Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə66/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   62   63   64   65   66   67   68   69   ...   106

dinamikasına  müvafiq  olaraq  legitim  təşkilatlana  bilməyən, 
sivil  demokratik  üsul  və  metodlarla  siyasi  fəaliyyətini  da­
vam  etdirə  bilməyən  saysız-hesabsız  partiyalar,  cəmiyyətdə 
və  dünyada  ictimai-siyasi  vəziyyəti  gərginləşdirən,  siyasi 
proseslərin  normal  gedişinə  və  sabitliyə  mane  olan  amillərə 
çevrilirlər.  Fikrimizcə,  siyasi  fəaliyyətə  qoşulan  hər  bir 
siyasi  partiya  bu  məsələlərə ciddi  önəm  verməlidir.
Siyasi  müxalifətin  dinamikası,  tənəzzülü  və  məğlu­
biyyətinin  elmi  təhlili,  ədalət  naminə  qeyd  olunmalıdır  ki, 
politoloji  ədəbiyyatda  da  hələlik  diqqət  mərkəzində  olan 
mövzulardan  ola  bilməmişdir.  “Qərbi  Avropada  müxalifət" 
əsərinin  müəllifi  E.Kolinskinin  fikrinə  görə  bunun  səbəbi, 
“politoloqların  bu  fenomenə  münasibətini,  idman  pərəstiş­
karlarının,  özlərinin  finalda  uduzan  komandasına  biganəliyi 
münasibətinə  bənzətmək  olar”.
Siyasi  partiyalar  sırasında,  nüfuzlu  partiyanın  olma­
ması  demək  olar  ki,  həm  bütün  postsovet,  həm  də  post­
sosialist  transformasiyasını  yaşayan  ölkələr  üçün  xarak­
terikdir.  Məs:  Son  iki  ildə  Rusiyada  real  nüfuza  malik 
müxalifətli  olduğunu  söyləyən  rusiyalıların  sayı  53%-dən 
32%-ə  enmişdir.  Siyasi  partiyaların  dinamikasında  müxa­
lifətin  fəaliyyətini  qiymətləndirmək,  uğursuzluğu  təhlil  et­
mək,  bu  qüvvələrin  genezisi,  ideoloji  və  təşkilati  xüsusiy­
yətlərini,  nisbətən  daha  geniş  tədqiq  edilmiş  demokratik 
transformasiya  prosesi  ilə  əlaqəli  şəkildə  müqayisə  edərək 
ümumi  qanunauyğunluqları  aşkara çıxarmaq  mümkündür.
İlk  növbədə,  təşkilati  vəhdət,  mobilizasion  potensial, 
ideoloji  oriyentirin  təmin  edilməməsi,  proqram  və  platfor­
maların  məzmun  və  mahiyyətinin  siyasi  gerçəkliyə  uyğun 
dəyişdirilməsi  istənilən  halda  gözlənilən  deyil,  əks  nəticə­
-
266
-
lərə gətirib  çıxaran  əsas  amillərdir.  Sadalanan  aspektlər cid­
di  təhlil  edilsə,  burada  siyasi  strategiyanın  deyil,  deklarativ 
xarakterli  olub,  real  vəziyyəti  Ört-basdır  etməklə  cəmiy­
yətin  diqqətini  populist  şüarlarla  cəlb  etmək  məqsədini  gü­
dən  fəaliyyətin  üstünlük  təşkil  etdiyini  görərik.  Demokratik 
cəmiyyətdə  özünü  siyasi  partiya  adlandıran  təsisatların 
qarşısında  duran  əsas  vəzifələrini:  siyasi  lider  və  xadimlərin 
yetişdirilərək  siyasi  arenaya  çıxarılması;  elektoratın  ciddi 
dəstəyinə  nail  olunması,  ümumxalq,  ümumdövlət  mənafeli 
məsələlərin  müəyyənləşdirilməsi  və  həyata  keçirilməsində 
cəmiyyətə  və  dövlətə  yardımçı  olmaq,  cəmiyyətin  nüfuzlu, 
siyasi-mədəni  elitasının  rəğbətini  qazanmaq,  beynəlxalq 
ictimai  rəydə  nüfuzlu  siyasi  qüvvə  obrazını  yaratmaq  məsə­
lələrinin  heç  birində  irəliləyişə  nail  oluna  bilməmişdir.
M üxalifət  partiyalarının  rəhbərləri,  müasir  fövqəl- 
mürəkkəb  siyasi  reallığa  həssas  olmadığı  üçün,  onu  qav­
ramağa  da  hazır  deyil.  Dünyada  gedən  proseslərin,  partiya 
liderlərinin  maraqları  kontekstində  izahı,  siyasi  konyunk­
tura  və  s.  Qərb  ölkələrinin  bəsit  “dost"  və  “düşmən"  kimi 
qiymətləndirilməsi,  əslində  həmin  ölkələrin  xarici  siyasəti­
nin  prioritet  istiqamətlərini  və  real  motivlərini  başa  düş­
mədən  yanlış  ümid  bəsləmək  və  proqnozlar  vermək  kimi 
məntiqi  sonluğa  gətirib çıxarır.
Politoloqların  qənaətinə  görə,  hazırda  postsovet  mə­
kanında  çoxpartiyalılığın  dinamikasında  müşahidə  olunan 
meyillər,  Qərb  ölkələrində,  XX  əsrin  50-ci  illərinin  əv­
vəlində  müşahidə  olunmuşdur.  Bəhs  edilən  dövrdə  siyasi 
partiyaların  ideologiyasında  ifrat  sağçılıq  və  solçuluq  möv­
qelərin  öz  yerini  tədricən  dəyişən  obyektiv,  siyasi-iqıisadi 
reallığa  adekvat  olan  yeni  mövqeyi  ilə  əvəzlənməsi  prosesi
-
267
-


baş  vermişdir.  Müzakirə  və  münasibətlərdə  radikal  qarşıdurma 
stereotiplərinin  sıxışdırılması,  arxa  plana  keçməsi  baş  vermiş­
dir.  İdeoloji  qarşıdurma  öz  yerini  real  siyasi  praqmatika  və sta­
bil  demokratiyaya  güzəştə  gedir.  Bu  yeniliyi  duya  bilməyən 
partiyalar isə siyasi  arenadan  yox  olurlar.
Yeni  cəmiyyətin  formalaşmasında,  demokratiyanın  ins- 
titutsionallaşması,  konsolidasiyası  və  stabil  inkişafa  istiqamət­
lənməsi  kimi  fazalar  fərqləndirilir.  Bu  mərhələlərin  hər  birində 
siyasi  partiyaların  məqsəd,  maraq  və  strategiyaları  fərqli  olur. 
Bunlan  duymadan  mövcud  olan  partiya  həm  özünün,  həm  də 
cəmiyyətin  bütövlükdə inkişafında əngələ çevrilir.
Qərb  demokratiyası  ilə  müqayisədə  yeni  təşkilatlanmış 
demokratiyanın  davamlı  və  dayanıqlı  olması,  cəmiyyətdə  kon- 
solidasiya  kimi  uzun  müddətli  mərhələdən  keçir.  Azərbaycan 
hazırda  bu  mərhələni  yaşayır.  Demokratiyanın  stabilliyinin  ən 
mühüm  şərtlərindən  biri  də  siyasi  elita sisteminin  legitimliyi  və 
onun  xalqla  birliyinin  təmin  olunmasıdır.  ABŞ-lı  politoloq, 
alim  K.Hayt  “Elita  və demokratik  konsolidasiya”  kitabında  ya­
zır:  “Əgər  dövlət  mövcud  siyasi  kursun  ən  yaxşı  olması  ina­
mını  xalqda  yarada  bilmişdirsə,  legitim  status  qazanır,  iqtidar 
uğuru  təmin  edən  siyasi  kursu  davam  etdirir,  cəmiyyət  də  bu 
siyasəti  məqsədəuyğun  hesab  edir  və  dəstəkləyir.  Təcrübə 
göstərir  ki,  siyasi  elitanın  konsolidasiyası,  hakimiyyətin  güclü 
partiyaya  konstitusion  ötürülməsi  ənənəsini  təmin  etməyə, 
sabitliyi  pozan  bütün  qüvvələrin  qarşısını  almağa  və  deməli 
uzun  müddət  siyasi  müxalifət  partiyalarına  heç  bir  şans  yeri 
qoymamağa qabildir”.
Siyasi  partiyaların  uğur  və  perspektivləri  yalnız 
liderlərin  ambisiyalan  ilə  müəyyən  edilə  bilməz.  Bu  əsasən 
daxili  və  xarici  amillərin  əlaqəli  şəkildə  müəyyənləşdirdiyi
-268
  -
“siyasi  imkan  və  siyasi  gerçəklik”  faktorundan  daha  çox 
asılıdır.  Bu  gün  həmin  faktorların  düzgün  elmi  təhlili  göstərir 
ki,  Azərbaycanda  siyasi  müxalifət  partiyalarının  mövqeyi  heç 
bir real  əsasa malik deyil.
Məsələ  yalnız  onda  deyildir  ki,  Azərbaycanda  yetkin 
Siyasi  Partiya  Sisteminin  formalaşması  üçün  tarixən  tələb 
olunan  zaman  hələ  başa  çatmamışdır.  Məsələ  həm  də, 
demokratiyanın  inkişaf  mərhələləri  və  siyasi  elitanın  xalqla 
konsolidasiyası  adlanan  amilin  nəzərə  alınmaması  və  yanlış 
siyasi  platformaların  müəyyənləşdirilməsi  və  son  nəticədə 
növbəti  dəfə  məğlubiyyətə  uğramaqdan  gedir.  Əslində. 
Azərbaycan  xalqının  da,  onun  intellektual,  ziyalı  potensialının 
da  böyük  əksəriyyətinin  hakim  partiyanın  siyasi  strategiya  və 
perspektivlərinə real dəstək  verməsi, onun sıralarında olması  da 
bugünkü  nəticələrə bilavasitə təsirini  göstərir.
Ümummilli  liderimiz  Heydər  Əliyevin  başçılığı  ilə 
Azərbaycanda  demokratiyanın  təşkilatlanmasını,  konsolidasi- 
yasının  və  stabil  inkişafa  yönəldilməsini,  qalibiyyət  kursunun 
ardıcıl  yeridilməsini  təmin  edən  Siyasi  Partiyanı  -   Yeni  Azər­
baycan  Partiyasını  gerçək  rəqib  ola  biləcək  qüvvə  yaxın 
gələcəkdə  siyasi  arenada  görünmür.  Heydər  Əliyevin  başçılığı 
ilə  yaranan  partiya,  mövcud  olduğu  illərdə,  bu  günümüzdə  də, 
cəmiyyətin  bütün  təbəqələrinin,  parlamentin,  KİV-lənn,  siyasi 
partiyaların,  iş  adamlarının,  dünya  azərbaycanlılarının,  beynəl­
xalq  siyasətin  liderləri  sayılan  şəxsiyyətlərin  rəğbətini  qazan­
mış  və bu  gün də etiraf edilməkdədir.  Ulu öndənn  rəhbərliyi  ilə 
Azərbaycan  labüd,  siyasi  və  iqtisadi,  demokratik  stabil  inkişaf 
mərhələsinə  qədəm  qoyması  qarşıda  duran  problemlərin  həlli 
üçün  əminlik  yaradır.  Müstəqil  dövlətin  və  demokratiyanın 
möhkəmləndirilməsi  prosesini,  qloballaşma,  beynəlxalq  terro­
-
269
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə