Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə62/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   58   59   60   61   62   63   64   65   ...   106

nəviyyat  və  mədəniyyət  sahəsində  tamamilə  fərqli  təzahürlərə 
malikdir.  Bu  sahələrdə  özünəməxsusluq  və  identikliyin,  rnillj 
ruhun  qorunması,  inkişaf etdirilməsi  (yəni  müxtəliflik),  iqtisa­
di,  texnoloji  və  s.  aspektlərdə zəruri  olan  proseslərin  (yəni  vəh­
dətin)  birmənalı  təminatçısı  kimi  çıxış  edir.  Ümumbəşəri  də­
yərlərin  qlobal  inkişaf  modeli  kimi  mütərəqqi  sayılan  demo- 
kratik-siyasi  meyillərin  unifikasiyası,  reqlamentasiyası  ilə  mü­
qayisədə,  mədəni-mənəvi  sferada  standartlaşma  kimi  başa  dü­
şülən  proseslərin  də reallaşacağı  nəinki  qeyri-mümkündür,  həm 
də  buna  edilən  cəhdlər  çox  təhlükəlidir.  Başqa  sahələrdəki  in­
teqrasiya,  vahid  standartların  ümumi  təsisat  və  fəaliyyətin 
təşəkkülü  ilə  müqayisədə  mənəvi  dəyərlərin  və  mədəniyyətlə­
rin  yalnız  qarşılıqlı  dialoqu,  təsiri,  ünsiyyəti  və  könüllü  bəh­
rələnməsindən  söhbət gedə bilər.
Azərbaycan  geostrateji  mövqeyinə  görə  iki  dünyagö­
rüşünün,  iki  həyat  tərzinin,  iki  mədəniyyətin,  çeşidli  mədəni 
dəyərlərin  qovuşduğu  məkanda  yerləşir.  Belə  bir  məkanda 
yaşayan  insanlar  ünsiyyətin  yalnız  coğrafi  deyil,  həm  də  mə­
nəvi  təzahürünü,  Qərb  və  Şərq  mədəniyyətinin  dialoqunu  gün­
dəlik  həyatımızda  hiss  etməkdədirlər.  Maraqlı  cəhət  burasın­
dadır  ki,  dünyanın  ən  müxtəlif  qütblərində  siyasi  qarşıdurma­
lara  çevrilən  bu  dialoq  Azərbaycan  mədəniyyətində  hər  hansı 
çatışmazlıqlara  səbəb  olmamış, əksinə,  bu  məmləkətdə  bənzər­
siz  bir  mədəni  mühit  formalaşdırmışdır.  Çünki  əsrlərdən  üzü 
bəri  yol  gələn,  zaman-zaman  saf çeşmə  kimi  daha  da  durulan, 
cilalanan  zəngin  Azərbaycan  mədəniyyəti  bütün  kənar  mü­
daxilələrə  sinə  gərmək  gücündədir.  Azərbaycan  malik  olduğu 
mədəni  potensialla  bu  dialoqda  öz  sözünü  deyir  və  mövqeyini 
sübuta yetirir.
Dövlətin  mədəniyyət  və  mənəviyyat  sahəsində  siyasə­
-
250
-
tinin  müasir  informasiya  və  qloballaşma  dövrünün  tələblərinə 
uyğun  inkişaf etdirilməsi  istiqamətində  Prezident  İlham  Əliye­
vin çoxsaylı  nitq  və çıxışlarında öz konseptual  əksini  tapmışdır.
Milli-mənəvi  dəyərlərin  təməl  sayılan  üzvi  tərkib  hissə- 
larinə  dil,  elm  və  təhsil,  mədəniyyət,  din,  adət  və  ənənələrimiz 
kimi  fundamental determinantlar daxildir.
Müstəqil  Azərbaycanın  vətəndaşları  üçün  öz  dilini,  di­
nini,  tarixini,  mədəniyyətini,  ədəbiyyatını  öyrənmək,  onlara  də­
rindən  bələd  olmaq  üçün  lazım  olan  bütün  imkanlar  yaradıl­
mışdır.  Təhsil  və  elmin  inkişafı  dövlət  himayəsinə  alınmışdır. 
“Dövlət  dilinin  tətbiqi  işinin  təkmilləşdirilməsi  haqqında”  18 
iyun  2001-ci  il,  “Azərbaycan  əlifbası  və  Azərbaycanda  Bilik 
gününün  təsis  edilməsi  haqqında"  9  avqust  2001-ci  ıl  tarixli, 
“Milli  mənəvi  dəyərlərimizin  qorunması”  ilə  bağlı  13  avqust 
2001-ci  il  tarixdə  verdiyi  bəyanat  Azərbaycan  vətəndaşının, 
ziyalısının,  gənclərinin  qarşısında  böyük  imkanlar  açmaqla 
bahəm,  eyni  zamanda  məsuliyyətli  vəzifələr  qoydu.  Avqust 
ayının  1-i  isə  ulu  öndərin  verdiyi  fərmanla  hər  il  “Ana  dili” 
günü  qeyd  olunur  və  bu  onun  statusunun  daim  yüksəldilməsi 
və  təbliğinə  dövlət  qayğısının  bariz  nümunəsidir.  Bu  rəsmi 
tarixi  sənədlərdə  mənəviyyatımızın  keçdiyi  inkişaf  yolu,  onun 
dünyanın ən  zəngin  və  mükəmməl  mədəni  irsə olduğunu  haqda 
həqiqət öz əksini  tapmışdır.
Dövlətçilik,  vətənpərvərlik,  milli  özünəməxsusluq  hiss­
lərinin  gənc  nəsillərə  aşılanmasında,  müasir  dövrün  reallıq­
larını  da  nəzərə  alan  fəaliyyət  proqramının  müəyyənləşdiril­
məsi  prioriteti  hədəflər sırasındadır.
Dövlət  quruculuğunda,  mənəvi  dəyərlərin  inkişaf  etdi­
rilməsində  dil  siyasəti  ən  önəmli  əhəmiyyətə  malikdir.  Də­
yərlərə  qayıdış  ilk  növbədə  ana  dilinə  qayıdışdan  başlayır.
-251
  -


Doğma  dildə  təhsil  alanlann,  elmi  və  ədəbi  nəşrlərin  saytnın 
artması  milli-mənəvi  dəyərlərin  möhkəmləndirilməsində  isti­
nad  nöqtəsini  təşkil  edir. “Millətin  milliliyini  qoruyub saxlayan 
onun  dilidir” (Heydər Əliyev).
Azərbaycan  dili  həm  milli  dövlətçilik  ideologiyanın 
ardıcıl  reallaşması,  həm  də  milli  özünüdərk  prosesində  əvəzsiz 
yer  tutmaqla  müxtəlif  tarixi  mərhələlər  və  nəsillər  arasında 
mənəvi  körpü  rolunu  oynayır.  Mənəviyyatımızın  ən  etibarlı 
daşıyıcı  kimi  doğma dilə göstərilən qayğı  və diqqət Prezidentin 
fəaliyyətində önəmli  yer tutur.
Elm, təhsil, mədəniyyət mənəvi dəyərlərimizin  uğur 
faktoru kimi dövlətimizin himayəsindədir
Hər bir xalqın,  xüsusilə də gənc  nəslin,  əsrlər boyu  əldə 
edilmiş  mənəvi  dəyərlərə  yiyələnməsi,  onlara  dərindən  bələd 
olması  yalnız  təhsil  vasitəsilə  mümkün  olur.  Təhsil  sisteminin 
milli  zəmin  üzərində  ümumbəşəri  dəyərlərə  əsaslanaraq 
yenidən  qurulmasına  dair  Heydər  Əliyevin  müəyyən  etdiyi 
dövlət  siyasətinin  prezident  tərəfindən  ardıcıl  həyata  keçi­
rilməsi  insanlarımızın  dövlət  başçısına  bəslədiyi  böyük  rəğ­
bətin  əsas  səbəblərindəndir.  Ölkəmizdə  “Bilik”  gününün  təsis 
edilməsi  və  təhsil  müəssisələrində  iş  rejiminin  tənzimlənməsi 
haqqında  Prezidentin  imzaladığı  fərman  yalnız  təhsilimizin 
dünya  standartlarına  uyğunlaşdırılınası  baxımından  deyil,  bü­
tün  sahələrdə  müstəsna  əhəmiyyət  kəsb  edir.  Dövlət  başçısının 
xüsusi  tapşırığı  ilə  beş  il  ərzində  ölkədə  149  yeni  məktəb  bi­
nasının  tikilməsi  planlaşdırılıb.  2005-ci  ildə  dövlətin  təhsil  si­
yasətinə  uyğun  olaraq  Heydər  Əliyev  Fondu  tərəfindən  Azər­
baycanın  ən  müxtəlif  bölgələrində  rekord  sayda  -   132  məktə­
-
252
-
bin  tikilərək  istifadəyə  verilməsi  sözün  əsl  mənasında  ümum- 
xalq  rəğbətinin, dövlət qayğısının nümayişinə çevrilmişdir.
Təhsil  müəssisələrinin  informasiya  və  kommunikasiya 
texnologiyalan  ilə  təmin  edilməsinə  dair  dövlət  proqramı  Pre­
zidentin  sərəncamı  ilə  təsdiq  edilmişdir.  2004-cü  il  21  avqust 
tarixində  verilmiş  sərəncam  2005-2007-ci  illəri  əhatə  edir  və 
“Azərbaycan  Respublikasında  ümumtəhsil  məktəblərinin  infor­
masiya  və  kommunikasiya  texnologiyalan  ilə  təminatı  adlanır. 
Burada  əksini  tapan  əhəmiyyətli  məsələlər  sırasında,  informa­
siya  cəmiyyəti  dövründə  Azərbaycan  dilinin  tətbiqi,  doğma 
dildə  elektron  texnologiyalann  terminologiyasının  hazırlanma­
sını  nəzərdə  tutan  fəaliyyət,  perspektivdə  yenə  də  mənəvi  də­
yərlərimizin etibarlı  qorunması  və inkişafına hesablanmışdır.
Prezident  İlham  Əliyevin  ölkə  başçısı  olduğu  müddətdə 
zamanın  bu  magistral  inkişaf  meylini  fəhmlə  sezərək  elm, 
təhsil  və  mədəniyyətin  Heydər  Əliyev  konsepsiyasını  uğurla 
təkmilləşdirir  və  gerçəkləşdirir.  Xüsusilə  də  gənc  nəslin  təhsili 
və  tərbiyəsi  ilə  bağlı  məsələlər  dövlətimizin  gələcəyi  baxı­
mından  strateji  məqsəd  hesab  olunur.  Milli  təhsil  modelinin 
gerçəklənməsi,  təhsil  infrastrukturunun  müasir  tələblər  baxı­
mından  modernləşdirilməsi,  dünya  ölkələrində  mövcud  olan 
mütərəqqi  təhsil  təcrübəsini  nəzərə  almaqla  yanaşı  milli  kök­
lərdən qaynaqlanan  prinsiplər üzərində qurulması  2003-2006-cı 
illər ərzində görülən  işlərin  yalnız bir qismidir.
Prezident  seçildikdən  sonra  İlham  Əliyevin  imzaladığı 
rəsmi  dövlət  sənədlərinin  sadəcə  statistikasına  nəzər salsaq  bu­
rada  milli  mədəniyyətin  və  mənəvi  dəyərlərin  qorunmasına  nə 
qədər diqqət ayrıldığının  şahidi olanq.
Dünyanın  inkişaf  tarixi  göstərir  ki,  elmə,  təhsilə  diqqət 
və qayğı  göstərən  dövlət başçıları  nəinki  milli-iqtisadi,  mədəni
-253
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə