Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə60/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   56   57   58   59   60   61   62   63   ...   106

Nazirliyin  “Azərbaycanda  mədəni  siyasətə  dair  millj 
məruzəsi”  Avropa  Şurasına təqdim  olunmuş,  Avropa  Şurasının 
saytında  yerləşdirilmişdir.
Milli  azlıqların  dilində  radio-televiziya  verilişlərinin 
geniş  yayımlanmasını  Avropa  Şurasının  eksperti  vurğula- 
mışdır.
Azərbaycan  Öz milli-etnik tərkibi  ilə dünyanın  ən  nadir, 
özünəməxsus  və  mədəni  sivilizasiyalarından  biridir.  Müx­
təlifliyin  vəhdəti  -  etnik,  milli  və  ya  konfessional  fərqlərin  ara­
dan  qaldırılması  demək  deyil.  Milli  və  bəşərinin  vəhdəti, 
Azərbaycan  xalqının  ortaq  dəyərlər  və  davranış  münasibətləri 
adlı  məkanın  formalaşmasını,  etnik  şüurda  hər  bir  qatın 
statusunu  sezməyə  imkan  verir,  özünün  real,  tarixi-mədəni 
varlığının  subyekti  olmasına şərait yaradır.
Azərbaycanda  mədəniyyətlər  və  dinlərarası  münasibət­
lərin  durumu,  etnik-milli-bəşəri  müstəvilərin  ahəngdar  möv­
cudluğu  baxımından  dünyaya  örnək  ola  bilər.  Bizim  diyarda 
həmişə dialoq  sənəti:  həm  dinləmək,  həm  də dinlənilmək,  məs­
ləhətləşərək  qərar  qəbul  etmək  bacanğı  tarix  boyu  yüksək 
qiymətləndirilmiş,  mənəvi  dəyər  əhəmiyyəti  kəsb  etmişdir. 
Xalqımızın:  "Əgər  məsləhət  etməyə  bir  adam  yoxdursa,  pa­
pağını  qabağına  qoy,  onunla  məsləhətləş”  -   deyimi  dialoqa 
münasibətin  bariz  nümunəsidir.  Mədəniyyətlərarası  münasi­
bətlərdə  Azərbaycan  xalqının  dialoji  potensialı:  tolerantlıq,  hu­
manizm,  xeyirxahlıq,  yalnız  mənəvi-mədəni  deyil,  həm  də  çox 
dərəcədə  ictimai  məzmun  daşıyır.  Bunlar  xalqımızın  şərəf,  lə­
yaqət,  həqiqət  və s.  dair təsəvvürlərindən  ayrılmazdır  və  Azər­
baycanda  müxtəlif  xalqların  birgəyaşayışının  immanent  mə­
nəvi-sosial  nizamlayıcısı  kimi çıxış edir.
Vətənimizdə  yaşayan  etnik  birliklərin  nümayəndələri
-
242
-
ilçün  özünü  “Azərbaycanlı”  kimi  hiss  etmək  heç  bir  vəchlə 
etnik  hiss  və identikliyin  itməsi  kimi  və ya etnik  identifikasiya, 
özünü  təcrid  və  qapalılıq  kimi  başa  düşülməməlidir.  Bu  hər 
birimizin  “Azərbaycan  vətəndaşı”  və  xalqının  nümayəndəsi” 
olmaq  kimi  təbii  bir  halın  ifadəsidir.  Doğrudan  da  "Biz- 
Azərbaycanlıyıq!”  və  hər  birimiz  öz  etnik  və  dini  mənsu­
biyyətimizdən  asılı  olmayaraq  belə  bir  fikrin  həqiqiliyini  dərk 
və etiraf edirik:  Azərbaycanda,  burada  yaşayan  bütün  xalqların 
etnik,  dini  mənsubiyyətini  inkar  etməyən,  onlara  hörmət 
bəsləyən  və  mühafizə  edən  real  tarixi,  sosial  və  mədəni  birlik- 
vəhdət mövcuddur və dövlətimiz onun qarantıdır!
Bunları  dərk  etmək,  gerçəkliklə  bağlılığı  duymaq,  özü­
nü  vahid  məkan  və  zamanın  üzvi  tərkib  hissəsi  hesab  etmək, 
etnik-milli  özəlliyi  zənginləşdirir,  tamamlayır  və  şəxsi  sosial- 
mədəni  təsəvvürlər  məkanını  hədsiz  genişləndirir,  belə  bir 
məntiqi  nəticəyə  gəlməyi  mümkün  edir:  Hər  birimizin  və  bü­
tövlükdə Azərbaycanın  gələcək  firavanlığının  təməli, “azərbay- 
cançılığın”  birləşdirdiyi  bütün xalqların  səylərindən qurulur.
-
243
-


§ 8. Milli varlığın əbədiliyi mənəvi dəyərlərin 
varlığı, əbədiyaşarlığı qədərdir
"H ər  bir  insan  üçün  m illi  m ənsubiyyət  onun 
qürur  mənbəyidir.  Mən  həm işə fə x r   etmişəm  və  bu 
gün  də  fə x r   edirəm  ki.  mən  Azərbaycanlıyam. 
Azərbaycan  mənim  ürəyimdir.
Heydər Əliyev
Hər  bir  insan  dünyaya  gələndə  hansısa  millətə,  xal­
qa,  etnosa  mənsubluq  hissini  daşıyır.  Bu,  özünəməxsusluq 
hissi  ilə  səciyyələnən,  milli  kimliyi  ifadə  edən  mənəvi 
dəyərlər  hər  bir  xalqın  müqəddəs  sərvəti,  eyni  zamanda 
toxunulmaz  xəzinəsidir.  Həmin  xəzinənin  daim  inkişafı 
milli  varlığın,  milli  dövlətin  əbədi  mövcudluğu  deməkdir. 
Milli  ruhun,  mənəvi  dəyərlərin  tam  dolğunluğu  ilə  inkişaf 
etdirilə  bildiyi  yeganə  məkan  isə,  şübhəsiz  ki,  müstəqil 
dövlətdir.  Müstəqil  milli  dövlət  olmayan  yerdə  mənəvi  də­
yərlərin  mövcudluğu  xalqın  canı  və  qanı  bahasına  mümkün 
olur,  onun  məşəqqətli  tarixi  ilə  müşayiət  olunur.
Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyev  müstəqil 
Azərbaycan  dövlətinin  təməlini  qoymaqla  müqəddəs  bir  mis­
siyanı  gerçəkliyə  çevirdi:  milliliklə  dövlətçiliyi  bir-birinə  qo­
vuşdurdu,  onların  sarsılmaz  vəhdətini  təmin  etdi.  Dünyadakı 
hər  bir  xalqın  arzusunda olduğu  bu  əlçatmaz  ideal  Azərbaycan 
adlı  məkanda  da  reallaşdı.  Tarixdən  məlumdur  ki,  belə  müqəd­
-
244
-
dəs missiyanı  həyata keçirən dahi  şəxsiyyətlər özləri  də müqəd- 
dəsləşif-  milli  tarixin  əvəzsiz,  ülvi  dəyər  və  sərvətinə  çev­
rilirlər.
Müstəqil  Azərbaycan  dövlətinin  yaradılması  ilə  böyük 
bir  millətin  özünütəsdiqi  üçün  zəruri  milli-mədəni,  mənəvi 
mühitdə  yaşamaq  imkanı  əldə  edildi.  Milli  yiyəlik  hissinə 
sahib,  dövlətin  bu  günü  və  sabahı  üçün  məsuliyyət  hissi 
yaşayan,  yüksək  mənəvi  dəyərləri  həyat  prinsipinə  çevirmiş 
azərbaycanlı  obrazının  formalaşması  dövrü  başlandı.  Milli 
maraqlar  üzərində  həyata  keçirilən  siyasət  və  mənəvi  mühitin 
təşəkkül  tapması  XX  əsrdə  Heydər  Əliyevin  xalqımıza  bəxş 
etdiyi  ən  böyük  sərvətlərdən  biridir.  Ulu  öndərin  nəzən  irsi 
milli  dövlətçilik  konsepsiyası,  liderlik  fəlsəfəsi  ziyalılanmız, 
alimlərimiz  tərəfindən  təhlil  edilir,  bu  böyük  nəzən  və  praktiki 
irsin  mahiyyətinin  dərk  edilməsi  sahəsində  tədqiqatlar  apanlır 
və gələcək inkişaf perspektivləri  müəyyənləşdirilir.  Onun  ideya 
və  siyasətinin  praktiki  müstəvisi  isə  2003-cü  ildən  İlham 
Əliyevin  ölkə  Prezidenti  seçilməsindən  üzü  bəri  hər  an  ger­
çəkləşməyə doğru  gedir. Dövlətin  və hər bir Azərbaycan  vətən­
daşının  taleyində baş verən dəyişikliklər və tərəqqi  Heydər Əli­
yev  irsinin  nəzəri  və  praktiki  vəhdətdə  gerçəkləşməsinin  bariz 
nümunəsidir.
Müstəqillik  tariximiz,  Azərbaycan  xalqının  öz  milli- 
mənəvi  köklərinə  qayıdışı,  milli  ruhuna  uyğun  həyat  və  dü­
şüncə  tərzinin  formalaşması  illəridir.  Dünyanın  qədim  xalq­
larından  biri  kimi  azərbaycanlıların  malik  olduğu  yüksək  mə­
nəvi-əxlaqi  keyfiyyətlərin  qorunub  saxlanılması  “keçid  dövrü” 
kimi  adlandırılan  mürəkkəb bir zamanda dəyərlərin  varisliyinin 
təmin edilməsi  nə qədər çətin olsa da ulu öndərin  fədakar qayğı 
və himayəsi  altında böyük uğurlar əldə olundu.  Ümumbəşəri  və
-
245
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə