olmuşdur.  Azərbaycanın  əzəmət  və 
qüdrətini  sübut  edən  bu  rəngarəng,  “sosial-mədəni  kapitalı” 
əleyhimizə  yönəldənlərin  son  cəhdlərinin  qarşısı,  Azərbaycan 
xalqının  böyük  lideri,  müdrik  rəhbərimiz  Heydər  Əliyev 
tərəfindən  qətiyyətlə  alındı.  H.Əliyevin  yuxanda  epiqraf olaraq 
göstərdiyimiz  sözləri  onun  Azərbaycanda  yaşayan  xalqlara 
qayğı  və münasibətinin  bir məqamıdır.
Yeri  gəlmişkən  böyük  öndərimizin  qəbul  etmədiyi 
"milli  azlıq”,  “azsaylı  xalq”,  “etnik  azlıq”  və  s.  kimi  ifadələrin 
obyektiv-elmi  təyinatı  hazırda  dünya  ictimai  elmində  ən  çox 
müzakirə edilən  mövzulardandır.
“Azlıq”  və  ya  “çoxluq’Ma  deyil,  sadəcə  müxtəliflik  və 
fərqlilik,  “özəllik"  kimi  cizgi  və  çalarlar  daşıyan  mədəniy­
yətlərə, ciddi  elmi  anlayışlann  tətbiq  edilməsi  zərurəti  dəfələrlə 
vurğulanmışdır.  Həqiqətən  də,  burada  da  biz,  Heydər  Əliyevin 
siyasi-elmi  fəhm  və müdrikliyinin  bir daha təsdiqini  görürük.
-
23 9
-


Rusiya  alimləri  də  həmçinin  “Qafqaz  millətindən  olan 
şəxslər”  anlayışının  yalnız  KlV-lərdə  deyil,  hətta 
elmi 
ədəbiyyat  və  rəsmi  sənədlərdə  də əksini  taparaq,  özündə  nə qə­
dər  mənfi  ideoloji  yük  və  qərəz-qarşıdurma  “imici”  daşıdığını 
təkidlə  tənqid  edirlər.  Onların  fikrincə,  bu  münasibətin  müqa­
bilində,  Qafqaz  torpaqlarına  səyahət  edən  avropalıların  bu 
xalqların  geniş  qəlbi  və  qonaqpərvərliyini  təsvir  eldiyi  xatirə­
ləri  çox  böyük təzad  və paradoksdan  xəbər verir.
“Hər  bir  xalqın  əbədi  yaşarlığı  -  onun”  müxtəlifliyinin 
vəhdətindədir”  ideyası  çox  qədimdir.  Bu  gün  ən  müxtəlif 
səviyyə  və  istiqamətlərdə gedən qloballaşma prosesində,  mədə­
niyyətlərin  qloballaşaraq  yekcins  “bir”  mədəniyyət,  “eyni” 
(Qərb)  mədəniyyətinə  çevrilməsindən  duyulan  narahatlığa 
rəğmən,  bu  qədim  ideya,  "multikulturalizm”,  “mədəni  müxtə­
liflik”,  “mədəni  plüralizm”  və s.  kimi  müstəqil  elmi-kulturoloji 
tədqiqatların  aparılmasını  şərtləndirmişdir.
Yeri  gəlmişkən,  hazırda  Almaniyada  “immiqrant  mədə- 
niyyəti"nin  rolu  və  əhəmiyyəti,  əcnəbi  vətəndaşların  alman  cə­
miyyətinə  və  mədəniyyətinə  inteqrasiyası”  probleminə  dair 
geniş elmi  diskussiyalar gedir.
Söhbət,  əsasən  türk  miqrantlardan  gedir.  Çünki,  mədəni 
inteqrasiya  və  ünsiyyət,  mədəni  dəyərlər insanları  ayırmağa de­
yil. birləşdirməyə qadir olan qüvvədir.
Dünyada  elə  bir  mədəniyyət  yoxdur  ki,  etnik,  milli  və 
bəşəri  aspektləri  özündə  birləşdirməsin.  Buna  görə  də  mə- 
dəniyyətlərarası  dialoq  həm  dünya  dövlətləri  arasında,  həm  də 
hər bir mədəniyyət daxilində getməlidir.
Müxtəlif  mədəniyyətlərin  bərabər  hüquqlu  əməkdaşlığı 
və  birgəyaşayışına  nümunə  kimi  adətən,  mədəniyyətlərdəki 
fərq  və  özəlliklərə  böyük  dəyər  kimi  qiymətləndirən  İsveçrə
- 2 4 0 -
modclini  göstərirlər.  Burada  3  rəsmi  dil  (alman,  fransız,  ital­
yan)  mövcuddur.  23  kantondan  hər  birinin  öz  konstitusiyası, 
parlamenti  və hökuməti  var.
Yaxud  Finlandiyada  isveçlilər cəmi  8%  olsa  da,  burada 
ikinci  rəsmi  dövlət dili  - İsveç dilidir.
Bu  ölkələrdə  separatçılığa  dair  tələb  və  çıxışların,  irəli 
sürülən  ərazi  iddialarının  olmadığını  vurğulasaq  onda  başqa 
mənzərə almır.
“Azərbaycançılıq”  ideologiyası  dövlətçiliyimizin  gələ­
cəyi  üçün  qlobal  düşüncə  tərzi  ilə  lokal  fəaliyyətin  uğurlu 
sintezini  təmin edən,  bütün dünyadakı  azərbaycan 1 ilan  da əhatə 
edən  mənəvi  imperativ  kimi  hər kəsə aid olur.
Heç  kimə  qarşı  yönəlməyərək  dünya  elmi  ictimaiy­
yətinin  məqbul  hesab  etdiyi  (“Konsıitutsional  patrioıizm”  - 
məs. "İlahi,  Amerikanı  hifz elə!”) məfkurə qismində çıxış edir.
Azərbaycan  Respublikası  2000-ci  il  16  iyunda  Azərbay­
can  Respublikasının  Prezidenti  H.Əliyevin  qərarı  ilə  ümum­
bəşəri  dəyərlərə  sadiq  olduğunu  təsdiqləyərək,  insan  hüquq  və 
azadlıqlarına rəğbət  bəsləyərək  “Milli  azlıqların  müdafiəsi  haq­
qında  Avropa  və  Çərçivə  Konvensiyasına  qoşulmağa  dair 
qanun  qəbul  etmişdir.  Konstitusiyamızın  25-ci  maddəsində  di­
lindən,  dinindən,  irqindən,  mənşəyindən  və  s.  asılı  olmayaraq 
dövlətin  bütün  vətəndaşların  hüquq  və  azadlıqlarının  təminat­
çısı  olması  təsbit olunmuşdur.
Bu  gün  Azərbaycanda  onlarca  milli-mədəniyyət  mər­
kəzləri  fəaliyyət  göstərir.  Azərbaycan  Respublikası  mədəniyyət 
nazirliyi  YUNESKO-nun,  Avropa  Şurası  və  ATƏT-in  "mədəni 
müxtəlifliyə”  dair  proqramlarında  fəal  iştirak  edir.  Mədəniyyət 
Nazirliyi  "Azərbaycanın  mədəni  müxtəlifliyi”  layihəsini  hazır­
lamışdır.
- 2 4 1   -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə